Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 

22

dialektikası» kitabında qeyd edirdi: «Əgər təbiət qadını kişidən fərqli etmişsə, cəmiyyət onu 



insandan fərqli edibdir.» 

Ona diqqəti cəlb etmək lazımdır ki, kişi və qadını qarşı-qarşıya qoyan mədəni-

simvolik sıralarda cinslərin real bioloji fərqini göstərən birinci cütlükdən (kişi –qadın) sonra 

yerdə qalan qarşıqoymalar sosial və mədəni –simvolik səciyyə daşıyır, açıq və gizli dəyər 

qiymətləndirilməsindən ibarətdir. Seksual (cinsi) qiymətləndirmə hiss edilmədən qender 

qiymətləndirməsinə keçərək «femin» və «maskulin» qarışdırılması problemini yaradır.  

Fikrim izcə, «qender» termini bir çox səbəbdən çox da uğurlu deyil, amma o artıq 

elmi terminologiyada «özünə yer etdiyindən» tədqiqatçıların onu necə başa düşdüklərinə 

müraciət etmək lazımdır.  

Psixoloq Roda Unger «Cinsin və qenderin yeni təyini» (1979-cu il) məqaləsində 

təklif etmişdir ki, cins (sex) sözü yalnız bu xüsusi bioloji mexanizmlərə (xrormosom və ya 

fizioloji fərqlər) aid olanda, qenderi isə – cəmiyyətin qadın və kişi kimi müəyyən etdiyi və 

onlar üçün tipik və arzu olunan hesab edilən və cizgilərə, normalara, stereotiplərə, 

vəzifələrə aid olan sosioloji, mədəni və psixoloji aspektlərin tədqiqatı üçün istifadə edilsin. 

Cəmiyyətin feminizm tərəfindən tənqidindən və onun əsas dəyərlərindən tamamilə 

aydın olur ki, qender problemlərinin hesabı bizim dünyagörüşümüzün əsaslarını dəyişir və 

insan sivilizasiyasının tarxinin yenidən dərk edilməsi məsələsini irəli çəkir. Qender 

probleminə  əhəmiyyət verilməzsə, insanlığın yaxın və uzaq gələcəyini qabaqcadan 

bildirmək mümkün deyil.

1

 



Kişilərin və qadınların sosial, ictimai vəziyyətlərinə  mədəniyyətin daxil etdiyi 

müxtəlifliklər ünsiyyətin müxtəlif səviyyələrində tarixi cəhətdən bir-birlərini anlamağa gətirib 

çıxarır. Kişilərin emosional təmkinliliyi, praqmatizmi və rasionallığı, onların həddindən artıq 

aktivliliyi və hərəkətlərindəki qətiyyətlilik, qadınların hissiyatlılığı, emosionalılığı, intuisiyası, 

onların yumşaqlığı  və  qətiyyətsizliyi, kompromis axtarmağa cəhd etmələri ilə birbaşa 

ziddiyyətdədir. Qarşılıqlı anlaşılmamaqda kişilər, özlərinin şəxsi meyllərinə və qiymətlərinə 

əsaslanaraq, qadınları şərh etməyə daha meyllidirlər. Münhen Universitetinin fəlsəfə üzrə 

professoru Qitta Axsın qeyd etdiyi kimi, kişi hesab edir ki, əgər qadınlar «yox» edirsə – bu 

«bəlkə də» deməkdir, yox əgər o «bəlkə də» deyirsə – bu o deməkdir ki, o bu və ya digər 

mənada «hə» fikirləşir. Axırıncı onu bildirir ki, insanlar verbal dildən, sözdən başqa 

ünsiyyətin digər vasitələrindən istifadə edirlər. 

Ünsiyyətin  ən qədim və  zəngin vasitələrindən biri də  «əl-qol, qaş-göz hərəkətləri» 

«dili» «hərəkətlər» sayılır. Sosial əhəmiyyətli məlumatların 2/3-yə  qədəri  əsas etibarı ilə 

«hərəkətlər» dili ilə ötürülür: daha doğrusu, «hərəkətlər dili»ndə dilində susmaq mümkün 

deyildir, biz daima nə isə «ötürürük» və insanlar tərəfindən təsvir olunmağa məruz qalırıq. 

Və bu, rasionallığın və məntiqin ikinci plana keçdiyi ünsiyyət səviyyəsidir. 

Belə hesab olunur ki, «hərəkətlər» «dili» seksuallıqla birbaşa  əlaqəlidir, subyektiv 

erotikasının və obyektin seksual oyunlarının xüsusiyyətlərini ifadə edir. həqiqətdə «hərəkət 

dili» – geniş kommunikasiya meydanıdır: o, insanın keyfiyətləri, əhəmiyyətli fərdi əlamətləri 

haqda məlumat ötürür: yaş, cins, irqi mənsubiyət, hisslər, göstərişlər, özünü 

qiymətləndirmə, «mən» obrazı, sosial status. Bu, ona görə mümkündür ki, eyni zamanda 

həm alət, həm də vasitə olan bədən iki müxtəlif qaydalara tabedir. Verbal dildən fərqli 

olaraq «real» dil qayda-qanun elementidir. Onun dili, icra hakimiyyətinin aləti olub, 

hökmranlılıq atributuna malikdir. 

Cinslər arasında  əsas müxtəflik – qender ideyaları – sivilizasiyanın mürəkkəb 

prosesində konkretləşdirilir ki, bu zaman fərd tərəfindən mədəni və sosial qaydalar 

mənimsənilir. «Qender» cəmiyyətdə «qadınlıq» və «kişilik» anlayışları ilə  əlaqələndirilən 

bütün təsəvvürlərin və ümumilərin cəmini bildirir. «Qenderləşdirmə» həm də ona gətirdi ki, 

qadının və kişinin  əvvəllər dəyişkənli, dağılmış  əl-qol hərəkəti, davranışı aydın və  kəskin 

                                                 

1

 «Философия», стр.406 




 

23

konturlar qazanmış oldu. Bədən, ictimai ideologiyanın və  şəxsi eyniləşdirmənin bütöv 



birləşmə yerinə çevrilir, bədən «üçüncü cinsi əlamətə» çevrilir. Cinslərin sosioloji 

müxtəlifliyi və onların psixoloji bəraət olunmaları, cinslərin arasında hökmranlığın 

(tabeçiliyin) qarşılıqlı münasibətlərini gücləndirir. 

Deməli, aftonomiya (müsətqillik, azadlıq) və özünü dərk, cəmiyyətdə fiziki qüvvə, 

sosial hakimyyət və seksul potensiya ilə birbaşa əlaqələndirilir və onlar birmənalı  şəkildə 

«kişiliyə» aid edilir. Əks vəziyyətdə «kişiliyə» aid özünüdərk əvəzinə «qadına aid» özünə 

diqqət, özünə məxsus bədənin özgəninki kimi «başqası» üçün nəzərdə tutulmuş kimi seyri 

əmələ gəlir. Gözəlliyə qarşı getdikcə artan tələblərə (bir qayda olaraq kişilərin irəli sürdüyü) 

uyğun gəlmək üçün, qadın bədəni çoxsaylı  dəyişikliklərin hədəfinə  və qurbanına çevrilir. 

Cəlbedicilik prinsipi qadınlar üçün «döş köynəyinə», «qadınlıq» isə – ikinci təbiətə çevrilir. 

Madam ki, hakimiyyət həm də  təyinedici hakimiyyətdir, geyim (və saçdüzümü) 

hakimiyyətin həlledici faktoruna çevrilir, cəmiyyətdəki sosial vəziyyəti əks etdirir. 

«Estetik nüfuz» sahibləri (modelyerlər, üslubçular), dini, kübar və ya «xüsusiyyətçi» 

hakimlər olan kişilər – nəinki özlərinin, həmçinin qadın geyimlərinin dəb qoyanlarıdır. Kişi 

geyimi: rahatdır, funksionaldır, keyfiyyətlidir, sosial vəziyyəti və rifahı  təyin edərək o ailə 

statusuna qarşı etinasızdar. Qadın geyimi həmişə cəlbedicilik yəni başqası üçün faydaçılıq 

meyarı ilə qiymətləndirilir. O, sərbəst hərəkəti məhdudlaşdırır, səhhət üçün zərərlidir, ziyan 

gətirir (korset, korsaj). Çox vaxt geyimlə ailə vəziyyəti müəyən olunur (qadın ərdədir və ya 

yox). 

Beləliklə, hakimiyyət müəyyənləşdirir, aydınlaşdırır, nəzarət edir, cəzalandırır. Lakin, 



«qenderlekt» (cinsi dil) göstərir ki, bir dildə iki dialekt – qadının dili və kişinin dili əksər 

hallarda qarşılıqlı anlaşılmazdır (məsələn, kişinin yüksək səsi-təcavüz  əlaməti olduğu 

halda, qadınınki hal-təbdən çıxmaq kimi qəbul edilir). Bunlar jestlərə, mimikaya, baxışlara, 

bədənin vəziyyətinə, hərəkətə  də aiddir. Ətrafda davranış  və onun mənimsənilməsi 

həmçinin qadınların və kişilərin fərqli olduqlarının göstəriciləridir.  

Kişiləri səciyyələndirən edən böyük məkan zəbti, maşınların kabinetlərin (öz 

məkanının,  ərazisinin müdafiəsi) ölçüsü, qadınların məkanda köməksizliyi, «yad» 

məkanda hərəkət azadlığının və onun sürətlə  hərəkətetmə qabiliyyətinin məhdudluğu ilə 

əksdir: kişilərin vahid məkanı qadınlar üçün kütləvi və şəxsi mühitə parçalanır. 

Demək olar ki, şüursuz mədəniyyət qadın obrazını kişinin rəqibi kimi qəbul edir, 

onun əks cinsin nümayəndəsinin tamhüquqlu partnyoruna çevrilməsi – qender problemini 

anlamaqla zənginləşmiş yeni mədəniyyətin vəzifəsidir. 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə