Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   2   3   4   5   6   7   8   9   ...   24

 

11

tələbləri irəli sürülən «Qadın və qadın vətandaşın hüquq deklarasiyası»nı (1972-ci il) yaz-



mış Olimpiya de Quj edam olunmuş, fransız qadınlarının inqilabda oynadıqları görkəmli 

rola baxmayaraq qadın cəmiyyətləri Konvent tərəfindən qapanmışdı. 

1792-ci il ümumiyyətlə feminizm üçün görkəmli ildir: İngiltərədə Meri Uollstounkraft 

«Qadının tabeçiliyi haqqında», Teodora Fon Gippel (Almaniya) «Qadının vətəndaş 

vəziyyətinin yaxşılaşdırılması haqqında» adlı kitablarını nəşr etmişlər. Belə səpgili ayrı-ayrı 

əsərlər, əlbəttə ki, o zamankı dünyagörüşünün əsas inkişaf təmayüllərini dəyişə bilməzdi. 

Lakin onlar göstərir ki, artıq hələ o zaman cinslərin qarşılıqlı münasibəti məsələsi özünün 

ilkin kəskinliyini almağa başlamışdı. 

Utopik sosializmin klassikləri - «feminizm» termininin ixtiraçısı, «Qadının sosial 

vəziyyəti ictimai tərəqqinin meyarıdır» kəlamının müəllifi  Ş.Furye, A.Sen-Simon, R.Ouen 

bu problemə sosial-siyasi, iqtisadi və ümum-fəlsəf cinslərin qarşılıqlı münasibəti 

məsələsinə liberalizmin nümayəndələri (Con Lokk, Jan Jak Russo, Con Styuart Mill) 

müəyyən yer ayırırlar. Onlar bu məsələyə insan azadlığının ümumi kontekstində baxırlar. 

Utopik sosializmin klassikləri «feminizm» termininin ixtiraçısı, «Qadının sosial vəziyyəti 

ictimai tərəqqinin meyarıdır» kəlamının müəllifi, R.Ouen və  Ş.Furye, A.Sen-Simon, bu 

problemə sosial-siyasi, iqtisadi və ümumfəlsəfi səciyyə vermişlər ki, bu da marksizm 

tərəfindən istənilən bərabərsizliyin məhv edilməsinin yeganə üsulu olan sinfi mübarizənin 

ümumi prinsipinə çevrildi. XX-ci əsrdə meydana çıxmış seksuallığın nəzəriyyəsi və onun 

kişi və qadınların sosial və siyasi davranışında rolu kimi məsələlər (Z.Freyd: V.Rayx, 

M.Mid, H.Markuze, Frankfurt məktəbi, fransız strukturalistləri və s.) psixologiya 

antropoloqiya, sosiologiya və digər humanitar istiqamətlərin materiallarından istifadə 

etməklə cinslərin qarşılıqlı münasibəti problematikasını genişləndirirlər.  

60-cı illərdə solçu radikal etiraz hərəkatlarının yaranması  və  əks-mədəniyyət 

nəzəriyyələrinin təşəkkül tapması ilə yanaşı feminizmin yeni yüksəlişi müşahidə olunur, o, 

Qərbi Avropa və Şimali Amerikada bir neçə istiqamətdə formalaşır:  

-  liberal – reformist: «cinslərin qeyri-bərabərliyi qadınlarda müəyyən vətəndaş və hüquqi 

haqların olmamasının nəticəsidir. Hüquq reformaları keçirilməsinə üstünlük verən bu 

istiqamətin nümayəndələri Betti Fredan və onun «Qadınların Milli Təşkilatını»dan olan 

həmkarlarıdır. 

- Sosial cərəyanist marksist və feminist baxınşların sintezin «xüsusi mülkiyyət və 

cəmiyyətin sinfi quruluşu qadınların diskriminasiyasının səbəbidir» fikrində birləşdirirlər. 

Bununla belə, bu istiqamətin nümayəndələrinin bir qismi belə hesab edirdi ki, bu məsələ 

ümumproletar problemindən fərqli məxsusi problemdir. Nümayəndələri Linda Qordon, Meri 

Obrayen, Zilla Ayzenstayn idi. Onlar qadın probleminin ayrılmasının labüdlüyünü təkid 

edirdilər. 

- Radikal 

istiqamətin – «əsas maneə  qərarlaşmış patriarxat-kişilərin qadınlar üzərində 

total hakimiyyətidir ki, ondan qəti surətdə yaxa qurtarmaq lazımdır» tezisi ilə edirdilər. 

Onların nümaindələri (K.Millet, S.Fayerstoun, K.Delfi, M.Doili) 

Hal-hazırda qeyd olunan cərəyanlardan  əlavə bir sıra yeni təmayüllər meydana 

gəlmişdir:  

-  Mədəni feminizm – kişi (maskulin) mədəniyyətindən fərqli qadın (femin) 

mədəniyyətinin inkişaf etdirilməsi. 

-  Humanist feminizm – həm «qadın», həm də «kişi» maraqlarının nəzərə alınması, 

cinslər arasında tarazlaşdırılmış (balanslı) münasibətlər. 

-  İrqi – «qara», zənci amerikan feminizmi və  dərinin rəngində qeyri-bərabərlik görən 

başqa istiqamətləri. 

- Milli 


təmaüllü – Latın Amerika, Afrika və i.a. feminizmi başqa şeylərlə yanaşı etnik və 

mədəni fərqlərdə də qeyri-bərabərlik axtarır. 

-  Dini – müsəlman, xristian, buddist və i.a. olan cərəyanlar isə – onlar konfessional 

fərqləri ön plana çəkirlər. 




 

12

Beləliklə, cəmiyyətdə qeyri-bərabər münasibətlər yaranması üçün kifayət qədər 



səbəb yığılıbdır. Bütün bunlarsa ona şəhadət edir ki, kişi və qadınların qeyri-bərabərliyi 

heç də bioloji deyil, cəmiyyəti «güclü» ilə «zəif»lərə bölən sosial məsələdir, məhz belə 

halda «hakim» və «tabelik» münasibətləri meydana çıxır. 

 



 

13

3. FEMINIZM, QADIN HƏRƏKATI, QENDER 

  Qadın hərəkatının yaranması tarixindən. 



  Qadın hərəkatının inkişaf istiqamətləri. 

Dünya Qadın hərəkatının inkişaf mərhələlərini nəzərdən keçirərkən son onilliklərin 

nəticələri kimi qeyd olunmalıdır ki, bu illər beynəlxalq qadın hərəkatının da çox ciddi bir 

siyasi qüvvəyə çevrilməsi ilə  əlamətdardır. Yer kürəsində canlı  həyatın qorunması  və 

mühafizəsi, qadının cəmiyyətdə rolu və  vəzifəsi kimi məsələlərin həlli yollarına 

yanaşmaqda fikir ayrılığına malik olan müxtəlif beynəlxalq və milli qadın cəmiyyətlərinin, 

qurum, birlik və  hərəkatların mövqelərinin aydınlaşdırılması, fikirlərin yaxınlaşması illəri 

kimi səciyyəvidir. 

Son illər ideoloji fərqli baxış  tərzlərinə baxmayaraq, bütün səylərin birləşdirilməsi 

üçün qarşılıqlı addımlar atılması istəyi aydın nəzərə çarpır, Beynəlxalq forumlar, 

konfranslar miqyasında görüşlər təşkil olunur, ümumi qərarlar qəbul edilməsi üçün 

platformalar müəyyən edilir. Qadınlar «soyuq müharibə» nəticəsində uzunmüddətli 

fasilələrə səbəb olmuş və arası kəsilmiş qarşılıqlı əlaqələri ya bərpa etmiş, yaxud daha da 

möhkəmləndirmişlər. Onlar xalq diplomatiyasının təşəbbüskar və 

fədakar 


nümayəndələrinə çevrilmiş, mübarizləşmişlər. 

Bu illərdə  ənənəvi beynəlxalq və milli qadın cəmiyyətləri ilə yanaşı, Qadınların 

Azədlığı  Uğrunda Hərəkatın (QAUH) iştirakçıları – neofeminist qadınlar daha aktiv fəallıq 

göstərirlər. Hərəkat  əsarətə, iqtisadi və siyasi həyatda, ailədə hüquqların tapdanmasına, 

qadın mənliyinin alçaldılmasına, mənəvi zorakılığa qarşı  əsrimzin 60-cı illərində ABŞ-da 

meydana gəlmişdir. Feminist qadınların ideyaları kütlə arasında canlı  əks-sədaya səbəb 

olmuşdur. Bir çox tçdqiqatçıların fikrincə bu illər ABŞ-ın qadın hərəkatını  məhz feminist 

qadınlar idarə edirdilər.

1

 Bu hərəkat tezliklə Böyük Britaniyada, Kanadada, Avstraliyada, 



Yeni Zelandiyada və Skandinaviya ölkələrində geniş vüsət tapdı. 

Qadınların Azadlığı  Uğrunda Hərəkat (QAUH) öz-özünə yaranmamışdır,  əksinə, 

qadınların cəmiyyətdə alçaldılmasına qarşı etirazının təşkilatlanma ilə  təsdiqi idi. Belə ki, 

bu nöqteyi-nəzərdən  İngiltərədə buna bənzər prosesin kökləri hələ XVIII əsrə aparıb 

çıxarır. O dövrdə feminizm onu qadınların bərabərliyinin əsas məqsədləri kimi bəyan etmiş 

inqilabi ruhlu burjuaziya sinfinin mütərəqqi fikirlərindən bəhrələnən  əks cins üçün 

ideologiyaya çevrilmişdi. XVIII əsrin feminist qadınları öz siniflərinin – yaşadınları dövrün 

zəmanələrinin nümayəndələri idilər. Lakin, onlar feodalizmin kapitalizmə keçməsi 

nəticəsində  cəmiyyəti  əhatə etmiş  dəyişikliklərin qadınların vəziyyətinə toxunması ilə heç 

cürə barışa bilmirdilər. 

XVIII  əsrin axırlarında feminist qadın hərəkatı öz ideoloqu kimi Böyük Fransız 

inqilabının tərəfdarı, ingilis jurnalisti xanım M.Uolstonkraftı irəli çəkmişdi. Onun kəskin 

məzmunda ifşaedici çıxışları  və  məqalələri, qadını alçaldan ictimai quruluşun 

dəyişdirilməsinə yönələn çağırışları sanki barıt partlayışına bənzəyirdi. Bu ideyalar uzun 

müddət yaşadı  və sonradan qadınların bərabərhüquqluğu uğrunda mübarizəsinin 

tərəfdarları olan sufrajist qadınlar tərəfindən daha da inkişaf etdirildi. İlk etiraz aktı kimi, 

amerikalı sufrajist qadınların Seneke-Folze şəhərində keçirdikləri I qurultayında o dövrün 

real vəziyyətinə qarşı  qəti çıxışları göstərmək olar. Qurultay iştirakçıları  tərəfindən 

hazırlanmış Deklarasiya, burjuaziya mühitindəki bərkiməkdə olan orta təbəqə qadınlarının 

siyasi və sosial cəhətdən, ailədə  və din tərəfindən  əzilməsinə qarşı sufrajist qadınların 

uzun illər  ərzindəki kövrək, bəzənsə  səsssiz çağrışlarının kulminasiya nöqtəsi sayıla 

bilərdi.


2

  

                                                 



1

 Девис А. Женщина, раса, класс. М., 1987, с.7 

2

 Девис А. Женщина, раса, класс. М ., 1987, с.67.  




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə