Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə29/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
87 
Bu parçada xitablar yuxarıdakından fərqli olaraq bütöv bir 
misranı əhatə etməsə də, hər beytin əvvəlində təkrarlanan “ey” nida-
sı və qəzəl boyu müşahidə olunan oxşar cümlə konstruksiyası qram-
matik təkrar mövqeyində çıxış edərək eyni dizayn effekti yaradır. 
Füzuli qəzəllərində və ümumiyyətlə, bütün poetik irsində dilin 
bütün yaruslarında tez-tez müşahidə olunan bu simmetriya və 
tarazlığı şərti olaraq müvazilik adlandırmaq olar ki, onun da fonetik, 
leksik, qrammatik və qrafik müvazilik deyə növlərini müəyyən 
etmək mümkündür. (Leksik müvazilik əvəzinə leksik paralelizm də 
demək olar) Bu paralelizmi yaradan bəzi vasitələrə nəzər salaq. 
Fonetik səviyyədə müvazilikdən bir qədər irəlidə, eyni səs 
tərkibinə malik sözlərin cüzi dəyişikliklə bir şeir vahidinin tərkibin-
də  işlənməsi ilə yaradılan  məqlub poetik fiqurundan danışarkən 
bəhs etmişdik. Onun, yəni fonetik müvaziliyin digər, daha çox 
yayılmış, lakin heç bir mənbədə xüsusi fərqləndirilməyən variantı 
da eyni bir misranın, yaxud beytin tərkibində izafət zənciri əsasında 
yaradılan nitq vahidlərinin paralel işlədilməsidir. Məsələn: 
Şayeyi-ümmid zayil, afitabi-şövq gərm, 
Rütbeyi-idbar ali, payeyi-tədbir dun. (39, 187) 
Yaxud: 
Ğübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir. 
Sücudi-dərgahin sərmayeyi-dünyavü dinimdir. (39, 105) 
Göründüyü kimi, əgər birinci nümunədə beyti təşkil edən 
misralardakı izafətlər paralellik yaradırsa, ikincidə bu müvazilik hər 
misrada özünü göstərir və izafət birləşmələrindəki [i] səsi eyni bir 
mövqedə təkrarlanmaqla səslənmədə xüsusi musiqi effektinə səbəb 
olur.  Ərəb  əlifbası ilə yazı zamanı isə izafət  əlaməti olaraq bəzi 
sözlərə artırılan ى hərfi misralara əlavə qrafik gözəllik verir.  
Füzuli şeiriyyətində məntiqi simmetriya vasitələrindən biri də 
leksik paralelizmdir. Leksik paralelizm dedikdə biz eyni bir misra, 
beyt və yaxud daha böyük şeir vahidində sinonimik sıranı  təşkil 
edən sözlərin yanaşı  işlədilməsini nəzərdə tuturuq. Sinonimik 
təkrarı ilk dəfə xüsusi poetik göstərici olaraq fərqləndirən Əbdüləzəl 
Dəmirçizadə olmuş, onları “həmməna sözlərin müvaziliyi” şəklində 


Əzizağa Nəcəfov 
 
 
88 
“Kitabi-Dədə Qorqud”un dilində qoşa işlənmə xüsusiyyətlərinə 
görə ayırmışdır. Füzulinin də  bəzi beytlərində belə müvaziliyi 
müşahidə etmək mümkündür. Məsələn: 
Aşiqi-sadiqdir, izhari-qəm eylir hər səhər, 
Ah ilə xəlqi yuxusundan qılır bidar sübh. (41, 49) 
Yaxud: 
Oxa peykan dikilir qəmzən üçün peyvəstə, 
Toxunur tənə oxu qaşın ucundan yayə. (39, 212) 
Füzulinin tam məntiqi paralel üzərində qurulan bir beytinə 
nəzər salaq. Bu nümunədə nisbi sinonim (kontekstual sinonim) olan 
sözlər alt-alta düzülərək, demək olar ki, eyni bir mənanı andırır, 
halbuki misra boyunca yalnız nəbi və rəsul sözləri sinonimdir: 
Hər əsrdə bir nəbi zühuru, 
Hər dövrdə bir rəsul nuri. (40, 18) 
Leksik paralelizm kimi fərqləndirdiyimiz bu bədii vasitə mə-
nəvi poetik fiqur olan təzadın  əksi olaraq analogiya da adlandırıla 
bilər. 
Məlumdur ki, Füzuli şeirin oxunuşu ilə bərabər, onun yazılışı-
nın da kamil olmasına xüsusi önəm vermişdir.  Şairin türkcə “Di-
van”ının müqəddiməsində savadsız katiblərdən şikayətlənməsi, bu-
radakı qəzəl haqqında məşhur qitəsində “Qəzəl de ki, məşhuri-döv-
ran ola, Oxumaq da, yazmaq da asan ola” misraları və ümumiyyətlə, 
yaradıcılığındakı bu kimi məqamlar dahi sənətkarın xoşnəvisliyin 
özünü bir incəsənət növü kimi qəbul edib, bədii mətnin oxucuya 
çatdırılmasında ona necə böyük əhəmiyyət verdiyindən söhbət açır. 
Sənətin estetik funksiyasını tam yükü ilə başa düşən müəllif 
əsərlərindəki yüksək akustik vasitələrlə yanaşı, kamil formanın əsas 
elementlərindən biri olan müxtəlif vizual priyomlardan da istifadə 
etməklə sanki xəttatlara kömək edir, əsərlərinin cazibəli görkəminə 
də şərait yaradırdı. Hər şeydə bir simmetriya arayan Füzuli ayrı-ayrı 
poetik fiqurlardan: məqlub, cinas və s.-dən bir qrafik tarazlıq 
vasitəsi kimi də istifadə etmiş, zəngin söz ehtiyatı, mahir sözişlətmə 
qabiliyyəti nəticəsində  əksər  əsərlərində qrafik müvaziliyə  də nail 
olmuşdur. Şairin ədəbi irsindən bəzi nümunələrə nəzər salaq: 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
89 
Getdin o yerə ki, getmək olmaz, 
Yetdin o yerə ki, yetmək olmaz. (40, 20) 
Yaxud: 
Qılmazlar idi sözünü məlum, 
Bilməzlər idi sözünə məfhum. (40, 43) 
Göründüyü kimi, “Leyli və  Məcnun” poemasından misal 
gətirilən yuxarıdakı beytlərdə  məqlub poetik fiquru sayəsində 
misralar arasında yüksək tarazlıq gözlənilmiş, bir, yaxud iki hərfin 
dəyişdirilərək sözlərin alt-alta düzülməsi ilə qrafik müvazilik 
yaradılmışdır. Sözsüz ki, burada sözlərin təkrarı da simmetriyanın 
tam qorunmasına münbit şərait yaratmışdır. Eyni əsərdən başqa bir 
parçaya nəzər salaq: 
Leyli – məhi-asimani-hişmət, 
Məcnun – şəhi-kişvəri-məlamət. 
Leyli – səfi-əhli-hüsn əmiri, 
Məcnun – səri-kuyi-qəm fəqiri. (40, 56) 
Verilən nümunədə isə çarpaz təkrarlanan “Leyli və  Məcnun” 
sözləri, alt-alta düzülən məqlub təşkil edən “məh – şəh”, “səf – sər” 
kəlmələri, bir-birini gözləyən izafətlər həm səslənmə, həm də 
görünüm baxımından yüksək tarazlıq yaradır, bundan savayı, kamil 
forma məzmunu tamamlayıcı amilə çevrilir. Əsərin baş qəhrəmanla-
rını  əlamətləri ilə qarşılaşdırıb bərabərləşdirən  şair, bu müvazinətə 
formada da tam nail olur. Və ümumiyyətlə, Füzuli üçün sənət 
imtahanı olan “Leyli və Məcnun” poeması dualizm əsasında quru-
lan simmetrik quruluşu ilə diqqəti özünə cəlb edir ki, bu ikilik bütün 
əsər boyunca gözlənilməkdədir. Məsələn:  
Üz vurdu üzünə qıldı əfqan, 
Göz sürdü gözünə oldu giryan. (40, 76) 
Yuxarıdakı beytlərdə olduğu kimi, ardıcıl gələn vahidlərin alt-
alta düzülüşündəki eyni tarazlıq burada da gözlənilmişdir. Musa 
Adilovun klassik poetika ilə bağlı qeyd etdiyi bir fakt bu nümunəyə 
də aiddir: “Diqqət yetirilsin ki, məqlub hadisəsi tələffüz (səs) ilə 
əlaqədar deyil, məhz yazılış, imla (hərf) ilə əlaqədar hadisədir. Odur 
ki, hətta mümkün olduğu təqdirdə  sənətkar  əlində  bədii-estetik 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə