261
Fokusda yerləşən cismin xəyalı sonsuzluqda alınır ( ) .
5). Cisim fokusla linza arasında yerləşir ( ) (şəkil 317).
Şəkil 317.
Linzanın toplayıcı olmasına baxmayaraq, yalnız bu halda xəyal mövhumi
və düzünə olur.
olan halda cismin böyüdülmüş xəyalı alınır, yəni olur.
Əvvəlki hallardan fərqli olaraq, bu halda xəyal cisimlə eyni yerdə (II koordinat
rübündə) alınır. Qeyd edim ki, əvvəlki halların hamısında cismin özü II rübdə,
xəyalı isə IV rübdə yerləşirdi.
II. Çökük linzada xəyalların qurulması
.
Hesab edək ki, cisim ikiqat fokusdan uzaq məsafədə yerləşir, yəni
- dir. Şüaların linzada sınma şərtlərini nəzərə almaqla, şəkil 318 –da
təsvir olunmuş formada xəyal almış olarıq.
Şəkil 318.
Qeyd edim ki, çökük linzada cismin harada yerləşməsindən asılı
olmayaraq, xəyal həmişə kiçildilmiş, mövhumi və düzünə alınır.
262
Nazik linza düsturu.
Linza düsturu dedikdə , və kəmiyyətləri arasındakı asılılığı
göstərən düstur başa düşülür (bildiyimiz kimi, - fokus məsafəsi, -cisimdən
linzaya qədər olan məsafə, isə - xəyaldan linzaya qədər olan məsafədir) (şəkil
319).
Şəkil 319.
Ümumi şəkildə linza düsturu
kimidir.
Xüsusi hallara baxdıqda, nəzərə almaq lazımdır ki, səpici linza halında
fokus məsafəsi, mövhumi xəyal halında isə xəyala qədər olan məsafəsi mənfi
olur. Qalan hallarda isə bu kəmiyyətlər müsbət olur. Bunları nəzərə almaqla,
qabarıq linzada xəyalların qurulmasının 1 – 3 –cü bəndlərində (həqiqi fokus,
həqiqi xəyal) linza düsturunu
, 5 – ci bəndində isə (həqiqi
fokus, mövhumi xəyal)
kimi yazmaq olar.
Çökük linza halında isə həmişə həm fokus, həm də xəyal mövhümi
olduğu üçün linza düsturu
şəklində olacaq.
Linzanın böyütməsi.
Xəyalın ölçüsünün cismin ölçüsünə nisbəti linzanın böyütməsi adlanır və
ilə işarə olunur:
Linzanın böyütməsi adsız kəmiyyətdir.
Sonuncu şəkildə üçbucaqların oxşarlığından
alınar. Deməli,
linzanın böyütməsini həm də
kimi tapmaq olar.
263
Göz - təbii optik sistem kimi. Eynəklər.
Gözün əsas elementlərindən biri təbii linza olan gözün büllurudur.
Cisimlərin səthindən əks olunan şüalar büllurdan keçərək sınırlar və göz
almacığının dibində yerləşən və sinir sonluqlarından əmələ gələn tor təbəqəsinin
üzərinə düşməklə görmə hissi yaradırlar.
Normal görmə məsafəsi -dir, belə ki, bu zaman büllurda
sınan şüalar tor təbəqəsinin üzərində kəsişir və nəticədə cisimlərin aydın xəyalı
alınır. Bəzən anadangəlmə gözün optik
nöqsanı olur. Bu nöqsan, xəyalın tor
təbəqəsindən arxada və yaxud da qabaqda
alınması ilə əlaqədardır. Birinci halda
optik nöqsan – uzaqdangörmə (şəkil 320), Şəkil 320.
ikinci halda isə - yaxındangörmə adlanır
(şəkil 321).
Bu nöqsanlar insan yaşa dolduqca
da yarana bilir. Belə ki, çox yaxında və ya
çox uzaqda olan cisimləri yaxşı görmək üçün Şəkil 321.
büllur xüsusi əzələlərin köməyi ilə öz formasını (qabarıqlığını) dəyişə bilir ki, bu
da gözün akkomodasiya etmək qabiliyyəti adlanır. İnsan yaşa dolduqca, əzələlərin
funksiyası zəiflədiyinə görə göz akkomodasiya edə bilmir və nəticədə yenə
yaxındangörmə və uzaqdangörmə kimi optik nöqsanlar yaranır.
Uzaqdangörənlər tordan arxada alınan xəyalı torun üzərinə salmaq üçün
oxuduqları qəzet və ya kitabı arxaya çəkməklə ( -dən böyük məsafəyə)
aydın xəyal alırlar. Belə göz nöqsanı olanlar uzaqdan normal görə bildiklərinə
görə onlar uzaqdangörənlər adlanır.
Yaxındangörənlər isə oxuduqları qəzet və ya kitabı gözə yaxın çəkməklə
( -dən kiçik məsafəyə) qabaqda alınmış xəyalı torun üzərinə salırlar ki, bu
da onların normal görməsini təmin edir.
Gözün optik nöqsanlarını aradan qaldırmaq üçün eynəklərdən
istifadə edilir.
Dediklərimizdən aydın olur ki, uzaqdangörməni aradan qaldırmaq
üçün qabarıq linzadan ibarət eynəklərdən istifadə edilməlidir (şəkil 322).
Dostları ilə paylaş: |