Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
69 
səs tərkibli sözlərin işlənməsini tələb edir. Müasir linqvopoetikada 
onun iki növü müəyyən edilir: alliterasiya və assonans. Hər iki 
poetik vasitənin isə həm eyni bir misra daxilində, həm də beyt və ya 
bəndin yanaşı gələn ayrı-ayrı misralarında işlənməsi mümkündür. 
Alliterasiya  hər hansı bir şeir vahidində eyni bir samit səsin 
təkrarıdır. Bu poetik vasitədən istifadə edərək eyni samit səs həm 
misranı təşkil edən sözlərin müxtəlif yerlərində, həm də yanaşı gələn 
sözlərin ilk hecalarında təkrarlana bilər. Füzuli şeirində də bir və bir 
neçə samitin həmahəngləşməsinə, alliterasiya prinsipi ilə qurulmuş 
izafətlərə, ümumiyyətlə, bu poetik fiqurun rəngarəng tətbiqinə rast 
gəlmək mümkündür.  
Məşhur türkoloq V.M.Jirmunski “Kitabi-Dədə Qorqud”un di-
lini başqa türk dastanları ilə (“Manas”) müqayisə edərək alliterasi-
yanın eposun mətnində və ümumiyyətlə, türk ədəbiyyatında “üslubi 
ekspressivlik, emosional həyəcan” yaratmaq məqsədi güddüyünü 
yazırdı. (139, 246) 
Yüksək estetik və emosional keyfiyyətləri ilə  fərqlənən, 
türkdilli  şeirin  ən uca zirvəsi olan Füzuli irsində  də alliterasiyanın 
tətbiqi üslubi məziyyətləri ilə seçilməkdədir. Məsələn: 
1. Var yüz min ğəm, bu həm bir ğəm ki, yox qəmxarımız... - m 
(41, 88)  
2. Dersən məşuqü eşqü aşiq... - ş (40, 46) 
3. Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir... - v (39, 45) 
4. Ey Füzuli, bulmadın rəngi-riyadən bir şəfa... - r (41, 59) 
5. Ol munisü müşfiqü müvafiq... - m (40, 191)  
6. Dəhənin dərdimə dərman dedilər cananın, 
 Bildilər dərdimi, yoxdur dedilər dərmanın... - (39, 188) 
7. Həmhbəti murü, həmdəmmar - h,m  
    Təkyəgahi xakü bəstəri xar... - t,x (40, 61) 
Birinci nümunədə eyni bir samit səsin (m) misra boyunca 
sözlərin müxtəlif yerlərində, ikinci misalda isə ancaq sözlərin ilk 
hecasında təkrarı ilə rastlaşdıq.  İkinci nümunənin üç ardıcıl gələn 
sözünün  ərəbcə eyni bir kökdən törəməsi gözəl iştiqaq nümunəsi 
kimi də diqqəti cəlb edir. Füzulinin bu məqamda iştiqaqdan isti-


Əzizağa Nəcəfov 
 
 
70 
fadəsi obrazın nitqini təbiiləşdirərək canlı xalq dilinə yaxınlaşdırır. 
Növbəti iki misalda isə misranı  təşkil edən komponentlərdən 
yanaşı  gələn sözlərdə eyni samit səs (v,r) təkrarlanır və bu özünü 
izafət tərkibini yaradan dil vahidlərinin ilk hecasında göstərir. Lakin 
beşinci nümunədə izafətsiz sözlər eyni qaydada həmahəngləşərək 
vavi-hatifə ilə  (و) bir-birinə bağlanır və çox maraqlıdır ki, təkrar 
məhz  ərəb dilindəki ismi-fail, ismi-məfulların (dilimizdəki feli 
sifətə uyğundur) hesabına baş verir. 
Altıncı misalda eyni beytin hər iki misrasında alliterasiya 
təşkil edən sözlərin həm ilk hecalarında, həm də daxilində [d] səsi, 
yeddinci nümunədə isə beytin ayrı-ayrı misralarında iki müxtəlif səs 
(birinci misrada [h,m]; ikinci misrada isə [t,x] səsləri) təkrarlanır.  
Assonans eyni şəraitdə sait səslərin təkrarıdır. Füzuli şeirində 
assonans alliterasiya ilə nisbətdə az istifadə olunmuşdur.  Əksər 
hallarda isə assonans işlədilən söz uyuşmasında alliterasiya da 
özünü göstərir. Bu isə, ilk növbədə, ərəb əlifbasında sait səslərin öz 
əksini tapmaması  və samit səslərin ümumilikdə  kəmiyyətcə üstün-
lük təşkil etməsi ilə bağlıdır. 
Beləliklə, deyilənləri  əyaniləşdirmək üçün Füzuli şeirində 
assonansın tətbiqi xüsusiyyətlərinə nəzər salaq: 
1. Əldən gələni gəl etmə təqsir... - əl (ə) (40, 139) 
2. Dəymə qeydi çəkməzəm, aləmdə bir azadəyəm... - əy  (ə
(39, 161) 
3. Heyrət, ey büt, surətin gördükdə lal eylər məni... - ey (39, 
215) 
4. Qıldın ərəbi əfsəhi-əhli-aləm... - ə (38, 26) 
5. Ahi-atəşbarı üşşaqın sirayətsiz degil... - a (38, 32) 
6. Aşiqi-arif degil dərdini izhar eyləyən... - a,d (38,37) 
Göründüyü kimi, birinci, ikinci və üçüncü misallarda [əl], 
[əy], [ey] səs birləşmələri yanaşı  gələrək təkrarlanır, dördüncü 
nümunədə isə [ə] saiti həm sözlərin ilk, həm də daxili hecalarında 
təkrarlanaraq izafət zənciri daxilində özünü göstərir ki, bu da şeirin 
musiqi ahəngini ikiqat artırır. Beşinci və altıncı misallarda da 
assonans özünü izafət tərkibi daxilində göstərir, lakin altıncı 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
71 
nümunədə [d] səsinin təkrarı ilə yaradılan alliterasiya misranın səs 
kombinasiyasını daha uğurlu edir.  
Biz müxtəlif mənbələrdə alliterasiya və assonansın fərqli 
şəkildə izahı ilə rastlaşdıq. Onlardan birində isə bu terminlər belə 
izah olunurdu: Alliterasiya sözlərin əvvəlində eyni səslərin gəlməsi, 
assonans sözlərin müxtəlif hissələrində uyğun səslərin melodiya 
yaratmasıdır.  Əgər bu açıqlamaya söykənsək, yuxarıdakı fikrin 
əksinə olaraq, Füzuli irsində assonansın alliterasiyaya nisbətdə daha 
geniş yer aldığı fikrini irəli sürə bilərik. Lakin bir fikir əsas olaraq 
qalır ki, Füzuli şeirində (touzi poetik fiquru daxilində) samit səslərin 
təkrarı sait səslərin təkrarından, misra boyunca təkrar isə misralar-
arası təkrardan üstünlük təşkil edir. 
Füzuli şeirində ritmik ahəngdarlığı artıran vasitələrdən biri də 
fonetik paralelizm əsasında yaradılan  məqlub poetik fiqurudur. Bu 
poetik fiqur haqqında  əksər klassik poetika kitablarında məlumat 
verilmir. Məqlub müxtəlif şeir vahidi daxilində paralel işlədilən, bir 
səsin fərqi əsasında (səs əlavəsi, düşümü, əvəzlənməsi və yerdəyiş-
məsi əsasında fərqlənən sözlərin müxtəlif mövqelərdə yanaşı işlədil-
məsi ilə) yaradılan və ancaq söz köklərində özünü göstərən poetik 
vasitədir. Hərfi mənada “çevirmə”, “dəyişmə” anlamına gələn və 
Avropa poetikasında palindrom termini ilə ifadə olunan bu fiqurun 
məqlub bəz,  məqlub küll,  məqlub mühənc kimi növlərinə Füzuli 
yaradıcılığında geniş təsadüf olunur; 
1. Səs əvəzlənməsi (metoqram): 
a) əvvəlki sözün ilk hərfini dəyişməklə; Məsələn: (zövq - şövq): 
Bir şövq ilə zövqdən deyil dur... (40, 195) 
Artır mənə zövqü şövqi-Leyli... (40, 73); 
b) əvvəlki sözün son hərfini dəyişməklə; Məsələn: (sərf - sərv): 
Qılmasın sərf zər ol sərvqədü siməndam... (39, 165) 
Rəvaci-nəqd nəqşi-sikkədədir, nola qədr etsə... (41, 47); 
c) əvvəlki sözün daxilində hərfi dəyişməklə; Məsələn: (ərbab - 
əsbab): 
Eşq ərbabi-vəfadən zayil etmiş mehrimi, 
Fəqr əsbabi-əlayiqdən götürmüş rəğbətim... (39, 156); 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə