Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə27/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
81 
Ey mələksima ki, səndən özgə heyrandır sana, 
Həq bilir, insan deməz hər kim kiinsandır sana. (39, 59) 
Maraqlıdır ki, bu nümunədə misra daxilində “insan” leksik 
vahidini müxtəlif qrammatik formalarda işlədərək iltizam poetik 
fiqurundan istifadə edən Füzuli sözişlətmə  məharətini  ən yüksək 
həddə nümayiş etdirib hazır ədəbi dil faktorundan - xalq danışıq dili 
ifadəsindən də  bədiiyyat vasitəsi kimi faydalanır: “həq bilir” 
komponentindən cinas kimi istifadə edən şair onu “Allah şahiddir” 
və ya “səni Allah sanır” mənasında anlamağa şərait yaradır; 
2) bütöv bir qəzəl daxilində təkrar: 
Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz, 
Dürcdən dürlər tökərsən, eyləsən izhar ləfz. 
...Yetmək olmaz ləfzi-canbəxşinlə ağzın sirrinə, 
Vəhydir guya bu kim, mütləq ağız yox, var ləfz
Nişə ləlin gec gəlir göftarə, guya kim, bilir 
Mən kimi, ol ləldən ayrılmaz düşvar ləfz. 
Qönçə ləlinə lətafətdən dəm urmuş, bilməzəm, 
Neylər izhar eyləgəc ol ləli-gövhərbar ləfz. (39,121) 
Təkririn bu növündən  şairin “Leyli və  Məcnun” poemasında 
daha çox istifadə edilmişdir. Məsələn, poemanın “Bu Məcnunun 
atasının Leyliyə xastarlığıdır və Leyli atasının Məcnundan bizarlığı-
dır” hissəsindən bir parçaya nəzər salaq: 
...Hala dilərəm bu türfə lölü
Bir ləl ilə ola həmtərazü, 
Ta lölö olanda lələ vasil
Tərkib qılam müfərrihi-dil. 
Çox kanlara tişəvəş üz urdum, 
Çox ləl həqiqətini sordum. 
Hər kanda əgərçi ləl çoxdur, 
Bir ləl ki, layiq ola yoxdur. 
Bir ləlin eşitmişəm sənin var 
Kim, lölümə odur səzavar. 
Lütf eylə, inayətü kərəm qıl! 
Ol ləl ilə dürrü möhtərəm qıl! (40, 69) 


Əzizağa Nəcəfov 
 
 
82 
Göründüyü kimi, Füzuli yaradıcılığında, onun həm lirik, həm 
də epik irsində geniş  tətbiq olunan iltizam poetik fiquru bədii 
mətnin tərkib hissələri arasında möhkəm  əlaqə yaradan və ondakı 
melodikliyi yüksəldən ahəngdarlıq vasitəsidir. O həm stilistik, həm 
də akustik əhəmiyyət daşıyaraq, Füzuli yaradıcılığında təkrarın  ən 
aktiv növü kimi çıxış edir. 
Təkririn bir növü də antimetaboladır. Bədii nitqin ekspressiv-
liyini artıran bu poetik fiqur klassik və müasir ədəbiyyatımızda çox 
nadir hallarda tətbiq olunsa da, Füzuli yaradıcılığında ona aid 
nümunələr tapmaq mümkündür. Antimetabola eyni dil vahidlərinin 
sintaktik funksiyasını tərsinə dəyişməklə eyni bir misra, beyt və ya 
daha böyük şeir vahidində təkrarlanmasıdır. Məsələn: 
a) Misra boyunca: 
Eşq eybini bilibsən hünər, ey zahidi-qafil, 
Hünərin eybdir, əmma dediyin eyb hünərdir. (39, 107) 
Eyləməz xəlvətsərayi-sirri-vəhdət mərhəmi, 
Aşiqi məşuqdən, məşuqi aşiqdən cüda. (39, 45) 
Göstərdi güzar gürzü peykan
Qalxanda zireh, zirehdə qalxan. (40, 100) 
b) beyt daxilində: 
Səhralar olurdu cümlə dərya, 
Dəryalar olurdu cümlə səhra. (40, 60) 
Bizdən həqə ərzlər yetirdin, 
Həqdən bizə müjdələr gətirdin. (40, 20) 
Təkririn bu növünü əksər hallarda klassik poetikada əks
yaxud tərdü əks adlandırılan ona yaxın digər növü ilə qarışdırırlar. 
Bu poetik fiqurda isə  əsas  şərt həmcins üzvlərin və ya sadə cüm-
lələrin əks sıra ilə sadalanmasıdır. Burada təkriri yaradan vahidlərdə 
antimetaboladan fərqli olaraq, heç bir məna dəyişikliyi baş vermir
sadəcə, inversiya müşahidə olunur. (Əlavə  məlumat üçün bax: 3, 
321-323; 14, 186-187) Əks poetik fiqurunun həmcins üzvlərlə yara-
dılan növünə dair fikrimizi əyaniləşdirmək üçün XX əsr Azərbay-
can poeziyasının  ən parlaq nümayəndələrindən biri olan Mikayıl 
Müşfiqdən bir neçə misraya nəzər salaq: 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
83 
Hər səhər, hər axşam, hər axşam, hər səhər...  
(80, 24 [Küləklər]) 
Yaxud: 
O dəm, o saat, o gün, o gün, o saat, o dəm...  
(80, 334 [Sədaqət]) 
Düzdür, Füzuli irsində tərdü əksin həmcins üzvlər vasitəsi ilə 
yaradılan növünə rast gəlmədik, lakin bu fiqurun cümlələrin köməyi 
ilə əmələ gələn növünə aid nümunə göstərmək olar. Məsələn: 
Həm sən dersən ki: - “Məktəbə var!” 
Həm dersən sən ki: - “Getmə zinhar!” (40, 47) 
Beləliklə, verilən misallardan aydın olur ki, klassik poeziyaya 
dair yazılmış bəzi tədqiqat işlərində əks, tərdü əks adı altında verilən 
bir çox nümunələr ya yuxarıda sadaladığımız bir sıra digər 
sözişlətmə formalarına uyğundur, ya da bu poetik vasitəyə aid 
misallar həmin mənbələrdə digər fiqurlarla qarışdırılaraq paralel 
işlənmişdir. (Məlumat üçün bax: 3, 365-370; 62, 125-128) 
Təkrir poetik fiqurunun yuxarıdakı növü ilə qarışdırılan digər 
oxşar forması  çərçivələmə, halqaşəkilli təkrar adları ilə  də tanınan 
dövrəvi təkrirdir. O, eyni dil vahidinin heç bir formal və məzmuni 
dəyişikliyə  uğramadan, olduğu kimi bədii nitqin iki əks qütbündə 
təkrarlanaraq onun əvvəli ilə sonunun möhkəm əlaqələndirilməsi ilə 
yaradılır. 
Klassik irsimizdə o qədər də geniş istifadə olunmayan bu 
poetik vasitəyə aid Füzuli irsində az da olsa misal tapmaq 
mümkündür. Məsələn: 
Əlvida, ey sərvi-gülzari-imamət, əlvida! 
Əlvida, ey şəmi-bəzmi-istiqamət, əlvida! 
Əlvida, ey zəhr təsirilə rəngin səbzfam! 
Əlvida, ey səbzeyi-baği-Qiyamət, əlvida! (38, 173) 
Təkririn misal gətirdiyimiz növü söz təkrarının daha geniş 
yayılmış variantı olan rəddül-ibtida aləl-əcz poetik fiquruna oxşa-
yır. Qabaqda haqqında xüsusi məlumat verəcəyimiz bu poetik vasi-
tə, dövrəvi təkrirdən yalnız eyni mövqedə təkrarlanan sözlərin (söz 
birləşməsi və cümlə  şəklində  təkrarları bura aid etmirik) bədii 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə