Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

 

36

jurnalistlər nəinki  ədəbi-publisistik, həmçinin siyasi, iqtisadi, beynəlxalq mövzularda 



təhlillərlə  çıxış edir, müstəqil fikir yürüdürlər. Mətbuatda qadınların münaqişə zamanı 

məruz qaldığı zorakılıq halları, qaçqın və  məcburi köçkün qadınların vəziyyəti, qadının 

cəmiyyətdə yeri, mövqeyi, qadın liderlər haqda yazılar dərc edilir. Lakin qeyd edək ki

«sarı», yəni- bulvar mətbuatında bəzən açıq-saçıqlığa, ekranlarda isə əxlaqsızlığı nümayiş 

etdirən filmlərə rast gəlinir. Dövlət televiziyasında «Səadət» və «Ailələr və talelər» 

verilişləri və özəl telekanallarda «Qadın saatı», «Eybi yox», «Bir böl iki», «Qadın dünyası», 

«Qadın və kişi», «Ailə üçbucağı» verilişləri cəmiyyətdə qadın problemini açıqlayırlar.  

Bəzən münaqişə ocaqlarına ilk can atan da qadın jurnalistlər olur. Qarabağ 

konfliktinin ilk jurnalist qurbanı olmuş Salatın  Əsgərova belələrindəndir. Son Əfqanıstan 

hadisələrində ANS özəl telekanalının qadın jurnalisti Kabildən canlı reportaj hazırlamaq 

üçün  Əfqanıstana, «Speys» özəl telekanalının qadın jurnalisti 11 sentyabr 2001-ci il 

hadisələrindən sonra, hadisə haqqında daha obyektiv veriliş hazırlamaq məqsədi ilə ABŞ-

a, ANS telekanalının jurnalisti isə İraq hadisələrində İraqa ezam olunmuşdular.  

Qender problemini əks etdirən «Etimad telefonu» (ssenari müəllifi və rejissor 

R.İbrahimbəyov) cəmiyyətdə qadın-kişi münasibətlərinin real əksi, qenderə həsr olunmuş 

ilk filmdir. 

Bütün bunlarla yanaşı, qadın mövzusu yenə  də  KİV-də istənilən səviyyədə 

işıqlandırılmır. Qadınlar  əksər hallarda gözəllik nümunəsi kimi reklam edilir. Cəmiyyətdə 

qadına münasibət məsələsinə ciddi yanaşmağa və  KİV vasitəsilə bu sahədə 

maarifləndirmə işi aparmağa böyük ehtiyac vardır.  



Qadınlar və  ətraf mühit. Qadın orqanizmi zərif olduğu qədər də  həssasdır. Ekoloji 

tarazlığın pozulması,  ətraf mühitin çirklənməsi qadın səhhətinə ziyan vurmaqla həm də 

gələcək nəslə ziyan vurur.  

Silahlı münaqişələr zamanı ətraf mühitin çirklənməsi nəticəsində doğulan uşaqlarda 

anadangəlmə çatışmazlıqlar daha çox olur. Bu zaman stress, həyacan, qorxu kimi hallar 

qadınlara qarşı mənəvi zorakılığın bir nümunəsidir. 

Azərbaycanın Qarabağ münaqişəsi kimi problemi və neft-qaz kimi təbii yanacaqla 

zənginliyi respublikada ətraf mühitin qorunmasını  zəruri edir. Ətraf mühitə aid məsələlər 

Respublika Konstitusiyası və "Təbiətin və təbii sərvətlərin qorunması haqqında» Qanunda 

təsbit olunmuşdur.  



Qızlar. Cəmiyyətin əsas həssas qrupu sayılan qızlar Azərbaycanda tarixi adət ənənələrə 

uyğun olaraq, daima kişi cinsi tərəfindən xüsusi mühafizə olunubdur. Respublikada 

əhalinin son 1999-cu il siyahıya alınması statistikasına görə qızlar: 1 yaşa qədər – 71600 

nəfər; 1-4 yaşarası – 349600 nəfər; 5-9 yaşarası – 441000 nəfər; 10-14 yaşarası – 406900 

nəfər; 15-19 yaşarası isə 354600 nəfər təşkil edirdi. 

 Lakin, 


bəzən qız uşaqlarına qarşı o hələ dünyaya gəlməmiş  də ayrı-seçkilik edilir. 

Yeni texnologiya və aparatlar əvvəlcədən dölün oğlan və ya qız uşağı olmasını müəyyən 

etməyə imkan yaradır və  ən çox da belə halda qız uşağı arzuedilməz hesab edilir, 

«zorakılığa» məruz qalır. 

 Son 

illərdə aparılan statistik araşdırmalar göstərir ki, kənd və  qəsəbə 



məktəblərində, qaçqın və  məcburi köçkünlərin məskunlaşdığı çadır düşərgələrində, 

yataqxanalarda qızların təhsildən yayınma halları vardır. Bu tipik hal iqtisadi vəziyyəti ağır 

olan, eləcə də valideynlər işləməyən ailələr üçün daha xarakterikdir. Onu da qeyd edək ki

qızların erkən ərə getməsi problemi ilə yanaşı respublikada "«qarımış"» qızlar problemi də 

artıq aşkar gerçəklikdir. Digər ağrılı bir fakt 1995-2000-ci illərdə 108 nəfər yetkinlik yaşına 

çatmayan qız uşağının cinayət törətməsidir. 

 

Qız uşaqlarının təhsili ilə bağlı olan bir çox problemlər hələ kifayət qədər 



araşdırılmadığı üçün, sovet ideologiyası dövründə formalaşmış münasibət hələ də özünü 

göstərir. Qızların və oğlanların texniki peşə məktəbləri üzrə cinsə görə bölgüsündə qender 

disbalansı müxtəlif istiqamətlər üzrə peşə hazırlığının inkişafında labüddür. Qızlar təhsil 



 

37

alacaqları müəssələrin seçimi zamanı yenə  də  əsasən tibbi, pedaqoji və humanitar 



sahələrə üstünlük verirlər.  İxtisasa görə qender bölgusundə son illərdə  qızların 

iqtisadiyyata da meyilliyi müşahidə edilməkdədir. 

 2000-ci 

ildən ixtisaslaşdırılmış orta məktəblərdə oxuyan tələbələrin 67%-ni qızlar 

təşkil edirdi. Onların da təqribən 95%-i elmin tibb, pedaqoji, təbiət sahələrini və 

texnologiyanı seçmişdi. Qızların 50%-dən çoxu incəsənət, kompüter elmi, iqtisadiyyat və 

idarəçilik sahələrində oxumağa çalışırdı. Maşınqayırma, inşaat, enerji, kənd təsərrüfatı və 

balıqçılıq kimi sahələrdə oxumaq qızlar üçün nədənsə xarakterik görünmür, çox nadir 

hallarda bu sahələrdə qızlara ras gəlinir. Ali məktəblərin pedoqoji və tibb elmi sahələrinə 

üstünlük verən tələbələrinin təxminən 67%-ni qızlar təşkil edir.  

Azərbaycan Respublikasında qender statistikasının təhlilindən belə qənaət alınır: - 

qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə beynəlxalq elmi-tədqiqat-tədris institutunun 

himayəsi altında qadınların vəziyyətinin öyrənilməsi ilə bağlı elmi-tədqiqat işlərinin 

əlaqələndirilməsinin təmin edilməsi; - qaçqın və  məcburi koçkün qadınların vəziyyətinin 

alim və mütəxəssislərin iştirakı ilə elmi təhlilinin aparılması və bunun əsasında beynəlxalq 

tələblərə müvafiq uzunmüddətli reabilitasiya proqramının işlənib hazırlanması; - tranzit 

iqtisadiyyatı ölkələrində qadınların vəziyyətinin spesifik şərtlərinin tələbləri əsasında qadın 

sahibkarlara güzəştli kreditlər verilməsi və  məşğulluq proqramlarının maliyyələşdirilməsi 

yolu ilə dünya bankı miqyasında xüsusi iqtisadi himayədarlıq göstərilməsi.  

Müharibələr zamanı qadınlar daha çox zorlama və zorakılıq hallarına məruz qalırlar. 

Onlar qaçqın düşərgələrində  və müvəqqəti məskunlaşdıqları digər yerlərdə müxtəlif 

çətinliklərlə üzləşirlər. Qadınlar antisanitariyadan, lazımi tibbi yardım göstərilməməsindən 

əziyyət çəkir, qızlar təhsildən yayınırlar. UNHCR və ya digər yardım agentliklərinin 

qaçqınlar üçün nəzərdə tutulan xüsusi məntəqələrdə paylanan yardım payları  bəzən 

kişilərin təqsiri üzündən ailə başçısı qadın olan ailələrə çatmır. Çadır şəhərciyinə nəzarət 

edənlərin də kişilər olduğunu nəzərə alsaq, bir qayda olaraq qadınların şikayətləri eşidilmir 

və kişilər tərəfindən dəstəklənmir. Yekun olaraq qaçqınlara və məcburi kökünlərə qayğının 

və diqqətin artırılması məqsədi ilə bir neçə təklif irəli sürmək istərdik: 

- respublikanın ərazi bütövlüyünün bərpa olunması, erməni təcavüzkarlar tərəfindən işğal 

olunmuş torpaqların azad edilməsi; 

- erməni əsirliyində olan qadın və uşaqların hamısının azad olunmasının təmin edilməsi;  

- doğma torpağa məhəbbət və vətənpərvərlik hisslərinin gücləndirilməsi, münaqişənin sülh 

yolu ilə həllinin məqbulluğunun əhaliyə başa salınması; 

- torpaqlar qaytarıldıqdan sonra yeni yaşayış evlərinin, sosio-mədəni obyektlərin tikilməsi, 

dağıdılmış şəhər və kəndlərin bütün maddi bazalarının yenidən qurulması;  

- qaçqın və  məcburi köçkün düşərgələrində qadınların maarifləndirilməsi istiqamətində 

beynəlxalq təşkilatların treninq-seminarlarnın sayının artırılması;  

- qadın hüquqları haqda bilgilərin ardıcıl xarakterdə olması; 

- oğlan və qız uşaqlarının şüuruna onların müvəqqəti qaçqın olduqları fikrinin daim təlqin 

edilməsi; 

- oğlan və qızlarda təhsilin vacibliyinə marağ oyadılması, onların təhsilə cəlb edilməsi; 

- tibbi xidmətin lazımi səviyyəyə qaldırılması, qadınlar üçün xüsusi reabilitasiya mərkəzləri 

yaradılması; 

- qadın məşğulluğu məsələsində müəyyən dəstəklər tapılması. 

 

 

 



 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə