Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə20/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   ...   16   17   18   19   20   21   22   23   ...   142

 

61 


 

 

Qeyd  etmək  lazımdır  ki,  qida  məhsullarında  hidrogen 



peroksidin  zəif  məhlulundan  istifadə  olunduqda  mütləq 

katalaza  ferment  preparatı  da  istifadə  olunmalıdır.  Bu  əsas 

onunla  əlaqədardır  ki,  artıq  hidrogen  peroksid  katalazanın 

təsirindən parçalanaraq neytrallaşır.  

2.  Transferazalar.  Bu  sinfə  aid  fermentlər  müxtəlif 

kimyəvi  radikalların  bir  molekuldan  digərinə  köçürülməsini 

kataliz  edir.  Transferazalar  köçürülən  kimyəvi  qrupların 

növünə görə  adlandırılır. Əgər ferment metil qrupunun (-CH

3



köçürülməsini  kataliz  edirsə,  onda  metiltransferaza,  amin 



qrupunu 

(-NH


2

köçürürsə, 



aminotransferaza 

adlanır. 

Transferazalar 

əsasən 


aşağıda 

göstərilən 

qrupların 

köçürülməsini kataliz edir. 

2.1.  Metil  və  karboksil  qruplarının  köçürülməsini  kataliz 

edən 


fermentlər. 

Bunlara 


misal 

olaraq 


müvafiq 

metiltransferazaları və karboksiltransferazaları göstərmək olar.  

2.2.  Aldehid  və  keton  qruplarının  köçürülməsini  kataliz 

edən  fermentlər.  Əgər  bu  yarımqrupa  daxil  olan  fermentlər 

aldehid  qrupunu  köçürürsə,  transaldoza  və  transketolaza  (fk. 

2.2.1.2) adlanır.  

2.3.  Sirkə  və  yağ  turşusu  qalıqlarının  köçürülməsini 

kataliz  edən  fermentlər.  Bunlar  atsiltransferazalar  (fk.  2.3.1) 

adlanır.  

Bu fermentlər ikikomponentli olub, aktiv qrupları 

koferment A-dan ibarətdir. Əgər ferment sirkə turşusunun  

                                                                        O 

qalığını köçürürsə, atsilkoferment A kimi CH

3

–C   –KOA  ,                            



                                                                                 S       

                                                                                 O 

yağ turşusunun qalığını isə köçürdükdə isə  R–C  –KOA            

iştirak edir. R-yağ turşusunun qalığını göstərir.      S 

2.4. Qlikozil qruplarının köçürülməsini kataliz edir. Bu 

yarımqrup fermentlər qlikoziltransferazalar adlanır. Ən çox 

monosaxarid (heksoza və pentoza) qalıqlarının köçürülməsini  



 

62 


 

 

kataliz edir. Bu ferment ən çox sulu karbonların mübadiləsində 



iştirak edir. 

2.5.  Amin  qrupunun  köçürülməsini  kataliz  edən 

fermentlər. 

Bu 


fermentlər 

aminotransferazalar 

adlanır. 

Aminotransferazalar ilk dəfə Braunşteyn və Krisman tərəfindən 

kəşf olunmuşdur. Hal-hazırda 30-dan artıq aminotransferazalar 

aşkar  olunmuşdur.  Bu  fermentlər  maddələr  mübadiləsi 

prosesində,  amin  turşularının  biosintezində  iştirak  edirlər. 

Aminotransferazalar  ikikomponentli  fermentlər  olub,  aktiv 

qrupu fosforlaşmış B

6

-vitaminindən ibarətdir.  



2.6.  Fosfat  turşusunun  qalığını  kataliz  edən  fermentlər. 

Bu  fermentlər  fosfotransferazalar  və  ya  kinazalar  adlanır. 

Fosfotransferazalar  əsasən  ATF-in  çevrilməsində  iştirak 

edirlər.  Onlar  ən  çox  bitkilərin  tərkibində  geniş  yayılmışdır. 

Bundan 

başqa 


fosfotransferazalar 

monosaxaridlərin 

fosforlaşmasını  kataliz  edirlər.  Məsələn,  qlükozanın,  qlükoza 

6-fosfata  çevrilməsinin  eksoginaza  fermenti  kataliz  edir. 

Reaksiyanın gedişində ATF də iştirak edir.  

3. Hidrolazalar. Bu sinfə aid fermentlər suyun iştirakı ilə 

gedən parçalanma reaksiyalarının kataliz edirlər. Onlar aşağıda 

göstərilən yarımsiniflərə bölünürlər.  

3.1.  Mürəkkəb  efirlərin  parçalanmasını  kataliz  edən 

fermentlər.  Bunlara  esterazalar  deyilir.  Esterazalara  misal 

olaraq  lipazaları  göstərmək  olar.  Lipazalar  neytral  yağların 

qliserinə  və  müvafiq  yağ  turşularına  parçalanmasını  kataliz 

edir.  

  CH


2

OCOR


1

                                  CH

2

OH    R


1

COOH 


                                                            

lipaza 


  CHOCOR

2

   + H



2

O                      CHOH +  R

2

COOH 


 

  CH


2

OCOR


                                  CH

2

OH    R


3

COOH 


 

R

1



R

2

R



3

-yağ  turşularının  qalıqlarını  göstərir.  Bundan 

başqa 

hidrolazalara 



misal 

olaraq 


karbohidrolazaları, 

proteazaları da göstərmək olar. 




 

63 


 

 

3.2.  Karbohidralazalar  və  ya  karboksiesterazalar  suyun 



iştirakı 

ilə 


müxtəlif 

mono-, 


di- 

və 


polisaxaridlərin 

parçalanmasını  kataliz  edirlər.  Qida  məhsullarında  ən  çox 

karbohidrolazalardan  α  və  β  amilaza  (3.2.1.1.,  3.2.1.2),  α-

qlükozidaza 

(3.2.1.20), 

β-qalaktozidaza 

(3.2.1.23), 

β-

fruktofuranozidaza, pektin fermentlərinə daha çox rast gəlinir.  



Amilaza nişastanı qlükozaya, α-qlükozidaza maltozanı iki 

molekul  qlükozaya,  β-qalaktozidaza  laktozanı  (süd  şəkərini) 

qalaktozaya və qlükozaya, β-fruktofranozidaza isə saxarozanın 

parçalanmasını kataliz edir. 

 

saxaroza+H



2

O→qlükoza+fruktoza 

 

Pektin  fermentləri  pektin  maddələrini  parçalayır.  Pektin 



fermentləri  bitki  mənşəli  qida  məhsullarında  (üzüm,  alma, 

zoğal  və  s.)  daha  çox  olurlar.  Bu  fermentlərə  misal  olaraq 

protopektinazanı  (PP),  pektinetserazanı  (PE)  (pektaza)  və 

poliqalakturonazanı (PQ) (pektinaza) və sairəni göstərmək olar. 

Protopektinaza  ən  çox  yetişməmiş  meyvələrdə  daha  fəal  olub, 

protopektini  həll  olmuş  pektinə  (yəni  metoksilləşmiş 

poliqalakturon turşusuna), həmçinin arabanlara və qalaktanlara 

parçalanmasını  kataliz  edir.  Nəticədə  protopektin  miqdarca 

azalır.  Bu  zaman  yetişməmiş  meyvələr  yetişərək  yumşalmağa 

başlayır.  Bu  ferment  hələlik  təmiz  halda  sintez  olunmamaqla, 

fermentlərə 

aid 


siyahıda 

qeydiyyata 

alınmamışdır. 

Pektinesteraza  həll  olmuş  pektini  metil  spirtinə  və  pektin 

(poliqalakturon) 

turşusuna 

çevirir. 

Poliqalakturonaza 

fermentinin  təsiri  ilə  poliqalakturon  turşusu  çoxlu  sayda 

qalakturon  turşularına  ayrılır.  Polimetilqalakturonaza  (PMQ) 

fermenti 

metoksilləşmiş 

poliqalakturon 

turşusunun 

parçalanmasını  kataliz  edir.  PMQ  və  PQ-nin  endo  və  ekzo 

formaları da mövcuddur: 

endopolimetilqalakturonaza  və  ya  poliqalakturonaza 



poliqalakturon  turşularının  uclarında  yerləşən  α–1–4 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə