Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   2   3   4   5   6   7   8   9   ...   36

15 
 
Cabir  Umud dəyişməz  əqidəsi,  haqsızlığa  qarşı 
yorulmaz  mübarizəsi,  mərd,  vətənpərvərlik  ruhlu, 
torpağına dönük çıxanlar haqda yazdığı qınaqlı şeir-
ləri ilə əsl qəhrəman idi. Əqidəsini qorumaq, amalını 
dəyişməz saxlamaq qəhrəmanlıqdır. 
 “Heydərbabaya  salam”  poeması  ilə  elinə,  oba-
sına və dilinə sözdən heykəl qoyan Məmmədhüseyn 
Şəhriyar “Dünya  qəzov-qədər,  ölüm-itimdir”  deyir-
di. Bəli, bu ölüm itim qarşısında dünyanın bütün tə-
bibləri acizdir. 
 Şair, oftalmoloq, Azərbaycan Yazıçılar Birliyinin 
üzvü,  tibb  elmləri  doktoru,  professor Paşa  Qəlbi-
nur İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun 
göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiran-
turada  təhsil  alıb.  N.Nərimanov  adına  Tibb  İnstitu-
tunun  göz  xəstəlikləri  kafedrasının  müdiridir.  Tibb 
elminə  dair  yüzdən  çox  elmi  əsərin,  on  elmi  kəşfin 
müəllifidir. Paşa Qəlbinur on mindən çox cərrahiyyə 
əməliyyatı aparıb. Brüsseldə 51-ci Ümumdünya İxti-
ralar  salonunda  “Brüssel  Evrika  2002”  sərgisində 
“Oftalmologiyada yeni dərman preparatı “Aktirol”un 
kəşfı  Böyük  qızıl  medala  və  Belçika  Maliyyə  Nazir-
liyinin  xüsusi  mükafatına  layiq  görülüb.  O,  Dünya 
Türk  Cümhuriyyətləri  Oftalmoloji  Birliyi  Bilimsəl 
qurumunun  həmsədridir.  Bəlkə  də  göz  həkimi  ol-
duğuna görə onun şeirlərindən işıq, nur, Günəş şüası 
bir qırmızı zolaq kimi keçir: 
  


16 
 
Ulu Tanrım, bu səhər 
Gündüzü gecəyə dönənlərə də – 
Zülmətli gözlərə qoy İŞIQ gəlsin. 
  
Bundan  böyük  dua,  bundan  böyük  arzu  ol-
maz. Paşa Qəlbinurun “İşıq cərrahı” şeirində də ox-
şar istəklər yer alıb: 
 Əllərimin hakimiyyəti bərqərar olur 
Əməliyyat vaxtı. 
Qaranlıqla işığın radar tutmayan 
Sərhəddinə uçur əllərim. 
Ürəyim kimidi, 
Mən yatanda da 
Oyaq olur əllərim... 
  
Tofiq  Nurəlidə isə  işığın  alt  qatı,  məcazları  dilə 
gəlir: 
 Qəfil günəş kimi doğdu bu sevgi
Kor olduq önündə bu gur işığın... 
  
Öz  səfalı  əlləri  ilə  ömürləri  uzadan Fəxrəddin 
Ziya anasının  qəfil  ölümü  qarşısında  aciz  qaldığı 
üçün  bunu  nəinki  özünə,  hətta  peşəsinə  də  bağış-
lamır: 
  
 
 


17 
 
Bu qədər yaxınmış ölüm, bilmədim, 
sonam, anlamadım, gülüm, bilmədim. 
Ayağın altında ölüm, bilmədim, 
bağışla, can ana, bağışla məni. 
  
Ata, ana itkisi Əfrahim Hüseynlini də göynədir. 
İlk şeirini ötən yüzilliyin yetmişinci illərində qələmə 
alan Əfrahim Hüseynli ali təhsilli terapevtdir.  Onun 
“Atamdan  sonra”  şeirini  həyəcansız  oxumaq  olmur. 
O, ata, ana itkisi ilə üzləşənlər üçün təsəlli olan şeir-
lərində valideyn ucalığına hörmətlə yanaşır, bir övlad 
kimi  onların  xatirəsini  əziz  tutur.  Əfrahim  Hüseyn-
linin  şeir  kitablarından  biri “Ürəyi  aldatmaq  ol-
mur” adlanır.  Hamının  ümid  yeri  olan  həkim-şair 
gördüyü, şahidi olduğu dərdlərdən özü də qaça bil-
mir, ürək ağrısı keçirir: 
  
Cavan bilir, qoca bilir, – 
Hamı taxtı uca bilir. 
Əyri qapı aça bilir 
Doğru-düz elə-belədi. 
  
Ömür nağılsayaqdısa, – 
Bilən yox kim oyaqdısa. 
Ürəyimiz soyuqdusa, 
Şaxta-buz elə-belədi. 
  
 


18 
 
Hər yükü çəkib daşısan, 
Deyəcəklər ki, naşısan. 
Ömrü hamıtək yaşasan, 
Səksən, yüz elə-belədi. 
  
 Həkimlikdən  Milli  Məclisin  üzvünədək  uğurlu 
bir yol keçən Musa Urud təkcə şair deyil, həm də öz 
peşəsi üzrə alimdir, tibb elmləri doktorudur. Şeirləri 
nikbin  notlara  köklənsə  də,  daxili  ağrısını  gizlədə 
bilmir, ara-sıra misralara yükləyir: 
Musa Urud, hər nə varsa, 
Səndən sonra da qalacaq. 
Dərdin ağırı yaxına, 
Yüngülü yada qalacaq. 
  
Ömür arxdı, dolub gedir
Quşdu, lələk salıb gedir. 
Hərə bir pay alıb gedir, 
Şairə qada qalacaq. 
  
Var-dövlət ötəri şeydi, 
Şan-şöhrət sənə ögeydi. 
Söz haqdır, sözə baş əy ki, 
Sözün dünyada qalacaq. 
  
 Azərbaycan  ictimaiyyəti  Şirvanda  yaşayıb  yara-
dan Mirəfsəl Təbibi həkim-şair kimi tanıyır. Oxucu-
ları  Mirəfsəl  Təbibi  kövrək  hislərlə  yaşayan  bir  qəlb 


19 
 
adamı,  incə  ruhlu  şair  kimi  sevirlər.  O,  təkcə  ədəbi 
yaradıcılıqla  kifayətlənməmiş,  həm  də  publisistik 
yazıları ilə geniş oxucu kütləsinin rəğbətini və məhəb-
bətini  qazanmışdır.  Mirəfsəl  Təbibin  kitablarından 
biri “Təbibim, obaya-elə arxalan” adlanır. 
Əslən  Borçalının  Faxralı  elindən  olan,  Tanrının 
verdiyi xeyirxah və şəfalı həkim ömrünü istedadlı şair 
ömrü  ilə  davam  etdirən Eldar  Piriyev  (Təbib) ar-
xeologiya  və  etnoqrafiya  üzrə  tədqiqatlar  aparmış, 
qədim dünya türklərinin tarixini araşdırmışdır. O, hə-
mişə  “Türk  oğlu  Türk  olması”  ilə  fəxr  etmiş,  qürur 
duymuşdur.  Türk  tarixi  üzrə  uğurlu  araşdırma  və 
tədqiqatlarına  görə  Türkiyə  Cümhuriyyəti  onun 
kitablarını “Qalib Sultan” diplomu ilə təltif etmişdir. 
Eldar Təbibin aşıq və şairlərin yaradıcılığında rast gəl-
mədiyimiz  “Naqis  gəraylı”,  “Cığalı  gəraylı”,  “Güllü 
gəraylı”, “ Cinaslı gəraylı”, “Cinaslı təsnif” şeir növ-
ləri  ilə çağdaş poeziyamıza, xüsusən də, aşıq şeirinə 
gətirdiyi  yeniliklər  mütəxəssisləri  daha  çox  maraq-
landırır. Şairin şeirlərindəki parlaq fikirlər, saf düşün-
cələr aydın və qəlbəyatımlıdır: 
  
Kasıbın yanında kalanı öymə, 
Həqiqəti danıb, yalanı öymə. 
Gedəni qaytarma, qalanı öymə, 
Qalan da sağ olsun, qalmayanlar da. 
  
Qarabağ savaşının canlı şahidi və iştirakçısı olan 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə