Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
20 
Bundan  bir  neçə  gün  sonra  Hüseyn  Arif  Azərbaycanın  fəxri  olan  məşhur 
akademik Həmid Araslıya müraciət edir və yubiley ərəfəsində mübahisələrə son 
qoymaq  üçün  onun  rəyini  istəyir.  Akademik  Həmid  Araslı  qəzetdə  çox  qısa, 
məlumat  xarakterli  fikrini  bildirir  ki,  Aşıq  Alı  Göyçədə  doğulmuşdur.  Mənim 
fikrimcə,  bu  yazı  yubileyi  sakit  keçirmək  üçün  atılan  addım  idi.  Odur  ki, 
yubileydə Mürsəl Həkimovun yazdıqlarına toxunulmadı.  
Mənə  elə  gəlir  ki,  gələcək  tədqiqatçılar  bu  məsələlərdə  qaranlıq  yer 
qoymamalı və bunları dəqiqləşdirməlidirlər. 
2006-cı  ilin  mart  ayı  idi.  Professor  Mürsəl  Həkimov  işlədiyim  kafedraya  
(Müasir Azərbaycan dili kafedrasına) gəlmişdi. Mən ondan kitab istəmişdim, o 
da  bu  kitabı  (“Azərbaycan  xalq  dastanları,  əfsanə-əsatir  və  nağıl  deyimləri” 
kitabını) gətirmişdi. Professor Buludxan Xəlilov da yanımda idi. Məndən soruş-
du  ki,  bu  kitab  1999-cu  ildə  çapdan  çıxıbdı,  səni  maraqlandıran  hansı  məsə-
lədir?  Mən  dedim  ki,  Dərələyəz  aşıq  məskəni  olmuşdur.  Dərələyəz  camaatının 
əksəriyyəti Ağ Aşıqla Alını çox sevir, bunlardan çoxlu qoşmalar bilirlər. Həm 
də  Dərələyəz  və  Göyçə  aşıqları  həmişə  bərabər  çalıb-oxumuşlar.  Aşıq  Cəlil, 
Aşıq Qəhrəman Aşıq Ələsgərlə çox məclislərdə olublar. İndi mən Dərələyəzin 
folklorunu  yazıram,  istəyirəm  ki,  “Ağ  Aşıq  və  Süsənbər”  dastanını  və  “Aşıq 
Alının Türkiyə  səfəri”  dastanını  da  bura  daxil  edim.  Bu,  Dərələyəz  camaatına 
bir töhfə olar. O, cavab verdi ki, fikrin məqsədəuyğundur. Sonra da dedi ki, mən 
indi yazdıqlarımın hamısını çap etdirirəm. Amma Aşıq Alı haqqında yazdığım 
irihəcmli  bir  məqaləm  çap  olunmayıb.  Professor  Buludxan  Xəlilov  dedi  ki,  o 
məqaləni gətir mən redaktor olduğum “Dədə Qorqud” jurnalında çap edim. O, 
cavab  verdi  ki,  məqalə  əlimdə  yoxdu.  Aşıq  Alının  yu-bileyində  mən  onu 
Hüseyn Arifə verdim, o vaxt onu mənə qaytarmadı. Məndə də səhlənkarlıq ol-
du. İndi məlumat almışam ki, Hüseyn Arif o yazını Aqstafada, yoxsa Qazaxda 
Aşıqlar evinə veribdir. İndi ürəyim məni bir az incidir, yaxşılaşan kimi gedib onu 
gətirib  verəcəm,  çap  edərsən.  Çox  keçmədi  ki,  Mürsəl  Həkimov  dünyasını  dəyişdi. 
Aşıq Alı haqqında olan məlumatlar hələlik açıqlanmadı.  
Aşıq  Alı  haqqında  mübahisələrə  son  qoymaq  üçün  aşağıdakı  məsələlər 
ətraflı şəkildə araşdırılmalıdır:  
1. Aşıq Alı 8 yaşında Şərurda (deyilənə görə Başnoraşendə – Cəlilkənddə) 
molla  məktəbində  oxuyanda  Göyçədən  bura  necə  gəlib-gedirmiş.  Valideynləri 
necə  razı  olmuşlar  ki,  o,  bu  uzaq  məsafədə  olan  məktəbdə  oxusun.  Məgər 
Göyçədə molla məktəbi yox idi? 
2.  Aşıq  Alı  nə  üçün  qoca  vaxtı,  gözləri  tutulanda  gedib  15  il  Kəlbəcərin 
Milli kəndində qalmışdır. Qızıl Vəngdə niyə qalmamışdır? Adətən, insan qoca-
landa öz doğmalarını, doğma vətənini axtarır. Bu istək nədən əmələ gəlmişdir? 
3. Ağ Aşıq Göyçəyə köçəndə onun 2 böyük uşağı olmuşdur. Bu, Ağ Aşığın 
dastanında da var. Ağ Aşıq Göyçəyə köçəndə xeyli yaşı var imiş. Aşıq Alı nə 
üçün  bu  uzun  yolu  Şərurdan  Ağ  Aşığın  yanına  gəlib-gedibdir.  Məgər  orada 
ustad bir aşıq yox idi ki, Alıya saz çalıb oxumağı öyrətsin? 
4.  Hansı  səbəbdəndir  ki,  Dərələyəz,  Şərur  və  Vedibasar  camaatının 
əksəriyyəti Aşıq Alını çox sevir və qoşmalarını oxuyur? 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
21 
5.  Nə  üçün  professor  Mürsəl  Həkimovun  Aşıq  Alı  haqqında  tapdığı  geniş 
məlumat it-bata düşüb, indiyədək çap olunmayıb? 
6. Nə üçün Azərbaycanın fəxri sayılan akademik Həmid Araslının Aşıq Alı 
haqqında  məqaləsi  çox  qısadır,  məlumat  şəklindədir?  Onun  bu  məqaləsinin 
məlumat şəklində olmasının səbəbi nədir? 
Arada  belə  bir  söz  də  gəzir  ki,  keçmiş  Qarabağlar  rayonundakı  Milli 
dərəsində olan əhali guya kürddür. Aşıq Alı bura gedib bağlansa, kürd olar. Bu, 
həddindən artıq yanlış fikirdir.  
Əvvəlcə xalqlara belə göz ilə baxmaq olmaz. 
İkincisi,  Millilərin  soyu  kürd  deyil.  Onlar  sufizmi  yayan  türk  qəbilələ-
rindəndir. Onlardan bir kənd də Dərələyəzdədir. Dərələyəzin Heşin kəndi Milli 
dərəsindən  gəlmədir.  Dərələyəzin  bir  çox  yaşlı  adamları,  o  cümlədən 
ensiklopedik  məlumata  malik  olan  atam  İbrahim  Mirzəlioğlu  deyirdi  ki, 
Millilərin  xüsusi  adətləri  var.  Onlar  məclislər  keçirəndə  dərvişlər  kimi  oxuyar, 
hətta bəzilərinin ağzı köpükləyərmiş. İsmayıl Şıxlının “Dəli Kür” əsəri əsasında 
çəkilən “Dəli Kür” filmi kimi, mollalar da dərviş kimi oxuyarmışlar. 
Atam  Mirzəlioğlu  İbrahim  Heşin  kəndindən  olan  Camala  (sovet  sədri), 
Mamedov Həsənə (hakim), Savalana (kolxoz sədri) və başqa heşinlilərə deyərdi 
ki, sizin ildə bir dəfə olan mərasiminiz nə vaxt olacaq? Həmin mərasim vaxtı siz 
özünüzdən çıxırsınız. O vaxt sizə etibar eləmək olmaz... 
Nəticə  olaraq  deməliyəm  ki,  hər  bir  xalqın,  hər  bir  tayfanın  özünəməxsus 
adət-ənənələri  olmuşdur.  Bunlara  görə  xalqı  xırdalamaq  olmaz.  Məsələyə 
region  prizmasından  yox,  bütöv  Azərbaycan  prizmasından  baxmaq  lazımdır. 
(Həsən Mirzəyev “Dərələyəz folkloru”, Bakı, 2006, səh.441-444.) 
Aşıq  Alının  tərcümeyi-halı  haqqında  yazanlar  Aşıq  Alının  “Bənzərsən” 
rədifli qoşmasına xüsusi diqqət yetirməlidirlər. Mən bu şeiri geniş şəkildə təhlil 
etmək  istəyirdim.  Lakin  səhhətim  buna  imkan  vermədi.  Bu  qoşma  sanki  onun 
tərcümeyi-halıdır.  
Diqqətinizə çatdırım ki, bu qoşmanı Aşıq Alı Türkiyəyə səfərlərinin birində 
demişdir. Aşıq Alı yaşlı çağlarında Türkiyədən vətənə qayıdanda bir neçə qaçaq 
yaylaq yolunda qabağını kəsir və ona deyir ki, nə qədər pul yığmısan hamısını 
çıxart, ya da səni öldürəcəyik. Biri də deyir ki, sən hardansan? Aşıq Alı bunlara 
deyir: “Görürəm  ki,  məni pul üstündə öldürmək istəyirsiniz. Onda icazə verin, 
sazımı çıxarıb bir neçə bənd qoşma deyim. Sonra pulları da alın gedin”. Bilir ki, 
kənd  desə,  bunlar  kəndi  tanımayacaq.  Yaxşısı  budur  ki,  məskən  saldığım  uca 
dağların adını çəkim! O, üzünü tutur dağlara, yaylaqlara, belə deyir: 
 
          BƏNZƏRSƏN 
 
Süsənli, sünbüllü, tər bənövşəli, 
Yaylaq, bizim yaylaqlara bənzərsən. 
İçən ölməz abı-kövsər suyundan, 
Bulaq, bizim bulaqlara bənzərsən. 
 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə