Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

 
96 
zamanda m
ənbələrdən düzgün istifadə  edərək,  onların 
ensiklopediyada göst
ərilməsi  qaydaları  ensiklopediya  üçün 
m
əqalə  yaratmağın  çox  ciddi  və  məsuliyyətli  iş  olduğunu  bir 
daha sübut etdi. Bel
ə ki, məqalələr bir müəllim tərəfindən deyil, 
yüzl
ərlə  İnternet  istifadəçiləri və  mütəxəssislər tərəfindən 
yoxlanılırdı  və  düzgün olmayan məqalələr tez bir zamanda 
ensiklopediyadan  silinirdi.  Artıq  bu  təcrübə  Amerikanın  digər 
universitetl
ərində  də  həyata  keçirilir.  Professorlar  kurs  işi 
əvəzinə  tələbələrə  Vikipediyada, bu və  ya digər mövzularda 
m
əqalələr  yaratmağı  tələb edirlər. Bir zamanlar virtual 
ensiklopediyadan üz dönd
ərmiş,  onu  yarımçıq  və  hətta saxta 
m
əqalələr  yığımı  olmaqda ittiham edən  elm  dünyası  artıq 
Vikipediyaya  qarşı  münasibətini dəyişməkdədir.  Bu  gün  artıq 
Vikipediya ensiklopediyası açıq tədris ideyasını, daha doğrusu 
biliy
ə  açıq  müraciət  ideyasını  həyata keçirən  ən nəhəng 
layih
ədir. Bununla belə,  ensiklopediyadakı  məqalələri klassik 
elmi m
əqalələr  adlandırmaq  olmaz.  Lakin  zaman  keçdikcə, 
daha sanballı və dolğun məqalələrin sayı çoxaldıqca, daha çox 
müraci
ət olunan layihəyə  çevrildikcə  ona  qarşı  münasibət də 
d
əyişməkdə davam edir [38].
  
 
6.7. Vikipediya v
ə Azərbaycan 
Z
əngin Azərbaycanımızın  tarixi,  mədəniyyəti,  şəhər və 
rayonları,  alimləri, siyasətçiləri,  şair  və  yazıçıları,  mətbəxi, 
geyiml
əri və  s.  haqqında  dürüst  məlumatların,  maksimum 
neytrallığın  və  obyektivliyin  qorunması  şərti ilə  Azərbaycan 
Vikipediyasına  və  digər dillərdə  fəaliyyət göstərən Vikipediya 
ensiklopediyalarına  yeni  məqalələr  şəklində  daxil edilməsi və 
artıq mövcud olan məqalələrin təkmilləşdirilməsi vacibdir. 
İngilis,  rus,  fransız  və  alman dilli ölkələrlə  müqayisədə 
Az
ərbaycanda Vikipediya çox tanınmır. Buna da səbəb, İnternet 
istifad
əçilərinin maraqlarının müxtəlif olmasıdır. Yəni İnternet 
istifad
əçilərinin əsas hissəsini gənclər təşkil etdiklərindən, onlar 
İnternetdən  ən çox əyləncə, çatda söhbətləşmə  və  dərs 
hazırlamaq  məqsədi ilə  lazımı  informasiyanın  tapılmasında 
istifad
ə  edirlər.  İkinci,  Azərbaycanın  yeni  informasiya 


 
97 
texnologiyaları  sahəsində  dünyanın  qabaqcıl  ölkələrindən hələ 
d
ə  geri  qalmasıdır,  baxmayaraq  ki,  son  zamanlar  bu  sahədə 
böyük ir
əliləyişlər vardır. Üçüncü, əhalidə Vikipediya haqqında 
m
əlumatın az olmasıdır.  
Az
ərbaycan dilində  yaranan Vikipediya 2004-cü ildə 
www.az.wikipedia.org  ünvanı  altında  fəaliyyətə  başlamışdır. 
Hal-
hazırda Vikipediyanın Azərbaycan bölməsi 270 yer içində 
55-ci yerd
ədir. 
Vikipediyanın  Azərbaycan bölməsində  məqalələr iki 
əlifbada:  latın  və  ərəb  əlifbasında  yaradıla  bilər.  Ərəb 
əlifbasının  daxil  edilməsində  əsas səbəb  İran  Azərbaycanında 
yaşayan  30  mln.  azərbaycanlıların  da  bu  ensiklopediyada 
m
əqalə yaratmaq istəyindən irəli gəlir. Lakin buna baxmayaraq 
araşdırmalar göstərir  ki,  Vikipediyanın  Azərbaycan 
bölm
əsindəki məqalələrin  yarısından  çoxu  latın  qrafikası  ilə 
yazılmışdır.  Bu  da  Azərbaycan  Respublikasından  olan 
istifad
əçilərin İran Azərbaycanından olan istifadəçilərə nisbətən 
daha f
əal olmasından xəbər verir. 
Yaddan çıxartmayaq ki, Azərbaycan tarixini saxtalaşdıran, 
tarixi abid
ələrini özünküləşdirən ermənilərə qarşı virtual şəkildə 
mübariz
ə  aparmaq üçün Vikipediyada Azərbaycan  haqqında 
informasiyanı biz xarici dillərdə də dərc etməliyik. Azərbaycan 
dilind
əki  Vikipediyanı  zənginləşdirməklə  yanaşı  rus,  ingilis, 
fransız,  alman  və  s. dillərdə  fəaliyyət göstərən Vikipediyalara 
n
əzarət etmək, ermənilərin və  ermənipərəst qüvvələrin virtual 
ensiklopediyaya  daxil  etdiyi  dezinformasiyaların  qarşısını 
alaraq oraya düzgün  v
ə obyektiv məqalələr əlavə etmək vacib 
m
əsələlərdəndir. 
Vikipediyanın 
rus 
bölməsində 
(www.ru.wikipedia.org) yerl
əşdirilmiş  «Шуша»,  «Нахчиван»,  
«Нагорный  Карабах»,  «История  Азербайджана»,  «Битва 
Кarabax»,  «Ходжалы»,  «Низами»  və  onlarla hər bir 
az
ərbaycanlının qürur hissinə toxunan bu cür məqalələr vətənini 
sev
ən azərbaycanlını sakit buraxa bilməz (şəkil 30, şəkil 31). 
 


 
98 
 
Şəkil 30. Vikipediyanın rus dilindəki bölməsində “Шуша” 
m
əqaləsi 
Vikipediyanın  rus  bölməsində  ermənilər Azərbaycana 
virtual müharib
ə elan edərək artıq bütün sahələrdə, istər siyasi
ist
ərsə  də  mədəni sahələrdə  hücuma  keçmişlər. Məsələn, 
Az
ərbaycanın  dahi  şairi  Nizami  haqqında  məqalədə 
(http://
.ru.wikipedia.org/wiki/Низами) bildirilir ki, Nizami fars 
şairidir.  Nəsimi  haqqında  məqalədə  isə  azərbaycanlı  şair 
N
əsiminin  ərəb  olduğu  göstərilir. Məqalələrin tarixçəsinə 
baxark
ən bir çox Azərbaycan  haqqında  məqalələrdə  olduğu 
kimi  onların  erməni, fars istifadəçiləri  tərəfindən  redaktə 
olunduğu və nəzarətdə saxlanıldığı məlum olur. 
H
ətta bir çox məqalələr Vikipediya virtual 
ensiklopediyasında 
Azərbaycana 
qarşı 
informasiya 
müharib
əsinin mütəşəkkil və  əvvəlcədən  hazırlanmış 
aparıldığını  tam  sübut  edir.  Bu  çür  məqalələrdən biri də 
«Азербайджанизация Низами» məqaləsidir (şəkil 32). 
 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə