Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

Əzizağa Nəcəfov 
 
 
50 
təbiət təsvirləri, hicran, retrospektiv, nostalji hisslər, sevgilinin kar-
van kəcavəsində aşiqi tərk etməsi motivləri və s. sonrakı dövrlərdə 
qəzəl, məsnəvi, müxəmməs kimi lirik janrlarda yeni - fəlsəfi, dini-
mənqəbəvi, sufi-mistik məqsədlərlə istifadə olunur və əvvəlcə ideal 
gerçəkliyin metaforik təcəssümü olan poetik vasitələr sonralar 
yavaş-yavaş mistik simvol anlamında işlədilirdi. Bu isə Şərq İslam 
mədəniyyətinin mühüm tərkib hissəsi olan klassik Azərbaycan 
ədəbiyyatında onların didaktik, fəlsəfi, ictimai və  nəhayət, sufi-
mistik ideyaların əksində mərhələlərlə yeni məzmun kəsb etməsini, 
yeni anlamda tətbiqini izləməyə imkan verir.  
Beləliklə, təsəvvüfün poeziyaya təsiri və şeirə ürfani məzmu-
nun gəlişi ilə artıq daşlaşmış  bənzətmə  və  bədii təyinlər, simvol, 
metaforalar obyektiv deyil, dini-fəlsəfi reallığı ifadəyə xidmət etmiş 
və şeirin iki mərhələdə qavranılmasına şərait yaratmışdır ki, bu da 
Şərq  şeirinə, müsəlman bədii düşüncə  tərzinə  fərdi çalar əlavə 
etmişdir. Söylənilən fikir Nəsib Göyüşovun “Füzulinin sənət və 
mərifət dünyası” adlı monoqrafiyasında da təsdiqini tapır. Müəllif 
yazır: “Hər bir qaynaqdan alınan söz və anlayış [klassik Şərq 
poetikasında - Ə.N.] söz sənətində ikili mənaya malikdir: 
a) qaynaqda ifadə etdiyi ilkin məzmun; 
b) bədii-estetik duyumda qazandığı yeni anlam. (44, 66) 
Məsələn, təsəvvüf  ədəbiyyatımızda Nəsiminin hürufi, Xətai-
nin təriqət ideyalarını  bədii biçimdə ifadə edən  şeirlərində oxucu 
sözlərin lüğəvi mənasını qavradıqdan sonra hələ heç nəyin aydın 
olmadığını anlayıb, mətnaltı  mənaya varmaq zərurətini duyur və 
şeirin simvolik məzmununu açmağa çalışır. 
Misallarla fikrimizi əsaslandırmağa çalışaq: 
Nəsimidən: 
Yeddidir, dörd yeddidən bir yeddidir, 
Yüz iyirmi dörd yenə üç yeddidir. 
Evi bir, bacası yeddi, babı üç, 
Əhli-beyti ilə özü on yeddidir. (50, 584) 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
51 
Yaxud: 
...Hər zərrədə günəş oldu zahir, 
Torpağa sücud qıldı tahir. 
Nəqqaş bilindi nəqş içində, 
Ləl oldu əyan Bədəxş içində. (51, 349) 
Xətaidən: 
...Şəbi-hicran, ey salik, hidayət şəminə yetdim, 
Yüzünün afitabından yüz ənvari-ziya gördüm. (99, 224) 
Yaxud: 
Taki rüxsarındən ərrəhman ələl-ərş-istiva, 
Həm anın şənində münzəl ayəti-şəmsul-züha. 
Sureyi-Tahavü Yasinü təbarək hüsnünə, 
Gör nə təzim eyləmişdir həq təala rəbbəna. (99, 56) 
Əgər yuxarıda Nəsimidən misal gətirdiyimiz şeirlər içərisində 
bir tuyuğa baxsaq, onda həm orta əsr, həm də müasir oxucu üçün 
heç bir anlaşılmayan sözün olmadığını görərik. Lakin bu dördlük 
şeir şəklində  işlədilən “yeddi”, “üç yeddi”, “yüz iyirmi dörd”, “on 
yeddi” rəqəmlərini, “Evi bir, bacası yeddi, babı üç” misrasının məz-
mununu hürufiliyin simvolikasından xəbərdar olmayan oxucu asan-
lıqla anlaya bilmir. Yalnız müəyyən lüğətlərə, mənbələrə müraciət 
etdikdən sonra tuyuğda söhbətin Quranın “Fatihə” surəsindən get-
diyini anlayır. Tuyuğun açıqlaması belədir: Quranın ilk surəsi olan 
“Əl-Fatihə” yeddi ayədən ibarətdir, bu surənin üç adı - “Əl-Həmd”, 
“Ümməl-kitab” və “Səbül-məsani” kimi adları da məlumdur. Surə-
də ərəb əlifbasında olan iyirmi səkkiz hərfin hamısı öz əksini tapıb. 
Ümumilikdə yüz iyirmi dörd hərfdən ibarət olan surənin əvvəlində 
gələn “Bismilləhir-rahmənir-rahim” ayəsi isə iyirmi hərfdən ibarət-
dir. Yeddi ayədən ibarət, üç adla tanınan bu surə gündəlik namaz-
larda on yeddi dəfə təkrar olunur.  
Beləliklə, yuxarıdakı  şeir parçalarına nəzər saldıqda farsdilli 
poeziyada qəzəlin ən gözəl nümunələrini yaradan Hafizin qələndər-
lik ideyalarını ifadə edən  əsərlərinə “Lisan əl-qeyb” - “sirli dil” 
deyilməsinin və Nəsimi kimi qəzəli fəlsəfi fikirlərinin ruporuna çe-
virən bir şairin  şeiriyyətini “quş dili” adlandırmasının real əsasa 


Əzizağa Nəcəfov 
 
 
52 
malik olduğu aydınlaşır. 
Düzdür, XVI əsr Türk şeir dahisi Füzulinin divanında da nət 
tipli qəzəllərdə fikrin bu şəkildə ifadə tərzinə rast gəlinir, lakin şairin 
digər, lirik irsini təşkil edən bütün misralarında özündən  əvvəl-
kilərdən tam fərqli üslub müşahidə olunur. Füzuli qəzəllərini oxu-
duqca, ondakı mətləbləri lay-lay açdıqca bu fərq aydın seçilir. Şairin 
böyüklüyü ondadır ki, mistik üslubun dəb olduğu bir zamanda o, 
şeirlərində yeni stilistik çalar tətbiq etməklə fikrin üç mərhələdə 
dərkinə  və öz bədii təfəkkürünün bu bənzərsiz ifadə  tərzindən hər 
kəsin zövq almasına şərait yaratdı. Füzuli oxucusu əvvəlcə sadə dillə 
yazılmış qəzəllərdəki yeni söz düzümünə, daha sonra metaforaların, 
bənzətmə  və  bədii təyinlərin obrazla bağlılığına valeh olur, şeirin 
məzmununu - obyektiv reallığın subyektiv inikasını qavradıqdan 
sonra beytin daxili məzmununa baş vurur, onun ürfani mündəricəsinə 
vaqif olmağa can atır. Və beləliklə də, üçqat həzz alır. 
Bu xüsusda Füzuli farsca “Divan”ının müqəddiməsində yazır: 
“İnsanlar həmişə hər təcrübə açarı ilə bir xəzinə qapısını açar, nəzm, 
nəsr səhifələrini müxtəlif cövhərlərlə  bəzəyərlər. ...Fars qəzəlləri 
divanını  tərtib etdim ki, həm kamil müdəqiqlər onun üstüörtülü 
gözəl məzmunlarından həzz alsınlar, həm də sadədil zəriflər onun 
zövq ziyafətindən paylarını götürsünlər”. (73, 23) 
Yəni  şairin məqsədi fikri elə söyləməkdir ki, onun batini 
(mətnaltı) mənasından söz xiridarları, zahiri - ilkin mənasından isə 
“sadədil” oxucular zövq alsınlar. Bu isə sözün misra, beyt və ümu-
miyyətlə, hər hansı bir şeir vahidi daxilində elə bir düzümünü tələb 
edir ki, ondan alınan feyz Şərq miniatürləri kimi mərtəbəli olsun
fikir lay-lay açılaraq təsiri gücləndirsin. Oxucu cəlbedici formaya, 
çoxçalarlı  məzmuna malik əsərin  əvvəlcə maddi qabığı olan 
səslənmə və görünümündən, sonra isə zahiri məna və onun daxildə 
gizlənən fəlsəfi çalarından zövq alsın. Beləliklə, Füzuli irsini 
mənimsəməyə çalışan  şəxs yeni üslub çaları ilə qarşılaşaraq eşqin 
mərtəbələri ilə yüksələn sufi kimi mənaya vardıqca kamilləşir, onun 
şeirinin sehrinə düşür. Bizcə, Firidun Qurbanovun “Füzuli effekti” 
adlandırdığı hadisə  də elə budur. (Bax: 64, 114) Bu effekti əldə 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə