Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 

38

 



 

 

  




 

39

N ə t i c ə

Kişilər… Qadınlar… Bəşəriyyətin yaradılışının  əsası olan insanlığın bu ayrı-ayrı 

şəxsləri cəmiyyətdəki bütün hadisə  və proseslərin inkişafını  tənzimləyən hərəkətverici 

qüvvələridir. BMT-nin İnkişaf Proqramında qender münasibətləri xüsusi yer tutur. qender 

problemləri getdikcə respublikada da aktual mövzuya, xüsusi maraq dairəsinə 

çevrilməkdədir. Məsələnin  əsas məğzi cinsindən asılı olmayaraq insanların bütün 

sahələrdə hüquqlarının eyni dərəcədə sosial bərabərlik prinsipi əsasında bərabər həyata 

keçirilməsindən ibarətdir. 

Sosial-mədəni prolseslərin meyarları – ölçüsü baxımından qender mədəniyyəti 

ümumbəşəri dəyərlərdəndir. Müasir dünyanın inkişaf etmiş  tədris ocaqlarında qender 

elminin metodu, predmeti ümumi siyasətin, ictimai təfəkkürün cəmiyyətdə cinslərin 

qarşılıqlı münasibətinin ayrılmaz tərkib hissəsi kimi tədris olunur. Bu elm respublikamız 

üçün nə  dərəcədə xarakterikdir? Bu suala cavab vermək üçün nəinki tarixi-fəlsəfi 

istiqamətli araşdırmalar, konkret sosioloji sorğulardan tutmuş sosial elmlərin etibar etdiyi 

bütün sahələrin milli xarakterə uyğun tərzdə  tədqiqi müasir dünyagörüşü baxımından öz 

vacibliyi ilə aktuallaşmalı, qender problematikası xüsusi və ümumiləşdirilmiş analiz 

nəticəsində  aşılanmalıdır. Qender münasibətləri haqda biliklər maarifləndirmə  tərzi 

daşımalı, uşaq və  gənclərə öyrədilməli, ümumtəhsil- tədris müəssisələrinin də xüsusi 

proqramları olmalıdır. Bunun üçünsə  ədəbiyyatlar tərcümə edilməli, yerli mütəxəssis 

kadrlar hazırlanmalıdır. Kütləvi informasiya vasitələri  əhaliyə qender biliyi çatdırmaqda 

müstəsna rol oynamalıdırlar. Sivil dünya çərçivəsi baxımından insan hüquqları, qadın və 

uşaq hüquqları qender bərabərliyi müstəvisində ali məktəblərdə humanitar fakültələrlə 

yanaşı texniki sahələrdə də onun təlimi cəmiyyətin sosial ahəngi baxımından zəruridir. Bu 

özlüyündə sosial amillərin insan faktorunun psixoloji yönümdə formalaşmasının da xüsusi 

əhəmiyyət kəsb etdiyini göstərir. Çoxsaylı ziddiyyətlər içrə yaşayan respublikamız üçün 

obyektiv problemlərin həlli sosial stabilliyə istiqamətlənmiş qender tarazlığına nail 

olunmasıdır. 

Qender problemləri qlobal problemlər sistemində sülh və müharibə məsələlərindən 

sonra mühüm sırada durur. Müasir qlobolistikada qender problemlərinin yeri və rolu 

müəyyənləşdirilərkən qarşıya aşağıdakı konkret vəzifələr çıxır: 

1)  Müasir dövrün qlobal problemləri xüsusiyyətlərinin meydana gəlməsi səbəblərini və bu 

problemlər sistemində geender problemlərinin yerini aşkar etmək; 

2) Cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərinin optimallaşdırılması, qender 

problemlərinin hüquqi ideoloji aspektini açmaq; 

3) Sosial istiqamətdə qenderin mühüm konsepsiyalarının nəzəri-metodoloji, sosial-siyasi 

və aksioloji dünyagörüşü əsaslarını açmaq; 

4) Qender problemlərinin təhlilinə ümumbəşəri yanaşmanın üstünlüyünü göstərmək. 

Müasir dövr qender problemləri situasiyasının və qlobal problemlərinin xarakterini 

düzgün anlamaq üçün, hər  şeydən  əvvəl, bəşəriyyət tarixində  cəmiyyətdə cinslərin 

qarşılıqlı  təsirinin  əsas meyllərini izləmək, ikincisi, ictimai fikir tarixində bu problemlərə 

münasibət baxımından nəzəri şüurun əsas inkişaf mərhələlərini nəzərdən keçirmək. 

Qender problemləri yaranmasının, onların həllinin üç yolunu göstərək:1) tarixi, 2) 

sosial, 3) mənəvi-psixoloji siyasət yollarıdır. Birinci yol, konkret qender problemlərinin tarixi 

araşdırılmasını irəli sürür. İkinci, cəmiyyətdə cinslərin harmonik inkişafının kompleks 

qender proqramlarının yaradılmasını  nəzərdə tutan sosial-ictimai siyasətin həyata 

keçirilməsini tələb edir. Üçüncü yol, şəxsiyyətin qender mədəniyyətinin, qender şüurunun 

və davranışının formalaşmasını  nəzərdə tutur. Deməli, məhz üçüncü yol qender 

məsələlərinə fikir verməyi tələb edir. 

Qlobal qender problemləri sistemində qadın məsələsi mərkəzi yerlərdən birini tutur. 

Qadın məsələlərinə qlobal yanaşma zamanı  mənəvi-psixoloji, sosial-məişət prinsipləri, 

əxlaq normaları və s. mütləq nəzərə alınmalıdır. 




 

40

Yəni qadına təkcə biololji populyasiya kimi deyil, sosial cəhətdən fəal, məqsədyönlü 



qüvvə kimi baxmaq lazımdır. Cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərinin yeni bir 

formasını elmi cəhətdən əsaslandırmaq – uzun müddətli strategiya hazırlanmasıdır. Çünki 

insani keyfiyyətlərin  əsas komponentlərinin təkmilləşməsi üçün tədbirlər proqramının 

hazırlanması zəruridir. Bu baxımdan qender təbliğatı aşağıdakı problemlərin həllinə kömək 

etmiş olar: 

-  cəmiyyətdə qender haqqında konkret elmi biliklərin yayılmasını, cinslərarsı  əlaqənin, 

münasibətdə baş verən müxtəlif proses və hadisələrin sosial əhəmiyyətini öyrənməyə, 

- dövlətin elmi cəhətdən  əsaslandırılmış qender siyasətindən çıxış edərək, konkret 

qender problemlərinin həllinə, 

-   cəmiyyətin müxtəlif qruplarının səviyyələrinin müəyyənləşdirilməsinə , 

- kütləvi ədəbiyyatın dərcinə, nəşrinə, 

- seminar və konfransların təşkilinə, mühazirələrin hazırlanıb müxtəlif yerlərdə 

oxunmasına, 

- maarifləndirməyə, informasiyaların toplanıb işıqlandırılmasına. 

 

 

 




 

41

TƏDRIS PROQRAMLARI: 



 Qender tədqiqatlarına giriş: Tarix, nəzəriyyə, təcrübə

Tərtibçilər: Əli Abasov və Svetlana Adıgözəlova 

 

Məlumat və müzakirə üçün təqdim edilən proqramlar Respublikada qender təlimi 



(və ya qenderşünaslıq) üzrə ali məktəblər üçün ilk tədris proqramlarıdır.  

Bütün maraqlanan olanları jurnal vasitəsilə müzakirəyə dəvət edirik.  

«Qender tədqiqatlarına giriş: anlayışlar sistemi, tarix, nəzəriyyə, təcrübə sosiologiya 

və statistika» kursuna dair metodik göstərişlər.  

Bu gun qender tədqiqatları artıq cəmiyyətin sosio-mədəni problemlərinin tədqiqində 

kifayət qədər mühüm yer tutur.  

Tarixi prosesin yenidən qurma metodu kimi qender keçmiş  və müasir hadisələr 

arasındakı qarşılıqlı əlaqənin yeni konsepsiyasını təqdim etmək imkanı verir və bu əsasda 

gələcək hadisələrin, o cümlədən cəmiyyət inkişafının perspektivlərini yeni tərzdə 

proqnozlaşdırır. Bu isə qenderin yeni dünyagörüşünü formalaşdıran fəlsəfəyə bilavasitə 

aid olan idrak istiqaməti hesab edilməsi üçün tutarlı  dəlildir. Bu nəticəni qender 

tədqiqatlarının mədəniyyət və etika üzrə konsepsiyalara göstərdiyi təsirlə  təsdiq etmək 

olar. Qender və ekoloji tədqiqatların sıx  əlaqəsi, müasir qlobal və sosial-ekoloji 

problemlərin səbəblərinin tədqiqi bəşər elmi və humanitar fikri sintezinin növbəti 

mərhələsinin təşəkkülünü göstərir.  

Qender – fəlsəfənin nəzəri problemləri ilə yanaşı, müasir həyatın təcrübəsi 

cəmiyyətdə gedən siyasi və hüquqi proseslərlə bilavasitə bağlı olub, siyasi, sosial, iqtisadi 

və mənəvi sahələrin tədqiqinə mühüm dəyişikliklər gətirdi.  

Artıq neçə illərdir ki, qender ölçüsü beynəlxalq hüququn labüd atributudur və demək 

olar ki, bütün qlobal təşkilat və qurumların, mühüm beynəlxalq konfrans və simpoziumların 

sənədlərində öz əksini tapır.  

Müasir sosial problemlərin qender tədqiqatlarında qlobal əhatəsi kursun qender 

tədqiqatları haqqında ümumi təsəvvür verə biləcək aşağıdakı hissələrə ayrılmasını  təklif 

edirik:  

1.Anlayışlar sistemi. 2.Tarix. 3.Nəzəriyyə. 4.Təcrübə. 5.Sosiologiya və statistika. 

Bu istiqamətin nisbətən yeniliyini onun anlayış , əksəriyyət tərəfindən qəbul edilmiş 

sistem  şəkilli almamasını  nəzərdə tutaraq, kursu-ümumi terminləri, onların etimologiyası, 

məzmunu və qarşılıqlı  əlaqəsini daxil etməklə başlamaq daha məqsədəuyğundur. 

Xüsusən nəzərə almaq lazımdır ki, hətta matriarxat və patriarxat kimi məlum anlayışlar 

belə qender tədqiqatlarında yeni məzmun kəsb edir, bu da kişi və qadınlarda məlum 

normaların təşəkkülünə  səbəb olan xüsusi mədəni təsir özünün öz sosial institutları 

vasitəsilə kişi və qadın  əxlaqının yaranması  və onların gündəlik həyatda rollarının 

müəyyən etməsi haqqında təsəvvür yaratmalıdır. Bu fasiləsiz proses düz yolu dolayı 

şəkildə: mədəniyyət, din, ailə, dövlət, tərbiyə  və  təhsil sistemi , kütləvi informasiya 

vasitələri və s. sosial institutlar vasitəsilə gedir.  

Kişi və qadın təbii (bioloji) və sosial ayrılması (differensiyası) arasında olan fərqi 

cins (seks) və Qender (soy) kimi iki mərkəzi anlayışın daxil edilməsi ilə möhkəmləndirmək 

lazımdır. Birinci bölgünün (differensiyasının) təbii, bioloji təkamülün nəticəsi və insan 

nəslinin davamı üçün zəruri olmasını göstərdikdən sonra diqqəti kişi və qadınlar arasında 

sosial münasibətlərin yaranmasına, onların  əxlaq normaları  və sosial rollarını 

qenderşünaslıq adlanan elmin mövzusu olmasına yönəltmək lazımdır. Beləliklə, qender 

tarixən qender assimetriyasının yaranmasını, onun gələcəkdə mövcud olmasını, xüsusi 

qender yanaşma üsulunun formalaşmasını, qender mədəniyyəti və qender ölçüsü 

hadisələri və anlayışlarını tədqiq edir. Bu prosesin qanunauyğun nəticəsi isə qender şüur, 

idrak və dünyagörüşünün yaranması olacaqdır.  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə