Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Əzizağa Nəcəfov 
 
 
72 
2. Səs əlavəsi (proteza): 
a)  əvvəl gələn sözün önünə bir hərf  əlavə etməklə; Məsələn: 
(əhl - cəhl): 
Hər nə təzvir etsə əhli-cəhl ona olmaz səbat... (39, 299) 
b) əvvəlki sözün sonuna bir hərf əlavə etməklə; Məsələn: (xar 
- xarə); 
Derlər gülə xar, lələ xarə... (40, 23) 
Ey Füzuli, mah nisbət məhv qıl varın təmam... (39, 139); 
c)  əvvəlki sözün daxilinə bir hərf  əlavə etməklə; Məsələn: 
(qədr - qədər): 
Qədrim qədərincə məndə həm var... (40, 31) 
Təriqi-fəqr tutsam təb′i-tabe, nəfs ram olmaz... (41, 89); 
3. Səs düşümü (eliziya): 
a)  əvvəl gələn sözün önündən bir hərf atılmaqla; Məsələn: 
(mah - ah): 
Rəhm et, ey məh, məni-dərviş çəkən ahlərə... (41, 20) 
Düşdü güzar ol səmən üzarə... (40, 163); 
b)  əvvəl gələn sözün sonundan bir hərf atılmaqla; Məsələn: 
(dürc - dür): 
Dürci-düri-şahvarım, ana... (40, 46) 
Sərv qamətlərə qəti səri-rah etmə dəxi... (39, 236); 
4. Səs yerdəyişməsi (metateza): 
Bu fiqurun yalnız bir forması var: əvvəlki sözün daxilindəki iki 
səsin növbəti sözdə əks sıra ilə yerdəyişməsi; Məsələn: (ərsə - əsər): 
Hər ərsədə hər əsər ki gördüm, 
Səndən deyib ol əsər yügürdüm... (40, 165) 
Göründüyü kimi, bu poetik fiqurda müxtəlif fonetik hadisələr 
poetik vasitə kimi təzahür edir. Klassik poeziyada bu poetik fiqurun 
misra və beyt daxilində  işlədilməsindən asılı olaraq dörd növü 
müəyyən edilir; 
1. Məqlub bəz - əvvəlki sözün yalnız bəzi səslərini dəyişmək-
lə, yaxud söz ilə sözün hissəsinin məqlub təşkil etməsi ilə yaradılır. 
Məsələn: 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
73 
Əşk ləli rəhi-eşqində tutubdur ətəyim... (41, 112) 
Nə tütündür ki, çıxar çərxə dili-zarə məgər... (41, 197) 
2. Məqlub küll - əvvəlki sözün tərkibindəki səslərin əks sıra ilə 
düzümü əsasında yaradılır. Məsələn: 
Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim... (41, 216) 
Razi-dili-zarın etdi ifşa... (40, 107) 
3.  Məqlub mühənc - əvvəlki misranın sonunda işlədilən söz-
dəki səs əvəzlənməsi ilə dəyişən sözün növbəti misranın əvvəlində 
işlədilməsidir. Məsələn: 
Giryan-giryan qılırdı seyran 
Heyran-heyran gəzirdi hər yan... (40, 55) 
4.  Mürəkkəb məqlub - bir neçə sözün bir misra və ya beyt 
daxilində məqlub təşkil etməsidir. Məsələn: 
Qaməti-xəm birlə bir əhli-kəramətdir qaşın
Daş olur, əlbəttə baş əgməsə mehrab ona... (39, 49) 
Diqqət edildikdə  məqlub hadisəsinin touzi poetik fiqurundan 
fərqli olaraq, tələffüzdən daha çox yazı və ya imla ilə əlaqədar olduğu 
aşkarlanır ki, bu da ona qrafik poetik fiqur kimi yanaşmağa imkan 
verir. 
Beləliklə, Füzuli şeirindəki axıcılıq, ahəngdar səs topluları 
(izafət zənciri, touzi, məqlub, iştiqaq və s.) onun irsindən həm eşit-
mə, həm də görmə yolu ilə alınan zövqün əsasını təşkil edir. 
 
 
Füzuli şeirində leksik təkrar vasitəsi ilə  
yaradılan poetik fiqurlar  
(Füzuli şeirində təkrir və onun növ çalarlığı) 
 
Yuxarıda qeyd etdiyimiz kimi, bütün təsviri incəsənət sahələ-
rində olduğu kimi, insan hisslərinin  ən geniş yayılmış  tərcümanı 
olan bədii  ədəbiyyatın poeziya qolunda da şeiriyyətin  əsas klassik 
struktur elementləri müvazilik, simmetriya və analogiyadır. Yüksək 


Əzizağa Nəcəfov 
 
 
74 
sənətkarlıq göstəriciləri ilə seçilən orta əsrlər  ədəbiyyatının  əksər 
nümunələrində  də bir tənasüb, simmetriyanın olduğu aydın sezilir 
ki, klassik Şərq ədəbiyyatına məxsus ləffü nəşr, miratün-nəzr, təkrir 
və bir çox başqa poetik fiqurlar da bu cür simmetriyanı yaradan əsas 
leksik vasitələrdəndir. 
Bədii  əsərlərin dilində çox geniş  tətbiq olunan həmin 
vasitələrdən biri də  təkrirdir. Qədimliyi ilə seçilən,  şeirdə istifadə 
tezliyinə görə yalnız təşbeh və  təzadla müqayisə oluna biləcək bu 
poetik fiqur leksik-semantik vəzifəsinə, üslubi əhəmiyyətinə görə də 
fərqlənir. Nəzmə xüsusi intensivlik verən, onun dinamikasını, 
melodikliyini yüksəldən təkririn müxtəlif dilçilik və  ədəbiyyatşü-
naslıq mənbələrində qaydasız təkrar, qoşalama (geminasiya və ya 
reduplikasiya), anafora, epifora, simploka, epistrofa və ya anepifora, 
anadiplosis, epimona (iltizam, poliptoton), antimetabola, dövrəvi 
təkrir, tərdü əks, dəqiqləşdirici təkrir və s. kimi növləri qeyd olunur. 
İfadə imkanlarının zənginliyi baxımından fərqlənən bu leksik-
semantik vasitə söylənilən fikrə aydınlıq gətirmək, mənanı 
qüvvətləndirmək, ekspressivliyi artırmaq, oxucunu inandırıb onda 
güclü təəssürat oyatmaq üçün istifadə olunmaqla yanaşı, həm də 
diqqəti lazımı obyektə yönəldib, musiqi ahəngdarlığı yaratmağa da 
imkan verir. Beləliklə də, şeirdə həm vizual, həm polifonik, həm də 
semiotik  əhəmiyyət daşıyır.  Şifahi və yazılı  ədəbiyyatımızda geniş 
tətbiq olunan təkrirdən Füzuli irsində  də müxtəlif məqsədlərlə  və 
çeşidli formalarda istifadə edilmişdir. 
Təkrir poetik fiquru Füzuli şeiriyyətində türk xalqlarına 
məxsus poetika ənənəsinin ən səciyyəvi göstəricilərindən biri olub, 
həm məna, həm də estetik funksiyası ilə seçilir. Bu poetik vasitənin 
müxtəlif növlərindən məharətlə istifadə edən  şairin  ədəbi irsində 
təkrirlər öz tətbiqi xüsusiyyətləri ilə  fərqlənir ki, bu da Füzulinin 
fərdi üslubunu, onun ədəbi dilimizə  gətirdiyi yenilikləri müəyyən 
etmək baxımından çox zəngin material verir. 
Füzulidə təkrarlanan söz və ya idiomatik ifadələr təkcə şeirdə 
əlavə ahəng yaradan polifonik, ona xüsusi estetik görkəm verən 
qrafik göstərici olmayıb, eyni zamanda, sətiraltı cinas və ya məna 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə