Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   2   3   4   5   6   7   8   9   10   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
17 
Əli Şamilov Ağ Aşığın yalnız Göyçənin adını çəkdiyi qoşmalarını misal 
gətirir. Nə üçün onun Şərurla bağlı dediklərini misal gətirmir: 
 
Baba yurd 
 
Bu da bir cür yazı idi, yazdılar, 
Hər kəlməni tərs uvanda yozdular. 
Ürəyimi qazma-qazma qazdılar, 
Gedər oldum, salamat qal, Baba yurd. 
 
Yol boyunca qələmələr əl eylər, 
Sıldırımlar öz qoynunu yol eylər
Arpaçayı aşar-daşar sel eylər, 
Gedər oldum, salamat qal, Baba yurd. 
 
Ağ Aşığam, günüm qara, neyniyim, 
Elim, günüm düşüb dara, neyniyim. 
Dözəmmirəm, ahu-zara, neyniyim, 
Gedər oldum, salamat qal, Baba yurd. 
 
Dünya 
 
Nə veribsən, alammırsan, 
Suçum nədi görən, dünya? 
Gündə min cür üz göstərib, 
Min bir dona girən dünya. 
 
El-obadan cida saldın, 
Neyləmişdim oda saldın, 
Ev-eşiyə qada saldın, 
Dərd üstdən dərd verən dünya. 
 
 Ağ Aşığam, taleyi kəm
 Görməmişdim belə sitəm. 
Qolubağlı rəiyyətəm, 
Az gücünə güvən, dünya. 
 
*** 
 
Əzizim, Şərilə mən
Düşmüşəm şər ilə mən. 
Sərdar, evin yıxılsın, 
Həsrətəm Şərilə mən. 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
18 
Əzizim, buda məni, 
Xəncər al, buda məni. 
El-obadan ayırıb 
Saldılar oda məni. 
 
Əziziyəm, qaralmaz, 
Sevən könlü qar almaz. 
Şəril elində qalan 
Od-ocağım qaralmaz. 
 
Faktlardan göründüyü kimi, Ağ Aşıq Şərili (Şəruru) baba yurdu, doğma 
od-ocağı  hesab  edir.  Yaşlı  adamların  dediyinə  görə,  Ağ  Aşığın  Şərurun  Kərki 
kəndində  də  qohumları  olmuş  və  ona  görə  də  Göyçədəki  Kərkibaş  kəndinə 
getmişdir. Belə bir rəy vardır ki, Şərurdakı Kərki kəndi ilə Göyçədəki Kərkibaş 
kəndi  eyni  soydandır.  (Həsən  Mirzəyev  “Dərələyəz  folkloru”,  Bakı,  2006, 
səh.400-404.) 
 
AġIQ ALI HAQQINDA EġĠDĠB BĠLDĠKLƏRĠM 
 
Oxucuların  nəzərinə  çatdırım  ki,  Dərələyəz  uzunömürlülər  məskənidir. 
Qafqazın  məşhur  tədqiqatçısı,  alman  tarixçisi  Şopen  1852-ci  ildə  yazdığı 
kitabında  göstərir  ki,  Azərbaycan  Qafqazın  İsveçrəsidir.  Cənnəti  xatırladan 
Dərələyəzin təbiəti burada insanların uzun ömür sürməsinə səbəb olmuşdur. 
Mən hal-hazırda 80 yaşı  keçmişəm. Uşaqlıq və gənclik illərimdə orada 150 
il  ömür  sürən  Qalaserli  Əli  kişini,  130  il  yaşayan  Nəbilərli  Hüseynqulu  oğlu 
Əlini, 120 yaşında olan Qovuşuqlu Fatan qarını, 114 il yaşayan Ayısəsikli Nağı 
kişini görmüş və onların söhbətlərini eşitmişəm. 1940-cı ildə dünyasını dəyişən 
101 yaşlı babam Mirzəli kişidən, 1957-ci ildə həyatdan gedən 107 yaşlı nənəm 
Ballıdan, 1982-ci ildə dünyasını dəyişən, canlı ensiklopediya olan 93 yaşlı atam 
İbrahim  Mirzəlioğlundan  və  yüzlərlə  belə  adamlardan  Dərələyəz  folkloru  və 
aşıqlar haqqında çox məlumatlar eşitmişəm.  
Dərələyəzdə  aşıq  sənətinə  böyük  ehtiram  olmuşdur.  Mənim  ana  babam 
Əmirin  və  nənəm  (anamın  anası)  Nigarın  toyunu  Aşıq  Ələsgər  etmişdir.  O,  3 
gün çalıb-oxumuşdur. 
Evimizdə Dərələyəz və Dərələyəzə kənardan gələn aşıqları çox görmüşəm. 
Atam folkloru, klassik ədəbiyyatı, şəriəti yaxşı bildiyi üçün bu sahələrin mahir 
bilicisi olduğu, həm də Dərələyəzin bir nömrəli ağsaqqalı olduğu üçün aşıqlar 
həmişə  əvvəlcə  gəlib  onunla  görüşər,  onun  xeyir-duasını  alar  və  ondan  sonra 
oxuyardılar.  Göyçədən  Aşıq  Əsəd,  qardaşı  Aşıq  Məhəmməd,  Növrəs  İman, 
Daşkəndli Aşıq Hacı, Qannılı Aşıq Mehdi, Tovuzdan Aşıq Mirzə, Gürcüstandan 
Aşıq Hüseyn Saraçlı, Aşıq Əmrah, Aşıq Əhməd və onlarla belə aşıqlar atamın 
qonağı olmuşlar. 
Mən  də  bu  mühitdə  böyüdüyüm  üçün  aşıq  ədəbiyyatına  böyük  həvəsim 
olmuşdur.  Elə  bunun  nəticəsidir  ki,  mən  aspiranturaya  daxil  olanda  ən  çox 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
19 
söylənən 9 dastanı sözləri ilə, Xəstə Qasımın, Ələsgərin, Alının və başqalarının 
yaradıcılığını  əzbər  bilirdim.  Lakin  bu  ixtisas  üzrə  dissertasiya  yazmaq  mənə 
qismət olmadı və onların çoxu indi yaddaşımdan silinibdir. 
Bütün bunları sadalamaqda məqsədim odur ki, mən bu sahə üçün təsadüfi 
adam deyiləm. Bilmədiyim şeyi də yazmıram. 
Aşıq Alı haqqında bildiklərim:  
Dərələyəzin  yaşlı  adamlarının  hamısı  deyir  ki,  Dərələyəzin  toyları,  aşıq 
məclislərində  Ağ  Aşıq,  Aşıq  Alı,  Aşıq  Cəlil,  Aşıq  Qəhrəman  həmişə  məclisin 
başında olardılar. 
Aşıq  Alının  anadan  olmasının  yubileyini  keçirmək  üçün  Azərbaycan 
Respublikası  Mərkəzi  Komitəsinin  birinci  katibi,  ümummilli  liderimiz  Heydər 
Əliyev  fərman  vermişdi.  Bu  yubileyə  hazırlıq  üçün  müxtəlif  tədbirlər  həyata 
keçirilir və Aşıq Alı haqqında məlumat toplanırdı. 
O zaman mənim işlədiyim Azərbaycan Dövlət Pedaqoji İsntitutunda işləyən 
folklorşünas  professor  Mürsəl  Həkimov  Aşıq  Alının  həyat  və  yaradıcılığı 
haqqında məlumat toplamaq üçün 6 aylıq elmi məzuniyyətə göndərildi. O, bu 6 
ay  müddətində  Vedi  (həmçinin,  Qarabağlar),  Dərələyəz,  Şərur  və  Göyçəyə 
getdi, bu yerlərdə olan aşıqlar, ziyalılar, tarixçilər və yaşlı adamlarla, ağsaqqal 
və  ağbirçəklərlə  söhbətlər  apardı  və  Alı  haqqında  çoxlu  məlumat  topladı. 
Bakıya  qayıtdıqdan  sonra  folklorşünaslarla,  filoloq  və  tarixçilərlə  bu 
məlumatlarla  bağlı  söhbətlər  apardı.  Yuxarıda  adıçəkilən  bölgələri  yaxşı 
tanıdığımı,  şifahi  xalq  ədəbiyyatına,  xüsusən  aşıq  yaradıcılığına  yaxşı  bələd 
olduğumu bildiyi üçün məni bu məsələlərlə bağlı sorğu-suala tuturdu. 
Nəticədə o, Aşıq Alı haqqında topladığı məlumatları 72 makina səhifəsində 
ümumiləşdirdi. Mürsəl Həkimov Aşıq Alı haqqında yazdığı bu məqaləni 2 dəfə 
mənə oxudu. Birinci dəfə institutda, ikinci dəfə isə “Cənub” mehmanxanasında. 
Mehmanxanada Aşıq Alı haqqında məlumat toplayan başqa adamlar da var idi.  
Mürsəl Həkimovun gəldiyi nəticə bu idi ki, Aşıq Alı Vedibasarın Gilanlar 
kəndində doğulmuş, 8 yaşında Şərurun Başnoraşen (Cəlilkənd) kəndində molla 
məktəbinə qoyulmuş, 12-14 yaşlarında saz çalıb-oxumağa başlamış, Kosacanda 
Ağ Aşığa şəyirdlik etmiş və xeyli müddət Ağ Aşıqla birlikdə Şərur, Dərələyəz 
və Vedibasarda aşıqlıq etmişdir. 
Yaşlı  adamlar  ona  demişdi  ki,  Aşıq  Alının  tayfası  ilə  qonşu  kənddəki  bir 
bəyin arasında düşmənçilik düşür. Bəy bunların nişanlı qızını zorla qaçırır, qız 
da  özünü  atın  üstündən  uçuruma  atıb  öldürür.  Sonra  da  qız  sahibləri  gəlib 
onlardan adam öldürür. Bəyin əlindən Alının tayfası Göyçəyə köçür. Bir hissəsi 
Qızılvəngdə məskunlaşır, bir hissəsi isə əvvəlcə Göyçənin Qırxbulaq kəndində 
məskunlaşmaq  istəyir,  lakin  hansı  səbəbdənsə,  sonra  Kəlbəcərə  gedib  orda 
məskunlaşırlar. Bundan sonra Alı Göyçənin Qızılvəng kəndində yaşayır. 
Mürsəl  Həkimov  Aşıq  Alı  haqqında  eşidib  bildiklərini  yubileyin  hazırlan-
masına  kömək  edən  əziz  şairimiz  Hüseyn  Arifə  danışır.  Hüseyn  Arif  deyir  ki, 
yubileyə  çox  az  qalır.  Belə  mübahisəli  məsələləri  yubileyə çıxarmaq  olmaz.  O 
yazdığını ver mənə, diqqətlə oxuyum.  


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə