Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

Əzizağa Nəcəfov 
 
 
96 
Beləliklə, janrın özü bilavasitə poetik fiqurun tətbiqini şərtlən-
dirir. Lakin bu heç də o demək deyildir ki, mübaliğə poetik fiquru 
məhdud çərçivədə mövcud, yalnız bir janr daxilində reallaşan poetik 
vasitədir. 
Mahirə Quliyeva “Klassik Şərq bəlağəti və Azərbaycan 
ədəbiyyatı” adlı monoqrafik tədqiqat əsərində bu poetik fiquru belə 
səciyyələndirir: “Bədii fikri dərinləşdirmək, təsəvvürü daha da 
canlandırmaq məqsədilə ədəbiyyatda bir hadisənin, işin, xarakterin 
və keyfiyyətin həddindən artıq böyüdülməsi və ya kiçildilməsinə 
mübaliğə deyilir.” (62, 206) 
Əziz Mirəhmədovun tərtib etdiyi “Ədəbiyyatşünaslıq termin-
ləri lüğəti”ndə isə Mahirə Quliyeva, Türk ədəbiyyatşünası Cem 
Dilçin və bir sıra başqa nəzəriyyəçilərin bir poetik fiqur (mübaliğə) 
adı altında birləşdirdiyi hiperbola və litota kimi xarakterizə edilən 
məcaz növləri bir-birinin əksi olan bədii ifadə vasitələri  şəklində 
şərh olunur. (Bax: 20, 98; 20, 116) 
Bizcə, istər mübaliğə, istərsə  də litota adlandırdığımız kiçilt-
mə, əslində, əlamətin dərəcə kateqoriyasının ayrı-ayrı tərəfləri olub, 
hər biri əlamətin ifrat dərəcədə  şişirdilməsi nəticəsində yaradıldı-
ğından məcazi məna daşıyır. Və bu poetik fiqurların məcaz növü 
kimi qəbul edilməsi daha doğrudur. 
Sabir Əliyev isə adı gedən poetik fiqurun iki qütbünün Füzuli 
yaradıcılığında tətbiqini belə səciyyələndirir: “Şair “Müşkül sxem”-
in bədii idrak prosesində hər iki yana (böyütmə və kiçiltmə) meylini 
şeir üçün təkcə  məruz yox, həm də  zəruri hesab edir. Çünki bu
ədəbiyyatın spesifikasıdır və bunsuz bədii təsir yoxdur. Bədii 
həyəcan məhz bu “qabarmalara” bağlıdır.” (24, 65) 
Əgər mübaliğə poetik fiqurunun iki əks qütbü olan hiperbola 
və litotanı Dekart koordinat sisteminə nisbətdə qrafik şəkildə təsvir 
etmiş olsaydıq, hiperbola əyrisinin mənfi və müsbət  əmsallı 
ifadəsinin təsviri buna ən uğurlu  əyani göstərici olardı. Necə ki, 
riyazi  əməliyyatda mütənasiblik  əmsalı  sıfırdan böyük olduqda hi-
perbola əyrisi müsbət trayektoriyada, kiçik olduqda isə əks mövqe-
də yerləşir, mübaliğə zamanı da şişirdilən əlamət müvafiq normadan 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
97 
yüksək səviyyədə olduqda hiperbola, aşağı həddə olduqda isə litota 
fiqurunu yaradır. 
Bunu isə düstur şəklində belə ifadə etmək olar: 
mübaliğə = əlamət / reallıq; 
əlamət > norma = hiperbola; 
əlamət < norma = litota. 
Yəni təsvir olunan əlamətin reallığa olan nisbəti mübaliğəyə 
bərabərdir. 
Müşahidələr göstərir ki, orta əsr  İslam  Şərqinin Qurandan 
gələn “əkzəbəhu  əhzənəhu” (ən yalan şeir  ən gözəl  şeirdir) devizi 
ilə yazan Füzuli reallıqdan uzaqlaşan əlamətin həqiqi əsasını arayır 
və son nəticədə oxucunu fəlsəfənin həqiqət problemi ilə üz-üzə 
qoyur. Bu məsələyə Sabir Əliyev “Füzulinin poetikası” monoqra-
fiyasında belə aydınlıq gətirir: “Bunların hamısı miqyası böyü-
dülmüş bədii həqiqətdir, yaxud hədəqədən çıxarılmış həyatdır”. (24, 
64) Deyilən fikri belə yekunlaşdırmaq olar ki, şairin təsvir etdiyi 
bədii yalan elə təfəkkürdəki ideal gerçəkliyin özüdür. 
Müxtəlif mənbələrdə bu poetik fiqurun növ rəngarəngliyinin 
fərqli şəkildə müəyyənləşdirilməsi ilə qarşılaşsaq da, əsasən Mahirə 
Quliyevanın  Əbu Hilal əl-Həsən ibn Abdullahın “Kitabus-
sina'ateyn,  əl-Kitabə  vəş-şeir”  əsərində verdiyi bölgüyə müvafiq 
olaraq ayırdığı növ çalarlığına üstünlük verməyi məqsədə müvafiq 
sayırıq. (Bax: 62, 207) 
Beləliklə, mübaliğələr klassik poetikada həqiqətə müvafiqlik 
dərəcəsinə görə, yəni “məqbul” və “qeyri-məqbul” (məzmun) ol-
maq üzrə, təqribən, təbliğ, iğraq, qüluv, ifrat, təfriq və iqtisad növlə-
rinə ayrılır. Göstərilən növlərdən üçünün – təbliğ, iğraq və qüluvun 
adına Cem Dilçinin “Örnəklərlə türk şeir bilgisi” kitabında da rast 
gəldik. (Bax: 114, 147-148) 
İndi isə bu poetik fiqurun ayrı-ayrı növlərinin Füzuli yaradıcı-
lığında öz əksini necə tapması ilə tanış olaq. 
Ərəbcədən tərcümədə müəyyən fikri, sözü, xəbəri çatdırma, 
onu müxtəlif yollarla yayma, nəql etmə  mənasını verən təbliğ adlı 
mübaliğə növü iki müqayisə edilən hadisə  və ya əşya arasında 


Əzizağa Nəcəfov 
 
 
98 
mübaliğəli təsvirin real görünməsinə əsaslanır. Məsələn: 
Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur
Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur. (39, 82) 
Burada Füzuli Quran ayəsini əsas alaraq (“Yunus” surəsi, 5-ci 
ayə) güzgüdə özünə baxan gözəlin aynanı işıqlandırdığını deyir və bu 
mübaliğəli təsviri günəşin ayı nurlandırmasına bənzədir.  Şairin 
yaradıcılığında bu növ mübaliğələrə tez-tez rast gəlmək mümkündür. 
İğraq – bu poetik fiqur ərəbcədən tərcümədə bəzən mübaliğə, 
şişirtmə sözünün sinonimi kimi də  işlənir və poetikada müəyyən 
məfhumun təsvirində istifadə edilən mübaliğənin xəyal baxımından 
mümkün, lakin reallıqda qeyri-mümkün olmasını bildirir. Məsələn, 
Füzuli yazır: 
Xaki-rahindən məni qaldıra bilməz sayə tək, 
Qılsa gərdun afitabın hər şüaın bir kəmənd. (39, 79) 
Yaxud: 
Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan, 
Qətrə-qətrə göz tökən sanmın sirişkim qanıdır. (39, 96) 
Qüluv – ərəbcədən hərfi tərcümədə  həddən aşma, tüğyan 
mənasına gələn bu mübaliğə növündə obyektin təsviri zamanı istifa-
də olunan şişirtmənin ifrat dərəcədə  əqlə  sığar olmadığı görünür. 
Məsələn: 
Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər, 
Qalan odlarda yanmış kövkəbi-bəxti-zəbunumdur. (39, 93) 
Yaxud: 
Görməsəm hər göz açanda ol gülü-rəna üzün, 
Göz yumunca əşki-gülgünüm tutar dərya üzün. (39, 177) 
İfrat – ərəbcədən tərcümədə israf, həddi-hüdudu bilmədən 
sərfiyyat mənasına da gələn bu mübaliğə növündə adının dilimizdə-
ki mənasına əks olaraq, şişirtmə həm real, həm də qeyri-real anlaşıla 
bilər. Bu zaman söylənilən fikrin həqiqi və ya məcazi mənada 
qavranılmasından çox şey asılıdır. Məsələn, Füzulinin bir 
rübaisində deyilir: 
Məcnun oda yandı şöleyi-ah ilə pak, 
Vamiq suya batdı, eşqdən oldu həlak. 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə