«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə13/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   9   10   11   12   13   14   15   16   ...   212

FRANSUAZA SAQAN

42

– İndi o, sizə milyon dollar borcludur, ya da al tı yüz 



mil yon frank… köhnə pulla… və siz belə bir gə li ri Ame ri ka-

dan da gözləyə bilərsiniz. Qətiyyən za ra fat et mirəm… za-

ra fat etmirəm! – P.C.S. dedi, – Vla min ka nın yanına gedib 

si zin hüquqlarınızı araşdırdım, o isə bir impressario kimi 

çox dəyərlidir.

Mən yalnız rəqəmlərin təsirindən deyil (bir sı-

fır çox, bir sıfır az, bu vəziyyətdə  mənim üçün bir o 

qə dər də  əhəmiyyətli deyildi), daha çox bu xoş niy-

yət li liyin təsirindən gözümü onun sifətinə zilləyərək do-

nub-qalmışdım. 

– Siz  mənim hüquqlarımı Vlaminkanın yanında araş-

dır mısınız? Çox xoş rəftardır…

P.C.S. qıpqırmızı  qızardı. Ksavye bumbuz ba 

xış ları 

ilə onu təpədən-dırnağa süzdü, amma birdən-bi rə açıq, 

dost ca sına və siyarətedici bir gülüşlə  qəh qə hə  çəkdi;  əl-

bət tə, o, bu gülüşündən heç vaxt sui-is tifadə etmirdi.

– Hə, eybi yox Venson, – dedi, – gəl ciddi da nı şaq. 

Mən səni nahara ona görə çağırmamışam ki, bir lik də tən-

qid çilərin tərifli sözləri ilə jonqlyorluq edək.

Öz ünvanına yazılmış  mədhiyyələrlə kimin daha çox 

jonqlyorluq etdiyini söyləməkdən özümü güclə sax la dım. 

Düzdür… bir şey də vardı ki, əgər məndə heç nə alın ma-

dı sa, özüm günahkardım: heç olmasa, nəyisə  əzbərləyə 

bilərdim.

– Nə  də ona görə çağırmamışam ki, səni maliyyə 

im kan larınla bağlı  məlumatlandırım, xüsusilə  də ona 

gö rə ki… Məsələ bundadır… Sən tənqidi oxumusan? 

De mə li belə, «zəmanəmizin Lyubiçi, ya da Ştern ber qi» ad-

lan dır dıq ları bu adam öz növbəti filmi üçün pro düser tapa 

bilmir. 

– Tapa bilmir?

Daha  doğrusu, «Arılar» filminin çəkilişləri üçün pro-

dü ser tapa bilmir, – P. C. S. sözü daha kəsəsinə dedi. 

Amma Ksavye onun sözünü ağzında qoydu:

– Mən artıq çoxdandır Aristofanın «Arılar» pyesi əsa-

sında film çəkmək istəyirəm. Lorans deyir ki, sən da hi ki-

tab həvəskarısan, amma çətin ki bu ko me di ya nı oxumuş 

olasan.

– Mənim bostanıma atılan daş…




BOYUNDURUQ

43

– Bir çoxlarının bostanına, – Ksavye xüsusi vur ğu ladı. 



– Bu gün Parisdə, gərək ki, heç bir bostan yox 

dur, 


– za vallı P. C. S. nəticə  çıxardı, – heç kim sənin bu «Arı-

lar»ını oxumayıb, başa düşürsən?

– Bu, ədalət məhkəməsi və pullar haqqında gö zəl bir 

əh valatdır, – Ksavye heç kimə qulaq asmadan sö zü nə da-

vam etdi, – amma mən ağ-qara film çək mək istəyirəm; 

bir cə dekorasiyalı, tanınmamış akt 

yor larla birlikdə. Bax 

bu nun üçün vəsait yoxdur.

– Bu,  səni niyə  təəccübləndirir ki? – mən sağlam dü-

şün cənin təsiri ilə dedim, – qətiyyən təəccüblü bir şey 

yox dur, – və tez də sözümə davam etdim, – sən ki bu 

pro düserləri yaxşı tanıyırsan. Bir özün fikirləş: ul duz larsız, 

de mək olar, dekorasiyasız, özü də  ağ-qa ra! Heç olmasa, 

dia loq lar olacaq?

Onlar yarıinamsız və yarışübhə dolu baxışlarla bir-bi ri-

nə baxdılar.

– Daha bir gicbəsər, – P. C. S. inildədi, – «Arılar» mə-

gər ağlasığan işdir, özü də lal variantda…

– Demək istəyirsiniz ki, heç bir mız-z-z-z-ıl tı ol 

ma-


ya caq? – qeyri-adi bir hazırcavablıqla so ruş dum – amma 

özüm də həmin fikirdə idim.

Ksavye birdən-birə ciddiləşərək mənə tərəf boy lan dı:

– Mənim «Arılar»ı  çəkməyəcəyimlə bağlı söhbət be-

lə gedə bilməz! Bu, mənim üçün ölümdirim mə sə lə si dir! 

Qoy şöhrətpərəstlik hissindən, ya da özü mə olan hör mət-

dən… amma mən «Arılar»ı  çə kə cə yəm, özü də indi… bu 

uğu rum dan sonra!

– Axı niyə, niyə… – P. C. S. səsini qaldırdı, amma fik-

ri ni tamamlamadan susdu, – nə üçün uğurdan son ra sən 

hay-küylə yıxılmaq istəyirsən? 

Ksavye onun sözünü kəsdi:

– Mən bütün bunları görürəm, başa düşürsən? Yax-

şı! Artıq anladığın kimi, P. C. S-nin vəsaiti yox dur. O, la-

zım olan pulun dörddəbirini verə bilər, özü də  mənimlə 

ya rı ba yarı... Amma «Leysan»dan sonra «Arı lar»ı bu cür 

ala-yarımçıq bir şəkildə istehsala bu 

rax maq olmaz! Elə 

bu barədə fikirləşirdim ki, ağ lı ma sən gəldin: gəl birləşək! 

Mə nim ideyalarım, P. C. S.-nin təcrübəsi və «Arılar»ı sa kit-

cə, bütün bu adam cı ğazlar olmadan hazırlayaq! Gəliri üçü-



FRANSUAZA SAQAN

44

müz ara sın da bölərik;  əgər müvəffəqiyyətsizliyə  uğrasaq, 



tən qi di, nifrəti və  qəzəbi yarı bölərik. Mən «nifrət» de yi-

rəm sə, bu, elə nifrətdir, çünki süjet o dərəcədə səbir tə ləb 

edir və o dərəcədə aktualdır ki…

Böyük məmnunluq hissi ilə onlara baxırdım: hə ya tım-

da ilk dəfə idi məndən pul istəyirdilər.  Əvvəllər heç vaxt 

sax lanc pulum olmazdı  və bütün bunlar mə nə boş bir 

uydur ma kimi görünərdi.

– Əlbəttə, riskli layihədir, dəlicəsinədir, am ma zəh mət 

çək məyə dəyər, – Ksavye söhbəti ye kun laş dır dı, – dünən 

Lo rans la bu barədə danışdım, elə o da bu fikirdədir. 

– Yeri  gəlmişkən, mən elə Loransa ondan borc al dı-

ğım pulları qaytarmaq istəyirdim. İstəyirdim ki…

– Bunu heç vaxt edə bilməyəcəksən! HEÇ VAXT! – 

Ksav ye üzündəki müti təbəssümü silmədən bu sö zü kəl-

mə-kəlmə təkrar etdi, – sən Loransın qar şı sın da heç vaxt 

ödəyə bilmədiyin qədər borclusan və özün də bunu yaxşı 

ba şa düşürsən!

– Düşünürəm ki, bu filmə milyon dollar yetər, – 

P. C. S.  patetikanı bir qədər də artırdı, – Loransın na zı ilə 

oy namaq üçün bir o qədər də pulun qalacaq. Ya da başqa 

ki min sə, – o, üzündəki oynaq və rəhm dil bir ifadə ilə mə-

nə icazə verdi.

Ksavye bu dəfə  də onun ağzından elə vurdu ki, 

P. C. S., sadəcə, başını aşağı salmalı oldu:

– Məncə, Vensan belə bir şeyə qadir deyil… – Ksav ye 

ağzından kobud və  ədəbsiz bir sözün çı xa ca ğın dan eh ti-

yat edərək sözünü yarımçıq kəsdi, – yox, Ven san, gəl cid-

di danışaq! Sən ki bilirsən, Lorans bu pul la rı istəmir! O özü 

mənə belə dedi.

– Mən bir şeyi başa düşə bilmirəm ki, nə üçün… – mən 

sözə başladım. Və birdən-birə  dəhşətli də rə cə də  qə zəb-

ləndim. Ksavye bu dəfə mənim sözümü kəs di:

– Lorans o qədər nəzakətlidir ki!

– Hə, sizin xanımınız nəzakət mücəssəməsidir! – 

P. C. S.  kədərli baxışlarını qaldırdı, başını yellədi və lap 

nə za kətlilik üzrə ekspert kimi danışmağa başladı.

Hələ söhbətin başlanğıcından, nədənsə, özümü süst, 

for ma sız, turşumuş kütlə kimi hiss edirdim; am 

ma indi 

bir dən-birə çiyinlərimi düzəltdim, əllərimi ci bi mə qoydum 

və səsim daha qətiyyətli çıxdı:



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə