Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 

16

Sosialist feminizm utopik sosializmin ənənələrinə söykənərək qadınların sosial 



azadlığının yolunu yalnız sinfi mübarizənin marksist nəzəriyyəsində görürdülər.  

Əgər liberal görüşlü feminist qadınlar qadınların hüquqlarının genişləndirilməsi 

uğrunda çıxış edir və parlament lobbilərində  təzyiq qüvvələri yaradırdılarsa, sosialist 

feminist qadınlar sosial siyasi partiyalarda iş aparırdılar. Qadın kooperativ gildeyasının, 

müharibə əleyhinə yaradılmış təşkilat və birləşmələrin işində yaxından iştirak edirdilər. 

Qadınların azadlığı  uğrunda hərəkatın Böyük Britaniyadakı  əsas vəzifələri 

Londonda (70-ci illərdə) keçirilmiş Milli Konfrans iştirakçıları  tərəfindən qəbul olunmuş 7 

tələbdə açıq-aydın görünürdü: 

-  əməyə görə bərabər ödənişlər; 

-  bərabər təhsil və imkanlar həqqı; 

- gün 

ərzində ödənişsiz körpələr evi; 



- abort 

etmək haqqı və hamiləliyin qarşısını almaq üçün ödənişsiz vasitələr; 

- ailə  vəziyyətindən asılı olmayaraq bütün qadınların təcavüzə  məruz qalma 

qorxusundan azad olmaları; 

- kişilərə üstünlük verən və qadınlara qarşı güc tətbiq olunmasını müdafiə edən bütün 

institutların ləğv edilməsi və s.  

Feminist qadınlar «Qadınların qarşılıqlı kömək federasiyalarını» yaratmağa 

başladılar. 80-ci illərin  əvvəllərində  İngiltərədə,  Şotlandiyada, Uelsdə  və  İrlandiyanın 

müxtəlif guşələrində kişilərin təcavüzündən qorunan qadınlar üçün 100-dən artıq 

sığınacaqlar yaradılmışdı. Burada onların özləri və övladları üçün kişilərdən iqtisadi 

cəhətdən asılı olmamaq uğrunda mübarizə yolları öyrədilirdi. Bundan əlavə bütün ölkə 

üzrə «Böhran vəziyyətlər mərkəzləri» fəaliyyət göstərirdi ki, orda zorlanmaya məruz qalmış 

qadınlar hüquqi məsləhətlər alır və onların bu işlə əlaqədar məhkəmə orqanlarına müraciət 

etmələrinə köməlik göstərirdi. 

Feminst qadınlar etiraz yürüşləri təşkil edir, qadınların özlərini küçələrdə təhlükəsiz 

hiss etmələri uğrundakı mübarizəsinə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırdılar. Zor 

işlədilməyə qarşı keçirilən etiraz həftələri zamanı feminist qadınlar müvafiq ədəbiyyat və 

təşviqat vərəqələri yayır, teatrlaşdırılmış tamaşalar göstərirdilər. Bu qadınlar seksual 

filmlərin və parnoqrafik nəşrlərin yayılmasına qarşı çox həssaslıqla reaksiya verir və 

onların ləğvini tələb edirdilər. 

Skandinaviya ölkələrində  məsələn Norveçin paytaxtı Oslo şəhərində  də «Böhranlı 

vəziyyətlər mərkəzləri» yaradılmışdı. Belə  mərkəzlərin yaradılması ideyasına bələdiyyə 

orqanlarının qərəzli yanaşdıqlarına baxmayaraq, QAUH –un nümayəndələri öz tələblərinin 

Norveç parlamentinin qadın deputatları tərəfindən dəstəklənməsinə nail oldular bu ölkədə 

fəaliyyət göstərən mərkəzlər sosial məsələlər üzrə Dövlət departamenti tərəfindən 

maliyyələşdirilir. Bundan əlavə, QAUH –un iştirakçıları öz qrupları nəzdində uşaq bağçaları 

və körpələr evləri təşkil etmiş, boşanan qadınlar üçün qadın evləri və  məsləhətxanaları 

açmışlar. Eyni zamanda onlar həbsdə olan qadınların azad edilmələri məqsədi ilə xüsusi 

fondlar yaratmışlar. 

Qarşıya qoyulmuş  tələblərin hamılıqla qəbul olunması, konkret fəaliyyət 

istiqamətləri, aktiv iş metodları, qarşılıqlı anlaşma və kömək etmə mühitinin yaradılması 

üçün edilən səylər, neofemist qadın hərəkatını güclü və sayılan qüvvəyə çevirmişdi. 

«Təmiz qadın problemləri»nin dar çərçivəsindən tədricən çıxaraq, daha geniş spektrə 

malik qlobal problemlərə müdaxilə etdildikcə, QAUH-un nümayəndələri demokratik və 

mütərəqqi qüvvəlirin ümumi mübarizəsinə qoşulmağa başladılar. Lakin bu proses tədricən 

baş verirdi. Belə ki, hərəkatın lap başlanğıcında QAUH-un nümayəndələri  ənənəvi qadın 

təşkilatlarına qoşulmayaraq öz fəaliyyətilərini dar çərçivədə  həyata keçirirdilər. Düzdür, 

ayrı-ayrı hallarda beynəlxalq  əlaqələr yaratmaq təşəbbüsləri olmuşdu. Ancaq bu 

təşəbbüslər xaotik şəkil alaraq tənzimlənmədiyindən inkişaf tapa bilməmişdi. 



 

17

Qeyd etmək lazımdır ki, sol qüvvələrin qadın hərəkatında baş verən prosesləri dərk 



etmələri üçün də uzun müddət lazım gəlmişdi. Hətta onlar bir müddət neofemist qadın 

hərəkatına  şübhə ilə yanaşmışdılar, lakin, tədricən vəziyyət dəyişmiş  və feminist – solçu 

qadınlar prokommunist qadınlar orqanlarda çıxışlar edərək, kişilərin qadınlara qarşı 

davranışlarında dəyişikliklər baş verməsinə nail olmağa başlamışdılar. 

Nüvə qarşıdurmasının gətirə biləcəyi ölümcül təhlükə  və yer kürəsinin müxtəlif 

hissələrində olan irtica ocaqları qadınların müharibələr əleyhinə kütləvi surətdə çıxışlarının 

aktivləşməsinə gətirib çıxardı.  

Müharibə əleyhinə aparılan hərəkatda öz feminist qadınların da yerləri olmuşdur. Bu 

qadınların daha mübarizləri  1981-ci ildə ABŞ-dan, Danimarkadan, Qərbi Berlindən

Norvençdən Praqaya gələrək BDQF-nin (Beynəlxalq Demokratik Qadın Federasiyası) 

təşəbbüsü ilə keçirilən Qadınların Ümumdünya Konqresinin işində iştirak etmişlər. Onların 

məruzələrinin mövzusu və  məzmunu  1975-ci il Berlin Konqresindəki çıxışlarından köklü 

dərəcədə  fərqlənirdi.  Əgər  1975-ci ildə onların arasında üstünlüyü radikal feminist 

qadınların çıxışları  təşkil edirdisə  və bu Beynəlxalq Qadın ilinə  həsr olunmuş Berlin 

Konqresinin ümumi müddəalarından kənarda qalırdısa, artıq Praqada neofeminist qadınlar 

diqqəti kapitalist və sosialist ölkələrindəki qadınlar arasında qarşılıqlı inam yaranmasının 

əldə edilməsinin vacibliyinə yönəldirdilər. Onlar Şərqlə  Qərb nümayəndələri arasında bu 

məsələnin həll olunması məqsədilə müzakirələr başlanması fikrini irəli sürürdülər.

1

  

Birinci addım kimi təklif olunurdu ki, beynəlxalq münasibətlərin müzakirəsi birgə 



keçiriləcək tədbirlərlə  əvəz olunsun. Konkret olaraq sükut növbələrinin təşkili, sülh 

yürüşlərinin keçirilməsi və sülh düşərgələri yaradılması ideyaları meydana çıxdı. Feminist 

qadınlar həmçinin antikişi  əqidəsindən də imtina etmirdilər. Eyni zamanda müharibə 

əleyhinə çağırışlarla bərabər həmçinin patriarxatı tənqid edən çıxışlar səslənir, hətta uşaq 

doğuşundan imtina etmək aktı kimi qəti tədbirlərə  əl atmağa çağırılırdı. Bundan əlavə 

Müdafiə Nazirliklərinin qarşısında piketlər və hərbi bazaların ətrafında sülh düşərgələrinin 

yaradılması tələbləri səslənirdi. 

Feminist qadınların və sosialist ölkələri qadınlarının Praqa konqresi çərçivəsində 

keçirdikləri görüşlərin və danışıqların məntiqi olaraq onların «Tərkisilahlanmayla əlaqədar» 

BMT-nin Baş Assambleyasının II xüsusi Sessiyasına ünvanlanmış  və birgə hazırladıqları 

petisiyanı misal gətirmək olar. Bu sənəd kütləvi nüvə  qırğın silahlarının tamamilə  ləğv 

olunmasına çağırış tələbi idi.  

Nəhayət,  1982-ci ildə  Qərb və  Şərq ölkələrindən keçməklə birgə sülh yürüşü 

keçirilməsi ideyası  həyata keçirildi. Danimarkanın Kopenhagen şəhərindən başlanğıcını 

götürmüş bu yürüş Finlandiya, sovet şəhərləri olan Leninqrad (indiki Sankt-Peterburq) və 

Minskdən keçərək Xatında (Belorusiyada memorial-xatirə kompleksi) sona yetdi. Bu 

yürüşün  İsveçdən, Danimarkadan, Norveçdən, Finlandiyadan və keçmiş Sovetlər 

İttifaqından olan iştirakçılarını eyni şüarlar və  tələblər birləşdirirdi. Elə  həmin  1982-ci ildə 

feminist qadınlar özlərinin tərksilahlanmaya çağıran Ümumudünya Konqrensinə 

toplaşdılar. Bu konqresin iştirakçıları yekdillik nümunəsi göstərərək hamılıqla amerikalı 

qadınların Pentaqonun planlarına qarşı «Qadınlar, sülh uğrunda mübarizə aparın» 

hərəkatının Qrinem Kommondan olan qadınları ilə və sufrajist qadın hərəkatının yarandığı 

tarixdən məşhur olan Seneka- Follze şəhərindən olan qadınlarla həmrəylik  əlaməti kimi 

sülh  şəhərciklərinin yaranması ideyasını  dəstəklədilər. Feminist qadınlar bildirirdilər ki, 

qadınlar mübarizə yolunu ona görə seçiblər ki, Yer kürəsində baş verən bütün irtica 

hallarına, qanadlı raketlərə  və ümumiyyətlə nüvə silahı  məfhumuna birdəfəlik son 

qoysunlar.

2

 



Feminist qadınlar Moskva şəhərində (23-27 iyun 1987-ci il) keçirilmiş  və proqram 

üzrə «Feminizm və qlobal problemlər» mövzusunda disskusiyalar aparılması  nəzərdə 

                                                 

1

 Яли Сейдаббас оьлу вя Ряна Сейдрза гызы «Эендер тядгигатлары» сящ. 20 



2

 Яли Сейдаббас оьлу вя Ряна Сейдрза гызы «Эендер тядгигатлары» сящ. 21 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə