Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   2   3   4   5   6   7   8   9   ...   42

Əzizağa Nəcəfov 
 
 
14 
“Bədayi əl-əfkar əl-əşar”, Seyfi Buxarayinin “Əruzi-Seyfi”, Ətəallah 
Mahmud Hüseyninin “Bədai  əs-sənai” və s. müəlliflərin bu kimi 
əsərlərində göstərilən məsələlərin həm  ərəb, həm fars, həm də 
türkdilli  şeir üçün ümumi cəhətləri izah olunur, poetik fiqurlardan 
danışan müəlliflər onların yenilərini müəyyənləşdirib, işlənmə 
səbəblərini, üslubi məqsədini və növ rəngarəngliyini aşkarlamağa 
çalışırdılar. Beləliklə  də, müxtəlif xalqların çulğalaşan poetik 
təfəkkürü  ədəbiyyə elmini zənginləşdirir və yeni tədqiqatlara yol 
açırdı. Rəhim Müsəlmankulovun “Klassik Fars-tacik poetikası” 
əsərində göstərdiyinə görə, “Tərcüman  əl-bəlağə” poetik fiqurların 
aşkarlanması  və müəyyənləşdirilib qruplaşdırılması sahəsində ilk 
mənbələrdən biridir. Bu mənbədə müəllif xüsusi sərhədi gözləməklə 
77 poetik fiqurdan bəhs edib, hər birinin mənasını, işlədilmə məqsədi 
və mövqeyini izah edir, xüsusi misallar əsasında müəyyənləşdirilən 
növləri əyaniləşdirir. Bu ənənə ondan sonra da digər tədqiqatlarda bu 
və ya digər dərəcədə davam etdirilir, hər yeni tədqiqatçı poetik 
fiqurların siyahısını genişləndirib, yenilərini  əlavə etməklə sanki 
əsrlərlə zənginləşən Şərq ədəbiyyatının trayektoriyasını cızırdı. 
Artıq XV əsrin sonunda qələmə alınan “Bədai  əs-sənai” adlı 
əsərində  Ətəallah Mahmud Hüseyni özündən  əvvəl müəyyənləş-
dirilən siyahıya bir neçə poetik fiqur əlavə etməklə yanaşı, onları 
ləfzi, mənəvi və  ləfzi-mənəvi olaraq üç əsas qrupa ayırır ki, onun 
müəyyən etdiyi bədii söz sənətinin sahələri (elmi-bəlağə, elmi-
məani, elmi-bəyan və elmi təvabiyi-bəlağə) və  həmçinin poetik 
fiqurların  əksər klassifikasiyası indi də klassik ədəbiyyatşünaslığa 
dair yazılan  əksər tədqiqatlarda tətbiq olunmaqdadır. (Daha geniş 
məlumat üçün bax: 145, 5-11) 
Artıq XIX əsrin sonu - XX əsrin  əvvəllərindən başlayaraq 
mədəniyyətlərin qovuşması, milli və iqtisadi maraqların müxtəlif 
düşüncə  tərzinə malik xalqları  və dövlətləri bir-birinə yaxınlaşdır-
ması  Qərbin  Şərq incəsənətinə, xüsusilə  də onun bədii  ədəbiyyat
poeziya qoluna olan marağını artırdı, ayrı-ayrı klassiklərin irsinin, 
müsəlman xalqlara məxsus  ədəbiyyatın və  bədii düşüncə  tərzinin 
öyrənilməsini bir zərurət kimi meydana çıxartdı.  İlkin tanışlıq 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
15 
zamanı  Şərq  ədəbiyyatına bir eqzotika kimi yanaşan Avropa 
mütəfəkkirlərinin sonradan Şərq və  Qərb  ədəbiyyatının oxşar və 
fərqli xüsusiyyətlərini meydana çıxarması ilə orientalistikanın başqa 
sahələri kimi ədəbiyyatşünaslıq qolu da formalaşdı. 
Bu sahədə  tədqiqat aparan ingilis, alman, rus və başqa 
xalqların nümayəndələri də, ilk növbədə, bir mənbə kimi yuxarıda 
adlarını  çəkdiyimiz bəzi orta əsr  Şərq mütəfəkkirlərinin  şeir
ədəbiyyat haqqında traktatlarına istinad edirdilər. Ona görə də bəzi 
ədəbiyyatşünaslıq terminləri gah ilkin mənbədə olduğu kimi ərəbcə 
verilərək ondakı kimi, gah da bu termin və istilahların müvafiq 
qarşılığı tapılaraq o dövrün nəzəri təcrübəsinə uyğun müqayisəli 
şərh olunurdu. Birinci ilə müqayisədə ikinci qaydaya çox nadir hal-
larda rast gəlinir,  əksər hallarda klassik mənbələr bu tədqiqatlarda 
təsvir edilir, burada poetik fiqurlara da müəyyən yer ayrılırdı. 
Məsələn, çex ədəbiyyatşünası Yan Ripkanın redaktorluğu ilə 
nəşr olunan “Fars və Tacik ədəbiyyatı tarixi” kitabının “Poeziya və 
onun forması” fəslində farsdilli şeirin ölçü, qafiyə,  şəkil və janr 
xüsusiyyətlərindən danışılmaqla yanaşı,  Şərq  ədəbiyyatında  əsərin 
zahiri bəzək və üslubi özəlliklərindən söhbət açılarkən hüsnü-təlil, 
mirati-nəzr, tənasüb, iham, tərsi, səci-müvazinə, iqraq, mübaliğə və 
s. kimi poetik fiqurlar haqqında da qısa məlumat verilir, onların 
işlənmə  səbəbləri aydınlaşdırılır. Tədqiqatın sonunda Şərq  şeiri 
haqqında belə bir qənaət əldə edilir: “Beləliklə, hər beyt mükəmməl 
həllini taparaq müstəqil miniatür təsiri bağışlayır, iti təfəkkür, zövq 
və söz sənətkarlarının əlində mükəmməl poetik vasitələrlə harmonik 
zənginləşdirilən poeziya sənəti Qərbə tanış olmayan və  təəssüf ki, 
tərcümə vasitəsi ilə başqa dildə ötürülməsi mümkün olmayan xüsusi 
parlaqlıq əldə edir”. (142, 112) Kitab müəlliflərinin yekun bir tezisi 
də Füzuli dibaçələri ilə səslənmə baxımından xüsusi maraq doğurur: 
“(Orta  əsr  İslam  Şərqində - Ə.N.) poeziya mütləq xüsusi savad 
almağı tələb etdiyindən alim sənəti, elmlər elmi idi”. (142,113) 
Rus müəllifi N.İ.Priqarina da özünün “Farsdilli poeziyada 
beytin obrazlı mündəricəsi” adlı  məqaləsində  qəzəlin üslubi xüsu-
siyyətlərindən danışarkən bir neçə poetik fiqurun farsdilli şeirdə 


Əzizağa Nəcəfov 
 
 
16 
işlənmə tərzindən söhbət açır. Təcnis, istiarə, təzad, miratün-nəzr və 
s. haqqında danışır, bir çox təsəvvüf  şairlərindən misallar verərək 
fikrini  əyaniləşdirir. Bəzi nəzəri müddəalarında  Şəms Qeys Razi, 
Ətəallah Hüseyni kimi orta əsrlər müəlliflərinin  əsərlərinə istinad 
edən N.İ.Priqarinanın Şərqə məxsus obrazlı təfəkkür tərzi haqqında 
bir qənaəti çox maraqlıdır: “(Farsdilli şeirdə - Ə.N.) poeziyanın 
bədii təsvir vasitələrində  də çevriliş baş verir: özünün poetik 
yeniliyini çoxdan itirən, klişe xarakterli vasitələr indi tamamilə 
başqa, dini-fəlsəfi reallığı  əks etdirməyə xidmət edir, dini-fəlsəfi 
simvola çevrilirdi”. (148, 96) 
Göründüyü kimi, XX əsr sovet ədəbiyyatşünaslığında ayrı-
ayrı  Şərq  şeir janrlarında işlənən poetik vasitələrin tətbiqinə  də 
xüsusi yer ayrılırdı. M.N.Osmanov isə “Fars-tacik poeziyasının 
üslubu (IX-X əsrlər)” adlı kitabında Rudəki, Bəlxi, Dəqiqi, Muncuq 
kimi müəlliflərin qəsidələrinin dilinə  əsasən  şərq  şeirinə  məxsus 
simmetriya, monumentallıq, miniatür mükəmməllik, dinamiklik 
kimi keyfiyyətləri müəyyən edir. Lakin klassik şərq poetik 
fiqurlarından dilçilik nöqteyi-nəzərindən bəhs etdiyi üçün onları 
mənbədəki adları ilə vermir, müasir qarşılıqları ilə  əvəz edib, 
linqvopoetik istiqamətdə şərh edirdi. 
Müəllif yazır: “IX-X əsrlər farsdilli poeziyada simmetriya xü-
susi rol oynayır. Şairlər bədii təsvir vasitələrini simmetrik yerləşdir-
məyə çalışır, semantikada olduğu kimi, kompozisiyada da paralel-
liyə, onları yaradan poetik fiqurlara üstünlük verirdilər”. (147, 77) 
Sovet dönəminin digər tacik tədqiqatçısı Rəhim Müsəlmanku-
lov “Klassik fars-tacik poetikası (X-XV əsrlər)” adlı monoqrafiya-
sında XV əsr müəllifi  Ətəallah Mahmud Hüseyninin “Bədai-əs-
sənai” traktatına istinadən  əsərinin birinci fəslində  Şərq  ədəbiyya-
tında işlənən klassik poetik fiqurların təsnifatını, onların işlədilmə 
xüsusiyyətlərini  şərh edir, ayrı-ayrı  nəzəri mənbələrlə müqayisəli 
şəkildə ümumiləşdirmələr aparır. Ümumilikdə 133 poetik fiqurdan 
söhbət açan R.Müsəlmankulov onları  Ətəallahın traktatına uyğun 
olaraq üç əsas qrupda birləşdirir: 1) ləfzi (sözlü), 2) mənəvi (ob-
razlı), 3) ləfzi və mənəvi (sözlü və obrazlı); Təcnis, məqlub, tərdü 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə