Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

 

18

tutulan və qadın ictimaiyyətinin çox önəmli forumu sayılan – Ümumdünya Qadın 



Konqresinin işindən də  kənarda qalmadılar. Bu konqresin işində ABŞ-dan, Belçikadan, 

Çilidən, Avstriyadan, AFR-dən,  İrlandiyadan, Puerto-Rikadan, Uqandadan, Fransadan və 

Qərbi Berlindən olan feminist qadınlar yaxından işğtirak edirdilər. Aparılmış qarşılıqlı fikir 

mübadiləsi feminist qadınların ideoloji platformasında olan kövrəkliyi üzə çıxardı, müəyyən 

qadın məsələlərində onların səhv mövqedə olduqları aydın oldu. Lakin, bununla belə 

feminist qadınların irəli sürdükləri bir çox problemlər və tələblər qadınlar tərəfindən geniş 

dəstək aldı. Feminst qadınların Ümumdünya Qadın Konqresindəki çıxışları onların sülh işi 

uğrunda yorulmaz mübariz oldularını bir daha sübut etdi. Təsadüfi deyildir ki, nüvə 

silahlarının qarşılıqlı  ləğv olunması haqda Sovet-Amerika Müqaviləsinin imzalanmasını 

Qrinem – Kommondan olan qadınlar  şadyanalıqla, mahnı  və  rəqslə, yandırılmış 

məşəllərlə, yürüşlərlə qarşıladılar. Bu qadınların lideri, xanım K.Xauzen deyirdi: 

«Vaşinqtonda imzalanan bu müqaviləni, biz altı illik mübarizəmizin nəticəsi və parlaq 

qələbəmiz hesab edirik».

1

  



 

  

                                                 



1

 Бах: «Правда» гязети, 1987, 23 декабр 




 

19

4.Qender və mədəniyyət. 

  Pariarxal mədəniyyətin yaranması. 



  Yeni zamanda qender baxışları. 

Feminist qadınların müşahidələrinə görə  həyatın bütün sahələri və  mədniyyətin 

əsasını  təşkil edən sosial institutlar, qaydalar əhatə olunmuşdur. BMT-nin məlumatlarına 

görə (onlar feminist təşkilatlar tərfindən tez-tez gətirilir və görünür ki, artıq köhnəlib) 

qadınlar ümumi dünya əmtəəsinin 2/3 –ni yaratdıqları halda, ümumdünya gəlirinin 10%-ni 

alır və dünya mülkiyyətinin yalnız  1%-nə sahibdirlər. Kişilərin «güclülüyü» yalnız qadının 

«zəifliyi» vasitəsilə  təsbit olunur. («sahib – qul» münasibətləri). Buna görə  də  cəmiyyət 

özünün bütün sosial institutlarının vasitəsilə kişi və qadın üçün fərqli mənəvi normalar, 

sərvət idealı yaradır. 

Kişi üçün təşviq olunan normalar müstəqillik, fərdilik, fəallıq, qətiyyət və i.a. olduğu 

halda, qadınlar üçün fədakarlık, özünü qurban etmək emosionallıq, yumuşaqlıq, 

qayğıkeşlik, ailəyə bağlılıq, sədaqət məsləhət görülür. Cəmiyyətdə belə sosio-mədəni 

təsisat həyatın bütün sahələrində öz əksini tapmalıdır, tapır və onlara «hakimiyyət- 

tabeçilik» münasibətlərinin üstünlüyünü diktə edir. Məsələn, tarix kişilərin gözü ilə, kişilər 

üçün yazılır və buna görə  də inqilablar, müharibələr digər sarsıntılar onun əsas 

mündəricatını elə  təşkil edir ki, sanki bəşəriyyət tarixində zorakılıq inkişafın  əsas 

hərəkətetdirici qüvvəsidir. Təbabətdə də, ümumiyyətlə elmdə də (əgər onlar ancaq Qərbin 

mövqelərindən çıxış edirlərsə) tədqiqatlar və əməli hərəkətlərdə güc, zorakılıq metodlarına 

üstünlük verir, onları daha faydalı hesab edirlər.  

1996-cı ildə Moskvada nəşr olunmuş «Fəlsəfə» dərsliyində oxuyuruq ki, orta 

əsrdərdə bu bölünmə artıq Müqəddəs Kitabların nüfuzuna arxalanmağa başlayır. Kilsənin 

«atalarından» biri İskəndəriyyəli Filon belə deyirdi: «Trəqqi – qadına aidikdən, kişiyə 

aidçiliyə doğru hərəkətdir, zira qadın cinsi, felən material, passiv, tünd və şəhvani olduğu 

halda, kişi – fəal, rasionaldır və daha çox mənəvilik və fikir yaxındır. Kişi – qadına nisbətən 

daha dominantdır, səbəbin fəaliyyəti daha yaxındır: qadın – natamam, tabe, passivdir, 

rasional ağıllı, mənəviyyatlı – kişiyə, irasional-qadına aiddir. Makedon yığıncağında (585-ci 

il) «qadını insan hesab etmək olarmı» sualına cəmi bir səs çoxluğu ilə müsbət cavab 

alınmışdı. Orta əsrdə Avropada geniş yayılmış  «İfritlərin çəkici» kitabının müəllifləri 

Y.Şprenger və Q.İnstitoris (1487-ci il) qadının kişiyə tabe vəziyyətini «femina» (fe-fides-

inam, minus -defis-az) terminin özü ilə izah edirdilər: yəni kişiyə nisbətən allaha daha az 

inama və deməli həm də tabeçiliyə məhkumdur. 

Özünün insanların bərabərliyi uğrunda görkəmli mübarizəsi ilə  səciyyələnən yeni 

zamanda cinslərin qeyri-bərabərliyi fəlsəfi bir prinsip kimi formalaşır. Məhz bu dövrdə təbii, 

cismani və deməli femin olan şeyin əzilməsi mədəniyyət ilə təfəkkürün sistem yaradan bir 

prinsipinə çevrilir. Təbiət haqqında düşüncələrin yerinə ona fəal təsir etmə vaxtı gəlir. Bu 

baxımdan F.Bekon Aristotelin təbiəti «toxunulmaz və zorlanmamış» qoyması haqqındakı 

iradı heç də  təsadüfi deyil. Əksinə, Yeni zamanın mütəfəkkiri üçün dərk edən özünün 

təbiət üzərində hakimiyyət və üstünlüyünü təsbit edən kişidir. Həmişə insan tərəfindən 

canlı məxluq kimi dərk edilən təbiət ilk dəfə olaraq «ölür»: onun quruluşundan baş açmalı 

olan insanın  əlində cansız mexaniki oyuncağa çevrilir. Digər bir mütəfəkkirin – Dekartın 

fikrincə, dərketmə Loqosun (rasional «kişi»  şüurunun) Sofiyadan (intuitiv «qadın» 

şüurunda), kişinin və onun şüurunun Təbiətdən ayrılmasıdır. Faktlar göstərir ki, XVI-XVII 

əsrlərdə – «ağılın təntənəsi» dövründə  əslində türkəçarə, «təbii» təbiblər olan qadınlara 

qarşı  «əcinnə ovu» görünməmiş vüsət alır. Məhz bu vaxt qadın seksuallığı  sərt kişi 

nəzarəti altına alınır, zira onlar «patriarxal» cəmiyyət tərəfindən eyib sayılır. 

Maarifçilik dövrü də cinslərin qarşılıqlı təsiri probleminə öz töhfəsini verdi. Bununla 

əlaqədar olaraq J.J.Russonun fikirləri daha çox diqqəti cəlb edir. baxmayaraq ki, təbiət əsl 

sərvətdir, lakin onunla eyniləşdirilən  ən alçaq əxlaqi məxluqdur, belə ki, onun ehtirasları 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə