E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə65/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   61   62   63   64   65   66   67   68   ...   106

XIII
 
Fəsil. 
RUSİYA -TÜRKİYƏ MÜHARİBƏSİ 
(1877-1878) 
VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR 
Türkiyə  London  konfransının  təkliflərini  rədd  etdikdən 
sonra Rusiya hərbi səfərbərliyə başlamış və 1877-ci il aprel ayının 
24-də  Türkiyəyə  müharibə  elan  edilməsi  barədə  bəyanat 
vermişdir. Bu vaxt Avstriya - Macarıstan neytral vəziyyətdə idi. 
İngiltərə isə istəmirdi ki, Rusiya Misirə və Türkiyəyə hərbi təsir 
göstərsin  və  Konstantinopola  daxil  olsun.  Xarici  İşlər  Naziri 
Qorçakov 1877-ci ilin may ayında Londonu da (müəj^ən şərtlərlə) 
neytral olmağa razı sala bilmişdir. 
Rusiyanın  tərəfində  Rumıniya  və  Çernoqoriya  da 
(partizan  dəstələri)  vuruşurdular.  Rusiya  guya  sadəcə  olaraq 
Balkan  xalqlarına  köməklik  göstərməyi  qarşısına  məqsəd 
qoymuşdu. 
Rus - ingilis və İngiltərə Avstriya danışıqları. Rusiya ilə 
Türkiyə  arasında  gedən  müharibə  çox  ağır  nəticələrə  səbəb 
olurdu.  Odur  ki,  çar  hakimiyyəti  müharibənin  tez  qurtarmasını 
arzulayırdı. İngiltərənin Baş naziri Dcrbi Rusiyanın Londondakı 
səfiri  Şuvalova  nota  vermişdi  ki,  Rusiyanın  Misiri  işğal  etməsi, 
Süveyş  Kanalını  blokadaya  alması,  Konstantinopola  girməsi 
onları  qane  etmir.  Qorçakov  isə  bildirirdi  ki,  əgər  Türkiyə  sülh 
danışığı  istərsə  də  Rusiya  Bessarabiyanın  cənub  -  qərbini  və 
Batumu tutmaqla kifayətlənə bilər. 
İngiltərə 
Rusiyaya 
inanmırdı. 
Odur 
ki, 
Avstriya-Macarıstana  Rusiyaya  qarşı  birgə  vuruşmağı  təklif 
edirdi.  Avstriya-  Macarıstan  isə  Rusiyaya  qarşı  vuruşmaqdan 
imtina etmişdi. 
Hərbi  hərəkat.  İngiltərə-Avstriya  danışıqları  baş 
tutmadığına  görə  Rusiyanın  Dunay  ordusu  irəliləyirdi.  1877-ci 
ilin iyul ayında Rusiya ordusu Şipkin keçidini, 1878-ci ilin yanvar 
ayında  (bolqarlarla  birlikdə)  Sofiyanı,  Plevni  tutaraq  cənub 
istiqamətində irəliləyirdilər. 
208 


Sülh  müqaviləsinin  şərtləri.  Qorçakov bəyan edirdi ki, 
əgər rus ordusu Balkana keçənədək Türkiyə sülh istəyərsə şərtlər 
başqadır.  Məğlub  olan  məqamda  isə  başqa  şərtlər  qoyulacaqdır. 
Beləliklə,  birinci  halda  (həm  də  əgər  Avropa  dövlətləri  arzu 
edərlərsə), Serbiya və Çernoqoriya öz ərazilərini müəyyən qədər 
genişləndirir, öz vassal muxtariyyətlərini saxlayır, Bolqarıstan ya 
vassal  və  yaxud  inzibati  muxtariyyat  alır.  Kritdə'  Albaniya  , 
Həbəşistan  və  Fessalidə  barədə  Konstantinopolun  təklifi  ilə 
referendum keçirilməsi nəzərdə tutulmuşdur. 
İkinci halda isə daha radikal şərtlər qoyulmuşdur. Serbiya, 
Çernoqoriya  və  Bolqarıstana  müstəqillik  verilməsi  təklif 
edilmişdir. Epir, Fessaliya və Krit isə Yunanıstana birləşdirilirdi. 
Hər iki halda Avstriya-Macanstamn da mənafeyi (neytral olduğu 
üçün) nəzərə alınmalı idi. Qorçakov Rusiyanın quruculuq planını 
Berlin və Vyanaya təqdim etmişdir. Peterburqun təklifi belə idi: 
Bolqarıstanda  knyazlıq  yaratmaq;  Bosniya  və  Hersoqovinaya 
muxtariyyət verib idarəçiliyini Avstriyaya həvalə etmək; Serbiya, 
Çernoqoriya və Rumıniyaya müstəqillik vermək; Bessarabiycinın 
Cənubi-Qərbini  Rusiyaya  qaytarmaq;  Dobrudu  Rumıniyaya 
vermək; Karam, Batum, Ardaqan və Bayaziti Rusiyaya vermək; 
Qara dəniz ilə bağlı olan qaydaları dəyişmək. Sultanın razılığı ilə 
Rusiyamn gəmilərinin boğazlardan keçməsinə icazə vermək. 
İngiltərənin mövqeyi Hətta müvəqqəti olsa da Rusiyanın 
Konstantinopolu tutmasına London qəti razı deyildi. Odur ki, hər 
bir yolla Avstriyanı Rusiyaya qarşı qoymağa çalışırdı. İngilis flotu 
Dardanelə  girməyə  hazır  idi.  Lakin  hələ  ki.  Sultan  buna  razılıq 
vermirdi.  Buna  baxmayaraq,  bir  müddət  sonra  1877-ci  ilin 
dekabrında  Türkiyə  İngiltərənin  müharibəyə  qoşulmasını  xahiş 
etdi. Bu vaxt Qorçakov bildirmişdir ki, əgər Türkiyə müharibənin 
qurtarmasını istəyirsə, onda müəyyən şərtlər əsasında Rusiyanın 
baş komandanlığına müraciət etməlidir. 
' Krit-Aral dənizində ada. Yunanıstan, tərkibi 
209 


Müharibdnin son marhalasL Adrianopol' sülh müqaviləsi 
1878-ci  il  yanvar  ayının 
8
-də  Porta  Rusiyaya  barışıq  üçün 
müraciət etmişdir. Danışıqların başlamasına baxmayaraq, Rusiya 
ordusu  Konstantinopola  tərəf  hərəkətini  dayandırmamışdı. 
London  və  Vyana  təklif  edirdilər  ki,  Rusiya-Türkiyə  sülh 
danışıqları  və  qoyulan  şərtlər  beynəlxalq  konfransda  müzakirə 
olunsun.  1878-ci  il  yanvar  ayının  31-də  müəyyən  banşıq 
imzalansa  da  rus  ordusu  yeni  ərazilər  ələ  keçirirdi.  Həmin  ilin 
fevral  ayının  15-də  yenə  ingilis  flotu  Sultandan  icazə  almadan 
Dardanel  boğazından  keçməli  olmuşdu.  İngiltərə  və  Avstriya- 
Macarıstan Peterburqa xəbərdarlıq etmişdilər ki, əgər rus ordusu 
Konstantinopola  daxil  olarsa,  biz  öz  səfirliyimizi  geri  çağırmalı 
olacağıq.  Rusiya  yeni  münaqişəyə  yol  veıməmək  üçün  döyüşü 
dayandırdı.  1878-ci  il  mart  ayının  3-də  San-  Stefanda  sülh 
müqaviləsi imzalandı. 
San  -  Stefan  sülhü.  Sülh  bağlanmazdan  əvvəl  ardıcıl 
olaraq bir çox diplomatik danışıqlar aparılmışdır. Danışıqlar çox 
gərgin  keçirdi.  Bolqar  knyazlığı  ərazisi  ətrafında  aparılan 
danışıqlar  daha  gərgin  xarakter  alırdı.  San-Stefan  sülh 
müqaviləsinə  əsasən  Çernoqoriya  və  Rumıniyanın  müstəqilliyi 
qəti  olaraq  tanınmalı  idi.  Sülh  danışıqlarına  əsasən  Bolqariya 
knyazı xalq tərəfindən sərbəst seçilir. Makedoniya Bolqarıstanın 
tərkibinə  daxil  olaraq  vassal  statusu  alır.  50  mindən  artıq  rus 
ordusu 2 il müddətinə Bolqarıstanda qalmalı olur. Rusiya bir çox 
ərazilərə sahib olur. Beləliklə, Rusiya Slavyan xalqlarının Türkiyə 
əsarətindən  azad  olmasında  böyük  rol  oynamalı  olur.  Beləliklə, 
Rusiya-Türkiyə  müharibəsi  Şərq  böhranına  yekun  vurmuş 
olmuşdur.  San-Stefan  müqaviləsi  Balkan  yarımadasının  siyasi 
xəritəsində ciddi dəyişikliklər əmələ gətirə bilmişdir. 
San-Stefan müqaviləsinin bəzi bəndlərinin dəyişdirilməsi 
Qeyd  etməliyik  ki,  müqavilənin  bir  çox  bəndləri  İngiltərə  ilə 
Avstriyanın mənafeyinə zidd idi. Bolqarıstanın yeni 
Adrianopol - yunanca Edime 
210 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə