Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
25 
DĠGƏR DĠNĠ QIFILBƏNDLƏR VƏ QOġMALAR HAQQINDA 
 
Cavan  aşıqlarımız  dini  məsələlərlə  bağlı  qoşmaları,  qıfılbəndləri  bilmirlər 
və yaxud da çox az bilirlər. Mən istərdim ki, onlar Aşıq Ədalət Nəsibovun, Aşıq 
İsfəndiyarın,  Aşıq  Mahmudun,  Aşıq  Cahangirin,  Sərraf  Qasım  kimi  şairlərin, 
Cənubi  Azərbaycan  aşıqlarının  və  digər  ustad  aşıqların  sinəsində  yatan 
xəzinələri öyrənsinlər, bunları tez bir zamanda yazıya köçürsünlər, çünki yaş öz 
sözünü deyir.  
Cavan  aşıqlar  dastanlarda olan dini  məsələlərlə  bağlı  sözlərdən, qıfılbənd-
lərdən və sairədən xəbərsizdirlər. Onları öyrənmək lazımdır: məsələn: isuliddin 
beşdir. Bunların hamısını aşıqlarımız çox sadə və müxtəsər deyiblər.  
 
İsuliddin beşdir, əvvəli tohid, 
Təvvüm Ədalətdir, seyyim mübivvit, 
Çaharım imamət, nəccimdi miad, 
Dinin sütunudur, şərifəti var! 
 
*** 
Yaxud, başqa bir misal: 
Məhəmməd peyğəmbərin meraca getməsi hekayətindən: 
 
Əli Düldül minib, Məhəmməd Buraq, 
Aləmin sərvəri, o çeşmi çıraq! 
Əbazər Əlini çağırdı qonaq, 
40 yerdə verdilər mənzilgahını, 
Əli göydə verdi şeydullahını. 
 
*** 
                                                                        (Xəstə Qasım) 
Qıfılbənd 
 
Nədən xəlq olundu Düldülün Səngi
De, nəyə bənzərdi onun irəngi, 
Cənabi Əmirin əzəlki cəngi, 
Əzəl Zülfüqarın de, kimə çaldı? 
Cavab: 
Nurdan xəlq olundu Düldülün səngi
Göy Abıya bənzər onun irəngi, 
Cənabi Əmirin əzəlki cəngi, 
Əzəl Zülfüqarın Əntərə çaldı. 
                                
 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
26 
AġIQ HÜSEYN BOZALQANLI HAQQINDA 
 
Aşıqların çoxu Hüseyn Bozalqanlının “Qayıtdı” rədifli şeirini düzgün oxu-
murlar. Bu qoşma 5 bənddir. Oxuyanlar isə bunun 4 bəndini oxuyur, sonra da 2-
3 bəndi bir-birinə calayırlar. Hətta böyük, tanınmış, adlı-sanlı, gözəl səsləri olan 
Aşıq Əkbər və Aşıq Şakir də 4 bəndi oxuyur. Mən bu qoşmanın yaranmasının 
bütün təfsilatını bilirəm. 
Atam  İbrahim  Mirzəli  oğlu  Dərələyəzdə  folklorunun  dərin  bilicilərindən 
olmuşdur.  O,  Aşıq  Mirzə  ilə  təxminən  eyni  yaşda  idi.  Aşıq  Mirzə  1888-də, 
İbrahim  Mirzəlioğlu  isə  1889-cu  ildə  anadan  olub.  Aşıq  Mirzə  və  Aşıq  Əsəd 
atamla  yaxın  olublar.  Məclisləri  çox  zaman  bir  yerdə  keçiriblər.  Bu,  əsasən, 
1922-1935-ci illər arasında və 1950-ci illərdən sonra olmuşdur.  
Atam bu əhvalatı ərəb əlifbası ilə cib dəftərinə yazmışdır, mən oradan bili-
rəm. Aşıq Mirzənin atamla çox səmimi zarafatları da olmuşdur. O, dini dastan-
larda çətinə düşəndə atamı çağırarmış. Hətta bir gün... Goranboyun Xoylu kən-
dində belə bir əhvalat olur. Bu kəndin kökü 1918-ci ildə Dərələyəzdən gəlmədir 
və  orada  qohumlarımız  da  var  idi.  Bu  kənddə  məclisdə  Aşıq  Mirzəyə  bir  sual 
verirlər. O, dərhal cavab verir ki, bu, çox uzun məsələdir. Bunu sabahkı məclisi-
mizdə deyərəm.  
Aşıq Mirzə buradan çıxan kimi dostlarına deyir ki, Dərələyəzli Mirzəlioğ-
lunu tapıb bura gətirin, yoxsa mən burada biabır olaram. Onlar maşın göndərib 
bir  gündən  sonra  atamı  Dərələyəzdən  Xoyluya  aparırlar.  Aşıq  Mirzə  deyir  ki, 
xəstələnmişəm. Məclisi sabah davam etdirəcəyik. Başını sarıtdırır, deyir soyuq-
lamışam.  Yol  uzaq  olduğu  üçün  atam  bir  gün  gecikir.  Sabahı  gün  məclisə 
gedəndə,  camaat  durub  atamla  görüşür  və  deyirlər  ki,  “Aşıq  Mirzə,  daha  İbra-
him Mirzəlioğlu gəlib, sənə ehtiyac yoxdur, qoy bu məsələni o danışsın.” 
 
Hadisə belə olur! 
 
Aşıq Hüseynlə Aşıq Mirzə bir məclisdə imiş. Məclis bir qədər gec qurtarır. 
Həmin  gün  də  Aşıq  Mirzə  bir  sevgilisinə  söz  veribmiş  ki,  məclisdən  sonra 
mütləq səninlə görüşməliyəm. 
Məclis qurtarıb evə gələndə Aşıq Mirzə ustadı Hüseynə deyir ki, ustad, bu 
gün çox yoruldun. Bir qədər tez yataq ki, məclis sabah da davam edəcək.  
Aşıq  Hüseyn  deyir,  yaxşı,  lampanın  xodunu  al.  Bu  zaman  Aşıq  Hüseyn 
havasını  dəyişməyə  gedir  və  belə  bir  hadisəylə  qarşılaşır:  Gecə  qaranlıq  imiş. 
Bir də görür ki, bir nəfər ağ paltarlı adam onu arxadan qucaqladı və dərhal geri 
dönüb  yüyürə-yüyürə  uzaqlaşdı.  Aşıq  Hüseyn  sürətlə  ona  yaxın  getmək  istəsə 
də, çata bilmir. Qayıdıb otağa gəlir və Aşıq Mirzəyə deyir ki, daha mən yatası 
olmadım.  Lampanın  xodunu  artır  və  mənim  sazımı  da  divardan  endirib  mənə 
ver. Aşıq Mirzə çox cəhd etsə də, məqsədi baş tutmur. Aşıq Hüseyn ona deyir ki, 
dəftər-qələmini götür yaz! 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
27 
Aşıq Mirzə də bunu olduğu kimi yazır. Aşıq Mirzə mənim atamla dost və 
müsahib olduğu üçün bütün təfsilatı ona danışmışdır. Mən də atamdan öyrənib 
və onun qeyd dəftərindən oxumuşam.  
 
 
QAYITDI 
 
Bir Sona sallandı çıxdı xanadan, 
Süzdü, oylağına dəydi, qayıtdı. 
Axtardı Səyyadın, bula bilmədi, 
Gördüm ki, pərişan oldu, qayıtdı. 
 
Gecənin nisfində yatan çağında, 
Sevgilər ixtilat qatan çağında, 
Maral bərəsinə çatan çağında, 
Yad ovçudan o, xof aldı qayıtdı. 
 
Baxdım bu gəlməyin qeyri-qəsdi var, 
Bəzəyin, ziynətin şövqi-şəsti var
Anladım dilbərin yəqin dostu var, 
Arif eyhamından bildi qayıtdı. 
 
Ağlibas, ağ bədən, bir məhcəmaldı, 
Hürüdü, pəridi, mələk misaldı, 
Mürğ-ruhum
1
 uçdu, rəngim saraldı, 
Ağlımı başımdan aldı qayıtdı. 
 
Dostumu nəfsimə sata bilmədim
Atdım müjgan oxun, ata bilmədim, 
Ha yüyürdüm, daldan çata bilmədim
Hüseynə çəngəlin çaldı qayıtdı.  
 
Folklorumuzda  belə  məsələlər  çoxdur.  Səhhətim  imkan  vermir  ki,  mən 
bunların hamısını deyim. 
Mən  istərdim  ki,  aşıqlar  hər  bir  müəllifin  sözlərini  olduğu  kimi,  heç  bir 
dəyişiklik etmədən oxusunlar. 
Bütün folklorşünaslarımıza, aşıqlarımıza uğurlar arzulayıram. 
 
1.Mürğ-ruh  –  farsca  can  quşu,  könül  quşu  deməkdir.  Can,  könül  quşu 
bədəndən çıxandan sonra rəng saralır, ağıl da başdan çıxır. 
 
 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə