Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə37/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   34   35   36   37   38   39   40   41   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
111 
Füzulidə  mətni təzadın bu növü çox vaxt iki cisim, hadisə, 
varlıq və ya şəxs arasında müqayisəyə, yəni onlardakı  fərqi 
müəyyənləşdirməyə xidmət edir. 
Necə ki, şairin “Leyli və Məcmun” poemasında mətn daxilin-
də bir-birinə yaxın mövqedə iki bənzədilən arasındakı  fərq belə 
müəyyənləşir: 
Ol - nəqşi-səhifeyi-vəfadır, 
Bu - tərzi-cərideyi fənadır. 
Ol - qərqeyi-bəhri-zövqi-candır, 
Bu - məhvi-tənəümi-cahandır. 
Ol - xeyr yoluna rəhbərdir, 
Bu - başladığı təriqi-şərdir. 
Cananəsi üçün ol dilər can, 
Öz canı üçün dilər bu canan. (40, 114) 
Yaxud poemanın “Bu, Leylinin çıraqla olan macərasıdır və 
ondan ürək dərkinə çarə istəməsidir” hissəsində: 
Mən həm sənə bənzərrəm vəfadə, 
Bəlkə neçə mərtəbə ziyadə. 
Sən gecə həmin yanırsan, ey zar! 
Mən gecəvü gündüzəm girifdar. (40, 82) 
Nəsrdə  də iki əks hadisənin nəqli ilə  hər hansı bir predmet, 
obyekt və ya hökmü daha qabarıq nəzərə çatdırmaq, onlar arasın-
dakı ümumiliyi ifadə etmək məqsədi ilə  mətni təzaddan istifadə 
olunur ki, onun istər mikro, istərsə də makro səviyyədə təzahürünə 
Füzuli yaradıcılığında daha çox “Hədiqətüs-süəda”  əsərində rast 
gəlinir. Füzulinin məqtəl janrında qələmə aldığı adı gedən iqtiba-
sının “Müxəddərati Əhli-Beytin Şama getdigin bəyan edər” başlıqlı 
xatiməsində Bəxtəridən verilən bir qısa əhvalat nəql olunur; Bu qısa 
mətn daxilində  həzrəti Peyğəmbər və onun ailəsinin müqəddəsliyi 
bir ağacın simasında təzahür edir. Hekayət olunur ki, bir gün həzrəti 
rəsuli-əkrəm  əleyhis-səlam bir nəfərin evində mübarək  əllərini 
yuduqdan sonra məzməzə etdiyi suyu kənarda torpağa tökür. Səhər 
çağı həmin yerdə bir bar gətirmiş meyvə ağacının ucaldığını görür-
lər. Xalqın “Şəcəreyi-mübarəkə” adlandırdığı bu ağac bir gün 


Əzizağa Nəcəfov 
 
 
112
meyvəsini töküb, yarpaqlarını  yığır. Məlum olur ki, həzrəti 
Məhəmməd dünyadan köçüb. O gündən sonra ağac az da olsa, yenə 
də bar gətirir. Bir gün barının tam yox olub, yarpaqlarının əvəzinə 
tikan bitirdiyini görürlər. Bu dəfə  xəbər gəlir ki, həzrəti Murtəza 
dünyadan köçüb. Ondan sonra o ağacın yarpaqlarından dərman 
düzəldirlərsə  də, bir gün o yarpaqlar da tökülür. Bilirlər ki, bu, 
imam Həsənin vəfatına nişanədir. Ağacın gövdəsi də quruyub, yerlə 
yeksan olanda bilinir ki, Kərbəla vaqiəsi olub. (Bax: 38, 286) 
Göründüyü kimi, bu çox kiçik mikro mətn daxilində özünü göstərən 
bir-birini inkar edən hadisələr ümumilikdə böyük istedadın ustalığı 
nəticəsində eyni bir motivin şərhinə xidmət etmiş olur. Füzuli bu 
təzadlı şərh etmə üsulundan makro mətn səviyyəsində də bəhrələnir. 
b) Makromətn daxilində eyni əşya, hadisə və varlıqlarla bağlı 
iki əks fikrin qarşılaşdırılması. Bunun da ən gözəl nümunəsi şairin 
“Hədiqətüs-süəda”  əsərində yaradılır. Həmin  əsərin yuxarıda adını 
verdiyimiz “Xatimə” hissəsində  nəql olunan “Kənzül-qəraib”də 
yazılan göyərçinlə bağlı bir əhvalatla Əbu Hənifənin “Tarix”indəki 
bir qeyd qarşılaşdırılır. Daha doğrusu, Məhəmməd Füzuli bu iki 
əsərdə  Həzrəti  İmam Hüseynin şəhadəti zamanı onun günahsız 
axıdılan qanı ilə bağlı nəql olunan iki əks xarakterli hadisəni, mikro 
mətni bütöv bir mətn daxilində makro səviyyədə qarşılaşdırmaqla 
gözəl mətni təzad nümunəsi yaradır. Əgər birinci vaqiədə göyərçin 
ağ qanadlarını o mübarək həzrətin al qanına bulayıb yaxınlıqdakı 
ərazidə yaşayan kasıb bir yəhudinin kor qızının gözlərinə damızdır-
maqla onun gözlərinin açılmasına və bu möcüzənin əsərindən də o 
qızcığazın atasının  İslamı  qəbul etməsinə  səbəb olursa, ikinci 
əhvalatda isə əksinə, təsvir olunur ki, əhli-beytin düşməni olan İbn 
Ziyad Həzrəti  İmam Hüseynin başını dizinin üstünə qoyub onun 
hüsnünə alay edərkən o mübarək zatın bir damla müqəddəs qanın-
dan onun murdar dizinin üstünə düşür, düşdüyü yeri ox kimi dəlib 
keçir və bu da İbn Ziyadın qıçında sağalmaz, ömürlük, üfunətli bir 
yaraya səbəb olur. (Bax: 38, 286-287; 289-290) Və  hətta bu eyni 
motivlə - Həzrəti İmam Hüseynin qanı ilə bağlı əhvalatların müşa-
yiət olunduğu  şeir parçaları da makro mətn daxilində nisbi təzad 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
113 
mövqeyində çıxış edir. Birinci parça: 
Mərhəmi-bargahi-izzətdən 
Nə əcəb gər kəramət etsə zühur. 
Qürbi-dərgahi-həq bulanlardan, 
Möcuzatü kəramət olmaz dur. (38, 287) 
İkinci parça: 
Sanma tökmək əhli-beytin qanını asan olur, 
Ehtiraz et kim, sənə hər qətrə bir peyman olur. (38, 290) 
Beləliklə, Füzuli yaradıcılığında apardığımız müşahidələr nə-
ticəsində müəyyənləşdirdiyimiz müxtəlif təzad növlərinin şərhindən 
bir  şey də aydın oldu ki, şairin tam və ya nisbi əkslik təşkil edən, 
antonim və ya antiteza yaradan cütlüklərinin işlədildiyi təzadlarında 
da bir harmoniya, məzmun və ya forma eyniliyi özünü göstərir. 
 
 
Füzuli yaradıcılığında bədii sual  
və onun növ rəngarəngliyi 
 
 
Həyat həqiqətlərinin dərki, mövcud reallıq haqqında dolğun 
təəssüratın formalaşdırılması düşüncənin  əsası olduğu kimi, onun 
hərtərəfli öyrənilib müsahibə çatdırılması, bir sözlə, informasiya 
mübadiləsi də məqsədindən asılı olmayaraq hər bir nitqin əsasıdır. 
Nitqin tam, bütöv və dolğun informasiya ötürücüsü olan, ən 
böyük struktur elementi isə cümlədir. Yəni cümlə nitqin ən  əsas 
vahididir. Təfəkkürün heç bir forması dildən kənarda yaranmadığı 
kimi, analitik düşüncənin yekunu olan hökm də cümlədən kənarda 
reallaşa bilmir. Müəyyən  əlamət və xassənin iqrar və ya inkar 
edilməsi, onun cisimdə varlığı  və ya yoxluğunun fərz edilməsini 
ifadə edən məlumat xarakterli hökmlərin səsli dildəki maddi cildi 
olan nəqli cümlələrdən fərqli olaraq, informasiyanın  əldə edilməsi 
və ya dəqiqləşdirilməsi məqsədi ilə müsahibə ünvanlanan fikrin 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə