E. M. Hacizadə



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə9/102
tarix04.11.2017
ölçüsü5,12 Kb.
#8151
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

 
 
özünün təkamüllü və tarixi yanaşması ilə  fərqlənir. Onun nəzəriyyəsinə görə  bəşəriyyət öz 
inkişafında quldarlıq, feodal, kapitalizm və industrializm /sosializm/ epoxalarından keçir. 
Sosializmdə dövlət məhv olacaq, hamı işləməyə öhdəli məruz qalacaq, bölgü əməyə görə təyin 
ediləcək və «hər kəsin qabiliyyətinə, işinə görə» prinsipi cəmiyyətə hakim kəsiləcəkdir [68].
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          Sen Simon                          Ş.Furye                                   Robert  Ouen 
 
Utopizm cərəyanı rövnəqləndirən digər fransız iqtisadçısı, sosialist-utopisti Şarl Furye isə 
öz həmyerlisi Sen Simondan fərqli olaraq bəşər tarixinə  vəhşilik,  patriarxal, varvarlıq   
sivilizasiya  /kapitalizm/ təsnifatlı bölgü vermişdir. Sivilizasiya fabrik istismar əməyinin 
quruluşunda təşəkkül tapdığı üçün yaxşılaşa bilməz. O labüdən məhv olmalıdır. Yeni ədalətli 
cəmiyyət  şəxsi mülkiyyəti ləğv edərək  əmək yoldaşlığı - flanqa  çərçivəsində kollektivçiliklə 
əvəz olunmalıdır. Flanqistlər hər işi birlikdə görürlər: yaşayır, işləyir, əylənir, əmlaka sahib çıxır 
və uşaqları tərbiyə edirlər. 
Son utopizmin üçüncü görkəmli nümayəndəsi hesab olunan Robert Ouen isə kommuna 
təşviqatçısı kimi tanınır. Onun iqtisadi baxışları D.Rikardonun əmək-dəyər nəzəriyyəsinə 
əsaslanır. Bu ondan irəli gəlir ki, fəhlə öz əməyi nəticəsində hasil olunan dəyəri tamılıqla 
mənimsəmir. R.Ouenin fikrincə burada nöqsanlı funksiyanı pullar ifadə edirlər. Gərək süni 
material dəyərindən təbii - əmək qiymətləndirilməsinə keçid edilməlidir. Puldan imtina olunmalı, 
mübadilə üçün əmək vahidi təyin edilməlidir.  Ədalətli mübadiləyə  rəğmən  şəxsi mülkiyyət və 
kapitalizm sistemi ləğv olunmalıdır [127]. 
Utopik baxışlar sistemi yalnız orta əsrlər dövrü ilə  məhdudlaşmadı. Bəşəri yaranışlı bu 
dünyagörüş məhdud miqyasda yeni çalar alaraq ayrı-ayrı məkanlarda və zamanlarda təzahür etdi 
və sivilizasiyanın daha kamil düşüncəli çağlarında təkmil elmi düşüncənin sobasında  əriyərək 
yeni düşüncələrin materalları sırasına qatıldı. Yaranışı insanın ilk arzusu qədər qədim və erkən 
olan topizm fəlsəfəsi sosial təkamülü izləyən insan şüurunun çağdaş çağlarında da mövqeyini 
nümayiş etdirməsidir. Bitməyən, tükənməyən sosial romantika öz enerjisini utopik meyarlardan 
faydalandırır. 
 
 
1.4. Iqtisadi-nəzəri şəcərənin elmi təşəkkülü 
 
İqtisadi-nəzəri şəcərənin elmi təşəkkülü XVII əsr Avropasında cərəyan edən iki mənbədən: 
merkantilizm və fiziokratiyadan başlanğıc alır. Yaranış anlarında yaş  fərqliliyində o qədər də 
böyük zaman ölçüsü olmasına baxmayaraq merkantilizm fiziokratiya öncəli səlnamə tarixinə 
malikdir. 
Merkantilizm siyasəti və ideologiya olaraq Qərb aləminin orta əsrlər iqtisadi həyatında 
mühüm yer tutmuşdur.  İtalyanca sətri mənası  tacir anlamını verən, ilkin kapital yığımının 
qanunauyğunluqlarını öyrənən merkantilizm iqtisadi münasibətlərin dövlət tənzimlənməsi 
tərəfgirliyindən çıxış edir. Bu baxımdan geniş  şərhdə merkantilizm milli ticari kapitalı  təmin 
edən xaricdən pul axınını şərtləndirən, güclü mərkəzi dövlət yaranışında ehtiva olunan iqtisadi 
siyasətdir. Məhdudiyyətlərlə müşayiət olunan merkantilizmə Fransada daha çox riayət 
olunmuşdur. 
Merkantilizmin ideologiyasına görə sərvətlərin mahiyyətini qiymətli metallar ifadə etdirir. 
 
20


 
 
Əmək o zaman məhsuldardı ki, o ixraca işləyir və bu baxımdan dövlət ixracı stimullaşdırmalıdır. 
Milli kommersantlar hesabına inhisar təmin edilməli və rəqabət təcrid olunmalıdır. Əhali artımı 
isə  mənfəət yüksəlişinə  və  əmək haqqının aşağı  səviyyəsinin saxlanmasına xidmət etməlidir 
[45,60]. 
Merkantilizm mərhələli olaraq erkən və son merkantilizmə bölünür. Böyük coğrafi 
kəşflərdən əvvəl, XVII-ci əsrə qədərki mərhələni əhatə edən erkən merkantilizmdə ölkənin pul 
balansı siyasəti, başqa sözlə  qızıl və gümüşün idxal və ixracı üzərində qurulan pul axınının 
təminatı prinsipləri dayanırdı. Buradan da onun başlıca müddəası - müvafiq «pul nəzəriyyəsi» 
formalaşmış və onu çox zaman da monetar sistem də adlandırmışlar. Böyük kəşflər nəticəsində 
ticarət burcuaziyasının iqtisadi gücünün artığı XVII-XVIII əsrlər qovşağında isə ticarət balansı 
sisteminə keçidlə  əlaqədar  son merkatilizm mərhələsi  formalaşmış  və  təşəkkül tapmışdır. 
Manufaktura sistemi kimi xarakterizə olunan son merkantilizmin başlıca ideyası «Əlavə dəyər və 
mənfəət  əldə etmək üçün ucuz alıb baha satmaq» tezisinə bağlı idi. Bununla belə müstəmləkə 
siyasəti güdən son merkantilizm beynəlxalq  əmək bölgüsünün genişlənməsini hədəf seçməklə
həm də proqressiv olaraq ticarəti, sənaye və gəmiçiliyin inkişafını təşviq edirdi. 
Erkən merkantalizmin görkəmli nümayəndələri sırasında U.Stafford /1554-1612/, 
A.Monkretyen /1575-1621/, C.Kolber /1619-1693/ kimi məhsur iqtisadçı alimlər dayanır. 
Son merkantilizmin aparıcı ideoloqu isə «Ost-Hind» kompaniyasının direktoru, «London 
Siti» adlanan korporasiyanın nüfuzlu üzvi, nəhəng ingilis taciri Tomas Man /1571-1641/ 
olmuşdur. T.Man «İngiltərə  sərvətləri xarici ticarətdə  və ya bizim xarici ticarət balansı bizim 
sərvətlərin tənzimləyicisidir»  əsərində merkantilizmin geniş  şərhini vermişdir [60, 127]. Bu 
əsərlə o iqtisad elmi tarixində «Ticarət balansı  nəzəriyyəsi»nin banisi kimi də yer tutmuşdur. 
K.Marksın təbirincə T.Manın bu əsəri daha yüz il merkantilizmin «İncil»i olaraq qalmışdır. XX 
əsrin məhşur iqtisadçısı C.Keynizin də merkantilizm haqqında tənqidi baxışları diqqəti cəlb 
edəndir. C.Keyniz qeyd edir ki, «Ümumiyyətlə desək, müasir iqtisadçılar təkcə onu təsdiq 
etməmişlər ki, əməyin beynəlxalq bölgüsündən, bir qayda olaraq, merkantilist praktikanın çox 
iddiasında olduğu faydalarını ölçüb-biçmək üçün kifayət edən uğurlu balans vardır. Onlar həm 
də göstərmişlər ki, merkantilist arqumet əvvəldən axıra qədər intellektual dolaşıqlığa 
əsaslanmışdır» [21. səh 380]. 
Tədavül sferasına daha çox diqqət yetirən merkantilistlər kapitalist istehsalının daxili 
qanunlarını da tənqid hədəfi seçmişlər. Lakin kapitalizmin inkişafı ilə merkantilizm əsas 
müddəaları köhnəlmiş və dövriyyəyə yeni iqtisadi nəzəriyyələr çıxarılmışdır. 
Təbii hakimlik anlamını verən  fiziokratiya iqtisadi cərəyan olaraq 
klassik siyasi iqtisadda XVII-ci əsrdə yaranmışdır. Bu məktəbin banisi fransız 
alimi Fransua Kene /1694-1774/ hesab olunur. F.Kene makroiqtisadi modelin 
yaradıcısı kimi özünü iqtisadçı adlandıran ilk alim olmuş, iqtisadi tədqiqatı 
tədavül sferasından istehsal sferasına gətirərək kapitalist istehsal sisteminin 
elmi təhlilinin əsasını yaratmışdır. 
Fiziokratizmin ideya çələngini iqtisadi liberalizm təşkil edir. Başlıca 
tezis isə  «Laissez faire, laissez passer» - «İnsanlara öz işlərini özlərinin 
etməsinə, işlərin öz ahəngində getməsinə imkan verin» və yaxud da sadəcə - 
«mane olmayın» devizinə əsaslanırdı. Bu həm də o demək idi ki, dövlət iqtisadiyyata müdaxilə 
etməməlidir. 
Fiziokratların  ikinci  təməl prinsipi torpağın sərvətlərin yeganə  mənbəyi olmasına 
köklənmişdi. 
Üçüncü prinsip olaraq əməyin xalis məhsul yaradan istehsal və xalis məhsul yaratmayan 
qeyri-istehsal bölgüsünə malikliyi və eyni zamanda cəmiyyətin siniflərə bölünməsi idi [45, 127]. 
Feodal münasibətlərin dağılması kapitalizmin meydana gəlməsi ilə XVII-XVIII əsrlərdə 
iqtisadi fikir tarixində  «klassik məktəb» adlanan istiqamət formalaşdı. Müvafiq təşəkkül 
prosesinin ilkin mərhələsində feodalizmlə merkantilizmin mübarizəsi təzahür etdi, ikinci 
mərhələdə isə kapitalist iqtisadiyyatının fəaliyyət mexanizminin qanunauyğunluqları formalaşdı. 
Klassik siyasi iqtisad məktəbinin ümumi xarakteristikasına görə iqtisadi proseslər insan 
 
21


Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə