Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə3/142
tarix20.10.2017
ölçüsü3,91 Mb.
#5629
1   2   3   4   5   6   7   8   9   ...   142

 

 



 

lərindən,  bakteriyalardan,  heyvanlardan  və  bitkilərdən  qida 

sənayesində  sənaye  üsulu  ilə  geniş  istifadə  edilən  göbələklər, 

fermentlər,  vitaminlər,  antibiotiklər,  hormon  preparatları  və 

başqa  maddələr  sintez  olunur.  Bu  preparatlar  insanlarda  baş 

verən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. 

“Biotexnologiya”  termini  son  illər  işlənməyinə  baxmayaraq 

biotexnoloji  üsulların  köməyi  ilə  insanlar  çox  qədim  zaman-

larda qida məhsulları əldə edirdilər. Mikroorqanizmlərin sintez 

etdikləri  fermentlərin  təsiri  ilə  gedən  qıcqırma,  biotexnoloji 

prosesdir. Şərab, pivə, çörək, konserv və digər ərzaq məhsulları 

biotexnoloji üsulların köməyi ilə istehsal olunur.  

Son  zamanlar  biokimyanın  sürətlə  inkişafı  yeni  elm 

sahələrinin  –  molekulyar  biologiyanın,  bioloji  üzvi  və  bioloji 

qeyri-üzvi kimyanın, fiziki biokimyanın, mühəndis və kimyəvi 

enzimologiyanın 

(fermentologiyanın), 

biokibernetikanın, 

molekulyar  genetikanın,  bioloji  riyaziyyatın,  bioenergetikanın 

və başqa elmlərin yaranmasına səbəb olmuşdur.  

Biokimya  sahəsində  XX  əsrin  ortalarından  sonra  olan 

kəşflər bioloji informasiyaların həddindən çox inkişafına səbəb 

olmuşdur. Bu baxımdan nuklein turşuları, zülallar, o cümlədən 

insulinin  kəşfi  və  başqa biopolimerlərin  molekulyar  səviyyədə 

dəqiq  öyrənilməsi,  irsi  əlamətlərin  nəsildən  nəsilə  ötürülməsi 

və kod probleminin həlli fermentlərin təsir mexanizminin daha 

dərindən  öyrənilməsi  və  s.  kəşflər  bütövlükdə  biologiyanın,  o 

cümlədən 

biokimyanın 

sürətli 


inkişafına 

böyük 


təsir 

göstərmişdir.  Bu  kəşflər  həm  biokimya,  həm  də  fəlsəfə  üçün 

çox  mühümdür.  Belə  ki,  zaman  və  məkan  daxilində  xüsusi 

çəkisi  olan  insan  özünü  və  onu  əhatə  edən  canlı  təbiəti  daha 

yaxından  dərk  etməyə  başlayır.  Bu  baxımdan  qidalanma 

zamanı  qidanın  insan  orqanizminə  molekulyar  səviyyədə 

təsirini aydınlaşdırmaq mümkün olur.  

Hal-hazırda  həyati  proseslərin  nizamlı  sistem  kimi 

öyrənilməsi müasir biokimyanın mühüm vəzifələrindən biridir.  



 

 



 

Biokimyanın  mühüm  sahələrindən  birisi  də  bitki 

biokimyasıdır. Bitkilərin biokimyası başqa canlıların biokimya-

sından  fərqlənir.  Belə  ki,  bitkilər-bəsit  maddələrdən,  sudan  və 

karbon  qazından  istifadə  etməklə  mürəkkəb  maddələr  sintez 

edirlər.  Đnsan  və  heyvan  orqanizmində  isə  mürəkkəb 

maddələrdən sadə maddələr sintez edilir.  

Đnsanların həyatı üçün vacib olan maddələr mübadiləsinin 

dərindən  öyrənilməsi  onların  daha  uzunömürlü,  sağlam 

yaşaması  üçün  əsas  şərtdir.  Maddələr  mübadiləsi  prosesinin 

mahiyyətinin  daha  yaxşı  dərk  edilməsində  biokimya  elminin 

rolu böyükdür.  

Hal-hazırda  ölkəmizdə  və  dünyada  qida  məhsullarının 

biokimyasının  hərtərəfli  öyrənilməsində  bir  çox  Đnstitutlar  və 

Universitetlər  fəaliyyət  göstərir.  Məsələn,  Moskvada  Elmlər 

Akademiyasının 

A.N.Bax 

adına 


Biokimya 

Đnstitutu, 

K.A.Timiryazev  adına  Bitki  Fiziologiyası  Đnstitutu,  Zülallar 

Đnstitutu,  Tbilisidə  Biokimya  və  Biotexnologiya  Đnstitutu, 

Bakıda  AME  Botanika  və  Fiziologiya  Đnstitutları,  Azərbaycan 

Tibb  Universiteti,  Bakı  Dövlət  Universiteti,  Gəncədə  Azər-

baycan 

Kənd 


Təsərrüfatı 

Akademiyası, 

Azərbaycan 

Texnologiya  Universitetini  və  qeyrilərini  göstərmək  olar.  Bu 

Đnstitutlarda  və  qeyrilərində  görkəmli  alimlərdən  A.N.Bax, 

A.Đ.Oparin,  V.L.Kretoviç,  V.L.Metlitski,  S.V.Durmişidze, 

N.N.Nusubidze,  O.Q.Xaçidze,  Q.N.Pruidze,  Q.B.Xəlilov, 

N.M.Yusifov,  R.Ə.Həsənov,  A.Ə.Quliyev,  H.K.Fətəliyev, 

F.Y.Məmmədov, T.H.Həsənov və başqaları qida məhsullarının 

biokimyasına  dair  bir  sıra  samballı  elmi-tədqiqat  işləri 

aparmışlar.  Biokimya  elminin  inkişafında  elmi  cəmiyyətlərin, 

qurultayların,  konfransların,  dərc  olunan  monoqrafiyaların, 

jurnalların və s. böyük əhəmiyyəti vardır. 

Hazırda  biokimya  elminin  sürətlə  inkişafı  tibb,  kənd 

təsərrüfatı,  qida  sənayesi  və  başqa  elm  sahələrinin  inkişafında 

mühüm rol oynayır. 

 



 

10 


 

 

BĐRĐNCĐ  FƏSĐL – STATĐK BĐOKĐMYA 



1.  ZÜLALĐ  MADDƏLƏRĐN  KĐMYASI 

 

1.1. Zülallar  haqqında  ümumi  məlumat 

 

Zülallar  bütün  canlı  orqanizmlərin  əsasını  təşkil  edən  ən 

mühüm üzvi birləşmələrdir. Onlar hüceyrə quruluşunun əsasını 

təşkil  etməklə  yanaşı,  həm  də  toxumalarda  parçalanaraq 

orqanizmin  həyat  fəaliyyəti  üçün  enerji  vermək  qabiliyyətinə 

malikdirlər.  Zülallar  irsiyyətin  keçməsində  də  mühüm  rol 

oynayırlar. 

Zülallar  insan  orqanizmində  mühüm  funksiyaları  yerinə 

yetirir.  Onların  bəzi  funksiyaları,  bioloji  dəyəri  və  təsir 

mexanizmi  barədə  məlumatlar  dərsliyin  zülal  və  ferment 

fəsillərində ayrı-ayrılıqda verilmişdir. Qeyd etmək lazımdır ki, 

zülallar  hüceyrələrin  əsasını  təşkil  edir.  O  da  məlumdur  ki, 

bütün  canlılar  hüceyrələrdən  təşkil  edilmişdir.  Hüceyrə 

məvhumunu  ilk  dəfə  Robert  Huk  (1665)  işlətmişdir. 

Hüceyrənin  quruluşu  bir  sıra  mikroskopik  cuhazların  köməyi 

ilə  öyrənilir.  Mikroskopik  obyektlərin  uzunluğu  qəbul  olunan 

ölçü vahidləri ilə müəyyən edilir. 

  

1  millimetr  (mm)=1000  mikron  (mk)  və  ya  1  mikrometr 



(mkm)=1000 nanometr (nm); 

 

1 nanometr (nm)=10 anqstrem (Å) 



 

1 Å


1

1

1



10

10.000


10.000.000

nm

mk

mm

=

=



=

 

 



Bütün  canlı  orqanizmdə  baş  verən  biokimyəvi  proseslər 

bioloji  katalizatorlar  olan  fermentlərin  iştirakı  ilə  gedir.  Hal 

hazıra qədər məlum olan fermentlərin zülal təbiətli olması tam 

müəyyənləşdirilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  bəzi  zülallar 

hüceyrələrdə  ehtiyat  qida  maddəsi  kimi  saxlanılır  və  lazım 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə