Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   2   3   4   5   6   7   8   9   ...   24

 

14

Sonrakı illərdə sufrajist qadınların əsas tələbi işlənib hazırlandı ki, bu da qadınlara 



seçmək hüququnun verilməsi idi. Sufrajist qadınlar səmimiyyətlə inandılar ki, seçmək 

hüquq qadınların kişilərlə  bərabərhüquqluluğunu təmin edəcək,  əmək sahəsində  bərabər 

ödənişin aparılmasına imkan yaradacaq, məktəblərə, kolleclərə  və müxtəlif ixtisaslı 

peşələrə yiyələnməyə yol açacaqdır. Eyni zamanda, bu vasitə ilə  cəmiyyətddə qadınlara 

qarşı cinayətlər dalğasının qarşısı alınacaqdır.  

XX  əsrin başlanğıc mərhələsində «qadınların azad olmasının humanist yolları» 

ideyası da ortaya çıxdı. Bu fikrin müəllifi, feminist utopiyanın banisi, Ş.P.Gilman belə hesab 

edirdi ki, mübarizənin əsasında qadınların ictimai prosesləri dərk etməsinin inkişafı durmalı 

idi. Qadınların azad olmasının bütün əvvəlki ideyalarına qarşı müəllif tamamilə yeni, 

«sosializm uğrunda qadınların dinc kollektiv çıxışla» humanist nəzəriyyəsinin qoyurdu. 

Onun utopik «Xyerlend» ölkəsində sosializmə, müstəsna olaraq, qadınların başçılıq etdiyi 

siyasi rəhbərlik nəticəsində nail olmaq mümkün idi. Cəmiyyətin mərkəzləyici qüvvəsi 

roluna nə alim, nə hərbçi, nə din xadimi, nə də sənətkar deyil, keçmişlə gələcək arasında 

birləşdirici ola biləcək Ana irəli çəkilirdi.

1

 

XX əsrin əvvəllərində bir çox ölkələrdə qadınlar arzu etdikləri siyasi hüquqlara nail 



ola bildilər, lakin, bu onların həyatında heç bir əhəmiyyətli, nəzərə çarpacaq dəyişikliklərə 

gətirib çıxarmadı. Bunu qadınlar çox sonralar dərk edə bildilər, lakin, bu onların həyatında 

heç bir əhəmiyyətli, nəzərə çarpacaq dəyişikliklərə gətirib çıxarmadı. Bunu da qadınlar çox 

gec dərk edə bildilər.  İkinci Dünya müharibəsindən sonra, sufrajist qadın hərəkatının 

başında dayanmış,  əhalinin orta təbəqəsindən olan amerikalı  və ingilis qadınları, uzun 

müddət demokratik hüquqlar uğrunda gedən mübarizədən kənarda qalmışdılar. Onların 

mübarizəyə qoşulmasına və  fəallaşmasına  1963-cü ildə  işıq üzü görmüş «Qadınlığın 

mistikası» kitabı (müəllifi B.Fridandır) qüvvətli təkan verdi. Bu kitabın  əsasını – sosioloji 

tədqiqatlar (ölkənin qadınları arasında aparılmış sorğular, qadın mətbuatının analizi, və s.) 

təşkil edirdi. Kitab təbliğat maşını tərəfindən yaradılmış ideal burjua ailəsini, amerikasayağı 

qadın xoşbəxtliyini və istehlakçı – qadın stereotipini tamamilə ifşa edirdi. Müəllifin fikrincə, 

kollec qadınların özlərinə ər tapa biləcəyi yer kimi səciyyələndirilirdi. Qadın cinsindən olan 

tələbələri həddindən artıq «düşünən» görməmək üçün öz biliklərini nümayiş etdirməyə 

çağırırdılar, çünki, bu ərə getmək şansını alt-üst edə bilərdi. Ev işlərindən yorulmamasını, 

yaşadıqları  həyatın boş, mənasız olmasını hiss qadınların xanım B.Fridan belə 

müəyyənləşdirmişdi – «Adsız problem». O, etiraz etməyə çağırır və belə nəticəyə gəlmişdi 

ki, «Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar 

yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır.»

2

 Tənqidçilərin və mətbuatın etiraf 



etdiyinə görə, xanım B.Fridanın kitabı  əhalinin orta təbəqəsinə  mənsub qadınları üçün 

ensiklopediyaya çevridmişdi. Elə bu dövrlərdə xanım B.Fridanın həmfikirləri Qadınlar Milli 

Təşkilatını (QMT) təsis etdilər. Təşkilatın  əsas tələblərindən,  əməyin ödənilməsində 

qadınların hüquq pozuntularının ləğv edilməsini və qadınların imkanlarına biganə qalan 

qanunvericiliyə yenidən baxılmasını göstərmək olar. Bu təşkilat liberal feminizmin əhval-

ruhiyyəsini bildirərək, bir çox ölkələri bürümüş, qadınları azadlığı uğrunda hərəkatın tərkib 

hissəsi etmişdi. QAUH-un (Qadınların Azadlığı  Uğrunda Hərəkat) digər qanadını 

neofeminizmin radikal istiqamətinin nümayəndələri təşkil edirdi. Tez bir zamanda bu 

istiqamət qadınlar arasında kütləvi xarakter aldı. Radikal istiqamətin nümayəndələri QMT-

nin fəaliyyətini dəstəkləsələr də, onu yarımçıq xarakterinə görə  tənqid edirdilər. Radikal 

istiqamətin ideoloqu sayılan, jurnalist, xanım R.Morqan yazırdı: «Mən qorxuram ki, müasir 

qadın hərəkatı da, bir zamanlar bizim sələflərimiz olmuş qadınların sufrajist burjua feminist 

hərəkatını yaradarkən düşdükləri kimi, tora düşsün. Burjua feministləri həlledici addımlar 

atmağa cürət etməmiş, həlledici məsələlərə  əhəmiyyət verməmiş  və  nəhayət öz 

                                                 

1

 Эилман Ъщ.П. «Щерланд»Н.Й., 1979, П.Х. 



2

 Friedan B. The Feminine Mistigue N.Y.,1963,P.223. 

 



 

15

siniflərindən və irqlərindən kənara çıxa bilməmişlər. Yalhız bir ümid var ki, yeni feminist 



hərəkatı inqilabi feminizm siyasətinin məhsulu olacaqdır. »

1

  



1970-ci ildə Nyu-York şəhərində radikal istiqamət iştirakçılarının «Bacılıq hər  şeyə 

qadirdir» adlı antologiyası işıq üzü gördü. Toplunun 50 nəfər müəllifinin hamısı (yazıçılar, 

jurnalistlər, müəllimlər, həkimlər, hüquqşünaslar, rəssamlar və s.) müxtəlif millətlərin və 

siniflərin nümayəndələri-radikal feminizm ideyalarının tərəfdarları idilər.

2

 Onların 



əksəriyyəti tələbələrin kütləvi etiraz çıxışlarının iştirakçısı idi və solçu hərəkatın 

sıralarındaydı. Bir hissəsi isə  ənənəvi təşkilatlarının işində  fəallıq göstərirdilər. «Radikal 

qadınlar» cəmiyyəti tərəfindən qadın ləyaqətinin və mənliyinin alçaldılmasına qarşı kəskin 

çıxış edilirdi. Ənənəvi qadın təşkilatlarının irəli sürdükləri məsələlərdən fərqli olaraq, 

neofeminist qadınlar qadın şəxsiyyətinə hörmət edilməsini qəti şəkildə tələb edirdilər. Hətta 

QMT-nin bəzi iştirakçıları belə hesab edirdilər ki, qadınların bu vəziyyətinin kökünü dövlətin 

siyasi sistemində axtarmaq lazımdır və onların fikrincə belə sistemi yaradan kişilərdir. 

Nəticədə, kişilərə qarşı mübarizə aparmaq lazımdır. Seksizm feminizmin əsas 

istiqamətlərindən biri elan edilrdi. 

Əlbəttə, feminizmin ideoloqları bu nəticəyə birdən-birə gəlməmişdilər. Əvvəllər QMT 

sol qüvvələrin gənclər hərəkatının bir qanadı kimi fəaliyyət göstərdi. Onun üzərinə düşən 

vəzifə qadınların siyasi cəhətdən hazırlanması və təşkilatların işinə cəlb edilməsi idi. Lakin, 

hərəkatın başında duran kişilərin qadınların tələblərinə bicanə qalmaları QMT-nin bu 

hərəkatdan ayrılaraq, yalnız qadınlardan ibarət olan, müstəqil hərəkat yaratmalarına səbəb 

oldu. 

Əvvəllər qeyd etdiyimiz kimi, əsrimizin 60-cı illərinin ortalarında ABŞ-da yaranmış 



və ilk vaxtlar ölkənin bir neçə iri şəhərlərində  fəaliyyət göstərən hərəkət dalğası 70-ci 

illərdə artıq ABŞ-ın bütün şəhərlərini bürümüşdü.  

Hərəkatın nümayəndələri ölkənin Siyasi Elmlər Asossiyasiyası, Müasir Dillər 

Asossiyasiyası, Antropoloqlar Asossiyasiyası və Tarix Elmləri Asossiyasıyası kimi mötəbər 

təşkilatlarda təmsil olunurdular. Bundan əlavə, tibb bacıları, silahlı qüvvələrdə xidmət 

göstərən qadınlar qruplar şəklində hərəkata qoşulurdular. Eyni zamanda, yaşlı qadınların 

da hərəkat qrupu yarandı. Feminist qadınlar tərəfindən ciddi tənqidə məruz qalmış roma-

katolik kilsəsi də QAUH-un təsir qüvvəsini öz üzərində hiss etməyə başladı. Katolik 

kilsələrdə xidmət göstərən rahibə qadınlar bütünlükdə kişilərdən ibarət olan klerikal 

ierarxiyadan özləri üçün daha çox müstəqillik tələb etməyə başladılar. Qadın  əməyinin 

qiymətləndirilməsindəki haqsızlığa və abortun qadağanı ilə bağlı qanuna etiraz əlaməti 

olaraq çox sayda nümayişlər və marşlar keçirilirdi. Feminist qadınlar (hərəkatın əvvəlində 

iştirakçılar tamamilə ağ irqə mənsub qadınlardan ibarət idi) ABŞ-ın qara dərili qadınlarına 

də müəyyən təsir göstərirdilər.  Əvvəllər bu qadınlar vətəndaşlıq hüquqları  uğrunda öz 

irqlərinə mənsub kişilərlə bərabər mübarizə apardıqları halda, sonralar ayrılaraq qaradərili 

qadınların azad olunması  uğrunda müstəqil hərəkat yaratdılar. Amerikalı neofemist 

qadınların hərəkatı tezliklə digər ölkələrdə də geniş vüsət aldı. Tezliklə QMT-nin (Qadınlar 

Milli Təşkilatı) ardıcılları Kanadada, Fransada, Avstraliyada, İsveçdə, Yaponiyada, 

Almaniyada, Hollandiyada, Finlandiyada və Böyük Britaniyada meydana çıxdı. Belə ki, 

Böyük Britaniyada bu hərəkatın güc yığmasına səbəb yorulmaq bilməyən mübariz xanım 

M.Uolstonkraftın  əsərlərinin çap olunması idi. İngilis QMT-də iki xətt özünü aydın büruzə 

verirdi: liberal və sosialist feminizm. 

Liberal feminizm 1975-ci ildə Beynəlxalq Qadın İli münasibəti ilə yaradılmış Bərabər 

İmkanlar Uğrunda Komissiyasının fəaliyyətində  həyata keçirilirdi. Komissiya XIX-cu əsrin 

feminist qadınlarının təhsil almaq, məşğulluq, vərəsəlik hüququ və öz uşaqlarına hüququ 

sahib olmaq uğrunda olmaq uğrunda mübarizəsini davam etdirirdi. 

                                                 

1

Sisterhud is Powerful, An Antologu of Writings, from the Women's Liberation Mowement. Vintage Books Dirision of 



Random House, Н.Й.., 1970, H. XXIII. 

2

Sisterhood is Powerful. P. VI  




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə