Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə6/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   2   3   4   5   6   7   8   9   ...   36

25 
 
BİR DEYƏN 
   
Bir deyən yoxdur, ey xudavənda, 
Bu bədən qurquşundu, ya misdi? 
Kürəxanə deyil bizim mənzil
Nəyə lazımdı bu qədər isti? 
   
Bizim ev Məkkə, mən ərəb deyiləm, 
Ərəbistan deyil bu, Tiflisdi. 
Bu hava xətti-istivadə gərək, 
Sakinani-şimalə çox pisdi. 
   
Bunu göndər ki, özgə bəndələrin 
Cümləsi acü urü müflisdi. 
Güclülər doldurub kitab arasın, 
Biri molla, biri müdərrisdi. 
   
Birəvü mığmığavü kor milçək, 
Cəm olub, bir qəribə məclisdi. 
Şəhəri qızdırıb, çölü soyudub, 
Bilmirəm bu necə mühəndisdi?! 
 
 
 
 


26 
 
QƏZƏL 
 
Qaşların kamanilə sən ox vurdun qəlbimə, 
Sinəmdən keçib batdı yaralı qəlbimə. 
   
Halaldır badə içmək adama yar yanında, 
Dolu qədəh əlində, dodağı dodağında. 
 
Məst olmuşduq ikimiz, həm dilbər, həm də ki, mən 
O, badə içməyindən, mən nərgiz gözlərindən. 
   
Mən tövbə sındırmışdım, günah alım özümə, 
Badə içdik, tövbə də sındı öz-özünə. 
   
Boyun saldım zəncirə, baş verdim qılıncına, 
Qara zülflər düşəndə qaşlarının küncünə. 
   
Sənin fərağında mən əl çəkdim varlığımdan, 
Ölüm mənə yaxşıdır sənin ayrılığından. 
   
Əhsən o ləl dodağınla əfsunladın Ləlini, 
Bir kəlmə söyləməklə qıfılladın dilini. 
   
(Mənbə: “İrəvanda məktəbdarlıq və maarifçilik” 
Bakı, “Nurlan”, 2010.) 
   
   
 
 


27 
 
ƏLİ BƏY HÜSEYNZADƏ 
(1864-1940) 
 
  Əli  bəy  Hüseynzadə  (Əli 
Hüseyn Turan – Azərbaycan ədi-
bi,  həkim,  filosof  və  ədəbiyyat 
tənqidçisi)  1864-cü  il  24  fevralda 
Salyanda anadan olmuşdur. Tiflis 
gimnaziyasını  bitirmiş  (1875-
1885), uşaqlıq və tələbəlik illərin-
də türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. 
Əli  bəy  Hüseynzadə  babası  Şeyx  Əhməd  ilə  onun 
dostu  Azərbaycan  dramaturgiyasının  banisi,  ictimai 
xadim  Mirzə  Fətəli  Axundzadənin  (1812-1878)  söh-
bətlərindən  faydalanmış  və  onların  tərbiyəsi  altında 
zamanının ədəbi çevrəsini tanımışdı.   
  1885-ci  ildə  Sankt-Peterburq  Universitetinin 
riyaziyyat  fakültəsində  təhsil  almışdır.  Sonralar 
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünun-
da  əsgəri-tibbiyyə  fakültəsində  tədris  almaqla  der-
matoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır.   
  Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda və-
fat edib. 
 
 
 


28 
 
ƏLİ BƏY HÜSEYNZADƏNİN 
MÜLAHİZƏLƏRİNDƏN MARAQLI FİKİRLƏR: 
 
-Həqiqətin də dadı və ləzzəti var! 
-Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, 
xəyalları,  bəşərin  bütün  ruh  və  mənəviyyatını  sövq 
ediyor!.. 
-Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə 
nəzər edər, zəmanənin ruhunu,  icabatını anlar, dərk 
edər... 
 
HALİ-VATAN 
   
Ucundadır dilimin, 
Həqiqətin böyüyü. 
Nə qoydular deyəyim, 
Nə kəsdilər dilimi. 
Bilirmisən cühəla 
Nə etdilər Vatana? 
Nə qoydular uyuya, 
Nə qoydular oyana. 
Durur bila-hərəkət, 
Rəvamı bir diriyə? 
Nə getmədə iləri, 
Nə dönmədə geriyə. 
Ədu qırır qapıyı, 
Biz evdə bixəbəriz. 
Nə başqa başqalarız, 


29 
 
Nə ittihad edəriz. 
Ayıltmadı qələmim. 
Şu türk ilə əcəmi. 
Nə qoydular yazayım, 
Nə qırdılar qələmi. 
   
   
 
 


30 
 
NƏRİMAN NƏRİMANOV
 
(1870-1925 ) 
 
  Nəriman 
Nərimanov 
(Nəriman  Kərbəlayi  Nəcəf 
oğlu  Nərimanov,  həkim,  ya-
zıçı, publisist, dövlət xadimi) 
14  aprel  1870-ci  ildə  Tiflisdə 
(Gürcüstan)  anadan  olmuş-
dur. 1890-cı ildə Qori semina-
riyasını,  1908-ci  ildə  Novo-
rossiysk  (Odessa)  Universitetinin  tibb  fakültəsini  bi-
tirmişdir.   
  Artıq 1917-ci ildə N.Nərimanov “Hümmət” Təş-
kilatı Mərkəzi Komitəsinin sədri və RSDF (b) P Bakı 
Komitəsinin  üzvü,  “Hümmət”  qəzetinin  baş  redak-
toru idi. 
  1918-ci  ilin  martında  N.  Nərimanov  Bakı  Sove-
tində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olu-
nur. N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq 
RSFSR  Xalq  Xarici  İşlər  Komissarlığında  (XİN)  Şərq 
məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə 
təyin edilir. 
    28 aprel 1920-ci ildə N. Nərimanov Azərbaycan 
SSR  Müvəqqəti  İnqilabı  Komitəsinin  Sədri  və  Xalq 
Komissarları Sovetinin Sədri vəzifəsini tutur. 1922-ci 
ildə SSRİ yarandıqdan sonra SSRİ Mİ-nin  sədri seçi-
lir(1922-1925). 


31 
 
N. Nərimanov 1925-ci ildə dünyasını dəyişmiş və 
Moskvada  Kremlin  divarları  yaxınlığında  dəfn  edil-
mişdir.   
  “Nadir  Şah”,  “Bahadır  və  Oğlu”,  “Qonaqlıq”, 
“Bahadır və Sona (pyes)”, “Şamdan bəy (pyes)”, “Pir 
(pyes)” kimi məşhur əsərlərin müəllifidir. 
   
 
BİR KƏNDİN SƏRGÜZƏŞTİ     
(Hekayədən bir hissə) 
 
...Doğrudan  da  sabahı  gün  Əmi  şəhərə  getdi. 
Alver  edib  kəndə  qayıtdı.  Qubernatoru  nəinki  gör-
mədi hətta qorxusundan qubernator olan küçədən də 
keçmədi….  Məhəllə  adamı  Əminin  şəhərdən  gəl-
diyini  eşidib  bir-birinə  dəydilər.  Xalq  Əminin  evinə 
töküldü. Nə oldu? Nə dedi? Suallarını Əmiyə bir-bir 
verdilər. Əmi bunlara cavab verərək dedi: 
– A kişilər, siz bilmirsinizmi mən ölənədək varı-
mı, yoxumu sizin yolunuzda qoymağa hazıram. Pul 
görən işi heç bir şey görməz. Nə olacaq, lazımınca pul 
xərc etdim. Hamı işləri düzəltdim. İndi kəndxudanın 
atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdə 
oturunuz,  işin  aqibətini  gözləyiniz”.  Biçarə  məhəllə 
adamı da gözləyə-gözləyə qaldı. Axırda N. məhəllə-
sindən bir neçə adam qazamata düşdü…. 
  İ. məhəlləsinin adamı bu ittifaqlardan sonra belə 
bir  ayaq  aldı  ki,  daha  o  məhəllənin  qorxusundan, 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə