E. M. Hacizadə



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə7/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   2   3   4   5   6   7   8   9   10   ...   102

 
 
vüsətləndiyi zamanlarda ayrı-ayrı dini dünyagörüşlər, konfessial cərəyanləar dövlətin təsərrüfat 
həyatının davaranış normalarının ayrılmaz hissəsini təşkil etmişdir. Mərkəzi Asiyada geniş 
yayılan atəşpərəstlik - zərdüşlik dini burada mövcud dövlətlərin siyasi-iqtisadi və sosial 
sisteminin beşiyində dayanmışdır. Atəşpərəstliyin baş kitabı «Avesta»da iqtisadi etikanı 
tərənnümü geniş əksini tapmışdır [89]. 
Qədim  Şərq mədəniyyəti ictimai hökmranlıqla yanaşı, həm də  təbiət hakimiyyətindən, 
həyatın özünün sərt qanunlarından qurtulmaq istiqamətində daha radikal təlimlərin yaranışına 
zəmin olmuşdur. Təsadüfü deyil ki, bu təlimlər  əksərən qədim hind torpağında təşəkkül 
tapmışdır. Bu prinsipiallığa ümumi vəhdətdə hind təbiəti və onun sosial quruluşunun 
xüsusiyyətləri səbəb olmuşdur. 
Qədim Hindistanda iqtisadi-ictimai münasibətləri reqlamentasiya edən nəzəri hüqüqlar 
sisteminin mənbəyi dini etik normalardan qaynaqlanmışdır. Flora və fauna 
zənginliyi ilə yanaşı bol isti, fəsli dəyişən tropik leysanlar, cunqliya 
yırtıcılarının, zəhərli ilanların izafiliyi insanları təbiət qüdrətinin möhtəşəmliyi 
qarşısında sıxıntı  və  məyusluqlara düçar etmişdi. Belə reallıq təbiət 
qüvvələrinin tanrısal obrazlarının insan təxəyyülündə bütləşmiş yaranışının 
təcəssümünə gətirmişdir. Nəticəli olmaq etibarı ilə bu məkanda brahmanizm, 
buddizm, caynizm, induizm  fəlsəfəsi və dünyagörüşü dini çərçivədə  pərvəriş 
tapmışdır. Bu dünyagörüşün elastizmi və universallığı isə onun tez bir 
zamanda bütün dünyada yayılmasına rəvac vermişdir. Brahmanizim-induizm bütün Cənubi 
Asiyada reqionyaradıcı faktora çevrilərək bir çox etnosların birləşməsini təmin edərək yeni 
iqtisadi reallıqları  ərsəyə  gətirmişdir. Bu dinidünyagörüş Hindistinda buddizmi sıxışdıraraq 
hakim konfessiyaya çevrilmişdir. Hazırda o xalis formada yalnız Şri-Lankada qalmaqdadır 
Buddizm  Şərq fəlsəfəsi, mədəniyyəti və  hərb sənətində oyandığı rolu ilə birlikdə burada 
məskun xalqların təsərrüfat həyatında da mühüm izlər qoymuşdur. Lakin bununla belə xüsusi 
olaraq vurğulanmalıdır ki, Qədim Şərqdə buddizmə sitayiş edən xalqların təsərrüfat həyatı bu və 
ya digər nisbətdə «Asiya istehsal üsulu»na mütənasiblik təşkil etmişdir [3, 89]. 
Böyük Çin vadisində də xalqların iqtisadi həyatında dini dünyagörüşün rolu və əhəmiyyəti 
yüksək olmuşdur. Tarixən bir sıra ideoloji sistemlərin dəyişməsinə baxmayaraq Çində erkən 
formalaşan dini cərəyanlar və  təriqətlər daim möhtəşəm dövlətin iqtisadi siyasətinin 
prioritetlərini müəyyən etmişdir. Bir-biri ilə balanslaşaraq Çində 
müxtəlif dini-fəlsəfi cərəyanlar daosizmkonfutsianlıqmoizm, leqizm 
irearxial paternalizmin ideoloji, fəlsəfi və  nəhayət iqtisadi təməlinə 
çevrilmişdir. Qədim Çin təsərrüfatçılığının sürəkli kodeksi olmuş 
«Quan-tszı» traktatının da başlıca ideya xəttini müvafiq dini 
dünyagörüşlərin motivləri təcəssüm etdirir. Belə ki, traktatın 
fundomental bəndlərini - tanrının seçdiyi zəngin təbəqə olmadan ölkə 
 
16


 
 
heç bir gəlir  əldə edə bilməz imperativi rövnəqləndirir. Bununla belə müxtəlif dini fəlsəfi 
cərayanların hakim kəsildiyi Qədim Çində iki - legizm və konfutsiyanlıq dövləti idarəetmədə və 
xalqın təsərrüfat həyatında daha dərin iz buraxmışdır. B.e.ə. IV əsrdə leqizmin «konstitusiyası» 
sayılan «Şan vilayətinin hakiminin kitabı» traktatında Çin dövlətçiliyin siyasi-iqtisadi 
prinsiplərinin sosial tərənnümü əksini tapmışdır [89, 110]. 
Çin təsərrüfatçılığının iqtsadi formasının düzümündə buddizm yetərli iştirakı da 
danılmazdır. Dini çoxsaylılığı ümumi iqtisadi, sosial və siyasi həyatda bərabərləşdirmək üçün 
qədim Tan imperiyası üç təlim padişahlığı elan olunmuşdur. Bu proses isə öz növbəsində onların 
böyük bir makroregionda - Koreya və Yaponiyada da yayılmasını şərtəldirmişdir. 
Müsəlman  dünyasnın da təsərrüfat sisteminin özəkləri adekvat olaraq İslam dininin 
təməlləri üzərində qurulmuşdur. Belə adekvatlıq bu və ya digər çalarda, buddizm, iudaizm və 
başqa irili-xırdalı dinlərin areal zonasında da mövcud olsa da İslamda öz sosial, iqtisadi və 
hüquqi tutumluğu ilə köklü fərqlənmişdir. Bu ilk növbədə  İslamın iqtisadi etikasının 
bəşəriliyindən irəli gəlmişdir. Müsəlman xalqların təsərrüfat həyatının və sosial mədəniyyətinin 
formalaşmasında İslami etik dünyagörüşü bütün çevrələrdə hakim olmuşdur. 
Daha gənc din olan İslamın təsərrüfatçılıq prinsiplərinin 
mahiyyəti müqəddəs «Qurani Kərimdə» aydın və geniş  şərhini 
tapmışdır.  İslamın iqtisadiyyatının praktiki müstəvidə gerçəkləşən 
mahiyyətini isə empirik materiallarda axtarmaq gərəklidir. 
Müqəddəs kitabda ikram olunan qaydalar şəriət toplumunda şərh 
olunaraq aydınlığını artırmışdır.  Şəriət müsəlmanın hüquqlarının, 
sosial-iqtisadi həyatının normallaşması mexanizmi kimi İslam 
dövlətlərinin konstitusiya dayaqlarını təşkil etmişdir [1]. 
Dinin iqtisadi və sosioloji aspektdən tədqiqi sahəsində tam bir 
araşdırma sistemi formalaşmışdır. Lakin burada sosioloqlar iqtisadçılardan daha məhsuldar 
olmuş, konfessial sistemlərinin sosial mahiyyətinin açılışında davamlı səylər göstərmişlər. 
Dinlərin sosioloji aspektdən tədqiqi sahəsində geniş  fəaliyyəti ilə alman sosioloqu Maks 
Veber /1864-1920/ fərqlənmişdir. M.Veber ötən yüzilliklərin qovşağında fəaliyyət göstərmiş 
nəhəng sosioloqlardan hesab olunur. Onun tədqiqat şəbəkəsi yalnız sosiologiyanı deyil, həm də 
fəlsəfəni, siyasi iqtisadı, hüquq və tarixi əhatə edir. Neokantçılığa, 
neopozitivizmə yaxın olaraq marksizmin əlehinə  çıxış edən M.Veberin 
sosialogiyanı  təmsil edən  əsərləri sırasında dini sosiumla bağlı  tədqiqatları 
daha çox diqqəti cəlb edəndir. Bu toplumda «Dünya dinlərinin təsərrüfat 
etikası», «Siyasət peşə qabiliyyətidir» və «Elm sənət və peşədir» kimi əsərlər 
alimə daha çox məhşurluq gətirmişdir. Onun metodologiyası burcua 
sosiologiyası  və  fəlsəfəsinin inkişafına böyük təsir göstərmiş, təftişçiliyin 
ideya-nəzəri mənbələrindən olmuşdur [60, 127]. 
Dini dünyagörüşün sosial interpretasiyasında M.Veberlə eyni 
zamanlarda yaradıcılıq edərək eyni sırada dayanmış digər nəhəng düha fransız 
mütəfəkkiri Emil Dyürkqeyminin də /1858-1917/ müvafiq xidmətləri  əzəmətli olmuşdur. 
Alimlərn dininin sosioloji prizmadan şərhində  fərqli baxış nümayiş etdirmələrinə baxmayaraq 
onlar müqabil olan eyni məqsədləri izləmişlər. E.Dyürkqeym cəmiyyətin əsasını əmək bölgüsü 
təşkil edən qənaəti ilə dini cərəyanların sosial-iqtisadi həyatdakı rolunu dəyərləndirən baxışları 
ilə daha üstün olmuşdur. Onun «İctimai  əməyin bölgüsü», «Dini həyatın elementar formaları» 
əsərləri bu sferada ona uğurlar gətirmişdir [89]. 
Konfessial sistemlərin sosial sferada və  təsərrüfat həyatında rolu yalnız Avropa 
sentiristlərinin əsərləri ilə məhdudlaşmır. Hər bir dini dünyagörüş özünün etik, sosial, iqtisadi və 
başlıca olaraq bütün bü keyfiyyətləri ümumiləşdirən hüquqi normalarını birləşdirən din şərhçiləri 
və alimlər yetirmişlər. Bu baxımdan dinin sosial və iqtisadi aspektinin 
ilkin yaradıcı  dəyər mənbələrini də  həmən dinlərin bütün qanun və 
rituallarına  əməl edərək sitayişində bulunan almilərin tədqiqatlarında 
axtarmaq daha səmərəli və məhsuldardır. 
 
17


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə