Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə49/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   45   46   47   48   49   50   51   52   ...   245

135

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

ni de yirdilər. Rəsulullah (s.ə.s) gəldikdə işin həqiqi mahiyyətini izah 

et di və bu anlayışları ləğv etdi.

Rəsulullah (s.ə.s) dövründə Ay tutulması baş verdik də  yə hu-

dilər toplaşıb od qalamış, qazanları döyərlər, ayın sehrləndiyi ni 

de mişdilər. Peyğəmbər (s.ə.s) isə bu cür inanc və anlayışları rədd 

edə rək Ay və Günəş tutulması kimi hadisələrin Allahın qanunla rın-

dan olduğunu ifadə etdi. Bu hadisələr əsnasında məntiqdən kə nar 

yoz malar əvəzinə hər hansı bir zərəri olduğu təqdirdə ondan Alla ha 

sı ğı nma, ibadət və dua ilə məşğul olmağın kölə azad edərək Al lah-

dan bəlanın uzaqlaşdırılmasını istəməyin daha gözəl və məntiqli bir 

yol olduğunu göstərdi.

Həzrət Peyğəmbərin (s.ə.s) oğlu  İbrahim vəfat etdiyi gün gü-

nəş tutulmuşdu. Xalq günəş tutulmasının səbəbini  İbrahi min ölü-

mü ilə  əlaqələndirirdi. Rəsulullah (s.ə.s) isə bunu qəbul etmə yib 

ha disənin həqiqətini izah etdi. Rəsulullah (s.ə.s) günəş tutuldu ğu 

za man ehtimal oluna biləcək müsibətlərdən Allaha sığınır, qal xıb in-

san lara namaz qıldırardı. Bir dəfə qiyamda o qədər çox dayan dı 

ki, insanlar hətta zənn etdilər ki, rükuya getməyəcək, axıra qə dər 

qiyamda qalacaqdır. Sonra rükuya getdi, uzun müddət başı nı qal-

dırmadı. Sonra qamətini düzəltdi, amma həmişə durduğun dan bir 

müddət artıq ayaq üstə dayandı, yenə insanlar zənn etdilər ki, səc-

də yə getməyəcək. Nəhayət birinci səcədəyə getdi. Lakin hər kəs 

onun başını səcdədən qaldırmayacağını zənn edirdi.  Daha son ra 

bi rinci səcdədən qalxıb oturdu, bu oturuşu da uzun çəkdi. Yeni dən 

san ki başını heç qaldırmayacaqmış kimi ikinci səcdəsini də etdi. Bu 

min valla iki rükət namaz qılıb qurtardıqda günəş bütün parlaqlığı ilə 

or taya çıxmışdı. Ardınca Peyğəmbərinimiz (s.ə.s) minbərə çı xa raq 

əshabına məna yüklü bir söhbət etdi. Xitabında Allah-Təala ya həm-

dü səna etdikdən sonra belə buyurdu:



“Ay və Günəş Allahın varlıq və birliyini göstərən ayə lər dən 

sadəcə ikisidir. Bunlar kiminsə ölümü və ya doğulması üçün tu tul-

mur lar. Ay və Günəşi tutlmuş gördüyünüz zaman, açılıncaya qə dər 

Allaha dua edin, zikr edin, namaz qılın və sədəqə verin!” 

(Bax. Buxari, 

Qüsuf, 2-4, 15; Nəsəi, Qüsuf, 14)

Rəsulullah (s.ə.s) Ay tutulduğu zaman da, bu hal keçə nə  qə-

dər namaz qılmış və müsəlmanlara da qılmalarını əmr etmişdir. 

(İbn 


Hibban, VII, 68, 100)

İslamin Başlıca Xüsusiyyətləri




136

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Əsma binti Əbu Bəkir (r.anhə): “Peyğəmbər (s.ə.s) Günəş və Ay 

tutlduğu zaman kölələri azad etməyi əmr etdi”, demişdir. 

(Buxari, Itq, 3)

Həzrət Peyğəmbərin (s.ə.s) bu təlaşları tamamən Al lah qor-

xu sundan qaynaqlanırdı. Hz. Aişə anamızın rəvayət etdiyinə gö rə, 

Rə sulullah (s.ə.s) külək əsdiyi zaman və göy üzündə qara bir bu-

lud gördüyü zaman da qorxusundan üzünün rəngi dəyişər, bə zən 

o buluda qarşı dayanıb baxar, bəzən geri dönər, evə girib-çıxar dı. 

Ya ğış yağdıqda isə rahatlayardı. Hz. Aişə anamız bunun səbəbi ni 

so ruşduqda Rəsulullah (s.ə.s):

“Nə bilim, bəlkə bu qara bulud, Ad qövmünə olduğu kimi bi zə 

də əzab gətirdi... Onlar gördükləri qara bir buludun yağış gətirdiyi ni 

zənn edib sevinmişdilər, ancaq o ağır bir əzab gətirmişdi”.

 (Buxari, 

Təfsir, 46/2; Müslim, İstisqa, 14-16)

Peyğəmbərin (s.ə.s) təbii fəlakətlər qarşısındakı münasibəti də 

möv zumuz üçün bir misal təşkil edir. Allah Rəsulu (s.ə.s) tədbir alıb 

zə rərindən qoruna biləcəyi təbii fəlakətlər qarşısında daima əlin dən 

gə ləni edərdi. Belə ki, Təbuk səfəri əsnasında Hicr məntəqəsində:

“Bu gecə çox şiddətli bir fırtına qopacaq. Hər kəs dəvəsinı bərk 

bağ lasın və olduğu yerdə otursun, ayağa qalxmasın!” buyur muş-

du. Həqiqətən o gecə çox şiddətli bir qasırğa oldu, dəstəmaz al maq 

üçün yerindən qalxanı belə yerinə çırpdı, dəvəsini axtarmaq üçün 

ge dən birisini də Tay Dağına götürüb atdı.

 (Buxari, Zəkat, 54; Müslim, Fəzail, 

11; Əhməd, V, 424-425)

Bu hadisədə mühüm olan cəhət Peyğəmbərin (s.ə.s) fırtınanın baş ve-

rəcəyini qabaqcadan necə bildiyi deyil, fırtına baş verməzdən əvvəl təd bir 

alın masını əmr etməsi və müsəlmanları bununla bağlı xəbərdar et  mə si dir.

Eyni şəkildə Peyğəmbərin (s.ə.s) yoluxucu xəstəliklərdən qo run maq 

xüsusndakı tövsiyələri də o gün üçün mühüm bir yenilik idi. O be lə bu yur-

muş du:

“Bir yerdə vəba olduğunu eişdiyiniz vaxt oraya girməyin! Bir yer də 



və ba ortaya çıxar və siz də həmin yerdə olsanız, xəstəlikdən qaç maq 

məq sədilə oradan kənara çıxmayın!” 

(Buxari, Tibb, 30; Müslim, Səlam, 98; 

Əhməd, III, 416)

Rəsulullahın (s.ə.s) hədislərində həyatın qorunması ilə bağlı alın ma-

lı olan bir çox tədbirlərdən bəhs edilir. Məsələn, fırtınalı havada də ni zə 




137

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

girməmək, təhlükəsizliyi olmayan bir yerdə yatmamaq, yanğına sə bəb ol-

ma ması üçün gecə yatarkən çıraqları çondürmək kimi tədbirlər buna mi sal 

ola bilər.

104

5. Dünya-Axirət, Maddə-Məna Tarazlığı Təmin Etmişdir

İslam mötədiliyə çox əhəmiyyət verir. Bir tərəfə ağırlıq ve rər kən digər 

tərəfi ehmal etmir. Hər iki tərəfi də Allah yaratdığına və in sanların da buna 

ehtiyacı olduğuna görə, bir tərəfi ehmal et mək doğ ru olmaz. Hər şeyə layiq 

olduğu dəyəri vermək və onunla lazı mi qə dər maraqlanmaq vacibdir.

Bu baxımdan dünya, axirəti qazanmaq üçün bir sərma yə dir. Bu 

yönü ilə çox qiymətli bir nemətdir. Onu Allah rizası istiqamətin də is ti fadə 

etməlidir. Axirət isə  əsas hədəfdir, bunu da heç unutma maq la zımdır. 

Sadəcə dünyaya malına meyl edən dünyəvi\dünya gö rü şü kimi, sadəcə 

axirətə meyl edən rahiblik görüşü də insana səa dət bəxş etməyə kifayət 

deyildir. İkisi də bir-birinə fəda edilməmə li, həs sas bir nizam və bütünlük 

içərisində  tənzimlənməlidir. Bura da diq qət edilməli olan əsas məqam, 

dünya zövqlərinin insana Allahı  və axi rəti unutdurmamasıdır. Allahı  və 

axirəti unutduran dünya malı  və  məş ğu liy yəti təbii ki, pislənmiş  və  tərk 

edilməsi tələb olunmuşdur.

Rəsulullah (s.ə.s) Mədinəyə gəldiyi ilk günlərdə müsəlman lar ara sın da 



“qardaşlıq” elan edir, Məkkədən hicrət edən hər bir Mühaciri, Mədinəli bir 

Ən sar ilə qardaş edir. Bu qardaşlıq müəssisəsi, bir çox faydaları ilə yana-

şı mü səlmanlara həm həm dünyanı, həm də axirəti birlikdə qazanma im-

ka nı təmin etmişdir. Qardaşlar səhər qalxdıqda birisi Peyğəmbərin (s.ə.s) 

ya nına, digəri də işinə gedərdi. Gününü yanında keçirən səhabə, hə min 

gün öyrəndiyi ayə və hədisləri axşam qonşularına danışardı. Ertəsi gün 

növ bə dəyişərdilər. Beləcə həm Peyğəmbərin (s.ə.s) söhbətlərini, həm də 

dün yəvi işlərini axsatmadan davam etdirərdilər. 

(Buxari, Məzalim, 25; Müslim, 

Təharət, 17)

Yəhudilər həftənin müqəddəs gün olaraq qəbul etdikləri Şənbə gü nü 

iş ləməyi qadağan edir, o gün sadəcə ibadət edilə biləcəyini deyirdi lər. Xris-

ti anlar da eynən onlar kimi bazar gününü tətil elan edib həmin günü kilsə yə 

ge dirlər. Müsəlmanlar isə Cümə günü tətil etmirlər. Namaza qədər işlə yir, 

əzan oxunan kimi işlərini buraxıb namaza gedər, namazlarını qılar və son-

ra yenidən hər biri öz işlərinin dalınca gedər. Allah-Təala belə buyurur:

104 

Prof. Dr. İbrahim Sarıçam, Hz. Peyğəmbərin Dövrümüzdə Mesajları, səh. 139-



142.

İslamin Başlıca Xüsusiyyətləri




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə