Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

 
86 
d
ərəcədə  vacib və  maraqlı  olmasını  təyin edən “alət” 
yaradılmışdır. Əgər məqaləyə həftələrlə və ya aylarla müraciət 
olunmursa, h
əmin məqalənin silinməsi məsələsi də qalxa bilər.  
 
 
Şəkil 27. Vikipediyanın ingilis dili bölməsindəki ”Azerbaijan” 
m
əqaləsinə olan müraciətlərin sayının təyin edilməsi 
(http://stats.grok.se/en/200804/Azerbaijan) 
Yuxarıda  deyilənlərə  onu da əlavə  etmək  lazımdır  ki, 
saytda heç bir m
əsuliyyət  daşımadığı  haqqında  məlumat 
verilmişdir:  "This is very much a beta service and may 
disappear or change at any time”. 
 
6.2
.3. Search Wikia axtarış sistemi 
Vikipediya  ensiklopediyasının  daxili  axtarış  sisteminin 
keyfiyy
əti bu layihənin  populyar  olmasına  səbəb olan  əsas 
amill
ərdəndir.  Odur  ki,  Vikipediyanın  yarandığı  ildən (2001) 
başlayaraq,  layihə  üçün mükəmməl daxili və  xarici  axtarış 
sisteminin  işlənməsi  əsas  şərt idi.  2007-ci ildə  Vikipediya 
layih
əsinin müəlliflərindən biri, Cimmi Uels  bəyan etdi ki, 


 
87 
Wikia Look
Smart  kompaniyasından  Vikipediya  üçün  axtarış 
sistemi 
əldə etmişdir. “Reuters” informasiya agentliyinin xəbər 
verdiyi  kimi,  yeni  axtarış  xidməti olan Wikia rəsmi olaraq 
2007-
ci ilin sonlarında ümumi istifadəyə verildi. Razılaşmanın 
m
əbləği açıqlanmırdı [28].  
 
 
Şəkil 28. Vikipediyanın ingilis dili bölməsindəki ”Armenian” 
m
əqaləsinə olan müraciətlərin sayının təyin edilməsi 
(http://stats.grok.se/en/200804/Armenian) 
2008-
ci ilin iyun ayında fəaliyyətə başlamış Search Wikia 
xüsusi  sistemi  (http://search.wikia.com/wiki/Search_Wikia/en), 
əvvəlcədən nəzərdə  tutulduğu  kimi  və  Vikipediya layihəsində 
olduğu  kimi,  könüllülər  hesabına  genişləndirilir  və  inkişaf 
etdirilir
. Search Wikia haqqında suala Cimmi Uels: – “Axtarış 
mexanizmi olan Search Wikia-
nın hələ ki, alfa-versiyası realizə 
olunmuşdur. Bu sistem “Google” axtarış sisteminin tamqiymətli  
r
əqibi hesab oluna bilməz” deyə cavab vermişdir (şəkil 29). 
 


 
88 
 
Şəkil 29. Search Wikia axtarış sisteminin veb-saytı 
Lakin Cimmi Uels hesab edir ki, g
ələcəkdə Search Wikia 
Google, Yahoo, Microsoft t
ərəfindən təklif edilən  axtarış 
sisteml
əri ilə  müqayisədə  daha effektli alternativ 
olacaqdır:  ”Əgər  biz  axtarış  sorğularında  keyfiyyətli nəticələr 
əldə  edə  bilsək, mən fikirləşirəm  ki,  bu  axtarış  servisləri 
bazarında  güclərin yerləşdirilməsini  əhəmiyyətli dərəcədə 
d
əyişəcəkdir.  Açıq  axtarış  platformasının  köməyi ilə  biz  bu 
bazarın liderləri olan Google, Yahoo və Microsoft-a qarşı dura 
bil
ərik”. 
Vikipediya 
ensiklopediyası  üçün  nəzərdə  tutulmuş  bu 
sistemd
ə, virtual ensiklopediyada qeydiyyatdan keçmiş şəxslər 
sosial  şəbəkəyə  qoşularaq  dostlarının  siyahısını,  onların  daxil 
etdikl
əri  şəkil və  məqalələrin kataloqunu əldə  etməklə  yanaşı, 
ist
ədikləri istifadəçinin ümumi fəaliyyəti  haqqında  məlumat 
toplaya bil
ərlər. 
N
əzərdə  tutulmuşdur  ki,  Search Wikia sistemində 
axtarışların əvvəlində mini məqalə veriləcəkdir və bu məqaləyə 


 
89 
konkret suala cavab olaraq avtomatik yaradılmış məlumat daxil 
olacaqdır.  Məlumat  şəkil, səs və  mətn  şəklində  təqdim 
olunacaqdır.  Mini-məqalənin  altında  isə  Search Wikia 
indeksind
ən seçilmiş axtarış nəticələri veriləcəkdir. Hal-hazırda 
burada 50-100 milyon veb-s
əhifə yığılsa da Cimmi Uels onların 
sayının  az  olmasından  narazıdır  və  ümid edir ki, gələcəkdə 
onların  sayı  daha  çox  olarsa,  Search  Wikia  axtarış  sisteminin 
daha keyfiyy
ətli işləməsi mümkün olacaqdır. 
Dig
ər tərəfdən istifadəçilər  ayrı-ayrılıqda  axtarış 
n
əticələrinin reytinqini təyin etmək  imkanı  əldə  edəcəklər ki, 
növb
əti  sorğular  zamanı  Search  Wikia  sistemi  bunu  nəzərə 
alacaqdır.  Bu  üsulla  istifadəçilər  axtarışın  alqoritmik 
n
əticələrinə təsir edə biləcəklər. 
Sistemd
ə spamlara qarşı proqram da nəzərdə tutulmuşdur 
v
ə  əgər kimsə  sistemdən  spamların  yayılması  üçün  istifadə 
etm
ək fikrinə  düşərsə,  o  şəxs, administrator tərəfindən  aşkar 
edil
ərək bloklanacaq və  gələcəkdə  onun layihədə  iştirakına 
qadağa qoyulacaqdır. Gələcəkdə sistemə şəkil və xəbərlər üzrə 
keçidl
ərin  qoyulması  da  nəzərdə  tutulmuşdur.  Search Wikia 
sistemind
ə  ilk  zamanlar  yalnız  ingilis  dilində  olan saytlara 
keçidl
ərin  qoyulması  nəzərdə  tutulsa da, artıq,  alman,  fransız, 
rus v
ə  s. dillərdə  olan  saytların  siyahısı  genişlənməkdədir. 
G
ələcəkdə tədricən müxtəlif dillərdə fəaliyyət göstərən saytların 
da bu siyahıya daxil edilməsi gözlənilir. 
Cimmi Uelsin bildirdiyin
ə görə Search Wikia sisteminin 
proqram t
əminatı, oradakı verilənlər və indeks pulsuz veriləcək 
v
ə  onları  hər kəs  əldə  edərək  şəxsi  axtarış  sistemi  yaratmaq 
imkanına malik olacaqdır. 
Search Wikia layih
əsi ilə  Wikia kommersiya 
kompaniyası məşğul olur. 40 nəfər işçisi olan bu kompaniyada 
Cimmi Uels Wikia direktorla
r  şurasının  sədri  vəzifəsini icra 
edir. N
əzərə  almaq  lazımdır  ki,  Wikia  və  Vikimedia  ayrı-ayrı 
t
əşkilatlardır və  Wikiadan fərqli olaraq, Vikipediya layihəsini 
idar
ə edən Wikimedia Foundation qeyri-kommersiya təşkilatıdır 
[29]. 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə