E. M. Hacizadə


Bol sevgi diləkli, cəfakeş



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə3/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   2   3   4   5   6   7   8   9   ...   102

 
 
Bol sevgi diləkli, cəfakeş, 
anam Bəyimxanım Sadıq qızına itihaf olunur 
 
 
GİRİŞ 
 
Fövqündə bəşəri dəyərlər və haqlar dayanan inkişaf etmiş ölkələrə geniş təcəssümlü sığorta 
və ictimai təminatları ifadə edən sosiallaşmış bazar iqtisadiyyatı xasdır. Bazar iqtisadiyyatının 
yüksək fazası kimi, servis təyinatlı yeni sferanın hakimliyi ilə xarakterik olan sosial 
iqtisadiyyatın diqqət mərkəzində  tələb və qiyməti ilə insan varlığı durur. Burada təsərrüfatın 
bazar metodları iqtisadiyyatın sosialyönümlü dövlət tənzimlənməsi ilə uzlaşır. Səhiyyə, elm, 
təhsil, incəsənət, mədəniyyət, bədən tərbiyəsi və idmanın da daxil olduğu sosiallaşan bazar 
iqtisadiyyatının leytmotivini də bazar mexanizminə  və sosial dirçəlişə köklənən iqtisadiyyat 
təşkil edir. 
İstiqaməti sosial təyinatlı bazar iqtisadi modeli iqtisadi azadlıq, iqtisadi artım, iqtisadi 
təhlükəsizliyə istinad olunan tam məşğulluq, qiymət stabilliyi, sosial sabitlik və  ədalətli 
vergiqoyma kimi mühüm komponentlərdən ibarətdir. Aktuallığı yüksələrək sosiallaşan 
iqtisadiyyat müasir sivilizasion transformasiyada prioritet alternativ ampulada çıxış edir. Bu 
aktuallaşan reallıqları  əsaslandıraraq yeni sosial-iqtisadi sistemin formalaşmasının konseptual 
bazisinin, metodoloji aspektlərinin, nəzəri və praktiki iqtisadi həll mexanizmlərinin təhlili 
mövcud monoqrafik tədqiqatda araşdırma predmetinə çevrilmişdir. 
İdrakı  təkamül, sosial-iqtisadi tərəqqi, elmi-texnoloji nailiyyətlər və  əks qütbdə ki, 
yaranışlar - müharibələr, təbii fəlakətlər, iqtisadi böhranlar, sosial kataklizmlər sivilizasion 
transformasiyanı reallaşdıranda empirik analizin aparılması ictimai tələb və sifarişləri 
formalaşdırmışdır. Hər bir yeni yaranış və təbəllüdat klassik iqtisadi təlim korifeylərindən müasir 
iqtisadi-sosioloji lider nümayəndələrə  qədər sivilizasiya hadisələrinin xronoloci məntiqdə elmi 
araşdırılmasını  tədqiqat mövzusunun hədəfi etmişdir.  İnsanın sosial və  təsərrüfat həyatının 
inkişaf problemlərinin praktiki və nəzəri çevrədə müxtəlif növ mülkiyyət formaları aspektindən 
izahı verilmiş, yeni instansiyaya keçidin şərtləri, perspektivin hipotezləri elmi əsaslandırılmışdır. 
Bu həlqədə iqtisadiyyatın sosiallaşması, onun daha dolğun bəşəri xarakter alması istiqamətində 
də tədqiqat və araşdırmalara intəhasız bilgi materialı sərf edilmişdir. Paralel olaraq sosial-iqtisadi 
problemlərin tədqiqi də müasir məqamda mütəmadi izlənərək modifikasiya olunan elmi 
araşdırma meydanına çıxmışdır. Sosial məsuliyyətin yüksəldiyi bazar formatlı iqtisadi quruculuq 
dövründə aparılan müvafiq tədqiqatların paradiqması isə köklü dəyişmələrə uğramış, daha sivil 
və mütərəqqi məzmun almışdır. 
Miqyaslı toplum təşkil edən müvafiq araşdırmaları yüksək dəyərləndirərək, onun elmi-
empirik bazasında mövcud monoqrafik tədqiqatda məqsədli quruluş  və genetik elmi 
əsaslandırma rakusundan iqtisadiyyatın sosiallaşması konsepsiyasına fərqli yanaşma təzahürlü 
təyinat verilmişdir. Bu fərqlilik sosial və iqtisadi uzlaşma kontekstində  tədqiqatın inteqrir 
struktur düzümündən, fəlsəfi ahəngli mahiyyətindən, elmi-təhlilin institusional motivli metodik 
yanaşma və trendlilik aspektindən sezilir. 
İqtisadiyyatın sosiallaşmasına aparan yolun tədqiqində məqsədlər toplumunun ön sırasına 
retrospektiv araşdırma predmetini əks etdirən sosial-iqtisadi fikir tarixi konsepsiyalarının təhlili 
çıxarılmışdır. Təsərrüfatçılığın yaranışı, konfessial iqtisadi sistemlər, intibah dövrünün iqtisadi 
təfəkkürü, utopizm fəlsəfəsi, nəzəri-iqtisadi  şəcərənin elmi təşəkkülü və  cəmiyyət həyatının 
bütün sivilizasion inkişaf mərhələlərinin kompleks tədqiqi elmi yanaşmalar və baxışlar 
çevrəsində ilkin araşdırma mövzuları şəbəkəsini təşkil etmişdir. 
Monoqrafik tədqiqatın  ən ümumi prinsipial sücet xəttini iqtisadi və sosial vəhdət 
kompozisiyası  tərənnüm edir. Sosial iqtisadi uzlaşma təyinatından öncə iqtisadiyyatın və 
sosioloji elmlər sferasının mahiyyət və prinsipləri konstatasiya olunur, nisbi metodik və 
predmetik cəhətlər araşdırılaraq sosiallaşan iqtisadiyyatın başlıca indikatorları, statistik 
göstəricilər sistemi və bu inkişaf trayektoriyasının genişlənməsini əsaslandıran və eyniyyətlə də 
 
8


 
 
məhdudlaşdıran amillər şəbəkəsinin təhlili aparılır. Xüsusi vurğu sosial və iqtisadi birliyin artıq 
ayrıca tədqiqatlar sistemində formalaşmış elmi «İqtisadi sosiologiya» və «Sosial iqtisadiyyat»ın 
fərqlilik aspektlərinə yönəldilir. 
İqtisadiyyatın dərinləşən sosial xarakter alması məxsusi komponent və atributlar dairəsində 
vüsətlənir. Sosial və ya iqtisadi olması  fərqinə varmadan bütün sivilizasion yaranışlar insan 
faktoru üzərində pərvəriş tapır. Demoqrafik situasiyanın, onun struktur mobilliyinin dəyişkənliyi, 
məşğulluğun təminatı,  əmək bazarının seqmentasiyası  və bu proseslərin aktiv, davamlı 
tənzimlənməsi sivilizasion irəliləyişlərlə müşaiyət olunur. Tədqiqatda bu əsnadan çıxış edərək 
bir daha təməlli olaraq göstərilir ki, iqtisadiyyatın sosial yönümlülüyünün təminatında insan 
kapitalının hərtərəfli inkişafı  məşğulluq probleminin optimal həllini reallaşdıraraq yoxsulluğun 
mülayimləşməsi və  təcridinin, ümumilikdə  əhalinin marginallaşmasının qarşısının alınmasına 
sipər çəkir. 
Müasir və perspektivli iqtisadiyyat və həmçinin sosial həyat bütövlükdə planetin mineral-
xammal bazasının, material və  mənəvi resurslar şəbəkəsinin optimal yerləşməsi və  səmərəli 
istifadəsi prinsiplərindən qaynaqlanır. Çağdaş sivilizasiyanın həyat təkərini energetik biçimli 
mühərriklər hərəkətə  gətirir. Enerji problemi bütün yaranışların substansiyasında dayanaraq 
çeşidli energetik sivilizasiya paradiqmalarını formalaşdırır. Tədqiqat prosesində iqtisadi və sosial 
proseslərdə müvafiq enerji dominantlığına rəğmən planetin resurslar bazasının təsnifat və 
parametrləri, energetik sivilizasiyaların mahiyyəti, məzmun və formaları, onların trasformasiya 
labüdlüyü ayrıca təhlil blokunda araşdırılmışdır. 
İnsanın təsərrüfat həyatı  və sosial proseslər daim idarəolunmaya və  tənzimlənməyə 
məhkumdur. Müasir menecment də bütün səylərini müvafiq proseslərin kataklizmlərsiz, rəvan 
irəliləyişinə kökləyir. Tədqiqatda iqtisadiyyatın sosiallaşması istiqamətində idarətmə  və  tənzim 
vermənin üstün obrazını dəyərləndirərək texnoloji və kadr menecmentinin əhəmiyyət diapazonu 
yeni və klassik səpkidə araşdırılır. Bu şəbəkədə dövlətin, korporasiyaların, ayrı-ayrı  fərdlərin 
rolu qiymətləndirilərək iqtisadiyyatın və sosial sferanın idarə olunmasında sosial siyasətin 
imperativləri sistemləşdirilir. Gəlirlərin bölgüsü, sosial infrastruktur, sosial müdafiə və pensiyon 
təminat, xidmət və servisin yüksəldilməsi ümumi sintezdə  tədqiqat sferasının məqsəd və 
vəzifələr blokunun növbəti mövzularını ifadə edir. 
Yaşadığımız çağdaş zamanda planetin sivilizasion səmtinin postindustrial təsərrüfata 
köklənməsi və bu əsnada güclənən qlobal axın hər bir ölkənin siyasi oriyentasiyasından asılı 
olmayaraq, onun sosial-iqtisadi tərəqqisində  əksini tapmadadır. Məhz bu baxımdan təhlilinə 
təşəbbüs edilən problemin daha dolğun çərçivədə çözülməsi qəti olaraq meqaekonomik 
tendensiyanın nəzərə alınmasını şərtləndirir. Dünya təsərrüfatının, beynəlxalq bazarın strukturu, 
qlokolizasiya, regionlaşma aspektləri, coğrafi sosial-iqtisadi modelləşmə, informasiyon 
texnologiyalar və innovasion nailiyyətlər gücü və bu ümumi gerçəkliklərdən irəli gələn faktorlar 
tədqiqat predmetinin aksesuarlarına çevrilmişdir. 
Biznes strategiyası, biznesin inkubasiyası,  əlverişli biznes mühiti, onun azad və  səmərəli 
təşkilati iqtisadi yaranış zonaları, softizasiyanın inkişaf perspektivləri, açıq icma və  vətəndaş 
cəmiyyəti quruculuğu, konstitusiya iqtisadiyyatı  təməlçiliyi, sosial ekologiya və neosferanın 
mahiyyət prinsipləri, rasional seçim, futuroloji məntiq, sosial-iqtisadi proqnozlar şəbəkəsi sosial 
bazar iqtisadiyyatının formalaşması attraktorları  və  qərarlaşmasına təsir edən amillər 
konfiqurasiyası kimi dəyərləndirilərək tədqiqat prosesinin nəticəlik oriyentasiyasını 
istiqamətləndirir. 
İqtisadiyyatın sosial modernləşməsinin mühüm alternativ varyasiyası kimi tədqiqatın 
ideyalar çevrəsində yekun olaraq yeni dövriyyə  yığmış  və dinamik güc toplamış  İslam 
iqtisadiyyatına geniş məkanlı meydan ayrılır. Bu genişlik onunla əsaslandırılır ki, müasir qlobal 
iqtisadiyyatda  əslində  yəhudi-xristian məkfurəsini  əks etdirən modellər hakimdir. Müvafıq 
modellər isə böhranlı xarakterli olaraq sosial bərabərsizlikləri ilə  fərqlənirlər. Sosiallaşan 
iqtisadiyyatın AvroAtlantik modelləri nə qədər təkmilləşməyə məruz qalsalar da yetərli ədalətli 
gəlirlər bölgüsünü və real sosial paritetliyi dolğun təmin etmək iqtidarında deyildirlər. Bu 
mənada yeni iqtisadi modellərin axtarış strategiyasında, «üçüncü yol» konsepsiyasında  İslam 
 
9


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə