Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   2   3   4   5   6   7   8   9   ...   24

 

4

fərqləri də vardır. Belə ki, qadınların sosial həyatında, davranışında və digər hallarda 



psixoloji faktorların rolu vaxtilə qiymətləndirilməmiş,  ən nəhayət qadınların vəziyyətinin 

tərbiyəvi-tədrisi funksiyalarının öyrənilməsi ilə  təmam məşğul olunmamışdır. Bununla 

əlaqədər bir neçə məqamları qeyd edək. 

Birincisi: postsovet məkanında yalnız yenidənqurma dövründən başlayaraq 

sosioloqlar bu məsələlərin öyrənilməsinə diqqəti artırdılar. Onlar qadın hakimiyyət və 

siyasətdə, qadın və bazar, qadın davranışının psixologiyası  və s. kimi tədqiqatlar 

aparmağa başqladılar.  Əgər  əvvəllər qadınlar tək  əməkçi,  ən yaxşı halda bir ana ya 

uşaqların tərbiyəçisi kimi tədqiq olunurdusa, sonradan tədricən qadınların vəziyyətinin

cəmiyyətdə sosioloji rolunun və psixoloji xüsusiyyətlərinin bütün müxtəlifliyi ilə sosial 

analizinə keçilir. 

İkincisi: həm ölkəmizdə, həm də xaricdə «qadın məsələsinin» məzmunu nəzərə 

çarpacaq dərəcədə dəyişmişdir. Bir çox inkişaf etmiş ölkələrdə qadınlar böyük nailiyyətlər 

qazanmış, onlar ictimaiyyət tərəfindən sosial-iqtisadi və siyasi hüquqlarının tanınmasına, 

analığın və uşaqların müdafiəsinə nail olmuşlar. Eyni zamanda qadınların dövlət idarəetmə 

sistemində, istehsalatda maraqlarını mühafizə edən, onların şərəfini və mənliyini qoruyan 

qanunların və inzibati qaydaların da qəbul edilməsinə nail olmuşdur.  İndi «qadın 

məsələsinin» qoyuluşunun və  həlli yollarının ağırlıq mərkəzi cəmiyyətin sosial-iqtisadi və 

siyasi inkişafının vəzifələri və imkanları ilə  təyin olunan qadın statusunun artması  tərəfə 

daha çox meyl edir. Belə ki, qender tədqiqatları cinsin birinci-bioloji aspektindən 

fərqlənərək, onun digər aspektlərinin də araşdırılmasını məqsəd sayır. Son nəticə belədir 

ki, qender tədqiqatları psixoloji keyfiyyətləri, davranış modelini, fəaliyyət növlərini, qadın və 

kişinin peşəsini sosial mədəni, psixoloji aspektdə öyrənir.  

İdeoloji baxımdan «qadın məsələsi» həm də özünün birölçülülüyünü itirib, müxtəlif 

yönlü olmuşdur.  Əsas problem – ölkənin inkişaf yolları – cəmiyyəti bütünlükdə 

təbəqələndirdiyi kimi, qadınlar arasında da ayrı seçkiliyə səbəb olmuşdur. Qadınları yalnız 

ümumi maraqlar: təhsilə, səhiyyəyə  və qadın  əməyinə dövlət himayəsi deyil, işləyən 

qadınlara sosial zəmanətlər və  nəhayət, uşaqların saxlanması, tərbiyə olunması üçün 

lazımi  şəraitin yaradılması kimi problemlərdə birləşdirir. Digər tərəfdən, bazar 

iqtisadiyyatına keçid dövründə qadınlar işsizlikdən, cəmiyyətdə sosial və maddi cəhətdən 

təbəqələşmədən, istehsal sahələrindən kənarlaşdırılmaqdan ilk növbədə  əziyyət çəkirlər. 

Bu səbəbdən qadınlar iş yerini itirmək qorxusu altında, yüksək və zəmanətli əmək haqqı 

verilən, lakin fiziki cəhətdən ağır işlərdə çalışmaq məcburiyyətində qalırlar. Öz növbəsində, 

bu dəyişikliklər qadınların siyasiləşməsinin, sosial etirazın həyata keçirilməsində iştirakının, 

partiyaların və ictimai hərəkatların, müxtəlif kütləvi birliklərin tərkibində  fəaliyyət 

göstərməsinin labüdlüyünə şərait yaradırdı ki, bu da cəmiyyətin inkişafının keçid və dönüş 

dövrləri üçün xarakterik xüsusiyyətlərdir. 

Üçüncüsü: qadının cəmiyyətin inkişafındakı sosial rolunun fəlsəfi-sosioloji analizində 

iki müxtəlif baxış mövcuddur. Onlardan biri qadınlara sosial-demoqrafik qrup kimi, o birisi 

isə müəyyən olunmuş sosial statusa malik, öz spesifik demoqrafik xüsusiyyətləri ilə 

fərqlənən iri birlik, nadir sosial qrup kimi baxır.  İkinci variant daha qəbul oluna biləndir, 

çünki, qadın-real mövcud olan və empirik qeydə alınan nisbətən tam və sabit sosial 

qrupdur. Onlar sosial və siyasi proseslərdə, istehsal sahələrində, mədəniyyətdə  və insan 

həyatına xas olan digər sahələrdə fəaliyyət göstərirlər. XX əsrin tarixi, ələləxüsus ölkəmizin 

tarixi (əsasən son dövrlərə aid) «qadın-siyasətin obyektidir» tezisinin dardüşüncəliliyini, 

hətta sosial və  mənəvi cəhətdən tam dəyərsiz olduğunu sübut edir. Əksinə, qadınlar 

praktiki olaraq tam azadlığa çıxmamış sosial qüvvə, onun subyekti kimi son dövrlərdə 

fəaliyyətlərini artırmışlar. Bu qüvvə tarixin gedişinə  təsir edə bilən, müxtəlif vasitələrlə 

müdaxilə edir, cəmiyyətin tərəqqisini sürətləndirir və ya ləngidir, münaqişələrin 

yaranmasına və ya onların həllinə şərait yaradır və qarşısını alır. 



 

5

Dördüncüsü: dünya tarixindən məlumdur ki, bir sıra iri siyasi və sosial-iqtisadi 



böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının təşəbbüskarları, bəzən də 

liderləri rolunda iştirak etmişlər. Bu zaman onlar nəinki «güclü cinsi» təkrar etməmiş, hətta 

kişilərə, onların əxlaqına , dünyagörüşünə və s. təsir göstərmişlər. 

Siyasətin subyekti kimi, qadınlar özlərinin sərt olmayan strukturlu özünütəşkil 

formalarını (formal və qeyriformal) yaradırlar. Ümumi maraq dairəsi olan qadınlar bu 

təşkilatlarda ya kiçik müddətə, ya da uzun müddətə birləşirlər. Bununla əlaqədar hətta elmi 

ədəbiyyatda eyniləşdirilən «qadın məsələsi» və «qadın hərəkatı» kateqoriyalarının bir-

birindən fərqləndirilməsi zərurəti meydana çıxır. «Qadın məsələsi» qadınların cəmiyyətdəki 

vəziyyəti, onların asılılıqdan azad olmaları proqramının  əsaslandırılmasını  və ictimai 

həyatın bütün sahələrində kişilərlə eyni hüquqa nail olmaları yollarının dərk edilməsini 

nəzərdə tutur. «Qadın hərəkatı» sözün geniş  mənasında qadınların öz hüquqları  və 

maraqları uğrunda mübarizə formalarının müxtəlifliyini bildirir. Sosioloqlar qadın hərəkatını 

sosial hərəkatın bir forması kimi öyrənirlər. Qadın hərəkatı özlüyündə bir məqsəd ətrafında 

birləşmiş, ümumi mənəvi dəyərlərə, normalar sisteminə  və qadın dəyərlərinin rəmzinə 

malik olan müxtəlif sosial, demoqrafik, etnik, milli qadın qruplarının birgə  fəaliyyəti 

deməkdir. 

Qadın hərəkatı  əvəzinə, vahid formal lideri olmayan, məqsədlərinin geniş ifadə 

vasitələrinə malik, özünün mənəvi dəyərləri və davranış prinsipləri olan müxtəlif yönümlü 

onlarla qadın ittifaqları, assosiasiyaları, birlikləri və klubları meydana gəldi. Hələlik bu 

qadın hərəkatları öz məqsədləri uğrunda mübarizədə səylərini birləşdirmək əvəzinə, ayrı-

ayrılıqda fəaliyyət göstərirlər. Onların hər biri sosioloqlar tərəfindən tədqiq edilməli, bu, 

siyasi münasibətlərin sosiologiyasının istiqamətlərindən biri olmalıdır. 

Beşincisi: gəlin feminizmi nəzəri və praktiki cəhətdən analiz edək. Bizdə feminizmi ya 

nəzəriyyə kimi, ya da qadınların ictimai həyatda kişilərlə  bərabərhüquqluluq uğrunda 

mübarizəsi və hüquq pozuntularına qarşı qadın hərəkatı kimi şərh etməyə cəhd etmişlər. 

Lakin, həmişə olduğu kimi həqiqət müxtəlif fikirlərin birləşdiyi nöqtədə meydana çıxır. 

Beləliklə, feminizm həm qadın hərəkatının nəzəriyyəsi, həm də istər beynəlxalq miqyasda

istərsə  də onların milli və tarixi xüsusiyyətlərindən asılı olaraq ayrı-ayrı ölkələrdə olan və 

ya inkişaf edən qadın hərəkatının özüdür. Açığını demək lazımdır ki, lap son dövrlərə 

qədər feminizm bizim ölkədə  nə sosioloji nə  də sosial-psixoloji mövqedən ciddi 

araşdırılmamışdır. 

Bir çox illər bu problemin öyrənilməsinə qadağa qoyulmuşdu. Bu qadağa fərq 

qoyulmadan onun bütün istiqamətlərinə şamil edilmişdi: mülayim liberal-islahatçılara və ən 

nəhayət, cinslərin patriarxal münasibətləri ilə  çətinləşdirilmiş seksual sahəni (nigah, ailə, 

doğum, ər-arvad münasibətləri və s.) «siyasət» adlandıran radikal qanada qədər. Hərçənd 

bir çox alimlər hesab edirlər ki, feminizm hərəkatı son dərəcə elitardır, zəhmətkeş 

qadınlardan aralanmışdır və bu təbəqənin sinfi mübarizədə  iştirakının qarşısını alır. Bu 

baxımdan, yaxın dövrlərə kimi bizim ölkədə  də feminizmin əleyhdarları bütün vasitələrlə 

sübut etməyə çalışırdılar ki, onun bizdə tətbiq olunmasına ehtiyac yoxdur, çunki, dövlətin 

yürütdüyü siyasətin nəticəsində, bu hərəkatın ali məqsədi olan qadınların siyasi və sosial-

iqtisadi bərabərliyinə tam nail olunmuşdur, həmin məqsədlər üçün heç bir əsas yoxdur. 

Lakin, beynəlxalq təcrübə göstərir ki, feminizmin konsepsiyalarının sosioloqlar və 

politoloqlar tərəfindən tədqiq olunmasına, alınmış nəticələrə real həyatda ehtiyac duyulur. 

Tədqiq olunması vacib olan məsələlər aşağıdakılardır: siyasi baxışların inkişafı yolu; 

qadınların cəmiyyətin sosial-siyasi plüralizm şəraitində davranışı; qadınların iqtisadiyyat 

haqda düşüncələri və bazar münasibətləri; qadın menecmenti; qadınların siyasi liderliyi; 

qadınların ictimai rəyi və hakimiyyət institutları; qadınların elektoral davranışı  və seçki 

kompaniyaları; qadın elitası; bazar münasibətlərinə keçid zamanı qadınların sosial 

müdafiəsi və sosial zəmanətlər; və  bu  kimi  qəbildən olan sosioloqlar tərəfindən 

öyrənilməmiş çoxsaylı tədqiqat mövzularını göstərmək olar. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə