Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

Əzizağa Nəcəfov 
 
 
56 
yənləşən fərqli üslubi çalar təzahürləri ədəbiyyatımızın əsrlərlə necə 
təkmilləşdiyini göstərir, eyni obrazlı ifadələrin ayrı-ayrı  fəlsəfi 
konsepsiyaların təsiri ilə müxtəlif ideya-bədii həqiqətləri maddiləş-
dirməsi isə mücərrəd təfəkkürümüzün, xalqımızın estetik zövqünün 
Şərq mühafizəkarlığı  çərçivəsində özünəməxsus novatorluğunu 
müəyyən etməyə kömək edir. Klassik ədəbiyyatımızda müşahidə 
olunan bu üslubi rəngarənglik daxilində Füzuli dühasının yaratdığı 
bənzərsiz ifadə özəlliyi isə onu özünəqədərki və müasiri olduğu 
bütün  şairlərdən fərqləndirir. Sələflərinin təqdirəlayiq  ənənələrini 
bənzərsiz sənət inciləri ilə təkmilləşdirib, özünəməxsus novatorluğu 
ilə yeniləşdirən Füzuli irsi poetik epiqonçuluğun  əksinə yönələrək 
ədəbiyyatımız tarixində yeni bir mərhələ kimi çıxış edir, özündən 
sonra ən uzunömürlü ədəbi məktəblərdən birinin əsasını qoyur. 
 
 
 
Poetik fiqur bədii sistem daxilində 
 
İncəsənətin xüsusi sahəsi olan bədii  ədəbiyyat və onun 
poeziya qolu başqa madii və mənəvi mədəniyyət nümunələri kimi, 
ilk növbədə, şüurun gözəlliyə, insan təfəkkürünün obyektiv reallığa 
estetik münasibətinə söykənir. Birbaşa emosional həyəcan keçirən, 
sinir enerjisi itirərək xırda fizioloji stress - həzz hissi yaşayan oxucu 
və ya dinləyici öz fərdi zövqünə, reflektiv düşüncə  tərzinə  və 
sosioloji təcrübəsinə söykənərək konkret sənət nümunəsini dərk 
edir. Bu zaman hər hansı bir sənət əsəri adresatın şəxsi təcrübəsin-
dən asılı olaraq təfəkküründə formalaşan gözəllik kriterilərinə 
uyğun gələrsə, müsbət effekt doğurur, yüksək yaradıcılıq etalonu 
kimi dərk olunur. 
Gözəllik özü nisbi anlayış olduğundan yaradıcı  şəxs fərdi, 
subyektiv emosional münasibətdən asılı olmayaraq hər kəsdə eyni, 
obyektiv münasibət doğuran daşlaşmış gözəllik göstəricisinə əsasla-
nır, harmoniya, simmetriya, takt, ritmiklik kimi estetik kateqoriya-


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
57 
lardan istifadə edir. Bundan savayı, hər bir yaradıcı  şəxsi başqala-
rından fərqləndirən fərdi xüsusiyyətlər - onun gözəllik, ülvilik, 
fəcilik, çirkin, yolverilməzlik kimi subyektiv düşüncə məhsulları da 
bədii  ədəbiyyatda öz əksini tapır ki, onların bəziləri və ya hamısı 
klassik Şərq poeziyası üçün də xarakterikdir. Bədii inikas üsulundan 
asılı olaraq, sənətkar, sözügedən anda isə  şair epik və lirik 
poeziyada oxucu və ya dinləyicilərin nəzər-diqqətini konkret sənət 
nümunəsində  cəmləmək üçün müxtəlif vasitələrə  əl atır, vizual, 
polifonik, melodik göstəricilərdən və məna incəliklərindən: məcaz, 
təşbeh, bədii kod, alleqoriya kimi ifadə özəlliklərindən istifadə edir. 
Bunların isə müxtəlif cür təzahürü, ifadə zənginliyi ayrı-ayrı poetik 
fiqurları fərqləndirməyə imkan yaradır. 
Beləliklə, incəsənət emosional reaksiyaya, estetik zövqə  və 
adresantın onu nə səviyyədə mənimsəməsinə əsaslanır. Dövrü üçün 
səciyyəvi bütün texniki və  bədii vasitələrdən istifadə edən, orta 
əsrlər Azərbaycan ədəbi-bədii dilinin əsas üslub və janr tələblərin-
dən məqsədyönlü faydalanan Füzulinin bədii irsinin indi də heyrət 
doğurmasının  əsas səbəblərindən biri də onun Şərq poetik fiqurla-
rını öz yaradıcılığında xüsusi ustalıqla tətbiq etməsidir. 
Öncə qeyd etdiyimiz kimi, şair yaşanılmış hissləri bölüşmək, 
arzu və həyəcanını ifadə etmək üçün sözdən bir poetik vasitə kimi 
istifadə edir. Bu zaman söz bədii fikri əyaniləşdirmə vasitəsi kimi 
çıxış edib, maddi həyatdan alınan təəssüratın, yəni mənəvinin yeni 
biçimdə maddiləşməsi sahəsində müstəsna rol oynayır. Sözlərin bu 
cür gündəlik danışıqdan fərqli yanaşması konkret bir bədii modeli, 
onun başqalarında da təkrarlanan ümumi formaları isə hər hansı bir 
poetik fiquru formalaşdırır. Bədii  ədəbiyyatın, xüsusilə  də klassik 
Şərq  şeirinin  əsas səciyyəvi  əlaməti olan bu poetik fiqurlar, ilk 
növbədə, fikri: hər hansı bir bədii konsepsiyanı  əyaniləşdirmə 
vasitəsi və həmçinin estetik zövq mənbəyi kimi çıxış edir. Hər iki 
anlamda dərk olunan bu poetik vasitələr bütöv bir bədii sistem 
daxilində isə konkret bədii konsepsiyanın ifadəsinə xidmət edir. Və 
hiss-həyəcanın daha dolğun formada, qısa, lakonik, həmçinin estetik 
cəhətdən kamil, zövqü oxşayan şəkildə ifadəsini şərtləndirir. 


Əzizağa Nəcəfov 
 
 
58 
İlk növbədə, yaşanılmış hisslərin, emosional halətin ifadə 
vasitəsi,  əyaniləşdirmə göstəricisi olan poetik fiqurlar adi nitqdə 
olduğu kimi, bədii mətn daxilində  də adresantın: danışan, yaxud 
yazan  şəxsin təkcə obyektiv məlumatı deyil, şərh etdiyi fakta 
subyektiv münasibətini bildirmək zərurətindən meydana çıxır, adre-
satda - dinləyici və ya oxucuda müəyyən təəssürat yaradıb, 
yaşanılmış emosiyaları ötürməyə xidmət edir. Keçən  əsrin məlum 
psixoloji tədqiqatlarından (U.Cemson və K.Lonqe) bəlli olur ki, 
emosiyalar adətən insan təbiətinə  məxsus müəyyən mənalı 
hərəkətlərlə müşahidə olunur, onların sözlərlə ötürülməsi ifadəçidən 
müxtəlif bədii vasitələrdən, məcaz növlərindən istifadəni tələb edir. 
Həmin vasitələrin köməyi ilə ötürülən emosiyaların növündən
dərəcə və davamlılığından asılı olaraq, əksər hallarda qeyri-ixtiyari, 
bəzən də  məqsədli  şəkildə istifadə olunan poetik fiqurların tədqiqi 
isə stilistik, üslubi özəlliklərin aşkarlanmasına, dil və nitq nəzəriy-
yəsinə, psixoloji prinsiplərə əsaslanır. Çünki onlar vasitəsi ilə əya-
niləşdirilən ən incə hisslər emosional yaddaşa istinad edib, şüurdakı 
hazır təəssüratın canlandırılmasına söykənir. Beləliklə, emosional 
təsir nə qədər güclü olursa, bədii əsərin müvəffəqiyyət qazanmasına 
bir o qədər münbit şərait yaradır, uzunömürlülüyünü təmin edir. 
Hər hansı bir incəsənət nümunəsində olduğu kimi, şeirdə, 
xüsusilə  də  Şərq  şeirində istifadə olunan bu poetik fiqurlar təkcə 
emosiyanı ötürmək, təəssüratı bölüşmək, hisslərə  təsir göstərmək 
vasitəsi olmayıb, eyni zamanda, zövq oxşayan gözəllik göstəricisi-
dir. Füzuli kimi böyük sənətkarların isə böyüklüyü ondadır ki, 
düşündüyü bədii konsepsiyanı ona müvafiq modeldə xüsusi 
məharətlə yerləşdirərkən, forma ilə məzmunun vəhdətinə nail olur. 
Bir zərgər dəqiqliyi ilə qiymətli daşa gərəkli haşiyə işləyir, xalçaçı 
rəssam kimi medalyon içərisində portreti verərkən  ətrafında onun 
əzəmətini ifadə edən, ideyanı tamamlayan ornamentlərdən, xüsusi 
naxış ansamblından faydalanaraq ona çələng hörür və istədiyinə 
ikiqat nail olur. Misal üçün Füzulinin çox məşhur bir qəzəlinin 
mətlə beytinə nəzər salaq: 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə