Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə33/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
99 
Fərhad həvəs ilə yelə verdi ömrün
Xak oldular onlar, imdi mənəm ol xak. (39, 311) 
Ərəbcədən tərcümədə hesabda çıxma  əməli kimi anlaşılan 
təfriq adlı poetik fiqur çox zaman mübaliğənin litota növünü xatır-
ladır. Bu, əslində, təsvir zamanı kiçiltmədir. Məsələn, Füzuli özü-
nün “Leyli və  Məcnun” poemasında baş  qəhrəmanın dilindən 
verdiyi qəzəllərindən birində deyir: 
Öylə zəif qıl tənim firqətində kim, 
Vəslinə mümkün ola yetirmək səba məni. (40, 74) 
Yaxud bu poemadakı başqa bir qəzəlində yazır: 
Yetsə gər aşiqlərin əflakə əfğanı, nə sud, 
Yetmək olmaz məhvəşlərin vəslinə əfğan ilə. (40, 53) 
Məhz bu təzadlı beytdə  aşiqlərin fəqanının fələklərə çatması 
sevgiliyə yetişməklə müqayisədə kiçik görünür. 
Biz Mahirə Quliyevanın öz tədqiqatında “ifrat və  təfriqə uy-
madan bir şeyi olduğu kimi real şəkildə təsvir” açıqlaması ilə xarak-
terizə etdiyi iqtisad adlı fiquru heç bir şişirtmə və kiçiltmə əlaməti 
olmadığından, mübaliğə poetik fiqurunun içinə daxil etməkdən 
çəkindik. 
Hərfi tərcümədə  qənaət mənasına gələn bu poetik fiqur, 
hörmətli alimin verdiyi misallardan da göründüyü kimi, xalq ədə-
biyyatında, xüsusilə, atalar sözü və bir çox hikmətli məsəllərdə 
istifadə edilən fikrin mükəmməl təşbeh şəklində ifadə tərzidir. Mə-
sələn, alim Füzulidən bir misal verir: 
Qəzəldir səfabəxşi-əhli-nəzər, 
Qəzəldir güli-busitani-hünər. (77, 8) 
Eyni analogiya ilə biz atalar sözlərinə müraciət edək: 
İş insanın cövhəridir. 
Yaxud S.Ə.Şirvaninin “Rəbiül-ətfal”ına: 
Ey oğul, bil ki, adəmi-bikar 
Xüşk olan odundur, layiqi-nar. (95, 517) 
Düzdür, burada müəyyən dərəcədə qəzəlin funksiyası şişirdilir, 
lakin bunu əsla mübaliğə səviyyəsinə qaldırmaq olmaz. Bənzətməyə 
isə daxil etmək mümkündür (Məsələn, mübaliğəli bənzətmə kimi). 


Əzizağa Nəcəfov 
 
 
100
Mübaliğə poetik fiqurundan danışarkən Teymur Kərimlinin 
ilk dəfə müstəqil poetik fiqur kimi xarakterizə etdiyi adiləşdirmədən 
də söz açmağı  məqsədə müvafiq bilirik. Alim bu poetik fiquru 
açıqlayarkən yazır: “Füzuli yaradıcılığında ilk dəfə  fərqinə 
vardığımız adiləşdirmə poetik fiquru – şair tərəfindən təqdim və 
təsvir edilən ağlabatmaz hadisə  və proseslərin təbiətdən və  cəmiy-
yətdən götürülmüş müəyyən oxşar hadisələrin köməyilə  təbii 
şəkildə qələmə verilməsi üzərində qurulur.” (55, 51) 
Son on ildəki Füzuli yubileyləri ilə bağlı tədqiqatları nəzərdən 
keçirdikdə görünür ki, istər Teymur Kərimli, istərsə  də Tofiq 
Hacıyev kimi ciddi alimlər Füzuli dilinin ecazkarlığından danışar-
kən fikrin bu sayaq ifadə tərzi üzərində xüsusi dayanır və hər ikisi 
dediklərini əsaslandırmaq məqsədilə eyni bir beyti misal göstərirlər: 
Gün ki sayən düşdüyü yerdən durar, bir vəchi var: 
Gəlsə ali qədrlər, fəqr əhli durmaqdır ədəb. (39, 64) 
Tofiq Hacıyev “Füzuli: dil sənətkarlığı” adlı monoqrafiyasın-
da yuxarıdakı beyti mənalandırmazdan öncə bədii ifadə tərzinə belə 
açıqlama verir: “...bu obraz gözlənilməzlikdən var olur, gözlənilməz 
inandırıcılıqla mənalandırılır.” (45, 20) 
Fikrimizcə, hər iki alimin Füzulidəki “ağlabatmaz”, “inandı-
rıcı görünməyən” və ya “gözlənilməz”  əlamətləri ilə açıqlama 
verdikləri xüsusiyyətin həqiqətə uyğun şəkildə təqdimi şair yaradı-
cılığında mübaliğə poetik fiquru sahəsindəki bir yenilikdir. Və bunu 
Teymur Kərimlinin uğurlu olaraq adlandırdığı kimi, “adiləşdirmə” 
şəklində mübaliğə poetik fiqurunun tərkibinə daxil etmək daha çox 
məqsədə uyğundur. Nümunə üçün yenə  də Füzuli qəzəllərinə 
müraciət edək: 
Deyil bihudə, gər yağsa fələkdən başimə daşlar, 
Binasın tişeyi-ahimlə viran etdigimdəndir. (39, 95) 
Göründüyü kimi, bu beytdə Füzuli fələkdən başına daşlar yağ-
dığını deyir və bunu yerdə bir ah çəkib onun evini dağıtması ilə ay-
dınlaşdırır. Bu isə özlüyündə  ən gözəl  şəkildə ifadə olunan 
mübaliğədir. 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
101 
Şairin lirikasını linqvopoetik səviyyədə araşdıran Nizaməddin 
Mustafa da “Füzulinin poetik semantikası” adlı monoqrafiyasında 
bu məsələ üzərində xüsusi dayanaraq məntiqsizlik, yaxud qeyri-
məntiqilik adlandırdığı bu fiquru qəzəlin janr tələbi kimi xarakterizə 
edir. O yazır: “Qəzəl beytlərlə qurulur, hər beyt də iki misradan 
ibarətdir: birində  vəziyyəti təsvir etmək, digərində isə  həmin 
psixoloji məqamın səbəbini göstərmək mümkündür.” (89, 88) 
Bundan əlavə, alim Füzuli qəzəllərinə əsaslanaraq, göstərilən 
poetik fiqurun nümunələrə müvafiq işlənmə sxemini də verir: 
Ona görə A-dır ki, B-dir. 
A-dır ona görə ki, B-dir. 
Əgər A-dırsa, ona görədir ki, B-dir. 
Əgər A-dırsa, V olarmı? Ona görə 
A-dır ki, B-dir. 
C deyil, A-dırsa, ona görə ki, B-dir. (Bax: 89, 88-89) 
Şairin formaca Nizaməddin Mustafanın göstərdiyi qəliblərdən 
heç birinə uyğun gəlməsə də, məzmun baxımından bu poetik fiqura 
daxil olan çox məşhur qəzəlindən bir beytə nəzər salaq: 
Gülü-rüxsarına qarşu gözümdən qanlı axar su, 
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? (39, 224) 
Füzuli bu beytdə sevgilinin gül üzünü gördükdə gözündən qan 
yaş axdığını deyir və bizi buna inandırmağa çalışır. Bundan əlavə, 
bunun bir təbii hal olmasını bahar aylarında axar suların bulanması 
ilə izah edir və beləliklə, incə ləffü nəşr yaratmış olur. 
Ümumiyyətlə, Füzulinin yuxarıda göstərilən qəzəllərinə və bir 
sıra başqa unikal qələm təcrübələrinə nəzər saldıqda şairin yaradıcı-
lığında uğurla istifadə olunan mübaliğə poetik fiqurunun başqa bə-
dii təsvir və ifadə vasitələri ilə təması aşkar sezilir ki, bu da həmin 
fiqur daxilində onunla başqa poetik vasitələrin sintezini nəzərə 
alaraq yeni təsnifata imkan verir. 
Beləliklə, şairin yaradıcılığı əsasında mübaliğə poetik fiquru-
nun istifadə imkanlarının sərhədlərini müəyyənləşdirmək istədikdə 
biz Füzulinin bu bədii ifadə  tərzinə bir çox yeniliklər gətirdiyini 
aşkar görürük. 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə