Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

31 
 
 
 
 
 
 
 
 
Şəkil 2. Adamın müqavimətinin prinsipial sxemi. 
r
d
 – dərinin müqaviməti; c
d
 – elektrodla, bədənin daxili hissəsi 
arasında yaranan tutum; r
dax
 – daxili üzvlərin və toxumaların 
müqavimətidir. 
 
Adamların  daxili  müqaviməti  dəyişən  olub,  dərinin  və 
ətraf mühitin vəziyyətindən asılıdır.  
Dərinin üst səthi zədələndikdə (cızıldıqda, kəsildikdə və 
s.),  adamın  elektrik  müqavimətinin  qiyməti  birdən  azalır  və 
ona görə də orqanizmdən axan  cərəyanın  qiyməti artır. İnsan 
bədəninə  təsir  edən  gərginliyin  qiyməti  artdıqda  dərinin  üst 
səthinin  deşilməsi  baş  verir,  müqaviməti  ani  olaraq  azalır  və 
bədəndən axan cərəyanın qiyməti çoxalır. 
Beləliklə görürük ki, adamın elektrik cərəyanı təsirindən 
aldığı  xəsarət,  çox  faktorlardan    asılıdır.  Bunlardan  ən 
təhlükəlisi,  adamların  yaş  əllə  isti  və  nəm  otaqda  elektrik 
cərəyanı keçirən hissələrlə təmasda olduqda baş verir. 
Elektrik  cərəyanının  zərbəsindən  adamın  aldığı  xəsarət, 
onun  təhlükəsindən  asılı  olaraq  müxtəlif  olur.  Xəsarətin 
təhlükə  dərəcəsinə  müxtəlif  faktorlar  təsir  göstərə  bilər: 
cərəyanın qiyməti, onun  bədəndən keçmə müddəti, cərəyanın 
bədəndən  keçmə  yolu  və  nəhayət  gərginlik  altına  düşən 
adamın  fərdi  xassələrindən    (sağlamlığı,  yaşı  və  s.)  asılıdır. 


32 
 
Bunlardan əsas faktor, insan bədənində yaranan cərəyandır. 
Adətən, 
adam 
dəyişən 
cərəyanının 
təsirindən 
qıcıqlandırmanı  1-1,5mA  ,  sabit  cərəyanda  isə  5-7mA  hiss 
edir.  Bu  cərəyanlar,  qıcıqlandırmanı  hiss  edən  sərhəd 
cərəyanları adlanır.   
5-10mA 
dəyişən 
cərəyanlarda, 
qıcıqlandırıcı 
cərəyanların  təsirləri  güclənir,  əzələlərdə  ağrılar    yaranır  və 
onları  iflic  halına  gətirib  çıxarır.  10-15  mA  cərəyanlarda 
ağrılar dözülməz olur, ayaq və əl əzələləri qıclaşması o qədər 
güclənir  ki,  adam  özü  müstəqil  olaraq  cərəyanın  təsirindən 
azad  ola  bilmir  (əllərini  aça,  özündən    naqili  tullaya  və 
gərginliyin təsir zonasından uzaqlaşa bilmir).  
10-15mA  və  yuxarı  dəyişən,  50-80mA  və  yuxarı  sabit 
cərəyanlar daha təhlükəli cərəyanlar adlanır. 
Sənaye  tezlikli  dəyişən  cərəyanın  (25mA  və  yuxarı) 
təsirindən  təkcə  adamın  əl  və  qol  əzələlərində  yox,  həmçinin 
döş qəfəsinin əzələlərinə də təsiri olur. ona görə baxılan halda 
nəfəsin iflici və ölüm halı baş verə bilər. 50Hs tezlikdə 50mA 
cərəyan  nəfəs  orqanlarının  işini  sürətlə  pozur,  50Hs  tezlikdə  
100mA  və  yuxarı  qiymətli  cərəyanlar  və  sabit  gərginlikdə 
300mA  cərəyan  qısa  zamanda  (1-2s)  ürəyin  əzələlərini 
zədələyir  və  ürəyin  fəaliyyətini  dayandırır.  500mA-dən  çox 
cərəyanın  təsirindən  ürəyin  və  nəfəsin  iflici  baş  verir.  Adam 
bədənindən  axan  cərəyanın  təsir  müddəti  çoxaldıqca,  alınan  
xəsarət  daha  ağır  olur  və  ölümlə  nəticələnmə  ehtimalı  artır. 
Elektrik  cərəyanının  təsirindən  alınan  zədənin  təhlükəsi  insan 
bədənindən  cərəyanın  keçmə  yolunun  istiqamətindən  də 
asılıdır. Cərəyan ürək, döş qəfəsi, baş və bel iliyindən keçərsə, 
onda alınan zədə daha təhlükəli olur. Cərəyanın yolundan  (əl-


33 
 
əl,  əl-ayaq,  ayaq-ayaq,  boyun-ayaqlar  və  s.)  asılı  olaraq 
bədənin    müqaviməti  müxtəlif  qiymətlərə  malik  olduğundan, 
orqanizmdən axan cərəyanın  təsiri eyni olmayacaqdır. 
Ən təhlükəli, (adamın orqanizmindən keçən) əl-ayaq, əl-
əl, nisbətən təhlükəsizi isə “ayaq-ayaq” cərəyan yoludur. 
 
1.7 Elektrik cərəyanından xəsarət alan adama ilk yardım 
 
Əgər  gərginlik  altında  qalan  adam,  özü  cərəyanın 
təsirindən  azad  oluna  bilmirsə  (cərəyan  keçirən  hissələrdən 
əlini çəkmək, kənara çəkilmək, naqili qırmaq, dövrəni açmaq 
və s.), ona təcili kömək göstərmək vacibdir. 
Adamı  gərginlik  altından  azad  etdikdə,  çox  ehtiyatlı 
hərəkət etmək (müəyyən tədbirlər görmək) lazımdır, əks halda 
xilaskar    özü  də  gərginlik  altına  düşə  bilər.  İlk  növbədə 
yaxınlıqda  olan  açar  vasitəsilə  qurğunu  şəbəkədən  açmaq  və 
ya izolə olunmuş dəstəkli alətlərdən (bıçaq, kəsici balta və s.) 
istifadə  etməklə  cərəyan  dövrəsini  qırmaq  lazımdır.    Əgər 
hadisə  elektrik  veriliş  xəttində  baş  veribsə,  onda  bir  ucu 
torpaqlanmış  çılpaq  naqilli  xəttin  üstünə  atmaqla  qısa 
qapanma  yaratmaq  lazımdır.  Bu  halda  maksimal  cərəyan 
mühafizəsi  işə  düşəcək  və  avtomatik  olaraq  xətti  açacaqdır. 
Bütün  hallarda,  qurğu  şəbəkədən  açılandan  sonra,  xəsarət 
almış adamın hündürlükdən düşmə və əzilmə ehtimalı yaranır. 
Belə halda aşağıdakı məsləhətləri vermək olar: 
1.Bir  neçə  nəfərin    köməyilə  (əgər  hündürlük  böyük 
deyilsə)  düşən  adamı  əllərin  üstünə  götürülür,  brezent  və  ya 
başqa parça materialını dartılmış vəziyyətdə saxlamaqla adam 
qəbul edilir; 


34 
 
2.Əgər  köməkçi  varsa,  onda  həmin  adam  hündürlüyə 
qalxaraq və zədə almış işçini tutaraq saxlayır. 
Elektrik  cərəyanın  təsirindən  xəsarət  almış  adamı, 
gərginlikdən  azad  etdikdən  sonra,  həkim  gələnə  qədər  onun 
halından asılı olaraq yardım etmək vacibdir. Əgər xəsarət alan 
şəxs,  huşunu  itirməyib  və  sərbəst  gəzə  bilərsə,  onda  həmin 
adamı istirahət üçün rahat olan otağa aparmalı, su içirtməli və 
uzanmağı  məsləhət  görməli.  Əgər  xəsarət  almış  adamda 
müəyyən  zədələr  (əzilmə,  kəsiklər,  oynaqların  çıxılması, 
sümüklərin sınması və s.) müşahidə olunarsa, onda yerindəcə 
lazımi  köməklik  göstərməli,  ehtiyac  olduqda  tibbi  məntəqəyə 
yollamalı və ya həkim çağırmalı. 
Əgər  xəsarət  alan  adam  cərəyanın  təsirindən  azad 
etdikdən  sonra  huşsuz  vəziyyətdədirsə,  ancaq  normal  nəfəs 
alır və nəbz eşidilirsə, təcili olaraq həkimi çağırmaq, o gələnə 
qədər  yerindəcə  yardım  göstərməklə  huşa  gətirmək  (naşatır 
spirti iylətməklə təmiz hava verməli) lazımdır. 
Əgər  xəsarət  olan  adam  cərəyanın  təsirindən  azad 
etdikdən sonra ağır vəziyyətdədirsə (nəfəs almır, ya fasilələrlə 
nəfəs  alır  və  s.),  təcili  olaraq  həkim  çağırmalı  və  o,  gələnə 
kimi xəstəyə süni nəfəs verməyə başlamalı. 
Süni nəfəs vermədən öncə aşağıdakılar vacibdir: 
a)təcili  olaraq  (bir  saniyə  belə  vaxt  itirmədən)  xəsarət 
alan  adamı  sıxıcı  paltarlardan  azad  etməli  (yaxasını  açmalı, 
şarfı çıxarmalı, kəməri genişləndirməli və s.); 
b)ağzını açmalı (ağır qıc vəziyyətdə ağzı bağlanıbsa); 
v)ağzını  açdıqdan  sonra,  onu  kənar  əşyalardan 
təmizləməli, diş protezlərini (əgər varsa) çıxarmalı. 
Son zamanlar respublikada və xarici ölkələrdə, elektrik  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə