Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə26/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

Əzizağa Nəcəfov 
 
 
78 
Çox nəzrlər etdi hər məzarə, 
Çox qıldı niyaz girdigarə. (40, 35) 
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz, 
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz. (39, 124) 
Nə müşkil dərd olursa, bulunur aləmdə dərmanı, 
Nə müşkül dərd  imiş  eşqin kim, dərman eyləmək  olmaz.      
(39, 119) 
Can ver könül, ol qəmzəyə kim, bunca zamanlar, 
Can içrə səni bəslədiyim anın üçündür. (39, 109) 
Maraqlıdır ki, sonuncu nümunədə  təkrarlanan “can” sözü 
müasir ədəbi dilimizdəki semantikasından fərqli olaraq, nisbi omoni-
mik səciyyə daşıyır. Beyt boyu semantik söz yaradıcılığından istifadə 
edən Füzuli “can” sözünü digər nitq vahidləri ilə əlaqəyə salaraq ona 
yeni məna yükü qazandırır. Birinci misrada “can ver”mək frazeoloji 
vahidi müasir dilimizdən fərqli olaraq, “könül ver”mək, “can içrə” 
təyini söz birləşməsi isə “bədənimin içində” anlamına gəlir. 
Misra önü və axırı mövqe şeirin məna yükü baxımından  ən 
qüvvətli yeri olduğundan, Füzuli əsərlərində  təkririn bu növünə 
xüsusi önəm verilmişdir. Onun hətta təcahülül-arif (heyranlıq bildi-
rən bədii sual) poetik fiquru üzərində qurulan xüsusi bir qəzəli - 
“Qansı gülşən gülbünü sərvi-xuramanınca var?” misrası ilə başlanan 
əsəri bütövlükdə  təkririn anafora növünə  əsaslanır. Qəzəlin bütün 
misraları eyni bir sözün - “qansı” sual əvəzliyinin təkrarı ilə 
başlanır. Bu isə şeirə xüsusi estetik görünüş və səslənmə bəxş edir. 
Təkririn sözügedən növünün tam əksi olan epifora çalarlığı 
Tatar dilçisi X.R.Kurbatovun “Tatar dilinin linqvistik üslubiyyatı və 
poetik sintaksisi” əsərində  əsaslandırıldığına görə,  ədəbiyyatşünas-
lıqda rədif və refren (nəqərat) kimi fərqləndirilən, şeir dilinin ahəng 
yaradan əsas vasitələrindəndir. (Bax: 144, 495) Füzuli yaradıcılığında 
rədiflənmə xüsusiyyətləri ayrıca bir tədqiqatın mövzusu olduğundan 
ona dair, sadəcə, bir neçə misal verməklə kifayətlənəcəyik. Məsələn: 
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim! (39, 159) 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
79 
Yaxud: 
Saçma, ey göz, əşkdən könlümdəki odlarə su 
Kim, bu dəklü tutuşan odlara qılmaz çarə su. (39, 258) 
Füzulidə epiforanın refren (nəqərat) növü, yəni hər bəndin so-
nunda təkrarlanan bütöv sintaktik vahidlə əmələ gələn təkrir Azər-
baycan  ədəbiyyatında ictimai satiranın  ən görkəmli nümayəndəsi 
olan Sabirin əsərlərində olduğu kimi tətbiq olunmasa da, birincinin 
“Leyli və  Məcnun” poemasında hər iki baş  qəhrəmanın dilindən 
verdiyi mürəbbelərində hər bəndin sonunda təkrarlanan misralar bu 
poetik vasitənin  ən kamil nümunəsi kimi yadda qalır. Həmin 
mürəbbelərdən bir neçə bəndə nəzər salaq: 
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin? 
Bəzm edib, xəlvət qılıb, yüz lütvü ehsan etdiyin? 
Əhd bünyadın mürəvvətdirmi rizvan etdiyin? 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin
Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin, 
Qanə-qanə qeyr cami-şövqünü nuş eylədin, 
Varə-varə əhdü peymani fəramuş eylədin. 
Qanı, ey zalım, bizimlə əhdü peyman etdiyin? (40, 125) 
Və ya, 
Giriban oldu rüsvalıq əlilə çak damən həm, 
Mənə rüsvalığımdan dustlar tən etdi, düşmən həm, 
Rəhi-eşq içrə can qıldım giriftari-bəla, tən həm, 
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm
Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox, 
Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmküsarım yox, 
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox, 
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? (40, 129) 
Göründüyü kimi, “Leyli və Məcnun”dan gətirilən bu iki mü-
rəbbedə hər bəndin sonunda özünü göstərən epiforik təkrir həmçinin 
istiğfəm poetik fiquru (ritorik sual) kimi də xüsusi maraq doğurur, 
bənddəki mənanı yekunlaşdıraraq, qəhrəmanın çəkdiyi mənəvi 
əzabların dözülməzliyini emosional vasitələrlə oxucuya çatdırmağa 
xidmət edir. 


Əzizağa Nəcəfov 
 
 
80 
Təkririn bu növü klassik Şərq şeirinin lirik janr formalarından 
biri olan tərcibəndin  əsas struktur göstəricisi kimi çıxış edir. 
Məlum olduğu kimi, hər bəndi səkkiz-on misradan ibarət olan bu 
şeir şəklinin birinci bəndinin sonuncu misraları digər bəndlərdə də 
təkrar edilir ki, Məhəmməd Füzulinin “Mən kiməm? - Bir bikəsü 
biçarəvü bixaniman”, “Gətir, saqi, qədəh kim, novbaharı-aləmara-
dır!” misrası ilə başlanan tərcibəndləri onun ən gözəl nümunəsidir. 
V.M.Jirmunskinin “кольцо строфы” - bənd haşiyəsi adlandır-
dığı epistofora və ya anepifora təkrir növünün beytin eyni bir söz və 
ya söz birləşməsi ilə başlayıb bitməsinə Füzuli yaradıcılığında rast 
gəlinsə də, Mirzə Ələkbər Sabirin tez-tez müraciət etdiyi şeirin eyni 
bir misra, beyt və ya bəndlə başlanıb bitməsi növünə  təsadüf 
olunmur. Və onu da qeyd etməliyik ki, anepiforanın Füzulidə müşa-
hidə olunan növü, əslində, klassik poetikada geniş tətbiq olunan rad-
dus-sadr aləl-əczdir. Bu poetik fiqur haqqında qabaqda xüsusi mə-
lumat verəcəyik. Hələlik isə ona dair bir misal verməklə kifayətlənək: 
Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa, 
Ol zamandan kim, onu mülki-Süleyman bilmişiz. (39, 179) 
Təkririn klassik Şərq mənbələrində iltizam, dilçilik ədəbiyya-
tında isə poliptotonepimona adlandırılan növü də həm klassik, həm 
də müasir poeziyamızda geniş yayılan bədii ifadə vasitələrindəndir. 
İltizam misra, beyt, bənd, yaxud bütöv bir şeir mətni daxilində bir 
və ya bir neçə sözün müxtəlif şəkillərdə, kiçik variasiyalarla təkrarı-
dır. Bu poetik fiqurun Füzuli şeirində  zəngin növ rəngarəngliyinə 
rast gəlmək mümkündür ki, onun müxtəlif nitq hissələri üzrə  və 
qrammatik əlavələrə görə təsnifatına Musa Adilovun monoqrafiya-
sında daha geniş yer ayrılmışdır. Həmin bədiiyyat vasitəsinin poetik 
mətn nəzdində təzahür formaları aşağıdakılardır; 
1) eyni bir beyt və misra daxilində təkrar
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, 
Qoy məni dərdimlədərman eyləmə, var, ey həkim. (39, 159) 
Canı gər canan istəsə, minnət canıma
Can nədir kim, onu qurban etməyim cananıma. (38, 39) 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə