Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   2   3   4   5   6   7   8   9   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 

etmişdir ki, milli dilimizdə də “nəzmi-nazik” yaratmaq mümkündür. 
Həyatının  əlli ilə yaxın bir dövrünü bədii yaradıcılığa sərf 
edən Füzuli üç dildə (türk, fars, ərəb) mükəmməl sənət inciləri 
yaratmaqla hələ öz sağlığında tanınmışdır. Yaxın və orta Şərq 
ədəbiyyatını  sənətinin sehrinə salan şair zaman və  məkan hüdud-
larını aşan əsərləri ilə nəcib insani duyğuların tərənnümçüsü olmuş, 
dünyanın möhnətini çiyinlərində daşıyan, “ahı  fələkləri yandıran” 
bəlalı aşiq simvoluna çevrilmişdir. Füzuli şeiriyyəti dərin, ümumbə-
şəri və fəlsəfi tutumu, ideya və məzmun keyfiyyətləri ilə seçilməklə 
yanaşı, janr və forma rəngarəngliyi, cazibədar forma xüsusiyyətləri 
ilə də diqqəti cəlb edir. Füzuli şeirinin bu forma elementlərindən ən 
çox nəzərə çarpanı isə  şairin çox məharətlə  bəhrələndiyi poetik 
fiqurlardır. 
Yüksək sənət idealları  və  zəngin bədii dili ilə orta əsr Azər-
baycan poeziyasını zirvələrə yüksəltmiş  şairin nəzəri görüşlərinin 
əsasını təşkil edən məsələlərdən biri də bədii sözün obrazlı mahiy-
yətidir. Füzuli sənətin rəmzi məzmun kəsb etməsini qəbul edən 
şairlərdəndir. O, mücərrəd anlayış  və fikirləri konkret obrazlar 
vasitəsi ilə  əyaniləşdirir, məhəbbət nəğməkarı olan şair həm epik, 
həm də lirik irsində düşündüklərinin hamısını forma vasitəsi ilə mə-
harətlə ötürməyə müvəffəq olur.  
Dahi Azərbaycan  şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 
yaradıcılığının bir sıra problemlərinin bu gün sistemli şəkildə 
yenidən araşdırılmasına xüsusi ehtiyac duyulur. “Bütün türk şairlə-
rinin babası” (F.Köçərli) sayılan Məhəmməd Füzuli yaradıcılığının 
ən müxtəlif rakurslardan öyrənilməsi və dəyərləndirilməsi Azərbay-
can  ədəbiyyatşünaslığının qarşısında duran əbədi aktual vəzifələr-
dən biridir. Bu baxımdan, Füzuli sənətinin zəngin və tükənməz 
poetik xüsusiyyətlərinin öyrənilməsi  ən çox ehtiyac duyulan sahə-
lərdən biri kimi diqqəti çəkir. Doğrudur, dövlət müstəqilliyimizin 
əldə edilməsi, ictimai-iqtisadi-siyasi quruluşun dəyişməsi nəticəsin-
də milli-mənəvi dəyərlərimizə yeni qiymətləndirmə bucağı altında 
qayıdılması füzulişünaslıqdan da yan keçməmişdir. Lakin təəssüf 
ki, bu sahədə birtərəfli tendensiya üstünlük təşkil etmiş, Füzulinin 
 


Əzizağa Nəcəfov 
 
 

irfan aləminə nüfuz etmək meyilləri füzulişünaslığın və ümumilikdə 
mediyevist  ədəbiyyatşünaslığımızın prioritetlərindən birini təşkil 
etmişdir. Halbuki, Füzuli sənətinin ölməzliyi, həmişəyaşarlığı  və 
çağdaşlığı  məhz onun rəhbər tutduğu və  təbliğ etdiyi dünyəvi 
humanist ideyalarda, ilahi gözəlliyin emanasiya etdiyi insan və 
təbiət gözəlliyinin tərənnümündə daha bariz şəkildə  təcəssüm 
etməkdədir. Gözəlliyin tərənnümü vasitəsilə oxucunun estetik 
zövqünə  təsir edərək onu humanist ruhda, kamil insan etalonu 
istiqamətində  tərbiyə etməyin başlıca mexanizmlərindən biri isə 
poetik fiqurlarda gizlənmişdir. Məhz bu baxımdan Füzuli poetik 
fiqurlarının və ümumiyyətlə, poetik fiqur kateqoriyasının çağdaş 
ədəbiyyatşünaslığın və mediyevistikanın elmi nailiyyətləri səviyyə-
sində araşdırılması  nəzəri-praktik zərurət kəsb etməkdədir.  Şairin 
yaradıcılığında tətbiq olunan müxtəlif çalarlıqdakı poetik fiqurların 
işlədilmə xüsusiyyətlərinin, məqsəd və  səbəbinin aydınlaşdırılması 
isə xüsusi maraq doğurur. 
Füzuli Azərbaycan ədəbiyyatının elə nadir simalarındandır ki, 
onun yaradıcılığı daim diqqət mərkəzindədir və sözsüz ki, Füzuli 
yaradıcılığında ayrı-ayrı poetik fiqurların tətbiq xüsusiyyətləri də 
müəyyən tədqiqata cəlb olunmuşdur. Lakin bu tədqiqatlar ya 
fraqment şəklində olmuş, yaxud da Füzuli irsinin başqa xüsusiyyət-
lərini tədqiq edən ayrı-ayrı tədqiqatçılar öz əsərlərində, yeri gəldik-
cə, sözügedən mövzuya toxunmuş, qısaca öz münasibətlərini bildir-
mişlər. Azərbaycan ədəbiyyatında ayrı-ayrı Şərq poetik fiqurlarının 
özəllikləri son dövr tədqiqatlarında  şərh olunsa da, Füzuli ədəbi 
irsində poetik fiqurların işlədilmə xüsusiyyətlərini tam geniş 
həcmdə açıqlayan xüsusi tədqiqat işi olmamışdır.  
Azərbaycan xalqının, bütövlükdə Türk dünyası  və  İslam 
Şərqinin  ədəbi-bədii düşüncəsindəki yeniliklərin müəyyənləşdiril-
məsi, konkret fenomenin, sözügedən anda isə  hər hansı bir ədəbi 
simanın,  şairin özündən sonrakı  ədəbiyyata,  ədəbi dil və  bədii 
təfəkkürə müsbət təsirini öyrənmək sahəsində Nizami, Nəsimi, 
Füzuli kimi klassiklərin irsinin hərtərəfli təhlilinin böyük əhəmiy-
yəti var. Bu yönümdən ayrı-ayrı  tədqiqatlarda bədii təfəkkürün 
 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 

mükəmməl maddi həllinin ilkin göstəricilərindən biri olan poetik 
fiqurların tədqiqata cəlb olunması  təsadüfi deyildir. Araşdırma 
Füzuli yaradıcılığında daha çox tətbiq olunan poetik fiqurları 
müəyyənləşdirmək, onların təsnifatını verib şairin  ədəbi irsində  və 
bütövlükdə  Şərq  ədəbiyyatı arealında tutduğu yeri, klassik ədəbi 
irsimizdə vəzifələrini aydınlaşdırmaq və s. məqsədi daşıyır.  
Poetik fiqurlar Füzuli yaradıcılığının ən az tədqiq olunmuş sa-
həsidir. Onlar şairin fərdi üslubunu, estetik zövqünü, şeirlərinin təsir 
gücünün səbəbini öyrənmək baxımından da əhəmiyyətlidir. Məhz 
buna görə  də poetik fiqurların tətbiqinə psixolinqvistik, 
linqvopoetik və  sırf  ədəbi-nəzəri mövqedən münasibət bildirməyi, 
Şərq şairinin yaradıcılıq psixologiyası elementlərini müəyyənləşdi-
rərək Füzulinin özünəməxsus cəhətlərini aydınlaşdırmağı qarşımıza 
məqsəd qoymuşuq.  
Məlumdur ki, Füzuli yaradıcılığında poetik fiqurların işlənmə 
özəlliklərini öyrənərkən klassik poetikaya, bəlağət elminin nəzəri 
əsaslarına da istinad etməli,  əsrlərlə müəyyənləşən qəliblərə söy-
kənməli, eyni zamanda, müasir ədəbiyyatşünaslıq metodlarına da 
sadiq qalmalıyıq. Bu baxımdan Füzuli şeiriyyətində  tətbiq olunan 
rəngarəng poetik fiqurların təsnifatını verərkən həm onları klassik 
ənənəyə uyğun olaraq poetik vasitələrin  şeirin və ümumiyyətlə, 
bədii mətnin dinləyici və yaxud oxucu tərəfindən qəbul edilmə 
xüsusiyyətlərinə, forma və məzmun elementlərinə görə və həmçinin 
bəzi klassik traktatlara uyğun: “ləfzi” və “mənəvi” poetik fiqurlar 
şəklində bölmüş, həm də onların dahi sənətkarın yaradıcılığında 
işlədilmə məramının təyininə xüsusi yer ayırmışıq. 
Füzuli yaradıcılığı  əsasında orta əsrlər Azərbaycan  ədəbiyya-
tında üslub, üslubi fərdilik, səbk xüsusiyyətlərinə toxunmuş, klassik 
Şərq  şeirində “bədii yalan” konsepsiyasına münasibətimizi bildirib, 
obrazlı təfəkkürün Azərbaycan ədəbiyyatı tarixində bədii həllinin şa-
irdən-şairə inkişaf yolunu izləyərək Füzulinin ideya-bədii həqiqətlər-
də ənənə və novatorluq prinsiplərini müəyyənləşdirməyə çalışmışıq. 
Dissertasiyada ayrı-ayrı poetik fiqurları  şərh edərkən biz 
Füzulinin ana dilində olan ədəbi irsinə  əsaslanacaq, həmin poetik 
 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə