Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə12/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   8   9   10   11   12   13   14   15   ...   245

36

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

məqbul bir namaz olmadığını və ya ən azından nöq sanlı bir namaz 

olduğunu göstərir.

Çünki bir hədisi-şərifdə belə buyurulur:



“Bir bəndə namaz qılar, ancaq namazının yalnız onda biri, doq-

quzda biri, səkkizdə biri, yeddidə biri, altıda biri, beşdə biri, dörd də 

biri, üçdə biri və ya yarısı özü üçün yazılar”. 

(Əbu Davud, Salat, 123-

124/796; Əhməd IV, 321)

Yəni yalnız ruhani hissiyyatlar ilə, xüşu və mənəvi rahatlıq için-

də qılınan namazın savabı zirvəyə çatar və pisliklərdən çə kindirər. 

Bu xüsusdakı nöqsanlığı nisbətində namazın bir his sə si, −belə demək 

mümkündürsə− yararsız çıxar və boşa getmiş olar.

Namazın boşa getməməsi üçün; Allah-Təala bəndələrinin qəlb 

və bədən ahəngi içində vüslətə mərhələ olacaq şəkildə iba dət həyatı 

yaşamalarını murad edir. Bu ilahi istək də heç şüb həsiz ki sadəcə 

namaz ibadətinə  məxsus olmayıb, oruc, həcc, infaq (sədəqə/

zəkat) kimi bütün ibadətlərin əsasını təşkil edir. Çünki hər ibadətin 

insanın ruhuna verdiyi ayrı-ayrı mənəvi qi da lar vardır. Belə demək 

mümkündürsə, bədənin qəbul etməli ol 

du ğu müxtəlif vitaminlər 

olduğu kimi, ruhun da fərqli ibadətlərlə qi dalanması  zəruridir. Hər 

birinin də ayrı bir əhəmiyyət dərəcəsi var dır. Namaz ayrı, oruc 

ayrıdır...



Oruc

Oruc yalnız müəyyən bir müddət  ərzində ac qalmaqdan iba-

rət deyildir. Oruc sadəcə mədə ilə tutulmur. Bütün bədən üzv ləri bu 

ibadətdə iştirak etməlidir.

İslamın beş təməl əsaslarından biri olan Orucu; yalan, qey bət, 

aravuranlıq kimi, mənfi xislətlərlə zədələyərək əcrini/sa vabını ən az 

həddə endirmək, böyük bir israfdır. Həzrət Pey ğəm bərimiz (s.ə.s) 

belə buyurur:



“Kim yalan danışmağı  və yalan-palan ilə  iş görməyi tərk et-

məzsə, Allah o kimsənin yeməyini-içməyini tərk etməsinə heç bir 

qiymət verməz”. 

(Buxari, Saum, 8, Ədəb, 51)

Bu səbəblə orucda ağıza bir şey qoymamağa diqqət et mək qədər, 

ağızdan səhv bir ifadənin çıxmamasına da diqqət edilməlidir.

Ədəb qaydalarına riayət edilərək tutulan oruc, bəndəni ru hən bir 

riyazət iqliminə aparar. Bu riyazət nəticəsində də kö nüldəki mərhəmət 




37

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

və şəfqət hissləri inkişaf edər və Allah-Tə ala nın “Rəhman” sifətindən 

bir hissə alınar.

Bundan başqa, oruc könüldəki hərislik və tamahkarlıq fır tınalarını 

susduran və  səbir məziyyətini təlim edən tərbiyə  mək tə bidir. Belə bir 

oruc, cəhənnəmə qarşı sanki bir qalxan halına gə lər.

Yenə kamil mənada yerinə yetirilən oruc ibadəti; Allahın ver  diyi 

nemətlərin qədrini bilmək haqqında təfəkkür etdirən həmd və şükürə 

sövq edən, yoxsulların halını anlamağı öy rə  dən, möhtacların “Bizə 

mərhəmət edin” fəryadlarına qarşı kö 

nüllərdə  mərhəmət hissləri 

oyandıran, şəfqət və mərhəməti bü tün sevdalardan yüksəyə qaldıran, 

kimsəsiz biçarələrə yardım his sini canlandıran və ruhu riqqətə gətirən 

ülvi bir bəndəlik şüu rur  dur.

Çünki səmimi  şəkildə edilən hər ibadətin digər ibadətləri də 

şövqlə etməyə səbəb olan saysız-hesabsız faydaları vardır. Mə sə-

lən, namaz oruc tutmağa sövq edir. Oruc da, zəkata...

Zəkat

İslamda mal-mülk nə  fərdə, nə  də  cəmiyyətə aiddir. Mal-mülk 

Allah-Təalaya aiddir. Bəndə ancaq müəyyən müddətə onu is tifadə 

edir.


Ayeyi-kərimədə buyurulur ki:

“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə  (heç nə yə, 

o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə 

(tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!) 

(əl-Fatir, 15)

Zəkatlar mülkün Allaha aid olduğu  şüurunun və idrakının bir 

ifadəsidir. Mömin Allahın verdiyi nemətləri etina ilə istifadə et məlidir. 

Çünki bir gün mütləq ona görə hesaba çəkiləcəkdir. Ayeyi-kərimədə 

buyurulur:



“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne mətlər 

barəsində mütləq sorğu-sual olunacaqsınız!” 

(ət-Təkasür, 8)

Bu həqiqət bütün mömin könüllərdə; bədən, ruh, maddə, dün-

ya və  həyat orbitində bizə verilən saysız-hesabsız nemətlər haq-

qında dərin bir təfəkkürə  və  nəfsi hesaba çəkməyə  vəsilə olan 

həyat düsturu olmalıdır. Ta ki, hər neməti bir əmanət  şüu ru ilə 

qiymətləndirə bilmə  həssasiyyətinə sahib olaq. Ta ki, mal la rı mız la 

etdiyimiz ibadətlərimizdə də zəruri ədəb və ərkana riayət edə bilək.

Mədhnamə



38

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Çünki bütün ibadətlərdə olduğu kimi, zəkat və sədəqə iba dət-

lərində də zahiri və batini üsul və ədəb qaydalarına riayət et mək çox 

vacibdir.

Allah-Təala belə buyurur:

“Xoş bir söz və günahları bağışlamaq  əziyyətlə  (min nət lə) 

verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, hə lim-

dir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özü-

nü xalqa göstərmək üçün)  sərf edən, Allaha və axirət gü nünə 



inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət ver məklə puça 

çıxarmayın”. (əl-Bəqərə, 263-264)

Bu mənada riyakarlıq və  təkəbbürlənmək kimi qəlb qəlb xəs-

təlikləri nəticəsində xeyirləri başa qaxmaqla ehtiyac sahibini in citmək 

və ya minnət altında qoymaq, edilən xeyirlərin savabını puç etmək 

deməkdir. Gözəl bir ev inşa edib ardınca da onu yan dır maq necə 

əbəsdirsə, edilən xeyir əməlləri də ədəbinə uyğun ola raq etməyib 

savabını puç etmək də eynidir. Ona görə nəfsin az ğınlığının qarşısını 

alıb, Allah-Təalanın rizasına müvafiq hə rə kət etmək zəruridir.

Bu baxımdan, bir mömin zəkatı layiq olana verə bilmək üçün 

ciddi bir tədqiqat aparmalıdır. Çünki Allah-Təala belə  bən də lərini 

mədh edərək:

“O kəslər ki, zəkat verərlər”  (əl-Muminun, 4)buyurur. Bu da 

qəlbdəki ixlas və xüşu hissinin bir əlamətidir.

Zəkat və sədəqələrimizi layiq olana verə bilmək, çox mühüm bir 

nahiliyyətdir. Bunun üçün ciddi bir araşdırma aparmaq və möh tac 

olanları simalarından tanıya bilməyi qəlb həssaslığı ha lı na gətirmək, 

Rəbbimizin ən mühüm əmrlərindəndir.

5

Əslində  zəkat və  sədəqəni, ona ən layiq olan kimsələrə ve rə 



bilmək, onun hansı yollardan qazanıldığına da bağlıdır. Digər bir 

ifadə ilə  zəkat, sədəqə  və infaqların sərf edilmə yerləri, qa zancın 

halallıq dərəcəsini göstərən ayna mahiyyətindədir.

Çünki bu ibadət, zahirən maddi baxımdan verilmiş kimi gö rün sə 

də, əslində o da mənəvi mahiyyət və ruhaniyyət zəminində gö zəllik 

və  fəzilətini inkişaf etdirir və  qəlbin vəziyyətinə görə  məq bul olur. 

Eynilə həcc ibadəti kimi...

Bax. əl-Bəqərə, 273.




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə