Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

 

34

nəfərə  148 tələbədən (1990)  112 tələbəyə  (1999) enmişdi. Tələbələrin təxminən 41%-



niqadınlar, 59%-ni isə kişilər təşkil edir. 

Alim qadınların da vəziyyəti keçid dövründə mürəkkəbləşmişdir.  1998-ci ilin 

məlumatına əsasən elmi-tədqiqat sahəsində məşğul olanların 40,8%-i qadın, 59,2%-i kişi 

idi. 2000-ci ilin axırına elm sahələri üzrə aspirantların 35%-i qadın, elmlər namizədlərinin 

44%-i qadın, 56%-i kişi idi, elmlər doktorlarının 7%-i qadın. Elmə ayrılan xərclərin 

azaldılması həm kişilərin, həm də qadınların bu sahədən uzaqlaşmasına gətirib çıxarır. Bu 

sahənin yüksək intelektual potensiala və təhsilə malik olan insanları öz həyatı tələbatlarını, 

aldıqları əmək haqqı müqabilində, bazar iqtisadiyyatına uyğunlaşdıra bilmirlər. Hökumətin 

bu sahəyə ayırdığı maliyyə  vəsaiti islahatlar aparmağa, yeni elmi mərkəzləp yaratmağa 

imkan vermir. Dövlət tərəfindən maliyyələşən elmi tədqiqatlar, o cümlədən qender, qadın 

məsələsi və qadın problemlərinin də araşdırılması prioritet sahələrə daxildir. Respublikada 

qender assimetriyasının tədqiqi ilə  əlaqədar Qadın Problemləri üzrə Dövlət Komitəsində 

Elmi Araşdırma Mərkəzi yaradılmasına zəruri ehtiyac vardır. Təhsilin bütün pillələrində 

uyğun təhsilalma imkanlarına yol açılması da vacib amillərdəndir.  



Qadın və səhiyyə. İnsanların sağlamlığının qorunması ətraf mühitin mühafizəsi, işlə təmin 

olunması, tərbiyə  və  təhsil alması, qida ilə  təmin olunması, ona tibbi və sosial yardım 

göstərilməsi ilə  şərtlənir. Məlum sovet dövrünün səhiyyə sisteminin dağılması, müalicə-

profilaktika sahələrinin lazımi avadanlıq, dərman preparatları, müasir texnika və 

ehtiyatlarla təchiz olunmaması  və müharibə amili də öz təsirini göstərir. Beləliklə, 

səhiyyənin real vəziyyətini görürük. 2001-ci ilin son məlumatlarına görə ölkədə  16400 

qadın, 10600 kişi həkim vardır, yəni 61%-i qadın, 39%-i kişi. Statistika göstərir ki, səhiyyə 

sistemi qadınların peşə kimi seçdiyi əsas sahələrdən biridir.  

Ölkədəki iqtisadi və sosial dəyişikliklər, həmçinin müharibə amili qadınların 

səhhətinə,  əsəb sisteminə  əsaslı  mənfi təsir göstərmişdir. Təsadüfi deyildir ki, 2000-ci il 

məlumatına görə 2430 nəfər qadında XX əsrin bəlası hesab olunan bədxassəli şiş xəstəliyi 

qeydə alınmışdı. Bu da həmin xəstəliyə düçar olmuş insanların 51%-ni təşkil edir.  

1995-ci ildən ölkədə başlanan özəlləşmə prosesi tibbi xidməti də  əhatə etdi. 

Ödənişli müalicə, tibbi xidmət yoxsulluq vəziyyətində olan əhali üçün heç də münasib 

deyildi. Onlar imkansızlıq ucbatından yaxşı qidalanmadıqlarından, xəstəliyə tutulduqları ilk 

anlardan bu xəstəliyə qeyri-ciddi yanaşır, müalicə etdirə bilmir, sonra da ağır fəsadlarla 

üzləşirdilər və bir-çox hallarda bu, ölümlə nəticələnirdi.  

Respublikada qadınlar tərəfində kontraseptiv üsullardan çox az istifadə olunduğu 

üçün, hamiləliyin qarşısı adətən ya abortla, ya da bəzi hallarda türkəçarə vasitələrlə 

alınırdı. 2000-ci ildə  17500-ə  qədər abort halı qeyd olunmuşdu. Doğuş zamanı ana və 

uşaq ölümünün vəziyyəti belədir: 1995-ci ildə ana ölümü 37 nəfər idisə, 1996-cı ildə – 44; 

1997-ci ildə – 31;  1998-ci ildə – 41;  1999-cu ildə – 43; 2000-ci ildə 38 nəfər olmuşdur. 

1996-cı ilə nisbətən 2000-ci ildə 6 nəfərin azalması  uğur olmasa da hər halda müəyyən 

irəliləyişdir. Uşaq ölümü isə  1995-ci ildə 26 nəfər;  1997-ci ildə – 21;  1998-ci ildə – 18; 

1999-cu ildə – 17 və 2000-ci ildə 14 nəfər olmuşdur. Getdikcə azalan nəfərlər az da olsa 

yenə müsbət haldır.  

Hamiləlik dövründə  və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara  126 təqvim 

günü (doğuşdan  əvvəl 70 və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli 

məzuniyyət verilir. İki və ya daha çox uşaq doğulanda məzuniyyət  180 təqvim günü 

(70+110), doğuş çətin olduqda isə 156 (70+86) təqvim günü müddətinə verilir. Anaların və 

uşaqların mühafizəsi üçün, habelə  təhsil və yaradıcılıqla  əlaqədar Azərbaycan 

Respublikası Konstitusiyası sosial məzuniyyətləri təsbit edir. Həkimlərə, orta tibb işçiləri və 

əczaçılara 30 təqvim günü məzuniyyət verilir. 

İlkin uşaqlıq dövrünün insanın sonrakı inkişafında xüsusi yeri vardır. Buna görə 

hamiləlik və körpəlik dövrünün mühafizəsi dövlətin və  səhiyyə sisteminin əsas prioritet 

məqsədi olmalıdır. Sovet dövründən qalmış qadın məsləhətxanaları, doğum evləri və uşaq 




 

35

poliklinikaları köhnəldikləri üçün təmirə ehtiyacları vardır.  Əksər yerlərdə isə yenilərinin 



tikintisi vacib məsələlərdən biridir. Bakı  şəhərində  1999-gu ildə bütün müasir 

avadanlıqlarla təchiz edilmiş, ödənişli ilk özəl Mamalıq və Ginekologiya Mərkəzi açılmışdır. 

Əhalinin yerdəyişməsi, işsizlik, narkomaniya və  əxlaqsızlıq hallarının təsiri 

insanların bir sıra xəstəliklərə, eləcə  də  QİSÇ-ə yoluxmasına səbəb olur. 2000-ci ilin 

məlumatına görə 270 qadın və 240 kişi siflisə yoluxmuşdu. 1999-cu ildə 7 azərbaycanlıda 

və  17  əcnəbidə (Bakıda işləyən və  təhsil alan) QİSÇ aşkar edilmişdi. Son illər QİSÇ-ə 

qarşı Azərbaycan Dövlət Mərkəzində 60 nəfər azərbaycanlı  və 20 nəfər  əcnəbi  şəxs bu 

xəstəliklə qeydiyyatdan keçmişdir. Onu da əlavə edək ki, bəzən anonim müalicə halları da 

mövcuddur. Bu da faktdır ki, Azərbaycanda tarixən belə xəstəliklərin gizlədilməsi ənənəsi 

və ya türkəçarə ilə müalicəsi mövcud olmuşdur.  

Digər mühüm bir faktı göstərək ki, səhiyyə sistemində də qadınlar çoxluq təşkil edir 

və bu fərq qender tarazlığının mütənasib olmadığını göstərir. Ümumiyyətlə isə  səhiyyə 

sahəsində də xüsusi islahatlara ehtiyac olduğu üçün buna beynəlxalq təşkilatların dəstəyi 

gərəkdir. Müharibə  fəsadları ilə  əlaqədar olan psixoterapevtik məsləhətxanaların bütün 

şəhər-rayon-kənd yerlərində yaranması  zərurətdir. Beynəlxalq təşkilatların köməyi 

nəticəsində respublikaya gətirilən dərman ləvazimatı da köməkçi vasitə kimi insan 

sağlamlığının qorunmasında bir vasitədir.  İçməli suyun təmizlənməsi və  ətraf mühitin 

təmizliyi də vacib amildir. Əhali arasında qadın səhətinin qorunmasının vacibliyi haqda 

mütəmadi olaraq televiziya verilişləri aparılması, seminarlar keçirilməsi mühüm əhəmiyyət 

kəsb edir.  



Qadınlar və iqtisadiyyat.  İqtisadi yüksəliş insanın, o cümlədən qadının rifah halının 

inkişafı üçün başlıca amildir. Azərbaycanda qadınlar və kişilər iqtisadiyyat sahəsində

qazanc əldə etmək, öz həyatı tələbatlarını ödəmək məsələsində qeyri-bərabər imkanlarla 

üzləşirlər. Belə ki, qeyri-rəsmi məlumatlara görə, bir milyondan çox insan işsizliyə görə 

respublika hüdudlarını  tərk etmişdir. Bunun nəticəsində iqtisadi tənəzzül qadınlara 

kişilərdən daha çox zərbə vurmuş, məsuliyyət onların üzərinə yüklənmişdir. Xırda küçə 

ticarəti ilə  məşğul olan, imkanlı ailələrdə  işçi qüvvəsi kimi çalışan və dövlət büdcəsindən 

maliyyələşən təşkilatlarda işləyən qadınların həyat səviyyəsi qənaətbəxş deyildir.  

2000-ci ildə  fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayını ümumilikdə qender 

bölgüsü ilə götürsək 556045 nəfəri qadın və 661742 nəfəri kişi idi. Bu da paralel olaraq 

46% və 54% edir. 2000-ci ildə istehsalatda sahələr üzrə zərər çəkənlərin ümumilikdə 4-ü 

qadın,  173-ü kişi; ölənlərin sayı isə 37 nəfər idi ki, onların da hamısı kişi olmuşdur. 

Qadınların daha çoxu humanitar meylli sahələrdə işləyir. Bu isə ölkədə qender disbalansı 

yaradır.  İqtisadiyyatın bank sistemi, vergi, ağır sənaye, balıqçılıq, tikinti və s. kimi 

sahələrində qadınlar çox az təmsil olunurlar. 

İqtisadiyyatda qadının rolunu artırmaq üçün meyvəçilik, baramaçılıq, tərəvəzçilik, 

balıqçılıq, tütünçülük, pambıqçılıq, xalçaçılıq kimi xüsusi qadın  əməyi tələb olunan 

sahələrə diqqəti yönəltmək zəruridir. 



Qadınlar və kütləvi informasiya vasitələri (KİV). Dünyaın bütün sivil ölkələrində olduğu 

kimi, Azərbaycanda da hər bir vətəndaş öz düşüncələrini şifahi və yazılı formada, siyasi və 

fəlsəfi konsepsiyalarla, bədii obrazlarla KİV-də çap etdirmək, eyni zamanda radio və 

televiziyada demək və göstərmək imkanına malikdir. Respublikada nəşr edilən qəzet və 

jurnalların müxbirlərinin təxminən yarıya qədərini qadınlar, o cümlədən gənc qızlar təşkil 

edir. Dövlət və özəl universitetlərin jurnalistika fakultələrində  təhsil alan tələbələrin də 

əksəriyyəti qızlardır 

Respublikada qadınlara həsr olunmuş «Azərbaycan qadını», «Xatun», «Qadın 

dünyası», «El» və «Qenderşünaslıq» jurnalları, «Qadın və  cəmiyyət», «Səmavi» və 

«Qadın dünyası» adlı  qəzetlər nəşr olunub. Qadın KİV Baş redaktorlarının sayı getdikcə 

artır, Jurnalist Qadınlar Birliyi xüsusi qurumu qadın jurnalistləri öz ətrafında birləşdirir. 

Televiziya kanallarında da qadınlar üstünlük təşkil edir. Respublika mətbuatında qadın 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə