Ələkbərova İradə



Yüklə 6,35 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix17.11.2018
ölçüsü6,35 Mb.
#80933
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

 
90 
6.3. Vikipediya
nın qadağan edildiyi ölkələr 
Vikipediya  virtual  ensiklopediyasının  açıq  və  dinamik 
olması,  bəzi  demokratiyanı  dəstəkləməyən dövlətlərin 
hakimiyy
ət  orqanlarının  ciddi  narazılıqlarına  səbəb  olmuşdur. 
Bu dövl
ətlər  siyahısına  Çin,  İran,  Kuba,  Şimali  Koreya  da 
daxildir. Bu dövl
ətlərin hakimiyyət  orqanları  Vikipediyanı 
c
əmiyyət üçün zərərli hesab edərək, qərb mədəniyyətinin 
ziyanlı xüsusiyyətlərinin bu ensiklopediya vasitəsilə ölkələrinə 
daxil  olduğunu  bildirirlər. Onlar virtual  ensiklopediyanın 
g
ənclərin təlim-tərbiyəsinə  zərər verəcəyindən, dünyaya 
baxışlarını  Avropa  və  Amerika  siyasətinə  uyğun  olaraq 
d
əyişdirəcəyindən ehtiyatlanırlar. 
 
 6.3.1. Vikipediya Çind
ə  
Yarandığı müddət ərzində Vikipediyanın Çin bölməsi bir-
neç
ə dəfə bağlanmışdır. 
Çin 
Xalq 
Respublikası 
vətəndaşlarına 
virtual 
ensiklopediyaya müraci
ət,  ilk dəfə,  2-21 iyun, 2004-cü ildə 
qadağan  edilmişdir. Buna səbəb Vikipediyada “Tyananmen 
meydanında  1989-cu il hadisələri” məqaləsi  səbəb  olmuşdur. 
İkinci  dəfə  Çin istifadəçilərinin Vikipediya azad 
ensiklopediyasına  müraciətinə  23-27 sentyabr, 2004-cü ildə 
qadağa qoyuldu. Üçüncü bloklama 19 oktyabr, 2005-ci ildə baş 
verdi. 2006-
cı  ilin  10-17 noyabr müddətində  açılmağına 
baxmayaraq, Vikipediya ensiklopediyası 2008-ci ilə kimi Çində 
qadağan edilmişdir.  
2008-ci ilin sonlar
ında  Çində  bir çox veb-saytlara 
qoyulmuş qadağalar ləğv edildi. Bu saytlar arasında BBC xəbər 
agentliyinin v
ə Vikipediya ensiklopediyasının portalları da var 
idi. Çind
ə Vikipediyaya müraciətlərin sayı digər, əhalicə böyük 
ölk
ələrlə  müqayisədə  az  olmasına  baxmayaraq, Cimmi Uelsin 
bildirdiyin
ə  görə,  son aylarda  Vikipediyanın  Çin dilindəki 
bölm
əsində  məqalələrin sayında  yüksək  artım  tempi  müşahidə 
edilm
əkdədir. Təəssüf  ki,  Çin  dilinin  potensialı  Vikipediyada 
lazımınca realizə olunmayıb və Hind dilləri ilə müqayisədə Çin 
dill
ərindəki məqalələrin artım tempi hələ ki, aşağıdır [30].  


 
91 
6.3.2. Vikipediya 
İranda  
İranın 
İnternet 
istifadəçilərinin Vikipediya 
ensiklopediyasına  müraciətinə  blok 3 dekabr, 2006-çı  ildən 
qoyulmuşdur. 
Yalnız 
Vikipediya 
deyil, 
İran 
istifad
əçiləri YouTube və IMDB saytlarına da həsrətdirlər. Belə 
hesab  olunur  ki,  İranda  bəzi  saytlara  qadağanın  qoyulması 
ölk
ədə  “Qərb mədəniyyətinə  qarşı”  başlayan  kompaniyaya 
s
əbəb olmuşdur. 
İran  polisinin  idarə  rəisi  Əhməd Ruzbehani jurnalistlərə 
açıqlamasında  «əxlaqa zidd materiallar yayan internet 
saytlarının  sahibləri və  istifadəçilərinə  qarşı  mübarizənin yeni 
m
ərhələsinə  başlandığını»  bildirib.  O,  qanunu  pozan  bir  sıra 
internet saytlarının qapadıldığını və onlardan istifadə edənlərin 
h
əbsə  salındığını  vurğulayıb:  «Hüquq  mühafizə  qüvvələri 
internet  qaydalarını  pozanlara,  sayt  və  bloqlarında  qadağan 
olunmuş  material  yerləşdirənlərə  qarşı  ciddi tədbirlər görməyi 
planlaşdırıb» [31]. 
İran Məhkmə Sistemi rəsmilərinin verdiyi rəsmi məlumata 
gör
ə, son illərdə dövlət quruluşuna qarşı təbliğat aparmaqda və 
əxlaqa zidd material yaymaqda təqsirli bilinən 5 milyon sayt və 
bloqun f
əaliyyətinə son qoyulub. Lakin nəzərə almaq lazımdır 
ki, 
müasir 
dünyada 
qloballaşmanın, 
informasiya-
texnologiyalarının inkişafının qarşısını almaq, gəncləri İnternet-
resurslardan, yeni informasiya sisteml
ərindən istifadə 
etm
əməyə  məcbur etmək mümkün deyil.  2009-cu ildə  İran 
ərazisindən  Vikipediya  ensiklopediyasının  saytına  müraciət 
b
ərpa edilmişdir.
 
 
6
.4. İKT-nin inkişaf tempinin Vikipediyaya təsiri 
Müasir  informasiya  texnologiyaları  praktiki  olaraq  bütün 
sah
ələrə  daxil  olaraq,  insanların  informasiya  mədəniyyətinin 
ayrılmaz bir hissəsinə çevrilməkdədir. İnformasiya resurslarının 
çoxalmasından,  informasiya-kommunikasiya  texnologiyasının 
(İKT)  inkişafından  asılı  olaraq  insanlar  arasında  ünsiyyət 
formaları,  millətlərin  leksikonundakı  dəyişikliklər daha kəskin 


 
92 
özünü göst
ərməklə, dilin zənginləşməsinə, dildə  yeni 
anlayışların, terminlərin yaranmasına səbəb olur.    
Vikipediya  ensiklopediyasında  əsas  iş  150  milyon 
könüllüd
ən ibarət, məqsədləri biliklərini  azad  paylamağa 
yön
əlmiş  dünya  birliyinin  üzərinə  düşür.  Cimmi Uelsin 
dediyin
ə görə, Vikipediya ensiklopediyasının zənginləşməsində 
aktiv  iştirak  edən  İnternet  istifadəçilərinin 10%–ni elmlər 
namiz
ədləri, 15–20%-ni universitetlərin  aspirantları,  yarıdan 
çox hiss
əsini isə  yuxarı kurs  tələbələri təşkil  edir.  Hər ay 275 
milyon adam Vikiped
iyanın  270  dildə  fəaliyyət göstərən və 
reklamlar yerl
əşdirilməyən veb-saytlarındakı informasiyalardan 
pulsuz v
ə rahat istifadə edir [32]. 
Vikipediyada m
əqalələrin artma tempi daima 
yüks
əlməkdədir. Buna səbəb ilk növbədə,  dünyada  İnternet 
istifad
əçilərinin  sayının  çox  sürətlə  artması  və  Vikipediya 
virtual 
ensiklopediyasının 
dünyanın 
bir 
nömrəli 
ensiklopediyasına çevrilməsidir.  
T
əhlillər göstərir  ki,  Vikipediya  ensiklopediyasının  dil 
üzr
ə  bölmələrinə  olunan müraciətlərin  sayı,  o  dildə  danışan 
ölk
ələrdə  İKT-nin  inkişafından  və  İnternet  istifadəçilərinin 
sayından asılıdır. Qərbi Avropa və Şimali Amerika ölkələrinin 
informasiya c
əmiyyətinə  (İC)  sürətli  inteqrasiyası  Vikipediya 
on-
line,  açıq  ensiklopediyasında  öz  əksini  tapmışdır.  Bu 
ölk
ələrin serverlərindən Vikipediyaya daha çox istifadəçi daxil 
olur.  
Wikimedia Foundation t
əşkilatı  yaxın  vaxtlarda  xüsusi 
araşdırmalar aparmaq fikrindədir. Araşdırmaların aparılmasında 
əsas məqsəd  Vikipediya  azad  ensiklopediyasında  fəaliyyət 
göst
ərən  insanlar  haqqında  daha  çox  məlumat  toplamaqdır. 
Vikipediyada anonim istifad
əçilərə  də  redaktələrdə  istifadə 
etm
ək  imkanı  çox  zaman  bu  ensiklopediyanın  normal 
f
əaliyyətində  əngəllər  yaradır  və  bu məsələ  Wikimedia 
Foundation t
əşkilatında müzakirələrə də səbəb olmuşdur.  
Vikipediya dünyada 
ən çox müraciət olunan saytlar 
siyahısında qalmaqdadır. Belə ki, Vikipediya ensiklopediyasına 
saniy
ədə  65000  sorğu  göndərilir.  Milyonlarla  İnternet 


Yüklə 6,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə