259
Dediklərimizdən aydın olur ki, linzanın optik qüvvəsi
olmalıdır.
BS-də optik qüvvənin vahidi
-dır (dioptriya).
olması, yəni
fokusun həqiqi, linzanın toplayıcı - qabarıq olması,
onun optik qüvvəsinin də müsbət olması ( ) deməkdir.
olduqda isə (fokus mövhumi, linza səpici - çökük), linzanın optik
qüvvəsi mənfi olur ( ) olur.
Linzada xəyalların qurulması.
Linzada nöqtənin xəyalını qurmaq üçün ən azı iki şüanın yolunu bilmək
lazımdır. Bu şüalardan biri baş optik oxa paralel şüadır. Bildiyimiz kimi, bu şüa
sındıqdan sonra ya özü, ya da uzantısı fokusdan keçir. İkinci şüa olaraq, fokusdan
keçən şüanı götürmək olar. Aydındır ki, bu şüa sındıqdan sonra baş optik oxa
paralel getməlidir. Əlavə bir şüa olaraq, optik mərkəzdən keçən şüanı da
götürmək olar. Nəzərə almaq lazımdır ki, optik mərkəzdən keçən istənilən şüa
sınmadan keçir (şəkil 312).
Şəkil 312.
I. Qabarıq linzada xəyalların qurulması.
1). Hesab edək ki,
cisim ikiqat fokusdan uzaq məsafədə yerləşir, yəni
- dir (şəkil 313).
Burada
cisimdən linzaya qədər olan məsafədir.
Şəkil 313.