Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

Əzizağa Nəcəfov 
 
 
62 
nəsildən-nəslə ötürülür, sanki ən uğurlu ifadə tərzi üçün böyük bir 
ədəbi məktəbin nümayəndələri arasında yarış keçirilirdi. Əsərdə 
forma elementlərinə xüsusi önəm verən orta əsr  şeir xiridarları 
yeniliyə çox ehtiyatla yanaşır, uğurlu tapıntını  təqdir edirdilər. 
Məhz ona görə də kiçik bir beytin, miniatür sənət incisinin gözəlliyi 
ani hisslərin ecazkar ifadəsi olduğundan şah beytə çevrilir, əsrlərin 
sınağından çıxıb, etalon göstəricisi olurdu. Beləliklə, beyt-beyt 
işlənən klassik Şərq poeziyası  şairdən kəlmələrin yazı  şəklindən 
tutmuş, sözlərin təsəvvüf lüğətlərindəki məna incəliklərinə  qədər 
dəqiqliklə işlənməsini tələb edirdi. Bu isə əsrlərlə formalaşıb kamil-
ləşən  şeir, üslub, ifadə özəlliklərini aydınlaşdıran xüsusi elmləri 
formalaşdırırdı. İlk növbədə, Quran bəlağətindən qaynaqlanan elmi-
ədəbi ayrı-ayrı müəlliflərin  əsərində müxtəlif sənətkarların  şeir 
inciləri əsasında zənginləşirdi. 
Məlum bir həqiqətdir ki, şeir başqa incəsənət nümunələrindən 
və digər  ədəbi növdə olan sənət incilərindən fərqli olaraq, yalnız 
yarandığı dilin malıdır. Belə demək mümkünsə, formanın quludur. 
Bəlkə də, sənətlər içərisində tək bir milli sənət odur. Türk sənətşünası 
Yaşar Nabinin dili ilə desək: “Şeir yarandığı dilin içindədir. Tərcümə 
ilə seçilən şair, demək olar ki, yoxdur. Yaxud şeiri üçün deyil [burada 
müəllif  şeir termini altında nəzm tələblərini nəzərdə tutur - Ə.N.], 
düşüncəsi üçün sevilir”.(125, 11) Deməli, hər hansı bir bədii düşüncə 
məhsulu olan şeirdə, xüsusi ilə  də klassik Şərq  şeirində tarixən 
müəyyən dəyişikliyə uğrayan formanın gözəllik göstəricilərinin, onun 
məzmunla vəhdəti məsələlərinin məhsulu olduğu dil, düşüncə  tərzi, 
regiona məxsus poetika və  fəlsəfi  şüur tələblərinin tədqiqi müasir 
ədəbiyyatşünaslıq baxımından vacib və aktualdır. 
Əsası XIX əsrin 90-cı illərində rus alimi A.N.Veselovski tərə-
findən qoyulan tarixi poetika elminin predmeti poetik şüur və onun 
formalarının təkamülü olduğundan Füzuli yaradıcılığında, xüsusilə 
də onun lirik irsində poetik fiqurların tədqiqi fikrin hər hansı bir 
bədii ifadə  tərzində janr, poetik vasitə  və  məcazların  şairdən-şairə 
inkişaf yolunu, sözügedən sənətkarın ümumi ədəbi mənzərəyə 
gətirdiyi yeniliklərin, ümumiyyətlə, milli bədii təfəkkürün təkamül 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
63 
və tərəqqisinin aydınlaşdırılması sahəsində vacib məsələlərdəndir. 
Öz təbiəti etibarı ilə mühafizəkar olan klassik Şərq ədəbiyya-
tında ideal məzmunu əks etdirən poetik formaların təkamülü Füzuli 
irsi ilə onaqədərki  ədəbiyyatımızın müqayisəsində aydın sezilir. 
Tarixi poetika elminin banisi A.N.Veselovskinin müəyyənləşdirdiyi 
poeziyanın əsas inkişaf problemlərinin: ibtidai sinkretizm və janrla-
rın təkamülü,  şairin vəziyyəti və poeziyanın ictimai funksiyası, 
poetik dilin inkişafı, süjetlərin poetikası  və s-nin [Məlumat üçün 
bax: 22, 71] orta əsrlər Azərbaycan  ədəbiyyatındakı  mənzərəsini 
izləmək üçün Füzuli yaradıcılığındakı üslubi-ekspressiv cəhətləri 
aşkarlayıb və  əldə edilən nəticələri bu sahədə başqa tədqiqatlarla 
müqayisədə vermək mövcud araşdırmanın məqsədidir. 
Ayrı-ayrı  Şərq poetik fiqurlarının tədqiqini də öz içinə alan 
bəlağət elminin yaradıcısı, klassik ərəb qrammatiklərindən biri 
Cahizdən üzü bəri inkişaf edən  Şərq poetika nəzəriyyəsi  əsrlərlə 
zənginləşərək “elmi-ədəbi” adlanan xüsusi tədqiqat sahəsini yaratdı. 
Müstəqillik dövründə (daha doğrusu, 80-cı illərin sonu 90-cı illərin 
əvvəlindən başlayaraq) Azərbaycanda aparılan tarixi poetika sahəsin-
dəki tədqiqatlar “bəlağət” adlanan bu elmin müasir anlamda bədii 
ədəbiyyatın mahiyyətini, onun növ, şəkil və  təsvir vasitələrini 
öyrənən ədəbiyyatşünaslığın xüsusi bölməsi olan ədəbiyyat nəzəriy-
yəsinə uyğun gəldiyini müəyyənləşdirdi. Göstərilən dövr kəsiyində 
aparılan tədqiqatlarda Mahirə Quliyeva, Firidun Qurbanov və baş-
qaları klassik ədəbiyyatşünaslığın tələblərinə uyğun olaraq bu elmin 
struktur elementlərini müəyyən etmiş, öyrənilmə obyektinə uyğun 
təsnifat aparmışlar. Mahirə Quliyeva “Klassik Şərq poetikası” kita-
bında bəlağət və onun tərkib hissələrindən danışarkən “fəsahət”, 
“məani”, “bəyan” və “bədii” elementlərini müəyyən etmiş, Firidun 
Qurbanov isə “Füzuli şeirində poetik obraz və bədii təsvir vasitələri” 
adlı namizədlik dissertasiyasında eyni mövzuya toxunaraq bəlağətin 
“məani”, “bəyan” və “bədii” hissələrinə bölündüyünü və onun fəsa-
hətlə birlikdə  “ədəbiyyə” elmini təşkil etdiyini göstərmişdir. 
“Məani”nin bədii əsərin stilistik məsələlərini, “bəyan”ın bədii məcaz 
növlərini, “bədii”nin isə müxtəlif poetik fiqurları, cinasın növlərini, 


Əzizağa Nəcəfov 
 
 
64 
bədii əsərin məna xüsusiyyətlərini öyrəndiyi müəyyən olunmuşdur. 
Mahirə Quliyevanın 1999-cu ildə nəşr etdirdiyi “Klassik Şərq 
bəlağəti və Azərbaycan  ədəbiyyatı” adlı monoqrafiyasında bəlağət 
elminin tərkib hissələri olan ayrı-ayrı elementlərin əhatə etdiyi söz 
və məna inciləri kateqoriyalarına bölünməsi bizim Füzuli yaradıcı-
lığında tədqiqata cəlb etdiyimiz poetik fiqurların daha çox klassik 
bədii və  bəyan elminin obyekti olduğunu göstərir. (Məlumat üçün 
bax: 52, 99,108-110)  
Deməli, biz Füzuli yaradıcılığında poetik fiqurların işlənmə 
özəlliklərini öyrənərək klassik poetikaya, bəlağət elminin nəzəri 
əsaslarına da istinad etməli, onun əsrlərlə müəyyənləşən qəliblərinə 
söykənməli, eyni zamanda, müasir ədəbiyyatşünaslıq metodlarına 
sadiq qalmalıyıq. Bu məqsədlə  də biz Füzuli şeiriyyətində  tətbiq 
olunan rəngarəng poetik fiqurların təsnifatını verərkən onları klassik 
ənənəyə uyğun bölüşdürüb bir-bir izah etməkdən fərqli yol tutmağa 
çalışdıq. Sözsüz ki, həmin poetik vasitələrin şeirin və ümumiyyətlə, 
bədii mətnin dinləyici və yaxud oxucu tərəfindən qəbul edilmə 
xüsusiyyətlərinə uyğun olaraq (forma və  məzmun elementlərinə 
görə) və həmçinin bəzi klassik traktatlara müvafiq iki böyük qrup-
da: “ləfzi” və “mənəvi” poetik fiqurlar şəklində birləşdirilməsi daha 
məqsədəuyğun olsa da, onların dahi sənətkarın yaradıcılığında işlə-
dilmə məramının təyini baxımından və tədqiqat işinin imkanlarının 
məhdudluğundan aşağıdakı kimi şərti təsnifatı daha əlverişlidir; 
1.Klassik Şərq şeirində ritm - ahəng yaradan vasitələr; 
Poetik təkrar və paralellik 
fonetik səviyyədə: 
- touzi (alliterasiya və assonans) 
- məqlub (bəzi fonetik hadisələrin  şeirdə poetik vasitə kimi 
tətbiqi) 
- iştiqaq (misra, yaxud beyt daxilində eyniköklü sözlərin işlən-
məsi) 
- tərsi (eyni vəzn və qafiyəli sözlərin misra daxilində işlənməsi) 
- zülqafiyəteyn (misra sonunda iki və daha artıq sözün 
qafiyələnməsi) 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə