Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə5/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   2   3   4   5   6   7   8   9   ...   245

16

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

mə ti ilə pərvərdə olan könüllər, yaradılışımızdakı əsl cövhəri müha -

fi zə edərək Rəbbə qarşı eşq və şövq ilə qovuşa bilmə həyəcanı için-

də yaşayarlar. İmanlarını mühafizə etmək yolunda heç bir qarşılı ğı 

ödə məkdən çəkinməzlər.

Çünki imanı  eşq ilə yaşayan möminlərin qəlblərindəki Rəb bə 

qovuşma iştiyaqı qarşısında bütün fani həzz və iztirablar əri yər, san-

ki yoxmuş kimi olar. Artıq cəfalar səfaya, zəhmətlər də rəhmə tə çev-

ri lər. Bu dərəcəyə nail olan kimsənin gözəl halı, zərifliyi, nəzakə ti, 

qəlb dərinliyi və fərasəti, imanına dəlil olacaq bir vəsfə bürün müş-

dür. Elə məhz bütün imtahanlar da bu gözəlliyi inkişaf etdirmək və 

ima nı Haqq nəzdində dəlilli hala gətirmək üçündür.



İMANIN DƏLİLİ

Ayeyi-kərimədə belə buyurulur:



“İnsanlar  (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə 

onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?”

“Biz onlardan əvvəlkiləri  (keçmiş ümmətləri)  də imtahana 

çəkmişdik.  Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman 

sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” 

(əl-Ənkəbut, 2-3)

Unutmamaq lazımdır ki, “İman”  ən böyük amaldır. Hər id dia 

və isbat edilməyə möhtacdır. İsbat üçün də dəlil və şahidə eh ti yac 

vardır. Haqq da bu aləmdə biz bəndələrini imanda sədaqət və sə-

mi miyyət xüsusunda hər vəsilə ilə imtahan edərək onun qarşılığı  nı 

ödə   məyimizi və ona həqiqətən sahib olduğumuzu isbat etməyimi  zi 

is təyir.

Əgər bir adam nə qədər, “mən mərhəmətliyəm, səbirli  yəm” de sə 

də, həyatında səbir və mərhəmət təzahürləri yoxdursa, bu ta mamən 

sözdə qalmış boş bir iddia deməkdir. Ancaq" (

ِهللا ِقْل َخ ىٰلَع ُةَقَف َّشلَا

) yəni 


bütün məxlu qa ta Xaliqin şəfqət və mərhəmət nəzəri ilə baxıb imkanları 

nisbətin də bu yolda bütün gücü ilə xidmət edə bilirsə, həmin insan 

həqiqə tən mər həmətlidir. Yəni bir adam özü üçün istədiyini, digər 

məxluqat lar üçün nə dərəcədə istəyirsə, öz imkanlarını paylaşmağa 

nə  qə dər hazırdırsa,  şəfqət və  mərhəmətdə o qədər məsafə  qət 

etmiş  və o də rəcədə  də  Həzrət Peyğəmbərin  əxlaqına bürünmüş 

deməkdir.

Peyğəmbər əxlaqından irəli gəlir ki, yandırılmış bir qarış qa yu-

va sı görmək, Onu dəhşətə gətirmiş və hüznə qərq etmişdir. Çün ki 



17

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

O, bütün aləmlərə rəhmət olaraq göndərilmiş olduğu üçün bu vəsf 

ilə vəsflənmiş bir mərhəmət və şəfqət abidəsi idi. Onun yolunda eşq 

ilə addımlayanlar da eyni xüsusiyyətlərlə  vəsfləndilər. Necə ki, bir 

gün əlindəki torbasının üzərində bir qarşıqa olduğunu görən Bə ya-

zid Bistami Həzrətləri də, ürəyindəki şəfqət və mərhəmət səbəbilə o 

qa rışqanı yenidən yuvasına aparıb qoymadan heç cür rahatlıq ta pa 

bil məmişdi.

Məhz əxlaqın şahidi həmin əxlaqın tələb etdiyi davranışlardır.

Allah-Təala, Peyğəmbərimizin (s.ə.s) bir vəzifəsinin də  “şa-

hidlik” olduğunu bildirir. Allahın haqq və həqiqət olduğu na, mö min-

lərin imanına, kafirlərin də küfrünə, dünya və axirətdə  şahid lik et-

mək  dir...

Ayeyi-kərimələrdə buyurulur:



“Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şa hid, 

bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Biz səni) Alla hın 

iz ni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndər dik! 

Mö minlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət)  bəxş 

edi ləcəyi ilə müjdə ver!”

 (əl-Əhzab, 45-47)

Bu müjdəyə nail olmaq üçün ümməti-Muhamməd olaraq bi  zim 

öh dəmizə düşən vəzifə, bir ömür boyu O Zirvə Şahidə yaxınlaş maq 

və bunun üçün də Onun əxlaqı üzərində dərinləşməkdir. Bu isə, ad-

dım-addım Onu təqib etməklə mümkündür ki, hər baxımdan bu na 

məc buruq. Çünki ayədəki  şahidlik vəzifə  və  məsuliyyəti mömin lər 

üzə rinə də düşür. Bu xüsusda ayeyi-kərimələrdə belə buyurulur:



“De: “(Ey insanlar, ey tövbəkarlar!  İstədiyinizi) edin. Al lah, 

Onun Peyğəmbəri və möminlər  əməllərinizi görəcəklər. Siz 

qey bi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da 

si zə nə etdiklərinizi xəbər verəcəkdir!” 

(ət-Tövbə, 105)



(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçil miş) bir 

ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şa hid olasınız, 

Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) si zə şa hid olsun”. 

(əl-Bəqərə, 143)

İfadələr olduqca açıqdır...

Allah-Təala biz möminlərin imanda, təqvada,  əməldə,  əx laq-

da, bir sözlə dinin hər mövzusunda “Allahın yer üzündəki  şahi di” 

ol mağımızı arzu edir.

Mədhnamə



18

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Bu ilahi arzunu yerinə yetirmək üçün imanın birinci şərti olan 

“Al laha iman” da həyata tətbiq edilərək şahidləndirilməlidir.

Ən konkret ifadə ilə “iman, qəlb ilə təsdiq, dil ilə iqrardır/təs diq 

etməkdir”. Yəni əvvəlcə qəlb iman ümdələri/əsasları haqqında kı bü-

tün inkar və şübhə xəstəliklərindən arınmalı və tam razılıq ilə təs diq 

et məlidir. Buna görə yalnız sözdə qalan, qəlbə həkk olunmayan və 

əməl lərə  əks olunmayan, insanın həyatının bütün mərhələlə rin də 

həlledici rolu olmayan imanın səhih olması haqqında danış maq çə-

tin dir.


İnsan iman sayəsində “mömin” olar. Allah-Təalanın 99 əs ma sın-

dan/adlarından biri olan “əl-Mumin” (

نمؤملا

)

 



kəl məsinin ilahi mənası, 

könüllərdə iman nuru meydana gəti rən, ona sığınanlara aman verib 

onları qoruyan, etimad edən və  və di nə güvənilən deməkdir. Bu 

ismini iman edənlərə bəxş edən Haqq təa la, bunula, yəni “mumin” 

sifəti ilə vəsflənən bəndələrində ona gö rə təcəllilər görməyi murad 

edir. Çünki bu da imanda sədaqə tin bir dəlilidir.

Bundan başqa, “Allaha inandım”, demək, həyatın hər mər hə lə-

sində:


“Allah mənim bu halımdan, bu əməlimdən, bu duyğu və dü-

şün cəmdən razıdırmı? Allah Rəsulu (s.ə.s) mənim yanımda ol sa, 

gö rəsən mənə təbəssüm edərdimi, yoxsa üzünümü çevirərdi?” ruh 

ha ləti içində ola bilməkdir. İmanın məhiyyəti budur. Onun kamalı da, 

qəl bin bu şüur və idrak ilə həssasiyyət qazanmasıdır.

Allaha imana bağlı olaraq zəruri digər bütün iman əsaslarını da 

ey ni şəkildə qiymətləndirmək lazımdır. Yəni Allaha imandan son ra 

mələklərin, müqəddəs kitabların, peyğəmbərlərin, axirətin, xe  yir və 

şərin Allahdan olduğunun, ölümdən sonra dirilişin mütləq baş ve-

rə cəyinin təsdiq edilməsi və onların mahiyyəti haqqında qəlbdə bu 

şüu run yaranması lazımdır.

Bütün bunlardan gələn ilahi bəyanların, ağılda, qəlb də, vic dan-

da, xülasə, bütün idrak mexanizmasında yüksək bir iradə halı na gə-

lə  rək, insanın hal və davranışlarını nəzarət altına almalı və doğ ru 

yo la istiqamətləndirilməlidir. Məhz iman, ancaq o zaman təqlid dən 

təh qiq mərhələsinə yüksələr.




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə