Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
75 
çalarlığı vasitəsi kimi də  çıxış edir. Yəni Füzuli bu poetik fiqurla 
təkcə inad, ifadənin məzmununu qüvvətləndirməyi və fikrin təsir 
qüvvəsini gücləndirməyi deyil, həmçinin mənanı gözəlləşdirib, 
ondakı ekspressivliyi artırmağı da əsas məqsəd kimi qarşıya qoyur. 
Əgər  əksər klassiklərimiz kimi, Nəsimidə eyni söz, eyni bir 
məqamda təkrarlanıb yuxarıdakı  məqsədlərdən müəyyən birinə 
xidmət edirsə, Füzulidə eyni məqamda tətbiq olunan nitq vahidi 
həm həmin, həm də əlavə funksiyanı yerinə yetirir. Misal üçün hər 
iki şairdən bir beytə nəzər salaq: 
Nəsimidə: 
Yüzün bərgi-güli-tərdir, güli-tər
Boyun sərvi-sənubərdir, sənubər! (51, 198) 
Füzulidə: 
Edəməm tərk, Füzuli, səri-kuyin yarın, 
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! (39, 151) 
Göründüyü kimi, Nəsimidə  hər misranın sonunda ardıcıl 
təkrarlanan eyni dil vahidləri, sadəcə, ritm, əlaməti gücləndirmə vasi-
təsi kimi çıxış edirsə, Füzulidə misra boyu təkrarlanan söz yuxarıda 
sadalanan funksiyaları yerinə yetirməklə yanaşı, həm də  təsəvvüfdə 
insan ruhunun yerləşmə  məqamının dörd mərhələsinə  sətiraltı  işarə 
etdiyindən, tək stilistik deyil, konseptual xarakter də kəsb edir. Ələst 
aləmi, ana bətni, bu dünya və axirət (Bu misranı müxtəlif cür şərh 
edənlər də var) anlamı daşıyan “vətənim” kəlməsi yarın “səri-kuy”i-
nin seyrdə olan ruhun hər dörd dayanacağında aşiq üçün vətən timsalı 
olduğunu aydınlaşdırır ki, bu da qəzəlin başqa beytlərində söylənilən 
ümumi fikri tamamlayır; Arıya yuvası, eşq dəlisinə cünunluq zənciri 
dairəsinin sərhədləri, bülbülə bahar əyyamında olan bağ, sudakı hava 
qabarcığına onu bütövdən ayıran pərdənin civarı nə qədər əzizdirsə, 
aşiqə də məşuqunun qucağı o qədər doğmadır. 
Qeyd etdiyimiz kimi, təkririn müxtəlif növ rəngarəngliyindən 
bəhrələnən mahir söz sərrafının bənzərsiz poetikasında,  əksər 
klassiklərimizin ədəbi irsində olduğu kimi, bu fiqurun ən sadə növü 
olan sərbəst və ya qaydasız təkrirdən daha çox istifadə olunmuşdur. 
Sərbəst, yaxud qaydasız təkrir eyni bir söz və ya ifadənin bir misra 


Əzizağa Nəcəfov 
 
 
76 
və ya bir neçə yanaşı  gələn  şeir vahidinin müxtəlif yerlərində 
təkrarıdır. Məsələn: 
Gər çox istərsən, Füzuli, izzətin az et sözün 
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. (39, 112) 
Bu beytdə  “çox”  sözü  üç  dəfə: birinci dəfə  zərf, ikinci dəfə 
tərkibi felin birinci tərəfi, üçüncü dəfə isə qeyri-müəyyən miqdar 
sayı kimi təkrarlanmışdır. 
Təkririn bu növünün başqa növləri ilə paralel işlənən forması 
da var ki, Füzuli qəzəllərində daha geniş yayılan bu formanı  şərti 
olaraq qarışıq tipli təkrir adlandıra bilərik. Misal üçün baxaq: 
Canı kim cananı üçün sevsəcananın sevər
Canı üçün kim, cananın sevər canın sevər. (39, 83) 
Pərişan xəlqi-aləm ahu əfğan etdiyimdəndir, 
Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir. (39, 95) 
Göründüyü kimi, birinci nümunədə  təkririn həm  qaydasız 
(“sevər” sözünün təkrarı), həm anafora (hər iki misranın əvvəlində 
“canı” sözünün təkrarı), həm də  epimona  və ya poliptoton (“can”, 
“canan”,”sev” kimi sözlərin kiçik variasiyalarda - qrammatik dəyi-
şikliyə uğrayaraq təkrarlanması) növündən yalnız bir beyt daxilində 
istifadə olunmuşdur. Eyni fikri ixtisar, yaxud əlavələrlə digər beyt 
haqqında da söyləmək mümkündür. Bu isə Füzulinin sözə necə 
qənaətlə yanaşmasının ən gözəl göstəricisidir. 
Təkririn  Şərq  ədəbiyyatında geniş  tətbiq olunan növlərindən 
biri də  qoşalamadır. Dilçilikdə  reduplikasiya  və ya geminasiya da 
adlandırılan bu poetik vasitədən Füzuli yaradıcılığında da istifadə 
olunmuşdur. Lakin şeirdə eyni nitq vahidlərinin ardıcıl olaraq qoşa 
işlədilməsi ilə yaradılan təkririn bu növü onun ədəbi irsində 
Nəsimidəki kimi aktiv xarakter daşımır. Məsələn: 
Füzulidə: 
Cövrü könlümdür çəkən, gözdür görən rüxsarını, 
AllahAllah, kam alan kimdir, çəkən kimdir təəb! (39, 65) 
Nəsimidə: 
Sözünsözün, sözündən utandı qəndü nəbat, 
Üzünüzün, üzündən tutuldu şəmsü qəmər. (51, 181) 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
77 
Söylənilən fikrin əksinə olaraq, Füzuli irsində heç bir nəzəri 
ədəbiyyatda təkririn xüsusi növü kimi qeyd olunmayan, eyni leksik 
vahidin təkrarı ilə yaradılan mürəkkəb sözlərin geniş  işlədilməsi 
müşahidə olunur ki, Musa Adilovun “Məhəmməd Füzulinin üslubu 
və poetik dili” adlı monoqrafiyasında “təkrar sözlər” kimi qeyd 
olunan bu fərdi üslub göstəricisi söz yaradıcılığı faktorundan çox 
poetik emosionallıq funksiyası daşıyır. Məsələn: 
Ədayi-şükri-xədəngimdir ol səda ki, çıxar 
Zaman-zaman tökülən qətrə-qətrə qanımdan. (41, 163) 
Ləhzə-ləhzə xəm qədim peykanın istər, ya qılır 
Zərrə-zərrə mahi-növ xurşiddən iqtibas. (41, 101) 
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar, 
Qətrə-qətrə saçılır didələrimdən qanlar. (39, 101) 
Füzuli şeirinin bir özünəməxsusluğu da onun ədəbi dilimizdə 
geniş yayılan təkrarlanan bağlayıcılardan misra boyu və beyt daxi-
lində xüsusi melodiklik vasitəsi kimi istifadə etməsidir. Məsələn: 
Göstərən saətdə dövrani-fələk bir inqilab, 
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. (39, 302) 
Yaxud: 
Cami-meyi-qəm tutanda aləm 
Həm sən içdin bu camı, mən həm. (40, 187) 
Göründüyü kimi, sonuncu nümunədə  təkririn xüsusi növü 
kimi fərqləndirmək mümkün olmayan bu vasitədən istifadə edərkən 
Füzuli beytin birinci misrasında daxili qafiyədən də  bəhrələnir ki, 
bu da ona ikiqat musiqi ahəngi əldə etməyə şərait yaratmış olur. 
Təkririn klassik ədəbi irsimizdə ən geniş yayılan növlərindən 
biri də anaforadır. Hərfi tərcümədə “eyni başlanğıc” mənasına gə-
lən anafora eyni söz və ya söz birləşməsinin ardıcıl işlənən şeir va-
hidlərində misranın əvvəlində heç bir formal dəyişikliyə uğramadan 
təkrarlanmasıdır. (Məlumat üçün bax: 140, 451-483) Füzuli irsində 
də təkririn bu növ rəngarəngliyinə aid kifayət qədər nümunə tapmaq 
mümkündür. Məsələn: 
Çox mahiqa sənəmlər aldı, 
Çox türfə zəminə töxm saldı. 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə