Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə54/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   133

180 

birləşmələri və metal ionları aiddir. 

Çöküntü belə eyniləşdirilir: 

 



Yüngül  –  xırda  dispersli,  zəif  bulanan  və  tədricən 

çöküntüyə gedən; 

 

Ağır – tez çöküntüyə gedən iri hissəciklər şəklində



 

Kristal  –  şərab  daşının  xırda  parlaq  kristalları  şəklində, 



yaxud parıltısız daha iri kalsium duzları şəklində; 

 



Amorf – hər-hansı struktur əlaməti olmayan çöküntü; 

 



Pambıqvari  –  iri  pambıqcıqlar  formasında,  çox  vaxt 

butulkanın divarlarında qalmaqla; 

 

Selikli  –  özülü  quruluşlu  ağır  çöküntü,  onun  meydana 



gəlməsi şərabın xəstələnməsini göstərir

 



Kəsmiyə oxşar –həcmli, sıx kütlə şəklində. 

Şərabın qüsur və xəstəliklərinin diaqnostikasında çöküntünün 

düzgün identifikasiyası mühüm əhəmiyyət kəsb edə bilər. 

Axımlılıq – kateqoriyalara təsnifatlaşdırılır: 

 

Hərəkətli - nə vaxt kı, şərab qədəhin divarlarından asan və 



tez axır, bu yüngül az ekstratlı natural şərablar üçün səciyyəvidir

 



Sıx  yağlıtəhər  –  qədəhi  fırlatdıqda  şərab  tədricən  yerini 

dəyişir  və  divarlarda  tədrtici  axan  həlqələr  şəklində  ləngiyir,  bu 

ektrakt maddəlirinin ilk növbədə isə şəkərlər və qliserinin yüksək 

miqdarda olmasını göstərir; 

 

Ağır  selikli  –  şərabın  xəstələnməsi  əlaməti  olub,  şərab 



qədəhdən  bütöv  kütlə  şəklində  axır,  konsistensiyasına  görə 

yumurta ağını xatırladır; 



Rəng.  Rənginə  görə  şərablar  –  ağ,  çəhrayı  və  qırmızı  kimi 

fərqləndirilir.  Ağ  şərablar  açıq  rənglənmiş  və  tünd  olmaqla 

qruplaşdırılır. Birincilərə az rənglənməmiş texniki yetişkən üzüm 

sortlarından alınan az oksidləşmiş şərablar aiddir. 

Açıq rəngli şərabların rəngi belə identifikasiya olunur:  

 



Gümüşü-  ağ  demək  olar  ki,  rəngsiz  -  özbaşına  axınla 

ayrılan  şirədən  alınan  şərablar  və  fəal  kömürlə  işlənən  şərablar 

üçün səciyyəvidir



181 

 



Açıq  –  yaşıl,  yaşılvari,  bəzi  şərablar  üçün  səciyyəvi 

(Rislinq, Msavani, Silvaner); 

 

Zəif ot cövhərləri; 



 

Açıq  –  samanı,  sarıtəhər  –  çoxlu  sort  şərabları  üçün 



səciyyəvi  olub  (Semilyon,  Medovıy  belıy  və  b.),  bəzi  hallarda 

şirənin əzinti ilə artıq təmasını göstərir.  

Tutqun ağ şərablara aiddir: yetişmiş və yetişib ötmüş üzümdən 

hazırlanmış;  uzun  müddət  çəlləklərdə  yaxud  digər  məsaməli 

qablarda  yetişdirilən;  şərab  mötədil  oksdiləşmiş  tipli:  natural 

çəllək yetişdirilməsi ilə kaxet, tokay, sotern və s. şərablar. 

Desert  və  tünd  şərablar  qrupu  da  həmçinin  tutqun  şərablara 

aiddir.  Tutqun  şərablarda  sarı,  sarı  qəhvəyi  və  qəhvəyi  rəngli 

şərablar fərqləndirilir. 

Bu rənglərin aşağıdakı növ müxtəliflikləri olur: 

 

Samanı,  samanı  –  sarı  –  sortdan  asılı  olmayaraq  çəllək 



yetişdirilməsi keçmiş natural şərablarda; 

 



Açıq-qızılı,  qızılı,  qızılı-sarı  –  yüngül  tipli  natural  və 

spirtləşdirilmiş desert şərabların tipik rəngi; 

 

Tutqun-qızılı,  kəhraba,  tutqun-kəhraba  -  spirtləşdirilmiş 



desert  və  tünd  şərablara  məxsus,  şərabın  şirinləşdirilməsi  üçün 

vurulan qatılaşdırılmış şirənin əlamətləri ola bilir; 

 

Tutqun-qəhvəyi  -  bu  desert  şərabların  nisbətən  təsadüfi 



rəngi (malaqa tipli şərablar) olub, istehsal prosesində əlavə olunan 

qatılaşdırılmış şirənin böyük miqdarı ilə bağlı meydana çıxır.  

Cəhrayı  şərablar  rəngsiz  lətli  qırmızı  üzüm  sortlarından, 

həmçinin bir çox qırmızı üzüm sortlarından  əzintinin şirədən tez 

ayrılması  ilə  istehsal  olunur.  Cəhrayı  rəngli  şərablar  ağ  şirənin 

qırmızı üzüm sortlarının cecəsində qıcqırdılması və həmçinin ağ 

və  qırmızı  şərabların  kupajı  ilə  də  alınır. Cəhrayı  şərablar  ağ  və 

qırmızı şərablar arasında keçid təşkil edən qrupdur. Ətir və dadına 

görə  onlar  ağalara,  rənginə  görə  -  qızrmızı  şərablara  yaxındır. 

Cəharayı şərabların rəngi solğun-cəhrayı, solğun qırmızı və açıq-

qırmızı ola bilər. 

Qırmızı şərabların rəngi : 




182 

 



Açıq-qırmızı, qırmızı – şərab yüngül buketli

 



Yaqut,  yaqut  –  qırmızı-  yüksək  keyfiyyətli  şərabların 

intensiv çalarları; 

 

Tutqun  qırmızı,  tutqun-yaqut,  nar  rəngi  –  cənub  mənşəli 



yüksək ekstraktlı qırmızı şərabların tipik rəngidir

 



Bənövşəyi-qırmızı,  göy-qırmızı  –  intensiv  rənglənmiş 

sortlardan alınan (Aliqant Buse, Bastordo, Saperavi və b.) cavan 

şərabın rəngi. Belə şərabların rəngi yetişdirmədə açılır. 

Qırmızı şərablarda soğanvari, kərpic yaxud qəhvəyi çalarların 

olması  yetişdirmədə  rəng  maddələrinin  artıq  oksdiləşmə 

dəyişikliklərini göstərməklə şərabın davam edən yetişdirməsindən 

xəbər verir.  

Ağ şərabların rəngi də yetişdirilmədə daha doymuş və əsaslı 

olur.  Qırmızı  şərablar  yetişdirmədə  rəng  parlaqlığını  itirir,  daha 

çox şəffaflığa malik olur, başqa sözlə, rəngə görə şərabın yaşı və 

vəziyyəti haqda qərar vermək olar.  

Şərabın rəngi qiymətləndirildikdə əsas rəngin intensivliyi və 

keyfiyyətini xarakterizə edən çalarlar ayrılır. Məsələn, şərab zəif 

bənövşəyi  çalarlarla  yaqut-qırmızı  rəngli;  şərab  yaşıl  çalarlarla 

samanı rəngli.  

Şərabın  rəngini  təyin  etdikdə  onun  tipikliyinə,  başqa  sözlə 

rəngin  içkinin  tipinə,  yaşına  və  sortuna  uyğunluğuna  diqqət 

yetirilməlidir. Əgər tünd yüksək ekstraktlı şərab zərif açıq-samanı 

rəngə malikdirsə, onda belə rəng qeyri tipik kimi qiymətləndirilir. 

Qırmızı  kolleksiya  şərabları  parlaq  deyil,  “yorğun”  adlandırılan 

rəngə malik olur ki, bu da yetişdirmə prosesində rəng maddələrinin 

oksidləşməsi ilə izah edilir.  

İy,  ətir,  buket  anlayışlarının  müəyyən  fərqləri  vardır.  İy 

istənilən cür ola bilsə də ətir - yalnız xoşagələn, ayrı-ayrı sortlar 

üçün  səciyyəvi  olur.  Buket  -mürəkkəb  ətir  olub,  şərabın 

yetişdirilməsi proseində əmələ gələn və inkişaf edəndir 

İy üç qrup uçucu maddələrlə formalaşır: 

 



Üzümdən  şəraba  keçən  və  cavan  şərabın  sort  ətrini  və 

dadını müəyyən edən ətirli maddələr




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə