Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə18/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
53 
etmək üçün ziddiyyət, heyrət, təəccüb  əsas rol oynayır. Oxucu 
müəyyən fikrin üst qatından çıxan nəticəni qavrayıb zövq alır, lakin 
onda bir təəccüb hissi doğur, bir daha şeirə  nəzər salıb mətnaltı 
mənanı axtarır və tapır, bu zaman isə tamamilə zidd, yaxud yaxın 
məna heyrət doğurur; özündən razılıq hissi isə zövqü artırır. Be-
ləliklə, oxucu beyt-beyt şairin ardınca hərəkət edir. Onu anlamağa 
çalışır. Və nə qədər səy göstərirsə, zövq də bir o qədər çox olur. 
Şair göstərilən mənbədə fikrin bu yeni ifadə  tərzinə müra-
ciətinin səbəbini də aydınlaşdırır. Füzuliyə görə, Şərq ədəbiyyatında 
obraz tapıntısı, yeni fikir söyləmək, yaxud söylənilmiş fikrə yeni 
don biçmək şair üçün bir sınaqdır. “...Söylənilmiş bir sözü söyləndi-
yinə görə, söylənilməmiş bir sözü isə əvvəlcə söylənilmədiyinə görə 
işlətmək olmur”. (73, 20) Yəni ümumi bir ideya çərçivəsində hərə-
kət etməli  şair müəyyən obrazlardan, artıq simvol xarakteri kəsb 
edən, çox vaxt şablon ifadələrdən elə faydalanmalıdır ki, ona qədər 
bu ənənəvi ifadələri heç kəs bu sayaq düzməmiş olsun və bu cümlə 
konstruksiyasından doğan fikri ondan əvvəl heç kəs söyləməsin. 
Yuxarıda deyilənləri nəzərə alsaq, biz “Bağdad səbki” daxilin-
də üç üslub çaları ilə rastlaşmış oluruq. Birinci qrup şairlər təsvir 
zamanı həqiqətdən sapdırmağa, ikincilər hazır qəliblərlə sufi-mistik 
anlamı ifadə etməyə çalışırlarsa, Füzuli eyni leksik tərkib və poetik 
konstruksiya ilə həm obyektiv reallığın subyektiv inikasına, həm də 
mistik təfəkkürün yeni biçimdə əksinə nail olur. Dediklərimizi belə 
yekunlaşdıra bilərik ki, Füzuli şeirində söz əvvəlcə məcaz kimi dərk 
olunur, onun işarə etdiyi həqiqət araşdırılır, sonra isə  məcazların 
simvolik - işarəvi mənası  dərk edilərək ürfani məzmunu açıqlanır. 
Çünki  Şərq bədii təxəyyülündə  təşbeh ilahinin dərki, qeyri-təbii 
hissi idrak, mənəvinin maddiləşməsidir ki, onun sayəsində  səmavi 
anlamlar dünyəvi sifətlər  əldə edir, rəmzi məzmun daşıyır. Allah 
məşuqa, məşuq gülə, bəndə  aşiqə, aşiq gül dərdindən nalə edən 
bülbülə transformasiya edir. Daha sonra gül ilahi lütfdən ürəkdə 
açılan fərəh, arifin qəlbində olan elmin səmərəsi, bülbül isə əslindən 
ayrı düşən aşiqin - əzabkeşin iztirab rəmzinə çevrilir. Əvvəlcə 
informasiya kimi qəbul olunan anlam məcaza keçir, məcaz isə 


Əzizağa Nəcəfov 
 
 
54 
mistik simvol kimi dərk olunur. 
Niyazi Mehdiyev “Orta əsrlər Azərbaycan estetik mədəniy-
yəti” adlı traktatında klassik poeziyamızda fərqli dil və  mətn 
xüsusiyyətlərini aydınlaşdırarkən yazır: “...Sufi anlayışlarını bilmə-
yən adam [poetik - Ə.N.] teksti təbii dil və ya olsa-olsa poetik kod 
ilə başa düşdüyü üçün şeirdən ya adi dilin aça biləcəyi məzmunu, ya 
da poetik kodun kömək edib duydurduğu bədii məlumatı alır”. (78, 
119) Yuxarıda da dediyimiz kimi, adi oxucu onun zahiri üstün-
lüklərindən: gözəl məcaz, bənzətmələr, müxtəlif bədii ifadələrlə 
bəzədilmiş dilindən və ilkin poetik məzmunundan zövq alırdısa, 
intellektual cəhətdən daha zəngin oxucu rəmzlərin məna açarı ilə bu 
poetik xəzinəyə yaxınlaşdıqda onun dərin məna qatından, dini, 
fəlsəfi, mistik mündəricəsindən xoşnud olurdu. Yəni bu məna çalar-
ları yerin daxili qatından çıxaraq aşkarlanan mədəni təbəqələr kimi 
açıldıqca yeni fərqli məzmun verirdi. Bu zaman şeiri - konkret 
poetik vahidi təşkil edən leksemlərin sintaktik düzümü də böyük rol 
oynayırdı, çünki müxtəlif mənalı sözlərin yanaşması oxucuya hər 
oxunuşda yeni bir mənanı açmağa  şərait yaradırdı. Misal üçün 
Məhəmməd Füzulinin məşhur bir qəzəlinin məqtə beytini götürək: 
Edəməm tərk, Füzuli, səri-kuyin yarın, 
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! (39, 112) 
Göründüyü kimi, verilən nümunənin sonuncu misrasındakı 
təkrarlanan söz ilk baxışda estetik zövq mənbəyi, qrafik və poli-
fonik vasitə kimi dərk olunursa da, təkririn Füzuli şeirində işlədilmə 
məqsədi istər-istəməz oxucunu düşündürür, onu intellektini zorla-
mağa sövq edir. Düşüncədən alınan nəticə isə kəşf effekti bağışladı-
ğından ikiqat, bəlkə də üçqat zövqə səbəb olur. Bu anda bilmədiyini 
öyrənən, yeniliklə qarşılaşıb onu dərk edən insan psixikası həzz alır, 
sözün simvolik məzmunundan doğan işarəvi funksiyasının genişlən-
məsi isə sənətin poetik kod xüsusiyyətini meydana çıxarır. Beləlik-
lə, şeirdə iki: üst - kommunikativ və alt - semantik qat müəyyənləşir 
ki, bu da sufi poeziyasındakı iki cür eşq təzahürünü - ilahi və real 
məhəbbəti tərənnüm edir. Məhz buna görə də müasir sufi nəzəriy-
yəçisi, hind alimi Həzrət İnayət Xan “Sufizmə giriş” əsərində yazır: 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
55 
“Sufi poemalarının bütün məziyyəti onların yüksək  şərtiliyindədir 
ki, bu da tərcümədə itir”. (152, 3) 
Ümumiyyətlə, sadalanan xüsusiyyətlər Azərbaycanda XI-XVI 
əsrlərdə formalaşıb, zaman-zaman təkmilləşərək, ürfan elmi, sufi 
fəlsəfəsi təsiri altında yaranan yeni bir poeziya tipinin - intellektual 
poeziyanın XIX əsrin sonlarınadək mövcud olduğu fikrini söyləmə-
yə imkan verir və bu yaradıcılıq aktları toplusunun hər bir təzahürü 
nə qədər oxşar olsa da, öz təkrarolunmazlığı ilə seçilir. Yəni bu dövr 
ərzində eyni bir mövzu, obrazlar sistemi, üslubi çalar daxilində hər 
dəfə tamamilə yeni sənət nümayiş etdirilir, yeni məna axarı 
meydana çıxır. 
Söylənilən intellektual poeziya nümunələrində, xüsusilə  də, 
sufi dünyagörüşünü ifadə edən, ilahi məhəbbətin tərənnüm vasitəsi 
olan əsərlərdə müşahidə olunan, müasir oxucu üçün çətin anlaşılan 
ərəb-fars tərkibləri, yaxud daşlaşmış obrazlı ifadələr təkcə  əcnəbi 
şeir ölçüsünün - əruz vəzninin dilimizə uyğunlaşdırılması ilə deyil, 
həm də sənətdə simvolik çaları yaratmaq vasitəsi kimi də meydana 
çıxırdı. Yəni orta əsrlərdə Azərbaycan klassik poeziya dilini zəngin-
ləşdirən, divan ədəbiyyatı üçün daha xarakterik olan ərəb və fars 
kəlmələri süni şəkildə ədəbi dilə daxil olmur və Niyazi Mehdiyevin 
söylədiyi kimi, “heç də dilimizin leksik yoxsulluğundan irəli gəl-
mirdi”. (78, 116) Bunu qanuni hala salan amillərdən biri də poetik 
dilin pərdələmək tələbi idi ki, bu da onu həm adi danışıqdan fərq-
ləndirir, həm də  ərəbcə, farsca adi kommunikativ funksiyasından 
savayı, hər hansı dini, fəlsəfi mənbədəki rəmzi və ya belə demək 
mümkünsə, terminoloji mənasına işarə edən vahidin çox vaxt üzdə 
olmayan, alt qatdakı  məzmunu açmasına kömək edirdi. Bu həm 
zahirən Quran poetikasını  təqlid, həm də ulu mənbədəki mənaya 
əsaslanan simvol (rəmz) xarakterli söz yaratmaq üçün əlverişli idi 
ki, sənətşünaslar bu cür poetik vasitələri “bədii kod” adlandırırlar. 
Və bizim fikrimizcə, bu sayaq sözdən istifadə üsulu fərqləndirdiyi-
miz intellektual poeziyanın əsas əlamətlərindən biridir. 
Beləliklə, milli poetikamız tarixində özünəməxsus dil, ifadə 
vasitələrinin zənginliyi ilə seçilən, eyni bir üslub daxilində müəy-


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə