Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

29 
 
6.   Ramaswamy, Srichander, 2008, “Managing International Reserves: How Does Diversification 
Affect Financial Costs?” BIS Quarterly Review, June, pp. 45–55. 
7.   Nugée, John, 2000, “Foreign Exchange Reserves Management,” Handbooks in Central Banking
No 19, Centre for Central Banking Studies, Bank of England. 
8.   Claessens, S., J. Kreuser, L. Seigel and R. J.-B. Wets, 1998. “A Tool for Strategic Asset Liability 
Management”, World Bank Working Paper, Research Project Ref. No. 681-23, Washington, 
9.   Geert Bekaert et al., (2009) “What do asset prices have to say about risk appetite and 
uncertainty?”, working paper, ECB, vol.1037 
10. Joachim Joche et al. (2006): Foreign  reserves management subject to a policy, working 
paper, ECB, vol. 624 


30 
 
 
 
Oyun nəzəriyyəsi: monetar və fiskal
 
 
siyasətlərin davranış modelləri
 
 
 
 
 
Xaqani Abdullayev
 


31 
 
Xülasə 
 
İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  monetar  və  fiskal  qurumların  davranışları 
və  makroiqtisadi  siyasət  çərçivəsində  koordinasiya  meyilləri  bir-birindən  fərqlənir.  Bu  səbəbdən 
tədqiqat   işində   iqtisadi   artım   və   inflyasiyanın   hədəflənməsi   baxımından   oyun   nəzəriyyəsi 
çərçivəsində  fiskal  və  monetar  qurumların  davranışları  tədqiq  edilmişdir.  Beş  müxtəlif  oyun 
nəzriyyəsinə  əsaslanan  təhlillər  göstərir  ki,  hər  iki  qurumun  koordinasiya  şəraitində  əldə  etdiyi 
faydalar koordinasiya olmadan əldə olunan faydalardan böyükdur. 
 
 
 
 
Abstract 
 
Behaviors of  fiscal  and  monetary bodies  in  developing countries  highly  differ  from  those of 
developed  economies.  Therefore,  the  current  paper  investigates  behaviors  of  fiscal  and  monetary 
bodies targeting inflation and economic growth using the game theoretic approach. Results from five 
different games demonstrate that the benefits for both bodies from cooperative games are higher than 
those of non-cooperative games. 
 
 
Açar sözlər: oyun nəzəriyyəsi, fiskal kəsir, inflyasiya hədəflənməsi, Nəş tarazlığı 
Key words: game theory, fiscal deficit, inflation targeting, Nash equilibrium 
 
 
 
 
 
 
 
Müəllifin e-mail ünvanları: 
khagani_abdullayev@cbar.az
 


32 
 
 
 
Mündəricat
 
Giriş............... .................................................................................................................................... 33 
 
1. Ədəbiyyatların icmalı. ................................................................................................................. 34 
 
2. Fiskal və monetar davranişlarin oyun nəzəriyyəsi əsasinda tədqiqi ....................................... 35 
 
2.1. Oyun nəzəriyyəsi əsaslı fiskal və monetar siyasət ................................................................... 35 
 
2
.1.1. “Məhbus dilemması” oyunu 
……………………………………………………..
36 
 
2
.1.2. “Cinslərin mübarizəsi” oyunu 
………………………………………………….  
38 
 
2
.1.3. “Maral ovu” oyunu 
…………………………………………………………..
39 
 
2
.1.4. “Cücə” oyunu 
…………………………………………………………………
........40 
 
2
.1.5. “Tam koordinasiya” oyunu 
…………………………………………………….
41 
 
3. Nəticə. ............................................................................................................................................ 43 
 
Ə
dəbiyyat  ......................................................................................................................................... 44 


33 
 
Giriş
 
 
 
Fiskal  və  monetar  siyasət  makroiqtisadi  tənzimlənmədə  başlıca  siyasət  elementləridir.  Fiskal 
siyasət  vergitutma  və  dövlətin  gəlir-xərc  siyasətini  əhatə  edir,  monetar  siyasət  isə  pul  kütləsi,  faiz 
dərəcəsi  və  məzənnə kimi  makroiqtisadi  indikatorlar üzərində qurulan  siyasət çərçivəsidir. Nəzəriyyə 
və  təcrübəyə  görə  fiskal  siyasət  iqtisadi  artım  və  məşğulluğu  təmin  etdiyi  halda,  monetar  siyasət 
pulun  yaradılması,  optimal  faiz  dərəcəsi  və  məzənnə  siyasəti  kimi  alətlər  əsasında  inflyasiyanın 
stabilləşməsinə xidmət edir (Levis və Lays, 2002). 
 
Eyni  zamanda  monetar  qurum  fərqli  olaraq  öz  ali  hədəfinə  -  qiymətlərin  sabitliyinin  təmin 
edilməsinə  nail  olmaq  üçün  adekvat  səviyyədə  müstəqilliyə  malik  olmalıdır  (Nord  Haus,  1994). 
Təcrübəyə  əsasən  ölkənin  makroiqtisadi  spesifikliyi  monetar  qurumun  müstəqillik  səviyyəsini 
müəyyən  edir.  Məsələn,  bu  müstəqillik  Almaniyada  tamdırsa,  Yaponiyada  natamam  hesab  olunur. 
Lakin,  təcrübə  göstərir  ki,  yüksək  əməliyyat  müstəqilliyi  mərkəzi  banklara  inflyasiya  üzrə  hədəfinə 
daha effektiv nail olmağa imkan verir. 
 
Bir  çox  ölkələrdə  monetar  qurumlar  digər  qurumlarla  sıx  koordinasiya  rejimində  fəaliyyət 
göstərirlər.  Koordinasiyanın  mövcud  olmadığı  şəraitdə  isə  iqtisadiyyat  yüksək  kəsir  və  inflyasiya 
təzyiqləri  ilə  üzləşir.  Fiskal  kəsirin  maliyyələşməsi  nəticəsində  yaranan  inflyasiyaya  dair  akademik 
dairələr  və  siyasət  qurucuları  arasında  geniş  debatlar  mövcuddur.  İnflyasiyanın  nəzarətə  alınması 
istiqamətində  monetar  qurumların  irəli  sürdüyü  əsas  tövsiyyələrdən  biri  yüksək  və  dəyişkən 
inflyasiyanın  qarşısının  alınmasıdır  (Kukierman  1992  və  Valş  1993).   Bu  səbəbdən  qiymət  sabitliyi 
kimi   ali   hədəfi   olan   bir   çox   mərkəzi   banklar   inflyasiyanın   hədəflənməsi   rejimində   fəaliyyət 
göstərirlər. 
 
Ümumən,  optimal  fiskal  və  monetar  siyasətin  seçimi  çətin  məsələdir.  Belə  ki,  bu  siyasətlər 
nəticə  etibarilə  makroiqtisadi  fundamentalların  (inflyasiya,  iqtisadi  artım,  işsizlik,  investisiya  və  s.) 
özlərinin  tarazlıq  səviyyəsinə  gətirib  çıxarmasına  xidmət  etməlidir.  Burada  mühüm  cəhət  ondan 
ibarətdir  ki,  hər  iki  siyasət  iqtisadi  agentlərə  müxtəlif  siqnallar  verməklə  onların  davranış  və 
gözləntilərini  formalaşdırır.  Nəticədə  iqtisadi  agentlər  inkişaf  üçün  adekvat  olan  müsbət  qərarlar 
qəbul etmiş olurlar. 
 
Nəzəriyyə  və  təcrübəyə  əsasən  makroiqtisadi  idarəetmə  zəncirində  fiskal  qurumlar  əksər 
hallarda  monetar  qurumlardan  əvvəl  siyasət  qərarları  qəbul  edir.  Bu  səbəbdən  akademik  dairlər 
monetar    və    fiskal    qurumların    makroiqtisadi    idarəetmə    zəncirində    koordinasiya    və    birgə 
əməkdaşlığının müsbət və mənfi cəhətlərini araşdırmışlar. Nord Haus (1994) ABŞ iqtisadiyyatı üçün 
sübut  etmişdir  ki,  fiskal  və  monetar  siyasət  arasında  koordinasiya  olmadığı  şəraitdə,  büdcə  kəsiri  və 
real faiz dərəcəsi hər iki qurumun hədəfindən kəskin yayınır. 
 
Bütün  bunlar  hər  iki  qurumun  davranışlarını  və  “oyun  nəzəriyyəsi  çərçivəsində”  onların 
iqtisadiyyata  təsirinin  modelləşdirilməsinə  ehtiyac  yaradır.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf  edən 
ölkələrdə  monetar  və  fiskal  davranışların  oyun  nəzəriyyəsi  çərçivəsində  tədqiqi  məhduddur.  Bu 
ehtiyacı  nəzərə  alaraq  cari  tədqiqatda  “eyni  zamanda  aparılan  oyun  modeli”  ilə  yanaşı  “ardıcıl 
formada  nəzəri  oyun  modeli”  təqdim  edilmişdir.  Tədqiqat  işi  giriş,  ədəbiyyatların  icmalı,  oyun 
nəzəriyyəsi modeli çərçivəsi və nəticədən ibarətdir. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə