Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 

26

göstəricisi qadınlarda daha yüksəkdir, lakin onların nisbətən aşağı təhsil səviyyəsi və ÜDM 



göstəricisi ümumi insan inkişafı indeksinin qadınlar üçün daha aşağı səviyyəsini şərtləndirir. 

Azərbaycanın qenderlə bağlı  İnkişaf  İndeksi (Gİİ) 0,715- dir. Bu kimi nəticələr göstərir ki, 

insan inkişafı prosesində kişilərin və qadınların bərabərliyinə nail olmaq üçün qadınların 

iqtisadi və yüksək keyfiyyətli təhsil almaq imkanlarını genişləndirmək istiqamətində  işlər 

görülməlidir. Respublikada Qadın Problemləri üzrə Qadın Komitəsi və 50- dək qadın QHT- 

ləri fəaliyyət göstərir. Qadınların sürətlə  təşkilatlanmasının obyektiv səbəbi ilk növbədə 

əsasən qeyd etdiyimiz statistik göstəricilərdirsə, subyektiv səbəbi onların da proses və 

hadisələrdə müstəqil iştirak etməsidir. Ölkənin ictimai- siyasi həyatında daha çox kişilərin 

fəallıq göstərməsi, qadınların isə passivliyi də bir sıra amillərlə bağlıdır.  Əsas səbəb kimi 

maddi iqtisadi durumun ən çox qadınların çiyninə düşməsi (ailə başçısı rolu-həm ata, həm 

ana olması), sosial təhlükəsizliyin zəifliyi, milli mentalitet baxımı prizmasından hələ  də 

«siyasətçi qadın» obrazının özünə həyatda tam status qazanmaması, ağır ev işləri və s. kimi 

çoxsaylı  təzadların təzahürüdür. Məhkəmə sistemi baxmayaraq ki, rəhbəri qadındır, say 

hesabı ilə  hələ  də kişilərin ixtiyarındadır. Sorğulara  əsasən  100 kişi hakimdən  18 nəfəri 

qadın,  100 kişi vəkil müqabilində  21- i qadındır. Polisdə  işləyənlərin cəmi 2%- i qadındır. 

Beləliklə, onu da qeyd edək ki, demokratiya fərdi azadlığı  və qanun qarşısında hamının 

bərabərliyini nəzərdə tutur. Cəmiyyət qender simmetriyasına doğru tənzimlənməlidir. XXI əsr 

qender disbalansının formalaşması istiqamətində sürət götürməlidir.  1994-cü ildən 

qadınların IV Ümumdünya Konfransına hazırlıq məqsədilə, dövlət strukturları  və QHT- in 

qadın nümayəndələrindən ibarət Qadınların Milli Hazırlıq Komitəsi yaradıldı. Bu Komitə həm 

beynəlxalq aləmdə, həm də respublikada müxtəlif səpgili qadın məsələlərinə həsr olunmuş 

seminar, treninq, sərgi və  dəyirmi masa ətrafında müzakirələr keçirilir. Onlar Pekin 

Konfransından əvvəl keçirilmiş Cakarta, Nyu- York, Minsk və Ankara konfranslarının da fəal 

iştirakçısı olmuşdu. Respublikada qəbul olunan qərar və qanunlar, əksər vaxt qender 

siyasətini özlərində ehtiva etmədiyi üçün, müəyyən boşluqlar vardır.  Bu  da  həqiqətdir ki, 

Konstitusiyada təsbit olunmuş  bərabər hüquqlar real bərabər imkanlar olmaması üzündən 

gerçəkləşmir. PFP- da müəyyənləşdirilmiş on iki problem-istiqamətlər Azərbaycanda 

fəaliyyətdə olan qadın, qender və insan hüquqları təşkilatlatlarının da strategiyası kimi qəbul 

olunmuşdur. 1998- ci il yanvarın 14- də Respublika Prezidentinin «Azərbaycanda qadınların 

rolunun artırılması haqqında» Respublika Prezidentinin sərəncamına  əsasən Qadın 

Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Nazirlər Kabinetinə tapşırıldı ki, ölkənin siyasi, 

iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib 

hazırlasın.  1998- ci ilin sentyabr ayında müstəqil Azərbaycan Respublikasının ilk dəfə 

Respublika qadınlarının I qurultayı oldu. II qarultayı isə 2003-cü ilin sentyabrın keçirildi.  

Qarabağ münaqişəsi qender müstəvisində. Müstəqilliyinin ikinci onilliyini yaşayan 

Azərbaycan, bu illərdə Ermənistanın hərbi təcavüzünə  məruz qalmış,  ərazisinin 20%- ni 

itirmiş, işğal zonasına çevrilmişdir, onun 1 milyondan çox qaçqını  və  məcburi köçkünü 

vardır. Azərbaycan qadınları  1988-91-ci illər müstəqillik uğrunda gedən milli azadlıq 

hərəkatının  əsas hərəkətverici qüvvələrindən olmuşdur. Bütün hadisə  və proseslərdə 

kişilərlə  bərabər qadınlar da yaxından iştirak etmişlər.  1990- cı il 20 yanvarda Bakıda və 

respublikanın digər  ərazilərində sovet qoşunlarının törətdiyi qanlı faciənin qurbanları 

sırasında yaşlı, gənc, ziyalı, alim qadınlar, hətta məktəbli qız uşaqları da var idi. Qarabağ 

münaqişəsinin qurbanları olmuş jurnalist, həkim qadınlarımız qəhrəmanlıq rəmzinə 

çevrilmişlər. Qaçqın və  məcburi köçkünlər arasında qadınlar çoxluq təşkil edir. Bunun 

obyektiv səbəbi isə müharibənin nəticəsində ailə başçısını, oğlunu, qardaşını, atasını, ərini 

itirmiş qadın və  qızların olması  və  həyatın bütün ağırlığının onların üzərinə düşməsi 

olmuşdur. 

Azərbaycanda insanların öz ərazisinin bir yerindən digərinə qaçqın və  məcburi 

köçkün kimi köçüb məskunlaşması probleminin tarixi-siyasi kökləri vardır.  Bu hələ  1828-

1830-cu illərdə  Rus imperiyasının apardığı müstəmləkəçilik siyasəti nəticəsində 



 

27

ermənilərin bir hissəsinin İrandan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə köçürülməsi ilə 



başlamışdı. Köçürülən ermənilərlə yerli azərbaycanlılar arasındakı münaqişənin kökləri o 

dövrdə alovlanmış, bu günə qədər də davam etməkdədir. 1905-07-ci və 1918-20-ci illərdə 

də erməni təxribatçılarının Azərbaycanın Bakı  və  Şamaxı  şəhərlərində törətdiyi qanlı 

qırğınlar azərbaycan tarixinin ağrılı  səhifələridir.  1948-1953-cü illərdə Ermənistandan

tarixən həmin  ərazilərdə kök salmış,  100 mindən çox azərbaycanlı zorakılıqla qovulmuş, 

Azərbaycanda məskunlaşmalı olmuşdur.  1988-89-cu illərdə SSRİ dövründə yenə 

Ermənistanda yaşayan 230 min azərbaycanlı həmin respublikadan zorla, ağır işgəncələrə 

məruz qalaraq qovuldular. 1990-cı ildə Orta Asiya və Qazaxıstandan, milli münaqişə 

nəticəsində, didərgin düşmüş 50 minədək axısxa (mesheti ) türkü də Azərbaycana pənah 

gətirdi. 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı bütov bir şəhər yerlə yeksan edilmiş, 613 

nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst 

edilmiş,  1275 sakin, qocalar, uşaqlar, qadınlar  əsir aparılaraq tarixdə misli görülməyən 

zülmə, təhqirə və təcavüzə məruz qalmışdır. Yüzlərlə qadın, gənc qız, uşaq xəbərsiz itkin 

düşmüşdür.  

1990-94-cü illərdə Ermənistanın silahlı birləşmələri Azərbaycan torpaqlarının 17300 

kv.km-ni (14 rayon mərkəzi və 834 kənd ) işğal etdi, 700000 nəfərədək azərbaycanlı daimi 

yaşayış yerini tərk etməyə  məcbur edildi. Ermənistan hərbi birləşmələri tərəfindən 

Azərbaycan torpaqlarının işğalı  nəticəsində ölkəyə 53,5 miyard ABŞ dolları  həcmində 

zərər dəymişdir.  

1995-ci ilin martında BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 39-cu 

sessiyasında Azərbaycan qadınlarının müdaxiləsi və tövsiyyəsi nəticəsində «Hərbi 

münaqişə ocaqlarında girov götürülmüş qadın və  uşaqların azad edilməsi haqqında» 

qətnamə PFP-nın layihəsinin son variantına daxil edilib, qəbul olunmuşdu.  1995-ci ildə 

Pekində keçirilmiş Qadvınların IV Ümumdünya Konfransında Azərbaycan qadınları «Silahlı 

münaqişələr zamanı  əsir düşmüş qadın və  uşaqların azad edilməsi barədə» BMT-nin 

Qətnaməsinə müvafiq olaraq Qarabağ müharibəsi zamanı  əsir düşmüş  uşaq və 

qadınlarımızın qaytarılması  tələbini irəli sürmüşlər. Onlar həmçinin bu müharibənin sülh 

yolu ilə qurtarması üçün dünya ictimaiyyəti tərəfindən yardım göstərilməsini xahiş etmişdir. 

Nümayəndə heyəti işğal olunmuş  ərazilərdə  hərbi işğal zamanı qadın və  uşaqların 

pozulmuş hüquqlarının müdafiəsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmiş, bu sahədə 

onlara kömək göstərilməsini xahiş etmişdilər. Konfransda məhz Azərbaycan qadınlarının 

tələbi ilə bütün dünya qadınlarına müraciət qəbul edilmişdi. Müraciətdə deyilirdi ki, onlar öz 

ölkələrinin dövlət və din rəhbərlərindən tələb etsinlər ki, təcavüz zamanı əsir alınmış qadın 

və  uşaqların insan hüquqlarının fəal müdafiəsi sahəsində  əməli tədbirlər görsünlər. 

Azərbaycan qadın nümayəndələri həmçinin Konfransın ünvanına üzərində konfransın 

simvolu olan bayraq təqdim etmişdilər. Bayrağın üzərində «Öz doğma evimə qaytarın 

məni» çağırışı ilə minlərlə qaçqın qadının imzası var idi. Bunların müqabilində PFP «Girov 

götürmə»(116-cı maddə) zorakılıq forması kimi daxil edildi.  

Yüz minləri əhatə edən qaçqınlıq və məcburi köçkünlük halı iqtisadi keçid dövrünü 

yaşayan gənc, müstəqil respublikamızın vəziyyətinə  kəskin surətdə  mənfi təsir edir. 

Respublikanın müxtəlif rayonlarında, çadır düşərgələri və yataqxanalarda müvəqqəti 

olaraq yerləşdirilmiş bu insanlar ağlasığmaz məşəqqət, çətinliklərə düçar olmuş, adi insan 

üçün normal olan tələbatlardan məhrum vəziyyətdə yaşayırlar. Hərbi müdaxilə zamanı 

100-dək uşaq, 442 qadın, 370 qoca əsir götürülmüşdü ki, sonradan Azərbaycan 

Respublikasının hərbi əsirlər, girovlar və itkin düşmüşlər üzrə Dövlət Komissiyasının gücü 

və tələbi ilə 30 uşaq, 92 qadın və 115 qocanı azad etmək mümkün olmuşdur. Müharibənin 

depressiv  əlamətlərini yaşayan minlərlə insan əsəb və ruhi xəstəlikdən  əzab çəkir. Son 

zamanlar dünya mətbuatında qadağan olunmuş insan alveri məsələsindən bəhs edən 

yazılarda Ermənistanın da adı xüsusilə tez-tez hallandırılır. Güman etmək olar ki, hərbi 

münaqişə dövründə itkin düşmüş Azərbaycan vətəndaşlarından bu qorxulu biznesdə 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə