E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə66/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   62   63   64   65   66   67   68   69   ...   106

sərhədləri demək olar ki, Konstantinopoladək gedib çıxırdı. Sultan 
da,  İngiltərə  də  bununla  razılaşmırdı.  Avstriya-Macarıstan  isə 
istəmirdi ki, Balkan xalqları üzərində Sla\'yanların təsiri artsın. 
Belə  bir  qarışıq  vəziyyətdə  1878-ci  il  iyun  ayının  4-də 
Türkiyə  ilə  İngiltərə  arasında  Kipr  müqaviləsi  imzalanırdı;. 
Müqavilədə göstərilirdi ki, əgər Rusiya Batum, Ərdahan, Kars və 
digər  əraziləri  tutarsa,  onda  Sultanın  razılığı  ilə  Kipr  İngiltərə 
tərəfindən  işğal  olunaraq  onun  idarəçiliyinə  verilsin.  Beləliklə, 
İngiltərə  də  San-Stefan  müqaviləsinin  bəzi  maddələrinin 
dəyişilməsinə  çalışırdı.  Odur  ki,  1878-ci  il  may  ayının  30-da 
Rusiya  ilə  İngiltərə  arasında  müqavilədə  dəyişiklik  edilməsinə 
dair razılıq imzalanmışdır. 
Müqavilədə  deyilirdi  ki,  İngiltərə  Bolqarıstanın  yeni 
sərhədlərini rədd edir, Rusiya öz baxışlarında qalmaq hüququna 
malikdir,  Bolqarıstanın  sərhəddi  Egey  dənizindən  ayrılır. 
San-Stefan  müqaviləsində  aparılan  dəyişikliklər  Berlində 
keçiriləcək  Konqresin  qərarlarının  hazırlanması  üçün  əsas 
olmalıdır.  £
501
!  zamanda  Avstriya-Macanstan,  İngiltərə  və 
Almaniya  Rusiya-Türkiyə  sülh  müqaviləsi  barədə  də  konqres 
çağırılmasını təklif edirdilər. 
Nəhayət, 1878-ci il iyun ayımn 14-də Berlində konqres öz 
işinə  başlamışdı.  Konqresdə  iştirak  edirdilər:  Rusiyadan- 
Qorçakov,  Almaniyadan  -  Bismark,  İngiltərədən  -Bikonsfild 
(Dizrasli);  Avstriya  -  Macanstandan  -  Andraşi,  Fransadan  - 
Vaddinqton,  İtaliyadan  -Korti,  Türkiyədən  -  Karateodoripaşa; 
Balkan  dövlətlərinin  nümayəndələri  isə  məşvərətçi  kimi  dəvət 
edilmişdilər. 
Hər  halda  İngiltərə  və  Avstriya  Rusiyanın  ələ  keçirdiyi 
bəzi ərazilərin onun əlindən çıxmasına nail ola bilmişdilər. Kipr 
İngiltərənin əlinə keçmişdi. Bosniya və Herseqovinanın idarəçiliyi 
isə  Avstriyaya  həvalə  edilmişdi.  Əslində,  Berlin  konqresi 
Türkiyənin 
sahib 
olduğu 
ərazilərin 
bölüşdürülməsinə 
yönəldilmişdir. Berlin konqresinin əhəmiyyəti ondan ibarət 
211 


olmuşdur ki, Balkan dövlətləri müstəqillik almış, Bolqanstan isə 
siyasi muxtariyyat əldə edə bilmişdir. 
XIX
 
əsrin son illərində 
Rusiyanin xarici siyasəti 
XIX  əsrin  axırlarında  dünyamn  bütün  ictimai  həyatında 
ümumi gərginlik yaşanırdı. Rusiya Rus-Türk müharibəsində qalib 
gəlsə  də,  onun  beynəlxalq  nüfuzu  o  qədər  də  artmamışdır. 
Yenidən  Rusiya  ilə  İngiltərə  arasında  olan  münasibət 
kəskinləşmişdi.  İngiltərə  bütün  Şərqə  -  Türkmənistan,  Balkan, 
İran,  Əfqanıstan,  Çin  və  s.  ərazilərə  qarşı  tamam  başqa  siyasət 
aparırdı. 
Rusiya-Almaniya  münasibətlərinin  gərginləşməsi.  Berlin 
Konqresindən  (1878)  sonra  qüvvələr  nisbətində  müəyyən 
dəyişikliklər  baş  vermişdir.  Rusiya-Almaniya  münasibətləri 
pisləşmişdir.  Almaniya  ilə  Avstriya  -Macarıstan  arasında  isə 
müəyyən  yaxınlaşma  baş  vermişdir.  Rusiyada  Slavyan-  Fin 
təbəqələri  Rusiya  diplomatiyasından  o  qədər  də  razı  deyildilər. 
Onlar  San-Stefan  (3  mart  1878)  sülh  müqaviləsinin  bəzi 
maddələrinin  həyata  keçirilməsindən  narazı  idilər.  İki  dövlət 
arasında olan iqtisadi ziddiyyətlər də bu münasibətlərə təsir edirdi. 
Yerli fermerlərin tələbi  ilə 1879-cu ildə Rusiyadan iri buynuzlu 
mal-qara  və  az  sonra  taxıl  alınmasım  dayandırmışlar.  Bu  isə 
Rusiya  -  Almaniya  münasibətlərinə  təsir  etməyə  bilməzdi.  Bu 
məqsədlə  I  Vilhelmlə  II  Aleksandr  görüşməli  olmuşlar.  Lakin 
Almaniyanın  xarici  işlər  naziri  Bismark  bu  danışıqları  Vyanada 
davam  etdirməyi  qərara  almışdır.  1879-  cü  ildə  Rusiyanın 
Berlindəki  səfiri  P.A.Saburov  ilə  Bismark  arasında  Balkeın 
ölkələri  barədə  geniş  müzakirələr  aparılmışdır.  Onlar  Balkan 
ölkələrinə  qarşı  vahid  siyasət  yeritmək  arzusunda  idilər.  Bu 
məqsədlə Avstriyanın Balkan ölkələrinə olan təsirinin artmasına 
və  İngiltərənin  boğazlara  girməsinə  imkan  verməmək  barədə 
birgə qərara gəlmişlər. Bu danışıqlara 
212 


baxmayaraq,  Bismark  Avstriya  ilə  müttəfiqlik  barədə  müqavilə 
bağlamağa da hazırlaşırdı. 
Almaniya ilə Avstriya arasında Rusiya əleyhinə müqavilə. 
1879-cu ildə oktyabr ayının 7-də Almaniya ilə Avstriya arasında 
müttəfiqlik  və  birgə  müdafiə  barədə  müqavilə  imzalanmışdır. 
Bismark  çox  istəyirdi  ki,  bu  iki  ölkə  arasında  olan  müttəfiqlik 
ancaq  Rusiya  ilə  Fransa  əleyhinə  yönəldilsin  (Ancaq  Avstriya 
kansleri Andraşi Rusiyaya qarşı ittifaqın əleyhinə idi). 
Müqaviləyə görə, hər iki dövlət bir-birinə kömək etməli 
idi. Müqavilə müddəti  5 il nəzərdə tutulurdu.  Bu müqavilə sülh 
xarakteri daşısa da, əslində Rusiyaya qarşı yönəldilmiş bir hərəkət 
idi.  Bu  müqavilə  XIX  əsrin  axırları  -  XX  əsrin  əvvəllərində 
bağlanan ilk müqavilələrdən biri idi. Bismark belə hesab edirdi ki, 
Avstriya ilə olan müqavilə Rusiya ilə olan münasibətlərə o qədər 
də təsir etməməlidir. Çünki, o vaxt Rusiya orduda islahat aparırdı 
və İngiltərə ilə olan ziddiyyətlər də onu Almaniyaya yaxınlaşmağa 
vadar edirdi. Daha doğrusu, o çarəsiz idi. 
Rusiyanın xarici siyasi kursunun dəyişilməsi . 1881-ci ilin 
mart ayında imperator II Aleksandr vəfat etmişdir. Onun yerinə II 
Aleksandr keçmişdir. Həmin vaxt (1879-cu ildə) xarici işlər naziri 
A.M. Qorçakovun 81 yaşı vardı. Formal olaraq nazir qalsa da, real 
olaraq  onun  müavini  N.K.  Qirs  işi  aparırdı.  Nəhayət,  1882-ci  il 
aprel  ayının 
8
-də  Qirs  Rusiyanın  xarici  işlər  naziri  təyin 
edilmişdir.  Qirs  milliyyətcə  İsveç  idi,  Pribaltikanın  kasıblaşmış 
zadəganlarından  idi.  1850-1875-ci  illərdə  xarici  işlər  nazirliyi 
sistemində işləmişdir. Qorçakovdan fərqli olaraq, onun əsas xarici 
siyasi  meyli,  diplomatiyası  Vyana  və  Berlin  istiqamətinə 
yönəldilmişdi. Onun nə o qədər nüfuzu və nə də o qədər dəstək 
verəni  yox  idi.  O,  çarın  hər  bir  göstərişinə  sözsüz  əməl  edirdi. 
Həmin illərdə xarici siyasətin formalaşmasına müdafiə naziri D.A 
Milyutin  köməklik  göstərirdi.  Almaniya  ilə  münasibətlərin 
normallaşdırılması üçün 
213 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə