Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 

30

yaxud tanımadığı  fərd tərəfindən haradasa və kimlərinsə vasitəsilə törətdikləri təhlükə, 



qorxu və ya zorakılıq halları qadının normal inkişafında ən böyük maniədir.  

Azərbaycanda keçirilən sosioloji sorğular təzahür edən zorakılığın müxtəlif 

formalarını aşkarladı. Onlara: müharibə nəticəsində baş verən kütləvi zorakılıq; ailə-məişət 

zəminində ailə zorakılığı; iş yerində zorakılıq; fiziki mənəvi və cinsi mənəvi zorakılıqlar 

aiddir. Ailə-məişət zəminində olan zorakılıq faktları, milli adətlərdən irəli gəlir,  ənənəvi 

olaraq heç də statistikada daim dəqiq  əksini tapmır. Ailə daxili problemlərin açıqlanması 

çox nadir hallarda aşkarlanır. Ailədə kişi cinsi (ata-qardaş-ər-oğul) tərəfindən fiziki 

zorakılığın səviyyəsi 26,1% təşkil edir. Qadınlar ən çox mənəvi zorakılığa məruz qalırla – 

61,3%.  

Əlbəttə, XX əsrin əvvəllərində bu nəticələr tərsinə idi. Son illər ərzində ictimai-siyasi 

mühitin dəyişməsi digər təzyiq formalarını da yaratdı. Şəhid vermək, ailəyə başçılıq etmək, 

tənha qalmaq qadını iqtisadi çətinliklərlə üzbəüz qoydu. Digər tərəfdən, bürokrat 

məmurların «sənin  şəhidini mənmi öldürmüşəm» tipli soyuqqanlı münasibəti də qadının 

mənəviyyatını «zorladı».  

Daxili  İşlər Nazirliyinin 2000-ci ilə olan məlumatına görə qadınlara qarşı  1062 

cinayət hadisəsi qeydə alınmışdır. Bunlardan 46-ı zorlama və onlara sui-qəsd cəhdi; 31-i 

qəsdən adam öldürmə  və  qəsd; 20-i sağlamlığa ağır zərbə vurma; 83-ü az ağır zərbə 

vurma;  18-i soyğunçuluq;  13-ü dələduzluq; 69-u xuliqanlıq və s-dir. 1180 nəfər qadın 

cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 15-i qəsdən adam öldürmə və ona sui-qəsd; 

89-u  şəxsi və dövlət  əmlakını  oğurlama; 91-i dələ-duzluq;  122-i xuliqanlıq;  186-ı narkotik 

vasitələr saxlanması, yayılması və s-dir.  

Türkiyədə və Birlləşmiş Ərəb Əmrliklərində 43 qadın fahişəliyə, 3 nəfər isə narkotik 

maddələr yaydığına görə həbs edilmişdi. O cümlədən, bir neçə gecə barlarında yoluxucu 

xəstəlik daşıyan 32 qadın müəyyən edilmiş və xəstəxanaya göndərilmişdi. Bakı şəhərində 

isə ümumilikdə 433 qadın müalicə üçün xəstəxanaya göndərilmiş  və onlardan 400 

nəfərinin müxtəlif növ dəri-zöhrəvi xəstəliklərinə yoluxması müəyyən edilmişdi.  

Qadın Əmək İslah Koloniyasında qadınlar arasında keçirilən sorğuya əsasən onları 

cinayətə sürükləyən səbəblər belə açıqlanır: «bir tikə çörək ucundan» narkotik maddə 

satışına cəlb olunub; müəyyən təzyiq altında cinayətkar qrupa qoşulub; xırda xuliqanlığa 

görə; ailə-məişət zəminindəki problemlərlə əlaqədar.  

Məlumdur ki, fahişəlik qadının öz şəxsi işi sayılır və qanunla təqib edilmir. Lakin 

fahişəxana saxlamaq, qız və qadınları müəyyən vasitələrlə  ələ alıb vasitəçilik etmək 

cinayət hesab olunur və Azərbaycan Respublikası CM-nin 299-cu maddəsi ilə 

cəzalandırılır. Azyaşlıları fahişəliyə  cəlb etmə CM-nin 215-ci,  16 yaşınadək  şəxslə cinsi 

əlaqədə olma 111-ci maddələrilə cəzalandırılır. 2 və ya daha çox arvad saxlamaq CM-nin 

130-cu, qadını zorla qaçırma 129-cu, qorxutma və zorla məcburi nigaha sövq etmə 128-ci 

maddələri ilə  tənzim olunur. 1996-cı ilin mayında Azərbaycan da «İnsanlarla ticarət və 

üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında» Konvensiyaya 

qoşulmuşdur. İnsana-qadına fiziki təzyiq onun psixi aləminə, dünya görüşünə yəqin ki, öz 

təsirini göstərir. Qadın və kişi mənəvi zənginliyi,  əxlaqi saflığı, fiziki kamilliyi özündə 

birləşdirməli və inkişaf etdirməlidirlər.  

Ermənistanla münaqişə  nəticəsində  qız və qadınlara qarşı  ən ağrılı  təcavüzlər 

edilmişdir. Azyaşlı  qızların valideynlərinin gözü qarşısında zorlanması, uşaqların 

öldürülməsi, südəmər körpəli anaların döşlərinin kəsilməsi, qadınların kürəklərinə qaynar 

samovarlar bağlanması faktları  bəşəriyyətdə görünməmiş zorakılıq aktlarıdır. Düşmən 

əlinə  əsir düşməmək naminə intihar hökmu seçən, qayalardan özünü atan qız-qadının 

haqqının zorlanması faktları reallıqdır. Bu gün əsirlikdə girov olan 300-dən çox qadının ən 

ağır işgəncələrlə  ləyaqət və  şərəfinin tapdalanması, zorla doğuzdurulması  ən qatı 

zorakılıqdır. Bu isə PFP-nın «bərabərlik, sülh və inkişaf yolunda» (112-ci maddə) 

çağırışına təmamilə ziddir.  




 

31

Azərbaycan insan hüquqlarına aid 20-dək beynəlxalq Konvensiyaya imza atmışdır. 



1995-2001-ci illər  ərzində verilən amnistiyaya görə minlərlə  əhv olunanların arasında 

qadınlar da vardır. Hər insana həyatının ilk anından verilən hüquqlar onun insan hüquqları 

və  əsas azadlıqlarıdır, onların qorunması  və  həyata keçirilməsi üçün şərait yaratmaq 

hökumətlərin vəzifəsidir (PFP, 210-cu maddə).  



Qadın və yoxsulluq. İnsan həyatı çox şaxəli, müxtəlif istiqamətlidir, insanın yoxsulluğu da 

belədir. Pekin Platformasının A fəslinin, 47-68-ci maddələri «Qadın və yoxsulluq» adlanır. 

İnsan yoxsulluğu indeksinin təhlilinə  əsasən, belə  nəticə alınır ki, əhalinin bir hissəsi 

yoxsulluğun ağır təzahürləri ilə üzbəüz qalmışdır.  İnsanın kifayət qədər qida almaması, 

müxtəlif xəstəliklərə qarşı tibbi müdaxələ ehtiyacı, əsasən də əhalinin qaçqın və məcburi 

köçkün təbəqəsinin çadır həyatı, adamların vaxtından qabaq ağır xəstəlik tapmağı  və bir 

çox hallarda ölümli ilə nəticələnir. 

Azərbaycanda  İnsan  İnkişafı Haqqında 2000-ci il hesabatında ekspertlərin fikrinə 

görə  əhzalinin 70%-i yoxsulluq həddindən aşağı yaşayır. Yoxsulluğun meydana gəlməsi 

səbəbləri:  

- bir sistemdən digər sistemə keçid; - yeni bazar iqtisadiyyatı; - hərbi münaqişə və əhalinin 

bir hissəsinin qaçqın, köçkün vəziyyəti; - işsizlik, iqtisadi əlaqələrin dağılması; - sosial 

müdafiə sisteminin zəifliyi.  

 Bu  illər  ərzində neft sənayesi inkişafına böyük sərmayələr qoyuluşu artsa da insanların 

yoxsulluq səviyyəsi eynilə qalmaqdadır. Beynəlxalq Bankın təşkilatçılığı ilə respublikada 

«Yoxsulluğun azaldılması haqqında» Dövlət proqramı hazırlanmışdır. Respublikanın bütün 

əsas iqtisadi və sosial sektorlarındakı işçi qruplar öz təklif və yardımları ilə bu Proqramda 

iştirak edirlər. Yoxsulluğu aradan qaldırmağın ən mühüm göstəricisi məşğulluq sahələrinin 

artırılması, işsizliyin aradan qaldırılması məsələsidir. 2001-ci ilin rəsmi statistikasına görə 

ölkədə 4694400 nəfər insan əmək qabiliyyətli idi. Aşağıda verilmiş  cədvəldə  həmin ildə 

respublikada məşğulluq və işsizliyin göstəriciləri ilə tanış olaq:  

 Hesablama  

 Min nəfərlə  

Faizlə 


Cinsi bölgü 

Qadınlar Kişilər Qadınlar Kişilər 

Məşğul əhali 



 1770  

1945 

 48  

 52 

Qeydiyyata alınan işsizlər 



 26 

 22 

 54 

 46 

İqtisadi fəal əhali 



 1796  

1967 

 48 

 52 

İşsizliyin səviyyəsi  



 1,5  

1,1 

 

 

  

Diqqətə çatdıraq ki, işsizlik səviyyəsi yalnız, iş almaq üçün məşğulluq idarələrinə 

rəsmi müraciət etmiş  şəxslərin sayı ilə verilmişdir. Bir çox zavod və fabriklərin, iqtisadi 

strukturların dəyişməsi, müvəqqəti işləməməsi nəticəsində  həmin müəssisələrin işsiz 

qalmış  işçiləri, işsizliyə görə müavinət almayanlar, qaçqınlıq və  məcburi köçkünlük 

nəticəsində adı siyahıya düşməyənlər bu statistik məlumatlarda qeydiyyatda yoxdurlar. 

Respublikada 1999-cu ildə qəbul edilmiş yeni «Əmək Məcəlləsinə» əsasən əslində 

əmək və  məşğulluq haqqında « cinsi » əlamətə görə ayrı-seçkiliyə yol verilməməlidir. 

Əmək haqqı  səviyyəsinin yaşayış  tələbatını tam təmin etməməsi, yeni açılmış özəl 

sektorlarda daha çox gənc qızlara,  əsasən isə kişi işçi qüvvəsinə üstünlük verilməsi, 

əyalətlərdə – kənddə  iş yerlərinin azlığı, müstəqil qadın fermer və biznesmenlərin az 

olması, kredit və ssuda götürmə sahələrində qadınlara qarşı ayrı-seçkilik halları da 

mövcuddur. 

Göstərilən neqativ halların getdikcə dövlətin «Yoxsulluğun azaldılması 

Proqramı»nda da öz əksini tapması sabaha optimist yanaşma doğurur. PFP-nın bu 

sahədə  məqbul saydığı prioritetlər tədricən dəstək tələb edən tələbatlar kimi dövlət və 

qeyri dövlət strukturları  tərəfindən, o cümlədən beynəlxalq təşkilatların köməyi ilə 

düzəlməyə doğru yönəlmişdir. Respublikada qəbul edilən qanun və  qərarlardan  əsas 

məqsəd qadınların əmək prosesinə daha fəal daxil olmasıdır. Bunun üçün davamlı əmək 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə